Türk lirəsinin ucuzlaşması səbəbindən İstanbulun sahil qəsəbələrdə yerləşən villaları alan xarici investorların sayı artıb.
Gundemxeber.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Sinxua Agentliyinə açıqlamasında Türkiyənin tanınmış əmlak eksperti Mütəllip İşcan deyib.
O, İstanbulda villa alan İran, Azərbaycan, Səudiyyə Ərəbistanı və Qətərdən olan biznesmenlərin sayında önəmli dərəcədə artım olduğunu söyləyib.
M.İşcan İstanbul Əmlak Agentliyinin hazırda 35 milyon dollar dəyərində sualtı villa layihəsi üzərində çalışdıqlarını bildirib.
REKLAM
facebook.com
Daha ətraflı Native Video by Adributor
O qeyd edib ki, Türkiyədə dolların məzənnəsi rekord səviyyədə bahalaşdıqdan sonra İstanbuldakı daşınmaz əmlak sahibləri öz mülklərini daha çox xarici investorlara satmağa çalışırlar.
"Boğazdakı ən bahalı malikanələrin sahibləri ictimaiyyət arasında tanınan şəxslərdir və mülklərini satdıqlarını gizli saxlamaq istəyirlər. Bu səbəbdən bu vaxta kimi nə qədər villa satıldığını söyləmək çətindir. Lakin mediada yayımlanan xəbərlərə görə Asiya və Avropa tərəfində 30 ədəd tarixi malikanə 4,5 milyon ilə 95 milyon dollar aralığında satışa çıxarılıb", - deyə İşcan bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?