GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » İslamın türklərə gəlişi haqda

İslamın türklərə gəlişi haqda

Tarix: 14-12-2012, 12:34 Bölmə :Maraqlı Baxış: 1 314
İslamın türklərə gəlişi haqda

“Qırx il qul olmaqdansa, bir gün AZAD yaşamaq yaxşıdı”

gundemxeber.az Tarixin bütün dövrlərində din siyasətə, siyasət dinə qarışmışdır. Bunu əski dövrdən Misir, Yunanıstan, Hindistan, Çin və s. kimi qədim ölkələrin timsalında görmək mümkündür. Bu yazıda o dövrün hadisələrini araşdırmayacağıq. Sadəcə erkən orta əsrlərdə türklərin mövcud dini inancları və onlara İslamın necə gəlməsi ilə bağlı bəzi məqamlara toxunacağıq.

Yadlıq içimizə müxtəlif mədəniyyətlərin dialoqu adı ilə gəlir

Nədənsə bu mövzu haqda tarixçilərimiz heç nə yazmırlar, susurlar. Biz, millət olaraq əgər tarixi faciələrimizin kökünü araşdırsaq, görərik ki, bu faciə ən çox inanc məsələsinə bağlıdır və bunun da başlanğıcı 14 əsr öncəyə dayanır. Bu gün ərəblərə, ruslara və farslara boyun əyməyimiz keçmişimizin inkarı üzərində baş tutub. Keçmişini dananın gələcəyi ola bilməz. Dünyanın ən qədim xalqlarından biri türklərdir. Türklərin mədəniyyət yaratmaq imkanları tarix qədər qədim və zəngindir. Buraya geyim mədəniyyətindən tutmuş dövlət qurmaq mədəniyyətinə qədər çox şeyi aid etmək olar.
İndi yadlıq içimizə müxtəlif mədəniyyətlərin dialoqu adı ilə gəlir. Ancaq məsələ bununla bitmir. Yadlıq içimizi dini səviyyədə də qarışdırır. İstənilən din çox humanist, bəşəri dəyər kimi təbliğ olunur və aşağı təbəqənin istəklərindən çıxış edir. Aydın məsələdir ki, bütün dövrlərdə aşağı təbəqə sosial problemlərdən əziyyət çəkmişdir və yeni yaranmış hər hansı bir ideologiyanın onların maraqlarını müdafiə etməsi çox cəlbedici görünür. Beləliklə də din aşağı təbəqə arasında yaşamağa həmişə imkan tapır. Buna görə də mövcud hakimiyyət dini siyasətin alətinə çevirir. Lap qədimdən bu belədir. IV əsrdə Xristianlığın Roma imperiyasının rəsmi dini elan edilməsi də bu cür olmuşdur. Xristianlıq dövlət yaratmadı, dövlət tərəfindən mənimsənildi. Lakin İslam dini özünün xilafətini yaratmışdır. Məqsədimiz İslamın necə yaranmasından yazmaq deyil, bizi maraqlandıran İslamın türklərə necə gəlməsidir.

Ərəblər işğallarını Allahın adı ilə həyata keçirirdilər

Bəllidir ki, türklər İslama qədər inancsız olmayıblar. Müxtəlif vaxtlarda Şamanizm, Totemizm, Göy Tanrı (Gök Tenqri, Tenqriçilik), Buddizm, Atəşpərstlik, Xristianlıq və s. dinlərə tapınmalar olubdur. Yeri gəlmişkən, Göy Tanrıçılıq, Zərdüşlük və Xristian dinləri təktanrılı dinlərdi. İslam türklərə gələrkən onun (türkün) müxtəlif boyları əsasən bu 3 dinə sitayiş edirdilər. Guya İslam da təktanrılı dinlərə qarşı deyildi. Ancaq İslamın türklərə gəlməsi heç də dini qaynaqlarda deyildiyi kimi xoşluqla yox, zor ilə baş verdi. Biz türklərə “qılınc müsəlmanı” deyirlər. Bu ifadə heç də boşuna deyilməmişdir. Bəli, biz türkləri zor gücünə, qanımızın tökülməsi bahasına müsəlman etmişlər. Ümumiyyətlə, ərəblər İslamı missionerliklə deyil, “qılıncın ucunda daşıyaraq” yayırdılar.
Ərəb-islam ordusunun Misiri işğal etməsinə nəzər salsaq, onların əsil niyyətlərinin nə olduğunu və sonrakı müharibələrin də məhz bu səbəbdən aparıldığını açıq görmüş olarıq. 642-ci ildə Misir işğal olunur. Bu dövrdə ərəb ordusu həm də Sasanilərə qarşı döyüşürdü. Sasanilərin məğlub olmasına baxmayaraq, Misirlə eyni taleyi yaşamadılar. Sasanilər 651-ci ildə daha amansız aqibətlə üzləşir. On minlərlə insan öldürülür, əsir götürülür, ölkənin sərvətləri talanır, qadınları kəniz edilir, gənclər isə qul bazarlarında satılmaq üçün aparılır və s. Burada sual yaranır, müharibələrdə insanların öldürülməsi, əsir götürülməsi, sərvətlərin talanması təbii deyilmi? Əlbəttə müharibədə belə hadisələr gözləniləndir. Ancaq ərəblərin apardığı müharibəni digər müharibələrdən fərqləndirən başlıca səbəb ondadır ki, onlar öz işğallarını, insanların qanını axıtmağı Allahın adı ilə (Sonralar Xristianlar bu üsuldan istifadə edərək “səlib yürüşlərinə” başladılar) həyata keçirirdilər. Onlar qədim Misiri işğal etdikdən sonra sərvətlərini taladılar, özünü islamlaşdırmaqla bərabər ərəbləşdirdilər və tarixi bir xalqın ruhunu məhv etdilər. Lakin onların işğalları bununla bitmir, sırada böyük türk toplumları dururdu.

Ərəblərin türklərlə davamlı müharibələri

Ərəblərin türklərə ilk hücumu Xəlifə Osmanın dövründə olmuşdur. Talan məqsədilə Ceyhun (indiki Amudərya) çayı sahilinə gələn qoşun məğlub olaraq geri çəkilmişdi. Ümumiyyətlə, ərəb-islam ordusu türklərə qarşı iki istiqamətdə – Qafqaz və Asiya istiqamətlərində hücum edirdilər. Sasanilərin süqutundan sonra Cavanşirin ərəb aslılığını qəbul etməsi geniş təcavüzü bir qədər yubatmış olsa da, 705-ci ildə Albaniyanın süqutu ilə buraya ərəb-islam axını gücləndi.
Osmanın dövründəki ilk uğursuzluqdan bir müddət sonra xəlifə Müaviyənin göstərişi ilə Xorasan işğal edilir. Bununla da onların Orta Asiyaya – türk toplumlarının üzərinə “ayağı açılmış” olur və 50 min ərəb bu torpaqlara köçürülür. Növbəti hədəf Buxara idi. Ümumiyyətlə, buradakı şəhərlər bir-birinin ardınca eyni aqibəti yaşayırlar. Bunun da bir neçə səbəbi vardı: Feodal dağınıqlığı, daxili çəkişmələr, buna görə də əhalinin var-yoxdan çıxması sosial vəziyyətin ağır olması. Bütün bunlar ərəblərin işini bir az da asanlaşdırırdı.
680-cı ildə Xorasan valisi Übeydullah ibn Ziyad Səmərqəndə yürüşündə ilk həmlədə məğlub olur. Ancaq sonra güclü ordu toplayaraq şəhəri talan edir. T.Dursun ərəblərin Səmərqənddən əldə etdiklərini bu cür yazır: “Hər bir ərəb döyüşçüsü 2400 dirhəm qazanır. Bir kölənin satış dəyəri 300 ilə 500 dirhəm arasında olduğu düşünülərsə, bu halda aldıqları qənimət adam başına 7 və ya 8 qula bərabər dəyərindədir”.

Ərəb işğallarında Küteybə dövrü

705-ci ildə Küteyibənin Xorasan valisi təyin edilməsi ilə İslam tarixində yeni mərhələnin, türklərin tarixində isə növbəti faciənin əsası qoyulur. Yenə T.Dursuna müraciət edək: “Bu zamana qədər davamlı uğur qazanmayan ərəblər onun zamanında türk yurdlarında bunu əldə etdilər”.
Küteyibə ilk gündən öz vəhşi ehtiraslarını büruzə verir. Ərəb tarixçisi Təbəri “Tarixi Təbəri” əsərində yazır ki, Küteyibənin öz qoşununa ilk sözü belə olub: “Allah öz dininin əziz olması üçün sizə bu torpaqları halal etmişdir”. Bu sözlər yuxarıda dediklərimizi bir daha təsdiq etmiş olur. Onlar etdikləri vəhşiliklərə “ilahi don” geydirərək, Allahın adından həyata keçirirdilər. Hələ peyğəmbərin dövründə silahla yayılan İslam bu günə qədər silahsız addım atmamışdır. 707-ci ildə Buxara Küteybənin ordusuna ciddi müqavimət göstərir. Onlar geri çəkilmək haqqında düşünərkən Küteyibə orduya elan edir ki, hər türk başı gətirənə 100 dirhəm veriləcək. Ərəblərin pul ehitrasının gücü yenə özünü göstərir, Buxara düşmənə təslim olur. Onlar 50 min nəfəri əsir götürüb qul bazarında satmaq üçün aparırlar.
İslam tarixçiləri tərəfindən Məhəmməd peyğəmbərdən sonra İslamın yayılmasında ən çox xidmətləri olan şəxs kimi Küteyibə göstərilir. Ən böyük qəhrəmanı Küteyibə olan bir dinin bəşəri dəyərlərə iddia etməsi görəsən nə dərəcədə doğrudur?! Ərəblər işğal etdikləri ərazilərdə insanları alçaldır, onları öz inanclarına tapınmağa qoymur. Yuxarıda qeyd etdiyimiz kimi türklər təktanrılı idilər. Ancaq İslam özündən başqa heç bir dini qəbul etmir, sadəcə özünün hökmran olması üçün qırırdı. İnsanların heysiyyətləri ilə oynamaqdan çəkinmirdilər. Müharibələrdən müflisləşmiş əhalinin artıq heç bir dözümü qalmamışdı. İnsanın düşdüyü pis durumdan öz xeyirləri üçün hər mənada istifadə edən ərəblərin insanlığa yaraşmayan davranışları dözülməz həddə çatmışdı. Onlar cümə namazlarını məcburi hala gətirmişdilər. Hətta Küteyibə cümə namazına gələnlərə 2 dirhəm pul verməyi də əmr etmişdi. Sosial vəziyyəti ağır olan, müharibələrdə var-yoxdan çıxmış əhali pulu almaq üçün namaza gəlirdi. Qeyri-müsəlmanlardan cizyə adlanan can vergisi alınırdı. Bir tərəfdən namaza gələnlərə pulun verilməsi, başqa tərəfdən isə qeyri-müsəlmanlardan can verigisinin alınması İslama gələnlərin sayının artmasında çox mühüm rol oynadı. Qeyd etdiyimiz kimi, vergi verməyə imkanı olmayan qeyri-müsəlmanlar həm cümə namazlarına gəlməklə vergidən azad olurdular, həm də 2 dirhəm məbləğində pul alırdılar. İmkansız, sosial vəziyyəti ağır olan əhalinin bundan başqa çıxış yolu qalmamışdı. İnsanların mənəvi cəhətdən sındırılması böyük amansızlıqla həyata keçirilirdi.
Ərəb vəhşiliyi bununla bitmir. Talkanda (Qazaxıstan ərazisində Böyük İpək Yolu üzərində yerləşən şəhər) baş verənlər indiyə qədər etdiklərinin yanında sadəcə kiçik bir görüntüdür. Talkanda faciəni Təbəri bu cür anladır: “Əmr etdi ki, əhali qılıncdan keçirilsin. Nə qədər qıra bilirlərsə qırsınlar. Bu əmrdən sonra Küteyibənin əsgərləri sonsuz adam öldürlülər”.
Başqa bir ərəb müəllifi ibn Dəhqan isə yazır ki, “Talkana gedən yolun üstündə 4 fərsəh məsafədə (24 km) asılan türklərin cəsədləri qorxunc bir görünüşü ifadə edirdi”. Talkandan sonra yenidən ərəb ordusu Xarəzmə doğru irəliləyir. Kaah əl-Əşkari adlı ərəb şairi Xarəzmdə baş verənləri belə xatırlayır: “...qorxudan bir-birilərinə sarılmış zavallı türkləri öldürdüyünüz gecələri hələ bir xatırlayın. Hər kəsi qılıncdan keçirdiniz. Sadəcə ata minə bilməyəcək yaşda kiçik uşaqlar qaldı”.
Həmin hadisələrin canlı şahidlərindən biri Əl-Biruni isə ərəb istilasını belə şərh edir: “Küteyibə hər yolu sınaqdan keçirərək Xarəzmlilərin yazılı dilini bilənləri, ənənələrini qoruyanları, bütün məlumatları məhv etdi. Beləliklə, hər şey qaranlığa qərq edildi. İslam, Xarəzmlilərə gələrkən onlar üçün öz tarixləri haqqında məlumatları öyrənməyə yer qoymadı”.

Yezid zülmü və soyqırım bahasına din

Küteyibə 716-cı ildə öldürülür, bundan sonra Xorasana Yəzid ibn Mühəlləb vali təyin edilir. O da sələfindən geri qalmır, hətta onunla “kim çox türk öldürəcək” deyə bəhsə girir. Onun ilk yürüşü Dağıstana olur. Oranı talamaqla 14 min nəfər öldürülür. Növbəti hədəf isə Curcan (Gürcan, indiki İİR ərazisində yerləşən şəhər-N.M.) idi. Şəhər 300 min dirhəm verməklə canını qurtarmış hesab edir. Yəzid ibn Mühəlləb burada 4 minlik qoşun qoyaraq Təbəristana doğru irəliləyir. Təbəristan məliyi İsfəhbed Deyləm məliyindən yardım istəyir. O da 10 minlik qoşun göndərir. Daha sonra İsfəhbedin yardım üçün Curcan məliyinə müraciət edir. Bu, sanki ərəblərə qarşı çıxmaq üçün bəhanə olur... Bu qədər xırdalığa gedib uzatmağımızda məqsəd, Yəzid ibn Mühəlləbin başçılığı ilə həyata keçirilən “müqəddəs vəhşiliyi” göstərməkdi. İrəlidə görəcəksiniz ki, onun elədiklərinə tarixin heç bir zamanında təsadüf olunmamışdır. Hətta Amerikada İngilis “qırmızı mundirləri” hindulara qarşı bu cür rəftar etməmişlər.
Curcanlıların bu hərəkətinə qəzəblənən Yəzid ibn Mühəlləb and içir ki, onların qanları ilə dəyirmanda un hazırladaraq çörək bişirtdirib yeyəcək. Belə də edir. Curcana daxil olan Yezid ibn Mühəlləb qalanı 7 ay mühasirədə saxlayır. Məlik öldürüldükdən sonra Curcan təslim olur. Təbəri yazır ki, “onların hamısı Yəzidin yanına gəldi. Yəzidin əmrindən sonra onların qadınlarını və uşaqlarını əsir aldılar və şəhəri viran etdilər.” Yenidən şəhərə dönən Yəzidin əmri ilə bütün kişilər bir yerə yığılır. Gəncləri əsir aldıqdan sonra əli silah tutanların hamısı qılıncdan keçirilir. Qalanları isə yolun sağ və solunda 4 fərsəh (24 km) uzunluğunda dar ağacları hazırlanaraq asılırlar. Bu, sayca ikinci kütləvi qətliam idi. Növbə Yəzidin verdiyi sözü tutmasına gəldi. Bunu Z.Kitapçının yazdığı kimi təqdim edəcəyik: “Yəzid 12 min nəfəri faciəvi şəkildə qılıncdan keçirdikdən sonra təpələr kimi yığılıb qalmış baş, qol və bədənlərin üstünə doğru suyun istiqaməti dəyişdirildi. Qan çayı qabaqdakı qəyirmana gedirdi. Ən sonda Yəzid bu qanlı çayın üyütdüyü undan hazırlanan çörəklərdən yedi. Beləliklə Allaha verdiyi sözü yerinə yetirmiş olur”.
Ümumiyyətlə, ərəb mənbələrində Curcanda 40 minə qədər insanın öldürüldüyü göstərilir...Türklərə İslam soyqırım bahasına yeriyir.
Curcan qətliamından sonra 749-cu ilə qədər istila davam edir. Ancaq əvvəlki kimi olmur. Bu dövrdə ərəb dövlətində daxili çəkişmələrin artması bir müddət eyni hadisələrin təkrarlanmasında fasilə yaradır. Əsrin sonlarından başlayaraq yenidən ərəb istilası güclənir və bu dəfəki hədəf Qafqaz türkləri olur. Burada İslamın gəlişinə qarşı Xürrəmilər Hərəkatı baş qaldırmışdı. Cavidanla başlayan mübarizə, Babəklə davam etdi. Sonda məğlub olmasına baxmayaraq Babək Xilafəti sarsıdır. Ancaq Babəkin tikə-tikə doğranmasından sonra Azərbaycan bu günə qədər özünə gələ bilmir.
Sonda onu deyə bilərik ki, təxminən 2 əsr ərzində ərəblər tərəfindən aparılan özgələşdirmə əməlinin etkisi 14 əsrdi davam etməkdədi. Bu əməllər nəticəsində – çoxlu sayda insanların öldürülməsi, sərvətlərin talanması, gənclərin əsir götürülməsi, qız və qadınların kəniz edilməsi, şəhərlərin dağıdılması, əhalinin alçaldılması, mədəniyyətin məhv edilməsi və s. gələcək üçün silinməz izlər qoyuldu. Ərəb-islam axını inancımızı, milli-mənəvi dəyərlərimizi, döyüşkənlik ruhumuzu məhv etməklə yanaşı, dilimizi, özümlüyümüzü, mədəniyyətimizi, etno-genezisimizi də təhlükə altına atdı. Döyüşkən türk ruhu qorxaq-müti ərəb ruhu ilə əvəz olundu. VII-IX əsr ərəb istilasından sonra türk torpaqlarına gələn istənilən dövlətin tərkibində illərlə, hətta əsrlərlə qul həyatı yaşamışıq.
Yazını xalqımızın, ümumilikdə türk düynasının AZADLIQ RƏMZİ olan Babəkin sözləri ilə bitiririk: “Qırx il qul olmaqdansa, bir gün AZAD yaşamaq yaxşıdı”.
Nicat Mübariz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan: "Buqələmunə hörmətsizlik olar, amma bunlar ondan da betərdirlər"

    Ərdoğan: "Buqələmunə hörmətsizlik olar, amma ...

    23-07-2016, 01:25

  • 
  • Təbrizlə Şuşanı birləşdirən şok tarix

    Təbrizlə Şuşanı birləşdirən şok tarix ...

    29-11-2013, 17:36

  • 
  • Salyanda gümüş pul və qədim əşyalar tapılıb - FOTO

    Salyanda gümüş pul və qədim əşyalar tapılıb - FOTO ...

    7-03-2016, 13:58

  • 
  • Bu gün Su çərşənbəsidir

    Bu gün Su çərşənbəsidir ...

    25-02-2014, 17:06

  • 
  • İngiltərədə Quranın qədim əlyazması tapıldı (VİDEO)

    İngiltərədə Quranın qədim əlyazması tapıldı ...

    22-07-2015, 08:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu