GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Beyin axını”: Azərbaycanı tərk edən alimlər - ARAŞDIRMA

“Beyin axını”: Azərbaycanı tərk edən alimlər - ARAŞDIRMA

Tarix: 22-08-2013, 11:30 Bölmə :Maraqlı Baxış: 1 315
 “Beyin axını”: Azərbaycanı tərk edən alimlər - ARAŞDIRMA

Hər hansı bir ölkənin varlığına son qoymaqdan ötrü öncə onun beynini ələ keçirmək gərəkdir. Sonra həmin dövlət və millət özü-özünə misqal-misqal tənəzzülə uğrayacaq. Çünki tərk edilməz təfəkkür özü ilə bir çox ünsürləri aparır ki, o ünsürlər olmazsa, toplumdan millət də olmaz. Tarix boyu Azərbaycandan Şərqə və Qərbə xeyli “beyin axınları” olub. SSRİ-nin iflasından sonra bu axının yeni dalğası baş verib.


Modern.az saytının araşdırması zamanı bəlli olub ki, Azərbaycandan “beyin axını” daha çox Rusiya, Türkiyə və Qərbi Avropa istiqamətində olub.

Müstəqilliyin ilk illərində Azərbaycanı tərk edənlər arasında Memarlıq və İnşaat Universitetinin keçmiş rektoru, mərhum Qeybulla Qeybullayev də vardı. Vətənində elmi fəaliyyəti ilə tanınsa da, siyasi qısnamalar ucbatından mühacirət etmək məcburiyyətində qalmış alim Türkiyəyə mühacirət elədi. Burada elmi fəaliyyətini davam etdirən Q.Qeybullayev Türkiyə baş naziri Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri idi.

Kamil Vəli Nərimanoğlu – 1999-cü ilədək BDU-un filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasına rəhbəri də Türkiyəyə köç etmiş azərbaycanlı alimlərdən biridir. Həmin dönəmdə və ondan sonrakı illərdə Kamil Vəli Nərimanoğlu Konya Səlçuq Universitetinin fəxri doktoru adını alır və İzmir, eləcə də Şimali Kipr Yaxın Doğu və Ağdəniz universitetlərində dərs deyir. Lakin sonralar siyasi səbəblərdən ölkəni tərk edir. 2005-ci ildə parlament seçkilərində məğlub olması alimin xaricdə daimi məskən salmasını bir az da sürətləndirir. Hazırda professor Türkiyənin Yedditəpə Universitetində dərs deyir.

Siyahımızda yer alan digər elm xadimi professor Vəli Şahmurovdur. V.Şahmurov 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində çalışıb. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olub. 2007-ci ildən isə qardaş ölkənin Okan Universitetində çalışmaqdadır. 100-dən çox monoqrafiyanın və 10 elmi layihənin rəhbəri olan Şahmurov müstəqilliyin ilk illərində elmin iflası və alimlərin maddi böhranda üzməsi səbəbindən ölkəni tərk edən alimlərdəndir.

“Beyin axını”ndan danışarkən Türkiyədəki Səlcuq Universitetinin professoru, kompüter və elektronika üzrə ilk mütəxəssislərdən olan Novruz Allahverdiyevi də unutmamaq gərəkdir. Hazırda o, Türkiyənin ən çox tələbəsi olan (71000) Səlcuq Universitetində çalışır. Nəhəng Universitetin “bilgisayar başqanı“ adlandırılan professor azərbaycanlı ziyalılardan biri ilə söhbətində vətənə qayıdıb-qayıtmamağı məsələsinə bu cür reaksiya verib: “Mən Azərbaycana o zaman qayıda bilərəm ki, orda da Türkiyədəki kimi tam qüvvəmlə işləyə bilim. Bax, gəl insafla danışaq, mən hər il olmasa da Bakıya gedirəm, orda bir çox köhnə dostlarla görüşürəm və onların vəziyyəti məni çox ağrıdır”.
Bu qeyd Kembric Universitetinin təsis etdiyi “Min böyük intellektual” ensiklopediyasına adı daxil edilən alimin Türkiyədə nə səbəbə çalışdığını aydın göstərir.

Bəzi səbəblərdən ölkəni tərk edən digər dəyərli alimimiz riyaziyyatçı Elman Həsənoğludur. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini “Lenin təqaüdü” ilə bitirib. Ondan cəmi bir il sonra elmlər namizədi elmi dərəcəsini alır, sonradan Ukraynanın Xarkov Universitetində çalışan E.Həsənoğlu fizika–riyaziyyat və radiofizika üzrə sanbalı mütəxəssis kimi tanınır. 1991-ci ildə elə bu universitetdə doktorluq dərəcəsini qazanır. Hazırda qardaş ölkənin İşıq Universitetində fənn-ədəbiyyat fakültəsində matematik bölüm başqanı vəzifəsində çalışır.

Fizika-riyaziyyat elmləri doktoru, professor Vərqa Kələntərov həmkarlarından həm də vətəndə çalışdığı üçün fərqlənir. Türkiyənin Koç Universitetində matematik uzmanı kimi tanınan Kələntərov vətəndə Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda da fəaliyyətinə xitam verməyib.

Siyahıya əlavə edəcəyimiz daha bir nüfuzlu şəxs isə Türkiyənin Orta Doğu Texnik Universitetinin professoru Həmdulla Mehrabovdur. Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Bu səfər çox uğurlu keçmiş, o, buradakı Tokio, Osaka, Kioto, Naqoya, Çukubo, Xirosima, Nara və digər şəhər universitetlərində və elmi-tədqiqat mərkəzlərində elmi araşdırmalar aparmağa nail olur. Bundan başqa, alim-master və doktor tələbələri üçün yüksək səviyyədə dərslər apararaq yaponiyalı həmkarlarının dərin hörmətini qazanır. 1952-ci ildə Borçalı mahalında anadan olan professor hazırda fizika sahəsində dünyanın tanınan alimlərindən biri sayılır. 200- dən çox orijinal elmi məqalənin müəllifi olan alim öz fəaliyyəti sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə gizli səsvermə yolu ilə 2000-ci ildə dünya müsəlmanlarının akademiyası sayılan, İslam Dünyası Bilimler Akademiyasına həqiqi üzv seçilib.

Azərbaycandan köç etmiş növbəti alim texnika elmlər namizədi Bəxtiyar Siracovdur. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kompüter təminatı şöbəsinin müdiridir. Alim yuxarıdakılardan fərqli olaraq beyin axınını qurbanına çevrilməyib. O yenə də işlədiyi yerdə Azərbaycanı təmsil edir və Azərbaycan adına Beynəlxalq Atom agentliyində fəaliyyət göstərir. 2-ci ildən çoxdur Avstriyada yaşayır.


Elmin Nuri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - İNANILMAZ FAYDALARI

    Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - ...

    25-07-2016, 23:58

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu