Malyariyanın dərmanı ilə koronavirusu sağaldan fransız həkimi ölümlə hədələyirlər.
Fransanın Marsel universitetinin xəstəxanasında edilən testlərdə, malyariyanın qarşısını almaq və müalicə etmək üçün istifadə edilən xlorokin dərmanının koronavirusun müalicəsində təsirli olduğu qənaətinə gələn professor Didier Raoultuna ölüm təhdidləri mesajları gəlir. Professor bildirib ki, ona zəng edən naməlum bir şəxs "sabah saat 14-dək bu cəfəngiyyatı səsləndirməyi dayandırmasan, nə olacağını görərsən" sözləri ilə hədələyib. Bir gün sonra Raoulta göndərilən mesajlarda "xlorokin haqqında dediklərinizdən geri çəkilmək üçün 4 saatdan az vaxt tələb olunur." deyilib.
Fransız mətbuatı da koronavirus xəstələrində istifadə edilməsi nəzərdə tutulan xlorokinlə bağlı araşdırmalarını davam etdirir. Raoultun ona qarşı ölüm təhdidləri ilə əlaqədar istintaq prosesinin davam etdiyi üçün açıqlama vermək istəmədiyini bildirib. Doktor Rault eksperimental müalicəni qəbul edən 24 xəstənin 75 faizinin 6 gün ərzində virusdan qurtulduğunu bildirib.
Fransanın rəsmi qəzetində dərc edilən Baş nazirin qərarına əsasən, Covid-19-un müalicəsində xlorokinin qəbulu həkim nəzarəti altında həyata keçirilə bilər.
Məlumat üçün bildirək ki, ötən gün rəsmi ''Twitter'' hesabında Donald Tramp da Hidroxlorokin və Azitromiçinin koronavirusun müalicəsində faydalı olacağı ilə bağlı post paylaşmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?