GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Əli Həsənova bağlı media-proje

Əli Həsənova bağlı media-proje

Tarix: 17-12-2012, 22:57 Bölmə :Maraqlı Baxış: 761
Əli Həsənova bağlı media-proje

Adminstrasiya rəsmisi himayəsində olan qəzetdəri yaşatmaq üçün inzibati resurslara əl atılır

gundemxeber.az Ötən saylarımızda rejimin azad mətbuata qarşı dəstək adı altında kötək siyasəti haqda araşdırmalarımızı təqdim etmişdik. İndi isə hakimiyyətin nəzarəti altında olan dövlət qəzetlərinə rəsmi və qeyri-rəsmi formada ən müxtəlif şəkildə dəstək verdiyi haqda bəhs edəcəyik. Sözügedən qəzetlərin davamiyyət və dövriliyini məhz iqtidarın sitimullaşdırdığı hər kəsə məlumdur.
Dövlət müəssisələrində çalışanların dövlət qəzetlərinə məcburi surətdə abunə edilməsi, məktəb və xəstəxanalardan tutmuş, mənzil istismar sahələri və polis idarələrinə qədər bütün strukturların icbari satış prosesinə cəlb olunması və s. iqtidar qəzetlərinin yaşamını təmin edən başlıca amillər sırasına daxildir. Uzun illərdir ki, ictimaiyyətin etibarını itirən və cəmiyyətdə zərrə qədər də olsun etimad qazanmayan bu qəzetlərin sırf inzibati üsullarla ayaqda durması, əslində bu qəzetlərin mətbuat orqanı kimi çoxdan tarixə gömüldüyünün isbatı hesab edilə bilər. Elə bunun nəticəsidir ki, bitərəf və müxalifət qəzetləri ilə mübarizədə açıq-aşkar yenilən və azad mətbuatla rəqabət apara bilməyən rəsmi qəzetlərin satışını təmin etmək, onların formal da olsa fəaliyyətinə şərait yaratmaq üçün hər gün yeni bir inzibati müdaxilə üsulu tətbiq edilməkdədir. Ötən gün iqtidar düşərgəsindəki «ixtiraçıların» yeni «icadı» ilə bağlı redaksiyamıza məlumat verən özəl mənbə, hakimiyyətin ən üst təbəqəsi tərəfindən bütün ölkəni əhatə edən yeni media kampaniyasına start verildiyi bildirib.

Özəl mülkiyyətçilərə icbari qəzet satışı

Mənbənin sözlərinə görə, demokratik qüvvələrlə mübarizədə öz mətbu bazasını gücləndirməyə qərar verən iqtidar, bu istiqmətdə çox ciddi bir addıma imza atıb. Belə ki, bugünə qədər yalnız dövlət müəssisəsələrində çalışan şəxslərin maddi asılılığından istifadə edərək onları dövlət qəzetlərinə məcburi surətdə abunə yazdıran iqtidar, bu kəs bütün xüsusi mülkiyyətçiləri hədəf alan bir metodun tətbiqinə start verib. Mənbənin məlumatına görə, iri restoranlardan tutmuş adi dönər köşklərinə qədər bütün obyektləri əhatə edəcək layihənin artıq ilk mərhələsinin icrasına başlanılıb: «Bugünə qədər hakimiyyət iqtidar qəzetlərinə dəstək məqsədilə yalnız dövlət idarələrinin şəxsi kontingentindən yararlanırdısa, bundan sonra xüsusi mülkiyyət sahibləri də məcburən hakimiyyətin bu siyasətinə dəstək verməli olacaq. Çünki Prezident Administrasiyası tərəfindən həyata keçirilən yeni layihədə hər bir xüsusi mülkiyyətçinin dövlət qəzetlərinə abunə yazılmasını nəzərdə tutulur. Layihədə hər rayonda nə qədər xüsusi mülkiyyətçinin olduğu, onların ən geci hansı tarixdən etibarən hansı məbləğdə abunə haqqı yazılmalı olduğu və s. kimi məsələlər ən xırda detallarına qədər nəzərdə tutulub».

Müxalifətçilər onları söyən qəzetlərin çap xərcini ödəyəcək?

Mənbənin qənaətincə, hakimiyyətin bu addımı iqtidar qəzetlərin maddi-texniki bazasını həddindən artıq gücləndirəcək və hətta müxalif fikirli şəxsləri belə arzularının ziddinə olaraq iqtidar qəzetlərinin maddi tərəqqisinin keşiyində dayanmağa vadar edəcək: «Məlum qərar ölkədəki bütün mülkiyyətçiləri əhatə etdiyindən siyasi əqidəsindən, partiya mənsubiyyətindən, düşüncə tərzindən asılı olmayaraq, hər bir mülkiyyətçi istisnasız olaraq iqtidar qəzetlərinə abunə yazılaraq illik abunə haqqı ödəməyə məcbur olacaq. Başqa sözlə desək, əgər obyekt sahibi hətta bitərəf və ya mövcud iqtidara müxalif bir şəxs olsa belə yenə də abunə yazılışından iştirak etməyə məcbur olacaq ki, bu da iqtidar mətbu orqanının müxalif fikirli insanlar hesabına maddi tərəqqisi deməkdir. Bu gün ölkədə bütün mülkiyyətçilərin hüququnun açıq və ya gizli şəkildə tapdandığını, onların hamısından qanunsuz olaraq aylıq və ya illik rüsumlar toplandığını və bu səbəbdən də demək olr ki, bütün sahibkarların mövcud rejimdən narazı olduğunu nəzərə alsaq, bundan sonra iqtidar qəzetlərinin çap xərcinin müxalif şəxslər tərəfindən ödəniləcəyini iddia etmək olar».

Əli Həsənovun əmri: «Abunə yazılmayan mülkiyyətçinin obyektini sökün!»


Mənbənin sözlərinə görə, Prezident Administrasiyasından yerlərdəki icra başçılarına verilən tapşırıqda göstərişə əməl etməyən sahibkarların sərt şəkildə cəzalandırılması ilə bağlı konkret müddəalar da yer tutub: «Prezident Administrasiyasının məlum göstərişində bildirilir ki, əgər hansısa sahibkar iqtidar qəzetlərinə abunə yazılmaqdan imtina etsə, o zaman ona qarşı bütün cəza növlərindən sərhədsiz olaraq istifadə edilməli, gərəkirsə, həmin şəxsin sahibkarlıq fəaliyyətinə xitan verilməlidir. Abunə haqqı ödəməkdən imtina edən şəxsin obyekti sökülərək fəaliyyəti dayandırılmalı və ya onun həmin obyekt üzərindəki sahiblik hüququ əlindən alınmalıdır».
Mənbənin bildirdiyinə görə, icra başçılarının sözügedən qərarın icrasında heç bir çətinliklə üzləşməməsi üçün bu məsələdə rayon icra hakimiyyətlərinin rəhbərliyinə müstəsna səlahiyyətlər verilib: «Paytaxt və rayonlardakı bütün iri obyektlərin nazir və nazir müavinlərinə, prokuror və generalitet heyətinə, güc orqanlarının təmsilçilərinə və s. aid olduğunu nəzərə alan Prezident Administrasiyasi icra başçılarının bu yöndəki fəaliyyətini asanlaşdırmaq üçün onlara əlavə səlahiyyətlər verib. Bu səlahiyyətlər isə məlum göstərişi yerinə yetirməkdən imtina edən istənilən obyektin sökülməsini və buna görə təzyiqə məruz qalan icra başçısının Prezident Administrasiyası səviyyəsində müdafiəsini nəzərdə tutur. Göstərişdə açıq şəkildə qeyd olunur ki, əgər hansısa nazir və ya iri məmur bu məsələ ilə bağlı icra başçısıa hədə-qorxu gələr və ya onu hansısa formasa hədəfə alarsa, o zaman həmin məmurun özünə qarşı ciddi ölçü götürüləcək və həmin şəxs ali siyasi komandadan xaric ediləcəkdir».

300-1000 manatlıq abunə və ya kimlik təsdiqi

Mənbənin məlumatına görə, bütün xüsusi mülkiyyətçiləri icbari abunə prosesinə cəlb edən hakimiyyət, bu məsələdə mülkiyyətçilərə bəzi «azadlıqlar» da verib. Belə ki, mülkiyyətçilərə bildirilib ki, onlar istədikləri iqtidar qəzetinə abunə yazıla bilər: «Prezident Administrasiyasının yeni mətbu layihəsində mülkiyyətçilərə müəyyən azadlıqlar da verilib ki, bunlardan da biri onlara hər hansı konkret qəzetə deyil, istənilən dövlət qəzetlərindən birinə abunə yazılmaq sərbəstliyinin verilməsi ilə bağlıdır. Yəni mülkiyətçi istədiyi iqtidar qəzetinə abunə yazıla, bu məsələdə istədiyi iqtidar qəzetinin üzərində dayana bilər».
Mənbə mülkiyyətçilər üçün təyin edilən abunə haqqına da aydınlıq gətirib. Mənbənin sözlərindən aydın olub ki, illik abunə haqqı obyektlərin böyüklüyündən, xidmət və fəaliyyət sahəsindən asılı olaraq dəyişir: «Yeni mətbu layihədə iqtidar qəzetlərinin illik abunə haqqı 300-lə min manat arasında dəyişir ki, bu da obyektlərin ölçüsündən, ticari fəaliyyətindən asılı olaraq müəyyənləşir. Göstərişə görə, şəhər və ya rayon ərazisində fəaliyyət göstərən bütün xırda ticarət məntəqələri - aşağı kateqoriyalı çayxanalar, ictimai iaşə müəssisələri və s. 300 manat məbləğində abunə haqqı ödəməlidir. Lakin ərazisi və ticari intensivliyi ilə diqət çəkən digər obyektlər isə 300-1000 manat arasında abunə haqqı ödəyəcək ki, bu da onsuz da qeyri-qanunsuz ödənişlərdən, inzibati təzyiqlərdən kifayət qədər əziyyət çəkən sahibkarla üçün əlavə problem deməkdir».

İcra başçılarına yeni fürsət

Mənbənin sözlərinə görə, Prezident Adminsitrasiyasından daxil olan göstəriş yerlərdəki icra hakimiyyətlərinə rüşvətlə bağlı yeni fürsət qazandırıb: «Prezident Adminsitrasiyasının abunə yığımı ilə bağlı göstərişi və bu göstərişin icra başçılarına verdiyi əlahiddə səlahiyyətlər rayon rəhbərliyinə əlavə yeyinti yeri yaradıb. Belə ki, məlum göstərişi əlində rəhbər tutan icra başçıları rayondakı əksər obyektlərin sahiblərini 1000 manatlıq abunəçilər siyahısına daxil edir. Buna etiraz edən obyekt sahiblərini verilən göstərişin ciddiliyinə inandıran icra yetkililəri, mülkiyyətçilərdən daha artıq vəsait qoparmaq üçün onlara yaxın gələcəkdə daha bir neçə analoji situasiya ilə üzləşəcəklərini bildirir. Habelə, mülkiyyətçilərə təlqin edilir ki, birincidən kimin adı hansı kateqoriyalı abunəçi siyahısa salınsa, gələcəkdə də bu və bu kimi işlərlə bağlı həmin məbləğdə vəsait ödəməli olacaq». Təbii, icra yetkililəri tərəfindən verilən məlum məzmunlu izahat mülkiyyətçilərin narahatlığını daha da artırır. Məhz bundan sonra icra əməkdaşları sahibkarlara öz yardımlarını təklif edir. Sahibkarlara bildirilir ki, əgər onlar başçıya 200-300 manat məbləğində «hörmət» etsələr, o zaman icra başçısı da «insaf naminə» onların isimlərini 400-500 manatlıq abunəçi siyahısına daxil edə bilərlər. Məsələnin bu cür qoyuluşu onsuz da başqa çıxış yolu olmayan sahibkarları icra yetkililəri ilə razılaşmağa, onların «canıyananlığından» faydalanmağa vadar edir. Nəticədə isə icra başçıları həm Prezident Administrasiyası tərəfindən onlara həvalə edilən tapşırığın öhdəsindən «uğurla gəlir», həm də bu göstərişin icrasından maddi baxımdan yetərincə qazanclı çıxırlar. Qazanan isə iqtidar mətbuatı, bu mətbuatı özünə qalxan hesab edən hakimiyyət və onun yerlərdəki təmsilçiləri olur».

Çingiz Coşqun
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənova bağlı media-proje

    Əli Həsənova bağlı media-proje ...

    17-12-2012, 22:46

  • 
  • Ramiz Mehdiyevin imzasıyla şok sənəd

    Ramiz Mehdiyevin imzasıyla şok sənəd ...

    8-01-2013, 10:41

  • 
  • “Gündəm xəbər” oxucularından kömək istəyir

    “Gündəm xəbər” oxucularından kömək istəyir ...

    9-11-2013, 21:55

  • 
  • Metropolitendə Gündəm Xəbər qəzeti də daxil olmaqla bir çox qəzetlərin satışına qadağa qoyuldu

    Metropolitendə Gündəm Xəbər qəzeti də daxil ...

    15-10-2013, 13:22

  • 
  • Bakıda küçə ticarəti və qəzetlərin səyyar satışı rəsmən qadağan olundu

    Bakıda küçə ticarəti və qəzetlərin səyyar satışı ...

    15-01-2014, 13:16


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (339)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu