GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Yağışın üzə çıxardığı korrupsiya - Araşdırma

Yağışın üzə çıxardığı korrupsiya - Araşdırma

Tarix: 26-09-2013, 11:03 Bölmə :Maraqlı Baxış: 1 028
Yağışın üzə çıxardığı korrupsiya - Araşdırma
Sonuncu “yağış böhranı”ndan sonra hamımıza bəlli olan, amma rəsmi qaydada etiraf edilməyən fakt bir daha təsdiqləndi: “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramı icra edilməyib. Artıq 2013-cü il başa çatmaq üzrədir və prinsip etibarilə hesabat anı gəlib çatıb. Amma paytaxtı sular altına salan leysan yerin altında - kanalizasiya sistemində gizlənən problemləri yenə üzə çıxardı.


Adətən, belə situasiyalarda vətəndaşlar və media paytaxtın İcra Hakimiyyətinə tərəf çevrilirlər və “haradasınız?” deyə soruşurlar. Düz də edirlər. Yollarda və məhəllələrdə yaranmış belə vəziyyətlərin çevik çəkildə aradan qaldırılmasında İcra Hakimiyyəti də iştirak etməlidir. Amma əsas qurum “Azərsu” ASC-dir.

Leysan yağışlarının ardından bu dövlət qurumunun verdiyi ilk açıqlama belə oldu ki, “yağışdan sonra küçələrdə yaranan problemlərin böyük əksəriyyəti infrastrukurun hazır olmaması ilə deyil, yağıntıların həcminin həddindən artıq çox olması ilə bağlıdır”. “Azərsu” ASC-dən əlavə ediblər ki, “qurumun mütəxəssisləri yağışın fəsadlarını aradan qaldırmaq məqsədilə bütün gecəni işləyiblər. Hazırda Ziya Bünyadov, Babək prospektlərində və şəhərin digər ərazilərində işlər davam etdirilir”.

Əslində isə başlıca sual heç də yağışın nəticələrinin aradan qaldırılması ilə bağlı deyil. Əsas sual başqa cür səslənir: Niyə leysan düşən kimi şəhər sel altında qalır? “Azərsu” ASC məhz bu suala cavab veməlidir. Çünki yuxarıda adını çəkdiyimiz Dövlət Proqramı müvafiq vəzifələri məhz “Azərsu”-nun üzərinə qoyub.

ASC özlüyündə bu suala cavab verib və bunu infrastrukturla deyil, yağıntıların həcminin həddindən artıq çox olması ilə izah edib. Ancaq hamımızın bildiyimiz bir fakt var: Elə 4-5 il əvvəl də yağıntılar az olanda problem yaranmırdı. Biz də onu soruşuruq ki, niyə yağıntıların miqdarı çox olanda sel altına düşürük? Kim “Azərsu”-ya zəmanət verib ki, yağıntıların miqdarı çox olmayacaq? Bəlkə yağış suları üçün nəzərdə tutulan kanalisaziya sistemi yağıntıların konkret miqdarı üçün nəzərdə tutulub? O zaman sistemin hansı miqdarda yağıntıya hesablandığını da açıqlamaq lazımdır. Eyni zamanda daha artıq miqdarda yağıntılara davam gətirən sistemin qurulmasının mümkün olmadığı əsaslandırılmalıdır.

Yağış “Azərsu”-nun öhdəliklərini də “yuyub aparıb”

Reallıqda isə Dövlət Proqramı “Azərsu” ASC-yə məhz yağış sularına qarşı infrastrukturun genişləndirilməsini həvalə edib. Proqramın 4.2.27-ci bəndində “Bakı şəhərində və ətraf qəsəbələrində yağış kanalizasiya sisteminin genişləndirilməsi” tədbiri müəyyən edilib. Tədbirin həyata keçirilməsi üçün müddət 2009-2013-cü illəri əhatə edir və məsul qurum olaraq “Azərsu” ACS göstərilib.

4.3.1.18-ci bənd “Şəhərin yaşayış massivlərinin kanalizasiya sistemlərinin təmiri, yenidən qurulması və tikintisi”, 4.3.1.19-cu bənd isə “Ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” vəzifəsini “Azərsu” ASC-nin üzərinə qoyub. Birinci vəzifədən aydın olur ki, söhbət ümumilikdə kanalizasiya sitemindən deyil, konkret olaraq “yağış kanalizasiya sistemi”ndən gedir. “Azərsu”-nun bu tədbiri başa çatdırmaq üçün 3 aydan bir neçə gün artıq vaxtı qalıb. 4 il 9 ay ərzində dəyişiklik yarada bilməyən qurum 3 ay ərzində hər şeyi yoluna qoya biləcəkmi? Təbii ki, yox! Belə düşünmək üçün əsasımız var.

“Azərsu” dövlət vəsaitlərini belə dağıdıb...

Desək ki, “Azərsu” ASC-nin fəaliyyətində korrupsiya var, yeyib-dağıdırlar - qərəzli görünə bilərik. Amma bunu dövlət vəsaitlərinin xərclənməsinə nəzarət edən qurum - Hesablama Palatası deyir. Məhz haqqında danışdığımız Dövlət Proqramının icrası müddətində Hesablama Palatası “Azərsu”-nun maliyyə əməliyyatlarında korrupsiya faktları aşkarlayıb və bu barədə hesabatı açıqlayıb.

Sənədə görə, «Azərsu» ASC tərəfindən 2010-cu il üzrə dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layhələrə dair təklif olunmuş büdcə proqnozlarının texniki hesablamaları aparılmayıb. Bu layihələr dövlət poqramları ilə tam əlaqələndirilmədən təqdim edilib. Bəzi obyektlər üzrə inşaat işlərinin barbaşa satın alınması müqaviləsi bağlansa da, müqavilənin dəyəri podratçı təşkilatlar tərəfindən təqdim edilən iş həcmləri və qiymət cədvəli əsasında müəyyən edilib. Müqavilələr bağlandıqdan 2-4 ay sonra Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən 1991-ci ilin baza-smeta qiymətinə uyğun dəyər müəyyən olunub. Tikinti-quraşdırma işlərinin aparılması üçün lisenziyası olmayan podratçı təşkilatlarla birbaşa müqavilə bağlanıb. «Elektrik avadanlıqlarının dəyişdirilməsi və yeni su nasoslarının quraşdrılması» layihəsi üzrə «Qafqazenerqoservis» Şirkətinə 2011-ci ildə 3 müqaviyə əsasən, vəsait ödənilsə də, cəmi 2 müqavilə üzrə işlər yerinə yetirib. Texniki parametrlərdə və işlərin həcmində dəyişikliklər aparılması layihənin yenidən dəyərləndirilməsinə ehtiyac yaradıb, lakin bu işlərin heç biri aparılmayıb. Layihələr ekspertizadan keçirilməyib. 2011-ci il üzrə investisiya vəsaitlərin istifadəsinə dair Hesablama Palatasına təqdim edilən məlumatdakı bəzi göstəricilərlə ASC-də uçotu aparılan göstəricilər arasında fərqlərin olduğu aşkar edilib. Hesabatda göstərilir ki, üzə çıxarılan nöqsanlardan sonra «Qafqazenerqoservis» şirkəti tərəfindən mənimsənilən 371 min manat ödənilib.

Bu, Hesablama Palatasının hesabatından çıxarış idi. Üstəlik, bu nəzarət qurumunun heç də bütün korrupsiya faktlarına açıq gözlə baxmadığı bizə bəllidir.

Vergidən yayınmağın klassik forması

Elə faktlar da var ki, bunun üçün Hesablama Palatasının hesabatına ehtiyac yoxdur. Son 5 ildə suyun satış qiyməti ikiqat artsa da, “Azərsu” 5 il əvvəlkindən daha az vergi ödəyir. 2007-ci ildə ASC dövlət büdcəsinə 12,2 milyon manat, 2012-ci ildə isə 11 milyon manat vergi ödəyib. Üstəlik, 2007-ci ildə bu qurum əhali tərəfindən suyun haqqının ödənilmədiyini iddia edirdi. Ancaq indi kart sistemi tətbiq olunur və ASC satdığı suyun pulunu yüksək qiymətlə rahat-rahat toplayır. Yenə də ortaya xərclərlə bağlı məsələ çıxır - qurum son 5 il ərzində Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr zamanı xərcləri şişirdib və Hesablama Palatası da bunların az bir hissəsini açıqlamağa məcbur olub. Vergi ödənişlərinin azalması da xərclərin şişirdilməsi formasında korrupsiyanın böyüməsi ilə bağlıdır.

Yuxarıda göstərilənlər Dövlət Proqramının hansı səbəbdən icra olunmadığını ortaya qoyur. Amma əminliklə verə biləcəyimiz bir proqnoz var: Proqramın icrası ilə bağlı hesabatda bütün vəzifələrin, o cümlədən yağış kanalizasiya sisteminin genişləndirilməsi işlərinin uğurla həyata keçirildiyi qeyd olunacaq. Sonra növbəti 5 il üçün Dövlət Proqramı qəbul olunacaq, yenə də “Azərsu” layihə xərclərini şişirdəcək, Hesablama Palatası da bu fakrlardan bir-ikisini açıqlayacaq. Sonunda yenə də proqramın uğurlu icrası ilə bağlı hesabat veriləcək. Böyük ehtimalla hesabatın təqdim olunduğu anlarda Bakı şəhəri sel sularının altında olacaq.

“Azərsu” hansı işi yaxşı bacarır?

“Azərsu” özünə aid olan işlərlə məşğul olmasa da, özünə aid olmayan işlərlə sıx şəkildə məşğul olur. Sənədsiz evlərin sökülməsi istiqamətində lider dövlət qurumu ARDNŞ-dir. “Azərsu” ASC-nin hazırkı sədri Qorxmaz Hüseynov bu vəzifəyə məhz ARDNŞ-dən gəlib. Yeni vəzifəsinin icrasına başlayan kimi Qorxmaz Hüseynov köhnə vərdişlərini də özü ilə birlikdə gətirdiyini büruzə verdi. “Azərsu” ASC-nin əməkdaşları sənədsiz evlərin sahiblərini söküntülərlə hədələməyə başladılar, daha sonra evləri uçota almağa cəhd etdilər və bir çox hallarda torpağın altında hansısa əlçatmaz dərinlikdə boru xətti də uydurdular. Əhalinin savadsız kəsimi isə bu uydurmalara inanırdı - onlara elə gəlirdi ki, həqiqətən də evinin altında dərinlikdən boru xətti keçir. Bir sıra hallarda isə ASC-nin balansından silinmiş və istismar olunmayan boru kəmərlərini “diriltməyə” başladılar və əhalini qorxudub “ödənişli danışıqlar”a cəlb etdilər. Amma az sonra, görünür, mərkəzi rəhbərliyin göstərişindən sonra “Azərsu” əhaliyə qarşı bu kampaniyanı dayandırmalı oldu. Bununla belə, bu məzmunda epizodlar ara-sıra yenə də yer almaqdadır.

Yeri gəlmişkən, sənədsiz evlərin sənədləşdirilməsi üçün yaradılmış dövlət komissiyasında “Azərsu” sədri də yer alıb. Sosial-iqtisadi inkişaf proqramı necə yerinə yetirilirsə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı sərəncam da eyni qaydada icra olunur. Yəni icra olunmur...

”Bizim Yol” qəzeti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda güclü leysan: 100-ə yaxın evə ziyan dəydi

    Azərbaycanda güclü leysan: 100-ə yaxın evə ziyan ...

    23-09-2014, 12:50

  • 
  • İlham Əliyev icra başçılarını topladı

    İlham Əliyev icra başçılarını topladı ...

    5-02-2014, 12:00

  • 
  • Leysan yağacaq

    Leysan yağacaq ...

    13-05-2015, 13:41

  • 
  • Bakıda yağış niyə tıxaca səbəb olur?

    Bakıda yağış niyə tıxaca səbəb olur? ...

    1-10-2014, 08:19

  • 
  • İcra başçılarının qanunsuzluğu ilə bağlı hesabat hazırlanıb

    İcra başçılarının qanunsuzluğu ilə bağlı hesabat ...

    28-03-2015, 20:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu