GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Paşayevlərin başladığı böyük müharibə

Paşayevlərin başladığı böyük müharibə

Tarix: 18-12-2012, 12:22 Bölmə :Maraqlı Baxış: 813
Paşayevlərin başladığı böyük müharibə

İqtidarın gizli layihəsinin içindəki gizlinlər; rejimin gələcəyi təhlükədə


gundemxeber.az Hakimiyyət daxilində gedən mərkəzləşdirmə prosesi start mərhələsindədir. Lakin o, artıq ciddi reaksiyalar törədib. Ayrı-ayrı oliqarxlara, hakimiyyətdə təmsil olunan qruplara yaxın olan kiçik məmurlardan - icra hakimiyyəti başçılarından, onların vəzifələrindən götürülməsindən başlayan proses getdikcə dövlət strukturlarında yayılmağa və dərinləşməyə başlayır. Prosesə informasiya-ideoloji dəstəyi isə iqtidar KİV-lərindən bəziləri verir. Olayın, aparılan prosesin gözlə görünməyən təfsilatları barədə jurnalistlərə informasiyalar sızır. Bu sızıntılara görə, siyasi hakimiyyətin, konkret olaraq prezidentin məqsədi iqtidardakı güc mərkəzlərini, paralel strukturlaşmaları aradan qaldırmaq, bir neçə oliqarxın əlində cəmlənmiş böyük miqdarda maddi ehtiyatları almaq, onların nəzarət sferalarını ya daraltmaq, ya da tamamilə bağlamaqdır.

Paşayevlər oliqarxlara müharibə elan edib

Baş verən proseslərdə əsas tərəfin Paşayevlər olduğu heç kimə sirr deyil. Məhz bunun nəticəsidir ki, Paşayevlərdən kənar bütün güclər bir mərkəzdə birləşib. Paşayevlərin öz iddiaları və bu iddialara uyğun qrupu var. Ora əsasən iqtidar komandasına 2003-dən sonra gətirilənlər aiddir. Bir neçə naziri, dövlət sistemində 2-ci, 3-cü vəzifəni daşıyan şəxsi, bir sıra tanınmış ziyalıları, deputatları, hətta bəzi tanınmış müxalifətçiləri özündə birləşdirən qrup illər ərzində artıq hakimiyyətin mərkəzinə çevrilə bilib. YAP qurucularından biri əməkdaşımızla söhbət edərkən ehtiyatsızlıqla bir məlumatı açıqlamışdı. O da sirr deyil ki, məlum mart referendumu məhz iqtidar düşərgəsində alternativlik rəyini dağıtmaq üçün keçirilmişdi. Onlar açıq iddia etməsə də artıq iqtidar əfkarından biriləri gələcək prezidentin Paşayevlərdən olacağını düşünərək yönünü yanılmışdılar. Məsələ o dərəcədə mərkəzdənqaçma faktoruna dönmüşdü ki, bu klanın ən təvazökar üzvü belə iqtidar yetkililərindən daha artıq avtoritetə çevrilməkdə idi. Hesab-kitabını belə o cinahla yapmağa başlayanlar tapılmışdı. Referendum kimi açıq mesaj olmasaydı, sadə bir daxili faktor rejimi 1-2 ilə deformasiyaya uğradacaqdı. Zamanında səbr göstərən yeni qrup indi cavab həmləsinə hazırlaşır və


Əsas hədəf Mehdiyevdir


Bu qəbildən olan məlumatlara görə, prezidentin idarəetməni daha artıq mərkəzləşdirmək və sadələşdirmək planının icrası Prezident Administrasiyasının və hakimiyyətdaxili qruplardan birinin rəhbəri Ramiz Mehdiyevdən başlayıb. Superoliqarxiyanın hakimiyyətinə son qoymaq əməliyyatı ölkədəki əsas superoliqarxları əhatə edir.
Olayın cəmiyyət adamının gözü ilə görünməyən tərəflərindən biri və ən mühümü də budur ki, yerdə qalanları bir mərkəzə tabe etdirmək prosesində hədəfdə olduğunu anlayan bir neçə qrup barışıb və birləşib. Bu, akademik R.Mehdiyevin rəhbərliyi altında olan əsas qrupla uzun müddətdir onunla münasibətləri normal olmayan “köhnə qvardiya”nın bəzi fiqurlardır! Təcrübə və güc baxımından çoxlarından üstün olan Mehdiyevin gözlənilmədən belə bir qrupun rəhbərliyinə keçməsi ona müəyyən güc versə də bu yalnız həlledici zərbə ümün fasilə rolunu oynaya bilər. Çünki qərar verilib və geriyə yol yoxdur. Onlar barışıb-birləşibsə, yerdə qalanların taleyi, əlbəttə ki, məlumdur. Hakimiyyətin, idarəetmənin yerdə qalan “problemləri”ni - kadr təyinatlarına, maliyyə axınlarına nəzarətə, idarəetmə rıçaqlarına maneçilik törədənləri bu məqamdaca xatırladaq: Başqa adamları da bu cür danışmağa başlasalar, o deməkdir ki,

Bəylər Əyyubovu da sıxırlar

İqtidardakı ən güclü qruplaşmalardan birinin patronu. Ölkədəki etnik və regional hörgütlənmənin memarı. Dünyadakı və Türkiyədəki kürd qruplaşmaları ilə bağı olan, üstəlik, hakim ailə ilə qohumluq telləri səbəbindən gücü daha da qabaran qüdrətli bir sima. Prezidentin şəxsi mühafizəsinin rəhbəri, general. Rejimin ən parlaq və odioz fiqurları onun əlini öpürlər. Hər yerdə, hər qəbildən adamları var. Bütün strateji obyektlər onun nəzarətindədir. O cümlədən ölkədəki, demək olar ki, bütün mobil operatorlarının da kuratoru, qeyri-rəsmi patronu, töycü toplayanı odur. Güc strukturlarına iri təyinatlarda rolu və sözü keçib indiyəcən. Onun adamlarını, nəzarətində olan sahələri bir mərkəzdən, xüsusilə də Prezident Administrasiyasından idarə etmək müşkül, bəzi hallarda isə qeyri-mümkündür. General komanda versə, müqavimətə qalxası xeyli adam ortaya çıxacaq. Yəni Əyyubov o cür fiqurlardandır ki, onun əl-ayağını yığmaq, nəzarətindəkiləri geri almaq çətin işdir...

Vasif Talıbovun əl-ayağını yığırlar

Naxçıvan Muxtar Respublikasının hüdudsuz səlahiyyətlərə malik rəhbəri. Azərbaycanın strateji və həyati qapısının bəkçisi. Naxçıvanı kimsə ilə bölüşməyi, kimsələrə hesab verməyi sevmir. Onun balaca ölkəsində mərkəzi hakimiyyət işləmir. O dərəcədə ki, Naxçıvandakı gömrük qapılarından və hava limanından o sahənin Bakıdakı rəhbərlərinə bir qəpik də olsun hesab çatmır. Kadr təyinatları barədə də eyni fikri söyləmək olar. Onun dalandarlığına Bakıdan kimsə süpürgəçi də təyin edə bilməz. Lakin o, Naxçıvanda oturub Bakıda söz keçirə bilir. Böyük biznes strukturlarına, şəbəkəyə sahibdir. O da hakim ailəyə qohumdur. Lakin bu hakimiyyətin indisinə də, gələcəyinə də ən böyük problemləri məhz o yaradır. Haliyədə çoxlarının yadından çıxmış və siyasi bəstdə oturmuş akademik Cəlal Əliyevin qrupuna aid olub; indi özü qrup rəhbəridir. Bakıya gələndə bəzi Azərbaycan nazirləri onunla görüşmək üçün növbəyə yazılır. Lakin indi onun da məsələsi gündəmdədir. Cənab Talıbovun əl-ayağını da, hətta özünü də Bakıya yığmaq planı var. Hələlik müqavimət simptomları yoxdur. Lakin küsülü olduğu qohumu B.Əyyubovla münasibətlərinin son vaxtlar düzəlməsi barədə məlumatlar var.


Ziya Məmmədov və onun dəstəsi

Hazırda bu qrup dağılmaq, bitmək ərəfəsindədir. Məmmədovu hər yerdən sıxışdırırlar. Onun ən yaxın adamını və qudasını respublikanın baş hərbi komissarı vəzifəsindən çıxarmaqla nəqliyyat nazirinin də yaxın gələcəyinin anonsu verilmiş oldu. Tamamilə mümkündür ki, günün birində onu da Ucara icra başçısı göndərsinlər. Lakin bütün bunlara və onun qələminin qırılması barədə iddialara baxmayaraq Z.Məmmədov hələ də ciddi fiqur sayılır; ölkənin əsas maqnatlarından və ən pullu simalarından biridir. Onun meqa-holdinqi (“ZQAN”), bankı (“Bank of Azerbaycan”) və minlərlə insanın çalışdığı başqa təsərrüfatları var. Cənab Məmmədov iqtidarımızda təmsil olunan azsaylı milyarderlərdəndir. Buraxın onun işdən çıxarılması üçün nə qədər zaman tələb oluna biləcəyi sualına cavab axtarmağı; adamın sahib olduğu əmlakı hesablamaq, inventarlaşdırmaq, “milliləşdirmək”, nağd pulları sayıb daşımaq aylarla vaxt, yüzlərlə mütəxəssis tələb edir. Hələ “Ziya” adlı qrupda təmsil olunan başqalarını da bura əkləsək, səhnə daha da qarışar. Ümumiyyətlə, bu zənginlərin vurulması, sıfırlanması prosesi hər zaman hər bir iqtidar üçün çətin olub. Pul incə və həssas işdir. Lakin hazırda Məmmədovu mərkəzləşdirməyə mane ola bilməyəcək hala, desentralizasiya faktoru təşkil edəməyəcək duruma gətiriblər. Burada bir detalı da qeyd edək ki, Z.Məmmədov Qərbi Azərbaycandan, yaxud da Naxçıvandan olmayan azsaylı maqnatlardandır.

Siyahıda hər kəs var

İqtidarda adları çəkilən oliqarxlarla eyni gücdə olmasa da müəyyən nüfuza malik başqa elementlər, nazirlər, güc mərkəzləri də var. Məsələn, müdafiə naziri Səfər Əbiyev kimi. Onun Prezident Administrasiyası ilə, konkret olaraq R.Mehdiyevlə münasibətlərinin pis olmasına dair bir az da boyatlaşmış informasiyalarımız var. Onunla məsələ necə həll olunacaq, sual doğurur. Lakin bir qaynaqdan belə məlumat sızdırılıb ki, yaxın aylarda müdafiə naziri postuna mülki şəxs təyin ediləcək (“Aparat”ın potensialından), Əbiyevsə: a) Baş Qərargah rəisi təyin ediləcək; b) Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinə atlanacaq.
Bakı meri Hacıbala Abutalıbov, Gömrük Komitəsinin sədri Aydın Əliyev, “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev, “AZAL”ın rəhbəri Cahangir Əsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev və bir neçə başqa iri vəzifəlilər də (hər biri ən müxtəlif əsaslarla) işdən çıxarılacaq adamların siyahısındadır.
Bundan başqa, lap yaxın günlərdə 8-10 rayonun da icra başçılarının dəyişdiriləcəyi barədə mötəbər bilgilər əldə etmişik. Bir sözlə,

Hakimiyyət idarəetmənin mexanizmini dəyişir

İndiyədək ayrı-ayrı məmurların arasında bölünmüş rayonlar geri alınır və bir ələ tabe etdirilir. Bu cür bilgiləri müşayiət edən təfsilatlarda göstərilir ki, indiyə qədər olan kurasiya sistemi desentralizasiya proseslərini tətikləyib, idarəetməyə problemlər yaradır, vahid siyasi-ideoloji kursun ictimaiyyətə çatdırılmasına imkan vermir, hakimiyyət daxilində düşmən qruplaşmaların yaranmasını stimullaşdırır. Yerlərdə iqtidarı təmsil edən məmurlar xalqa və onun haqlarına, əmlakına basmaç kimi yanaşır
Əlindəki bütün vasitələrə (TV-lər, digər KİV-lər, rektorlar, məktəb direktorları, başqa rəy liderləri, bütün idarəetmə rıçaqları və s.) yenidən nəzər salan siyasi hakimiyyət yaxın gələcəkdə onu gözləyən ciddi sınaqlara hazırlaşır. Bu səbəbdən də bütün zəif nöqtələrini təsbit edərək guya onların aradan qalxması üçün tədbirlər tökür. Bu hakimiyyətin ən zəif nöqtələrindən biri də xalqla ilişkilərinin qopmasıdır. Yerlərdə iqtidarı təmsil edən məmurların əksəriyyəti xalqa və onun haqlarına, əmlakına basmaç kimi yanaşır. Hər fürsətdə onu (xalqı) əzir, haqqını təpikləyir, malını yeyir, sümürür. Belə vəziyyətin illərlə davam etməsi Azərbaycan xalqının bu iqtidara münasibətini birmənalı olaraq neqativləşdirib. Hakimiyyətin mərhum prezident Heydər Əliyevdən qalma ictimai dayaqları, demək olar ki, sıradan çıxıb. Onu yeniləməyi, dayaqları gücləndirməyi bacarmasalar, bu rejim özlüyündən çökə bilər. Heç siyasi müxalifətin müdaxiləsi olmadan belə. Bu səbəbdən də hakimiyyət xalqa yönəlik yeni ideoloji kurs və informasiya siyasəti hazırlayıb, onun tətbiqinə start vermək ərəfəsindədir.

Hakim komanda üçün son şans

İndiyə qədər xarici faktoru öz xeyrinə arsenalında saxlamağı bacaran iqtidarın artıq bu imkanı da bitib. Bu gün xarici faktor(lar) heç də birmənalı olaraq hakimiyyətin xeyrinə deyil; bəzi hallarda zərərinədir. Qərb rəsmi Bakının çox şeyindən narazıdır və ortaya alternativlər çıxarsa, bu dəfə özünü 2003-2005-dəki kimi aparmayacağı bəri başdan bəllidir. Bu səbəbdən də hakimiyyət xalqla münasibətlərini, daha doğrusu, xalqın ona münasibətini düşünməyə başlayıb...
Yerlərdəki dəyişikliklər üst düzeyi, o cümlədən də nazirlər kabineti strukturunu da əhatə edəcək. Hələlik Ziya Məmmədovdan başqa topun ağzında olan vəzifəlilər barədə xəbərlər var. İqtidarın faktiki olaraq gizli bir dəyişim layihəsi var; onu çox dar dairədə yalnız biriləri bilir; bu layihəyə artıq start verilib. Həmin layihə iqtidarı təmizləmək, yeniləmək istiqamətində aparılacaq. Ancaq bizim əldə etdiyimiz bilgilərə görə, layihənin əsas məqsədi hakimiyyəti yaranmış indiki və yaxın perspektivdə gözlənilən təhlükələrdən yayındırmaq, qorumaqdır. Rejimi cəmiyyətə münasibətdə bir qədər insaniləşdirəcəklər; siyasi müxalifətin daha da zəiflədilməsi fonunda aparılacaq bu kursdan əsas gözlənti az da olsa ictimai simpatiya qazanmaqdır.
İqtidardaxili amillər ya bu layihəni yarımçıq qoyacaq, ya da hakimiyyətin ömrünü. Amma bu layihənin ilkin startından da göründüyü kimi, hakimiyyəti bitirə biləcək əsas faktor nə daxili siyasi amillər olacaq, nə də xarici faktor. Saraydaxili proseslər və iqtidardakı mafiyalaşmış qrupların müqaviməti daha böyük təhdidlər ortaya çıxarır. İndidən görünür ki, iqtidardaxili amillər ya bu layihəni yarımçıq qoyacaq, ya da hakimiyyətin ömrünü...

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşayevlərin başladığı böyük müharibə

    Paşayevlərin başladığı böyük müharibə ...

    17-12-2012, 22:42

  • 
  • Ramiz Mehdiyevin son planı

    Ramiz Mehdiyevin son planı ...

    21-04-2013, 12:57

  • 
  • Prezident seçkisi öncəsi iqtidar parçalana bilər

    Prezident seçkisi öncəsi iqtidar parçalana bilər ...

    13-12-2012, 11:34

  • 
  • Tikinti biznesində böyük qalmaqal

    Tikinti biznesində böyük qalmaqal ...

    29-12-2012, 11:33

  • 
  • Hakimiyyət yeni komandanın əlində

    Hakimiyyət yeni komandanın əlində ...

    8-12-2012, 09:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu