GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Baş gəmiçinin “gəmisini” batırırlar

Baş gəmiçinin “gəmisini” batırırlar

Tarix: 10-10-2013, 11:05 Bölmə :Maraqlı Baxış: 827
 Baş gəmiçinin “gəmisini” batırırlar

Rusiya FTX Aydın Bəşirovu necə ələ verdi; Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəisi oğurluq xam neft biznesinin güdazına gedib; onun ölkə başçısının qəzəbinə gəldiyi və seçkidən sonra vəzifədən qovulacağı iddia edilir
Seçkidən sonra hakim komandada dəyişikliklər olacağı haqda mətbuatda indiyədək xeyli məlumatlar dərc olunub. İlham Əliyevin üçüncü dəfə prezident postunu qoruya biləcəyi təqdirdə öz komandasına əl gəzdirəcəyi, xeyli köhnə kadrları yeniləri ilə əvəzləyəcəyi iddia olunur. Hətta bu yaxınlarda mətbuatda seçkidən sonra vəzifədən çıxarılacaq yüksək çinli məmurların təxmini siyahısı da çap olunub.
“Yeni Müsavat” da bu mövzuya vaxtaşırı müraciət edən KİV-lərdəndir. Xəbər qaynaqlarımız dövlətin yuxarısında baş verən proseslər haqda ara-sıra bizə bilgi uçurdur. Belə bilgilərdən biri də bugünlərdə əlimizə çatıb.
İqtidara yaxın mənbələrdən ötürülən xəbərə görə, seçkidən sonra vəzifəsini itirəcək məmurlardan biri də Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəisi (DXDGİ - CASPAR) Aydın Bəşirovdur. A.Bəşirovun prezident İlham Əliyevin qəzəbinə gəldiyi deyilir. Məlumatı bizə verən mənbə A.Bəşirovun konkret nəyə görə ölkə başçısının qəzəbinə gəldiyini demədi. Amma bəzi ip ucları verdi...
Mənbənin dediklərindən: “Aydın Bəşirov əyləncəyə, eyş-işrətə həddən artıq meylli adamdır. Düzdür, bu hakimiyyətdə əksər məmurlar ekzotik əyləncəyə həvəslidirlər və bunu tez-tez edirlər. Amma Aydın müəllim bu məsələdə ilk beşliyə düşür. Yaşının bu vaxtında kefindən, əyləncəsindən qalmır”.
Mənbə iddia edir ki. A. Bəşirov həftədə ən azı iki-üç gününü yaxta ilə dəniz gəzintisinə ayırır: “O, bu gəzintilərdə əsla tək olmur. Onu mütləq bir neçə gənc və gözəl xanımlar müşayiət edir. Baş gəmiçi Xəzər dənizində gəzməyi, əylənməyi çox sevir. Bu da onun peşəkar dənizçi olmasıyla bağlıdır. O, vaxtilə müğənni Xədicə Abbasovanın ifasında oxunan və dövrünün hitinə çevrilmiş ”Gəmini sür, gəmiçi qardaş" mahnısının sədaları altında dəniz gəzintisini çox xoşlayır".

***

Mənbə bildirir ki, A. Bəşirovun böyük biznes imperiyası var. Onun “ilişməsinə” bu amil də ciddi təkan ola bilər.
Zatən bu hakimiyyətdə təmsil olunan ən xırda məmur belə özündən deyən biznesmeni pul çuvalında boğar. O ki ola 19 ildir ki, Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəisi işləyən Aydın Bəşirov. Həqiqətən də 20 ilə yaxın bir müddətdə ən gəlirli sahələrdən birinə rəhbərlik edən məmurun pulunun, biznesinin sayı-sanbalı, sınırı-sərhədi olmaz təbii ki. Aydın Bəşirov bina tikintisindən, turizmdən, neft alverindən, ticarət obyektlərindən tutmuş, gözəllik salonlarına qədər, ən müxtəlif profilli biznesə malik məmurdur.
Xəbər qaynağımız deyir ki, A.Bəşirovu prezidentin gözündən salan əsasən iki məqam olub: birinci, onun həddən artıq əyləncəyə meyllənməsi, ikinci də... ümumi dövriyyədən saxladığı külli miqdarda paraları... Yəni gizli biznesi, özəl kassası.
Amma hələlik birinci səbəb üzərində bir balaca gəzişmə edək.
Bu, səbəb olaraq əsas olmasa da, hər halda, gözardı ediləcək qədər əhəmiyyətsiz də deyil. Söhbət A.Bəşirovun qadın düşkünü olmasından, özünü əyləncəyə qapdırmasından gedir. Mənbəmiz iddia edir ki, ölkənin baş gəmiçisi bu mövzuda bütün hədləri o qədər aşıb ki, axırda prezidentə məruzə ediblər. Ölkə başçısına təqdim edilən video və fotofaktlar Bəşirovun karyerasına son verilməsi haqda qərar qəbul edilməsində ciddi rol oynayıb.
Yəqin hər kəs prezident İlham Əliyevin ən ali kürsüdən məmurlara əyləncə qadağası etdiyini bilir, xatırlayır. İ.Əliyev son illər bir neçə dəfə müşavirələrdə bu hallara yol verən məmurlara ümumi şəkildə xəbərdarlıq edib, onları ad çəkmədən danlayıb. Son belə xəbərdarlıq bu il fevralın 12-də keçirilən müşavirədə edilib. Ona görə də ölkə başçısının əyləncəyə həddən artıq həvəs göstərən məmurlara qıcıq olduğu aydındır. Amma bu, Aydın Bəşirov kimi sadiq və köklü bir məmurun gözdən düşməsinə, sıradışı edilməsinə səbəb ola bilməz. Olsa-olsa buna görə Bəşirov prezident tərəfindən ciddi şəkildə danlanar, xəbərdarlıq alar.
Bu hakimiyyətdə məmurlar əsasən maliyyə fırıldaqlarına görə çıxdaş edilirlər. Ümumi “qazan”dan gizlədilən pullara görə indiyədək çox kəllələr gedib. Məsələn, Rza İbadov, Fərhad Əliyev və xeyli adını çəkmədiyimiz məmurlar məhz yuxarılara “atdıqları” üçün “vurulublar”.
Mənbə deyir ki, Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəisini Rusiya Federal Təhlükəsizlik Xidməti ələ verib. Necə? Gəlin təxminən iki ay əvvələ qayıdaq.
Avqust ayının əvvəllərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti Xəzər dənizinin Dağıstan akvatoriyasında Azərbaycan bayrağı altında üzən “Naftalan” gəmisini saxlamışdı. Bu xəbəri “Rossiyskaya qazeta” yaymışdı. Qəzetin iddiasına görə, Mahaçqaladan Səngəçal terminalına istiqamət alan gəmidə qaçaqmalçılıq yolu ilə əldə olunmuş “LUKoyl”a məxsus bir neçə min ton xam neft olub.
Məlumatda bildirilirdi ki, Həştərxan şelfindən çıxarılan neftin Bakı-Novorossiysk kəməri ilə nəql olunması nəzərdə tutulubmuş. Həmin vaxt o da qeyd olunurdu ki, bu fakta görə Rusiya Cinayət Məcəlləsinin “strateji resursların qaçaqmalçılığı” maddəsi ilə cinayət işi başlanıb.
Rusiya mənbələri tankerin Azərbaycanın Dövlət Neft Şirkətinə məxsus olduğu barədə məlumat yaysa da şirkətin mətbuat xidməti bunu təkzib etmişdi. ARDNŞ-dən bu adda gəmilərinin olmadığı bildirilmişdi.
AzadlıqRadiosu isə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin internet saytında verilən tanker siyahısında 1983-cü ildə istehsal olunan “Naftalan” tankerinin adının yer aldığını aşkarlamışdı.
Radionun həmin vaxt araşdırma yazısında bildirilirdi ki, “Naftalan” tankeri “General Şıxlinski” tipi üzrə 21 gəmidən biridir.
Rusiya tərəfinin saxladığı bu tankerin məhz həmin tanker olması barədə radionun müxbirinin suallarına Xəzər Dəniz Gəmiçiliyi İdarəsindən hər hansı məlumat verilməmişdi.
Sonradan bu haqda “Yeni Müsavat”a məlumatlar daxil olmuşdu. Həmin məlumatda bildirilirdi ki, saxlanılan tankerin kapitanı və onun köməkçisi hələ də Rusiya FTX tərəfindən saxlanılırlar. Yeri gəlmişkən, “Naftalan”ın kapitanı və köməkçisi üstündən 2 aydan çox keçsə də hələ azad edilməyib. Onların və tankerin azad olunması müqabilində Rusiya tərəfinin 5 milyon dollar istədiyi haqda sentyabrın 20-də işıq üzü görən sayda məlumat vermişdik.
Məsələ burasındadır ki, iki aydan çoxdur ki, saxlanan tankerin yükünün sahibi hələ üzə çıxmayıb. 30 milyonluq xam neftin kimə, hansı təşkilata, şirkətə məxsus olduğuna dair rəsmi açıqlama da yoxdur. Mənbə deyir ki, bu yükün CASPAR şefi A.Bəşirova aid olduğu bilinsə də hələlik ictimaiyyətə rəsmi bilgi verilmir. Yəni əslində Aydın Bəşirov Rusiya FTX-nin keçirdiyi əməliyyat nəticəsində ifşa olunub. Onun gizli oğurluq neft biznesi faş edilib. Düzdür, başqa bir mənbə deyir ki, bu həcmdə oğurluq neft təkcə A.Bəşirovun ola bilməz, onun bu əməliyyatından “yuxarılar”ın mütləq məlumatı olub. Amma bu cür sensasion ifşadan sonra Aydın Bəşirovun şərikləri heç vaxt ortaya çıxmaz. Onu mütləq tək qoyar və... gəmi qarışıq batırarlar.
Mənbə deyir ki, məhz “Naftalan” tankerinin saxlanmasından, orada 30 milyon dollarlıq oğurluq neftin olması bilinəndən sonra A.Bəşirovun haqqında qərar qəbul edilib. Seçkidən sonra formalaşacaq kabinetdə Bəşirovu başqa bir adamın əvəzləyəcəyi istisna edilmir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aydın Bəşirovun Türkiyədə gəmiçilik şirkəti (VİDEO)

    Aydın Bəşirovun Türkiyədə gəmiçilik şirkəti ...

    10-12-2013, 01:17

  • 
  • Rus kəşfiyyatı Azərbaycanın qaçaq neft daşıyan gəmisini tutdu

    Rus kəşfiyyatı Azərbaycanın qaçaq neft daşıyan ...

    7-08-2013, 23:17

  • 
  • Aydın Bəşirovu  Bakı hava limanında saxladılar

    Aydın Bəşirovu Bakı hava limanında saxladılar ...

    22-11-2013, 11:27

  • 
  • ŞOK: Aydın Bəşirov həbsdən yaxasını necə qurtardı?

    ŞOK: Aydın Bəşirov həbsdən yaxasını necə qurtardı? ...

    16-03-2014, 12:41

  • 
  • 4 nazir və 15 icra başçısı işdən çıxarılacaq – Astroloq

    4 nazir və 15 icra başçısı işdən çıxarılacaq – ...

    22-09-2015, 22:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu