GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda “quldarlıq quruluşu” varmış...

Azərbaycanda “quldarlıq quruluşu” varmış...

Tarix: 22-10-2013, 18:14 Bölmə :Maraqlı Baxış: 1 567
Azərbaycanda “quldarlıq quruluşu” varmış...
Beynəlxalq təşkilatın hesabatından: “Azərbaycan qula çevrilmə üzrə yüksək risk nümayiş etdirir”Ölkədə 33 500 adam qul vəziyyətindədir; quldarlığın geniş yayıldığı ölkələrdən biriyik
Zaman-zaman Azərbaycanda feodalizm və ya quldarlıq qaydalarının müşahidə olunduğu barədə fikirlər eşidirik. Xüsusən siyasi və ya sosial narazılar hökumətlə bağlı tənqidi fikirlərində bu ifadələrdən tez-tez yararlanırlar. Adətən, belə fikirləri tənqidçilərin əsəbi yanaşması kimi qəbul edir və 21-ci əsrdə hansısa ölkədə feodalizm və ya quldarlıq qaydalarının axtarılmasına ciddi baxmırıq. Amma sən demə, Azərbaycanda həqiqətən də quldarlıq qaydaları altında yaşayan insanlar varmış. Özü də onların sayı nə az, nə çox, 33 500 nəfərə yaxın imiş. Bəli, ölkəmizdə bu sayda qul var. Bu acı həqiqəti “Walk Free Foundation” adlı beynəlxalq təşkilatın araşdırmaları üzə çıxarıb.
Bu təşkilat nə ilə məşğuldur?

Məlumat üçün deyək ki, təşkilatın missiyası müasir quldarlığa son qoyulmasıdır. “Walk Free Foundation” artıq qlobal hərəkata çevrilib və getdikcə daha çox insan bu kampaniyaya qoşulur. Dünyanın dördüncü ən böyük dəmir filizi təchizatçısı olan “Fortescue Metals Group Limited” şirkətinin prezidenti Endryu Forrest tərəfindən xeyriyyəçilik məqsədilə təsis edilmiş “Walk Free Foundation” təşkilatının baş ofisi Avstraliyanın Pert şəhərində yerləşir. Fondun digər təsisçisi isə Endryu Forrestin xanımı Nikolya Forrestdir. Bundan əvvəl onlar birlikdə Avstraliyanın ən böyük xeyriyyə təşkilatlarından olan “Avstraliya Uşaq Tresti”ni təsis ediblər və sosial vəziyyəti ağır olan uşaqların öz həyatını qurmasına yardımçı olublar.
Bu ildən başlayaraq “Walk Free Foundation” təşkilatı “Qlobal Quldarlıq İndeksi” adlanan hesabatın nəşrinə başlayıb və elə ilk hesabatda da Azərbaycan qulların nisbətinə görə dünyada 51-ci yerə çıxıb. Hesabata əsasən, Azərbaycan bu sahədə vəziyyətin pis olduğu ölkələrdən biridir.
Quldarlıq 19-cu əsrdə ləğv edilməyibmiş...

Vəziyyəti düzgün başa düşmək üçün “müasir quldarlıq” anlayışının mahiyyətini anlamaq lazımdır. Çoxları elə bilir ki, quldarlıq abolisionizm hərəkatının nəticəsi olaraq 19-cu əsrdə ləğv edilib. Həqiqətən də son olaraq 1865-ci ildə ABŞ Afrikadan qulların gətirilməsi və alqı-satqısına qanunvericilik qaydasında son qoyub. Avropa ölkələri daha əvvəl müvfiq qanunlar qəbul etmişdilər. Amma araşdırmalar göstərir ki, quldarlıq qaydaları hələ də bir çox ölkələrdə qüvvədədir.
Müasir quldarlıq yoxsulluqdan qat-qat ağır durumdur - müasir qulları yoxsullarla eyniləşdirmək olmaz, çünki müasir quldarlıq əslində yoxsulluğun istismar olunmasıdır. Yəni müasir quldarlar adətən, insanların yoxsul durumundan istifadə edərək onları quldarlıq tələsinə sala bilirlər.
Müasir qul necə olur?

İnsanları qula çevirməyin bir çox üsulları mövcuddur:
- Qadınları mövcud olmayan iş yerləri ilə aldadıb xaricə aparırlar, orada ya fahişəxanada istifadə edirlər və ya məcburən ərə verirlər.
- İnsanları yaxşı ödəniş vədi ilə həyətyanı sahədə və ya tikintidə işləmək adı ilə ələ alırlar, sonra onları hədə-qorxu altında yalnız yemək müqabilində işləməyə məcbur edirlər.
- Bəzi ölkələrdə hətta müasir quldarlar öz qullarını miras olaraq öz uşaqlarına ötürür və belə qulların uşaqları da qul olaraq qalır.
Müasir quldarlığın 4 forması var:
1. Ənənəvi quldarlıq. Dünyanın bir sıra ölkələrində, xüsusən Afrikada hələ də qulların şəxsi əmlak kimi istifadə olunması və alınıb-satılması halları var. Quldarlığın bu forması Azərbaycanda ya mövcud deyil, ya da nəzərə çarpmayacaq dərəcədə azdır.
2. Borc müqabilində əmək. Bu o zaman baş verir ki, bir adam borc müqabilində özünü girov qoyur. Bəzən borc vaxtında qaytarılmayacağı halda girov şəxsin xidmətlərinin növü və müddəti əvvəlcədən müəyyən edilmir ki, bu da sonradan onların hüquqsuz qula çevrilməsinə zəmin yaradır. Bu növ quldarlıq Cənubi Asiyada daha çox yayılıb. Bəzən atasının borcunu ödəmək üçün uşaqlar da qula çevrilirlər. Azərbaycanda bu növ quldarlıq geniş yayılmasa da, belə halların mövcudluğu ehtimal olunur.
3. Məcburi əmək. Əslində quldarlığın bütün mahiyyəti məcburi əməkdən ibarətdir. Amma ayrıca növ olaraq bunun öz spesifikası da var. Bu növ altında insanı öz iradəsinə zidd olaraq işləməyə məcbur etmək nəzərdə tutulur. Azərbaycanın arzuolunmaz qlobal indeksdə önə çıxmasının əsas səbəblərindən biri məhz məcburi əməyin geniş yayılmasıdır. Qadınların və uşaqların xaricə aparılması və orada fahişə kimi istifadəsi bu növə aiddir. Həmçinin əsgərlərin və ya məhbusların da öz iradələrinə qarşı işləməyə məcbur edilməsi onlara qul statusu qazandırır. Azərbaycanda hər iki qrupa aid şəxslərin məcburi əməyə cəlb edilməsi ilə bağlı vaxtaşırı məlumatlara rast gəlirik və bu halların geniş yayıldığını deyə bilərik. Hətta siyasi baxışlarına görə inzibati məsuliyyətə cəlb edilib cəzasını, məsələn, küçə süpürməklə ödəməyə məcbur edilənlər də həmin müddət ərzində qula çevrilmiş sayılırlar.
4. Məcburi nigah. Tərəflərdən hər hansı birinin və ya hər ikisinin iradəsinə zidd olaraq baş tutan nigah quldarlığın formalarından biridir. Qızqaçırma qurbanları və ya valideynlərinin təkidi ilə istəmədiyi adama ərə gedən qızlar da qul sayılır. Bu növün də Azərbaycanda geniş yayıldığını deyə bilərik.
Yenə insan haqları və sabitlik riski...

Beləliklə, yuxarıda sadalanan növlər üzrə 33 mindən artıq Azərbaycan vətəndaşı qul sayılır. Amma “Qlobal Quldarlıq İndeksi” ölkələrin sıralamasını təkcə qulların sayına görə qurmur. Hesabata əsasən, qiymətləndirmə 5 növ risk üzrə aparılıb. Bu risk növləri aşağıdakılardır:
- Quldarlıq siyasəti.
- İnsan haqları.
- İnkişaf haqları.
- Dövlət sabitliyi.
- Diskriminasiya.
Bu risklərin orta göstəricisi nə qədər yüksəkdirsə, həmin ölkənin quldarlıq indeksi də artır, yəni quldarlığın daha çox yayıldığı ölkə sayılır. Qeyd edək ki, Ermənistan bu siyahıda 57-cidir. Yəni düşmən ölkə Azərbaycanı 6 pillə qabaqlayıb və prinsip etibarilə hər iki ölkədə vəziyyət eynidir. Amma bəzi parametrlər üzrə fərqlər aşkar xarakter daşıyır. Məsələn, quldarlıq siyasəti üzrə risk Azərbaycanda 39,89 bal, Ermənistanda 4,54 bal səviyyəsində qiymətləndirilib. Müqayisə üçün deyək ki, bu rəqəm Hollandiyada 1 bal, Botsvanada 89,39 bal təşkil edir.
Azərbaycanda quldarlıq riskinin yüksək olmasında ölkənin insan haqları ilə bağlı mənfi imici əhəmiyyətli rol oynayıb. İnsan haqları riski üzrə Azərbaycanın vəziyyəti 89,03 balla qiymətləndirilib. Bu rəqəm Ermənistanda 77,24 bal, Danimarkada 1,98 baldır. Bu risk növü ona görə önəmlidir ki, insan haqlarının qorunma səviyyəsi aşağı olan ölkələrdə insanların qula çevrilmə riski də yüksək olur.
Amma inkişaf haqları riskində Azərbaycan düşmən ölkəni yaxşı mənada üstələyib. Bu risk Ermənistanda 38,28 bal olduğu halda, Azərbaycanda 36,27 baldır. Lüksemburq 6,12 balla liderdir.
Zaman-zaman ölkədə sabitliklə bağlı təriflər eşitsək də, deyəsən, xaricdən baxanda vəziyyət o qədər də yaxşı görünmür. “Qlobal Quldarlıq İndeksi”ndə Azərbaycanın dövlət sabitliyi riski 60,84 balla qiymətləndirilib. 57,47 balla Ermənistanda da vəziyyət təxminən eynidir. Danimarka 3,75 balla bu riskdən ən yaxşı qorunan dövlətdir. Bu risk növü də əhəmiyyətlidir, çünki məhz sabitlik pozulduğu anlarda qul əməyinin çiçəklənməsi ehtimalı artır.
Nəhayət, diskriminasiya riskinə görə də Azərbaycanda vəziyyət yaxşı deyil: 42,02 bal. Ermənistanda da vəziyyət oxşardır: 39,71. Qeyd edək ki, diskriminasiya dedikdə insanlara qarşı ayrı-seçkilik nəzərdə tutulur. Bu kateqoriya insan haqlarına yaxın sahədir. Yuxarıda qeyd etdiyimiz kimi, siyasi baxışlarına inzibati cəza növü olaraq icbari əməyə cəlb etmə insanı qula çevirmək anlamına gəlir. Bu həm də siyasi baxışlarına görə ayrı-seçkilik, yəni diskriminasiya deməkdir. Diskriminasiyanın başqa formaları da Azərbaycanda geniş yayılıb və bu da öz əksini “Qlobal Quldarlıq İndeksi”ndə tapıb. Müqayisə üçün qeyd edək ki, Danimarka üçün bu risk cəmi 1 balla qiymətləndirilib.
Yuxarıda sadalanan 5 risk növü üzrə orta statistika isə Azərbaycan üçün 53,61 bal təşkil edib. Ermənistan üçün bu rəqəm 43,45 bal olub. İnkişaf etmiş Avropa ölkələri üçün bu rəqəm 5-15 bal aralığında dəyişir.
Azərbaycan 3 ən riskli ölkədən biridir

Həmçinin Azərbaycan hesabatın “Rusiya və Avrasiya” (əslində 12 MDB ölkəsi nəzərdə tutulur) bölməsində xüsusi olaraq vurğulanmış 3 ölkədən biridir. Hesabatda deyilir: “Keçmiş Sovet İttifaqının 3 narahat ölkəsi - Türkmənistan, Özbəkistan və Azərbaycan qula çevrilmə üzrə yüksək risk və fundamental insan haqlarına qarşı əhəmiyyətli təhlükələr nümayiş etdirirlər”.
Azərbaycan MDB məkanında quldarlığın yayıması səviyyəsinə görə 5-ci yerdə dayansa da, risklərin səviyyəsinə görə vəziyyətin ən pis olduğu 3 ölkədən biridir. Ölkədə “Spartak üsyanı” gözlənilməsə də, hər halda, quldarlıq qaydalarının möhkəmləndiyini deyə bilərik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 35 min qul var!

    Azərbaycanda 35 min qul var! ...

    17-10-2013, 15:35

  • 
  • Milli Demokratiya İnstitutu Azərbaycanda aktiv fəaliyyətini davam etdirir

    Milli Demokratiya İnstitutu Azərbaycanda aktiv ...

    10-06-2013, 17:09

  • 
  • İki terror təşkilatı Azərbaycana qarşı

    İki terror təşkilatı Azərbaycana qarşı ...

    28-01-2014, 10:17

  • 
  • Sərkisyanın Azərbaycanda evi varmış

    Sərkisyanın Azərbaycanda evi varmış ...

    1-02-2013, 10:53

  • 
  • Şimal ayısının quldarlıq təfəkkürü

    Şimal ayısının quldarlıq təfəkkürü ...

    10-01-2013, 11:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu