Türkmənistan uzun sürən iqtisadi böhranla mübarizə aprırır
Türkmənistanın paytaxtı xarici işçilər üçün dünyanın ən bahalı şəhəri tanınıb. Bu nəticəyə Mercer konsaltinq şirkəti gəlib. Aşqabad şəhəri onun hazırladığı müvafiq son reytinqində ilk yeri tutur.
Türkmənistan paytaxtının ardınca Honq Konq və Beyrut şəhəri gəlir. İlk dördlüyü Yaponiyanın paytaxtı Tokio tamamlayır.
209 şəhərin adı əks olunan reytinqdə qida, kirayə və nəqliyyat haqqı kimi xərclər nəzərə alınıb.
"Türkmənator" kimdir və rus məşhurun tərsanədə nə işi var? Reytinqin ilk onluğuna daxil olan şəhərlərin çoxu iqtisadi inkişaf nəticəsində ev qiymətləri və digər yaşayış xərclərinin artdığı biznes mərkəzlərdir. Aşqabadı onlardan fərqləndirən cəhət odur ki, buradakı bahalıq artan rifahla yox, iqtisadi problemlərlə əlaqəlidir.
Aşqabad niyə siyahının başındadır? Mercer mərkəzindən Jean-Philippe Sarra-nın AFP-yə verdiyi açıqlamasına əsasən, keçən ilki reytinqdə ikinci gələn Aşqabadın üst yerə çıxması "yüksək yerli inflyasiya" ilə izah olunur.
Avtokratik hökuməti və böyük qaz ehtiyatları ilə tanınan Türkmənistanda, bir çox vətəndaşı yoxsulluğa qərq edən uzun müddətli iqtisadi böhran yaşanır.
Əvvəllər Sovet İttifaqının tərkibində olan bu ölkə Rusiyaya təbii qaz ixracından çox asılıdır. Türkmənistanın hazırkı iqtisadi çətinlikləri də qismən qaz qiymətlərinin aşağı düşməsiylə bağlıdır.
Human Rights Watch (HRW) təşkilatının ötən ilki hesabatına əsasən, Covid-19 pandemiyası "Türkmənistanda əvvəllər də mövcud olan ərzaq böhranını daha da dərinləşdirib".
"2016-cı ildən bəri subsidiyalı ərzaq növlərinin çatışmazlığı daha da artıb, insanlar daha sərfəli qiymətlə ərzaq almaq üçün saatlarla növbələrdə gözləyir və bir çox vaxt əliboş qayıtmalı olurlar."
Şəhərdən kənarda yaşamaq həqiqətən xeyirlidirmi? Buna baxmayaraq, may ayında Türkmənistan hökuməti Aşqabadın genişləndirilməsinə başlayıb. Prezident Qurbanqulu Berdıməhəmmədov paytaxtı "dünyanın ən firavan şəhərlərindən birinə" çevirəcəyini vəd edir.
Başqa şəhərlərin reytinqləri necə dəyişib? Bir il əvvəl 45-ci yerdə olan Livanın paytaxtı Beyrut sürətlə yüksələrək 3-cü yerə qalxıb.
Bu, son illərin "siyasi qarışıqlığı" və "kəskin və dərin iqtisadi tənəzzül" kimi bir sıra amillərlə izah olunur.
"Covid-19 pandemiyası və [2020-ci ildə] Beyrut Limanındakı partlayışla yanaşı bunların hamısı iqtisadi amillərin təsirlərini gücləndirib və rekord dərəcədə yüksək inflyasiyaya səbəb olub", hesabatda deyilir.
Ən bahalı Çin şəhərlərindən biri - Şanxay bir pillə yuxarı qalxaraq altıncı yerdədir, paytaxt Pekin isə doqquzuncu yerdə qərarlaşıb.
İnkişaf etmiş maliyyə sektoru ilə Sinqapur yeddinci yeri tutur.
Keçən il 19-cu yeri tutan London, bu il bir pillə irəliləyərək 18-ci yerə yüksəlib.
Bu arada xarici işçilər üçün ən ucuz şəhər adını Qırğızıstan paytaxtı qazanıb. Bişkek Mercer reytinqinin ən son sətrini zəbt edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?