GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Arif Əsgərovun adı keçən 48 milyonluq işdə müdhiş yenilik

Arif Əsgərovun adı keçən 48 milyonluq işdə müdhiş yenilik

Tarix: 23-11-2013, 11:35 Bölmə :Maraqlı Baxış: 890
  Arif Əsgərovun adı keçən 48 milyonluq işdə müdhiş  yenilik
Qohumları “Dəmir Yolları” şefini ifşa etməyə başladı
Böyük yeyintiyə görə tutulan Rahib Hüseynovun anası özünü öldürmək istəyib; QSC sədrinin baldızı oğlunun Əsgərovlar tərəfindən aldadılaraq həbsə göndərildiyi iddia edilir; məmur-oliqarxın mülklərinin kiçik siyahısı açıqlandı
“Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun yaxın qohumu Rahib Hüseynovun 48 milyon manatlıq yeyintiyə görə həbs olunması ilə bağlı qalmaqal davam edir. “Yeni Müsavat”a bu barədə gələn xəbərlərdə bildirilir ki, bu məsələyə görə həm aldadılan sahibkarlarla, həm də hüquq-mühafizə orqanları ilə problem yaşayan A.Əsgərov indi də qohumlarının ittihamları və tələbləri ilə üzləşib.

Qeyd edək ki, həbs olunan Rahib Hüseynov A.Əsgərovun baldızı oğludu və “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nın marketinq şöbəsində çalışıb, sədrin iş otağı yerləşən mərtəbədə oturub. Bundan əvvəl aldığımız məlumatlara əsasən A.Əsgərovun R.Hüseynovun bütün əməllərindən xəbərdar olduğunu yazmışdıq. Bunu A.Əsgərova yaxın çevrələrdən redaksiyamıza daxil olan məlumatlarda göstərilənlər də sübut edir.
Həmin məlumatlarda bir daha bildirilir ki, R.Hüseynovun sahibkarları aldadaraq onların pullarını mənimsəməsi birbaşa A.Əsgərova bağlı olan məsələdi. R.Hüseynovun əməllərinin üstü açılandan sonra o Gürcüstana qaçmaq istəyib. Lakin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Bundan sonra isə A.Əsgərovun əmrilə köhnə tarixə işdən çıxarılıb. Amma faktiki olaraq o həbs edildiyi günədək rəsmi şəkildə bu idarənin işçisi olub. Aldığımız yeni məlumatlarda o da deyilir ki, R.Hüseynovun sahibkarlardan aldığı 48 milyon manat (bəzi məlumatlarda bu məbləğin 70 milyon manat olduğu göstərilir - T.H.) kredit şəklində Arif Əsgərovun oğlu Elnar Əsgərovun rəhbəri olduğu şirkətə verilib.



Yeyinti faktının üstü açılanda A.Əsgərovun və oğlunun təkidi ilə R.Hüseynov işi öz üzərinə götürməli olub. Onun “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nın təchizat idarəsində işləyən qardaşı Emin Hüseynov isə problem ortaya çıxandan sonra ölkədən qaçmağı bacarıb.

R.Hüseynovun yaxınlarından gələn məlumatlara görə, neçə vaxtdı A.Əsgərovla oğlu E.Əsgərov onlara verdikləri vədləri yerinə yetirmirlər. Onlar R.Hüseynova həm sahibkarların pullarını qaytaracaqlarını, həm də onun həbsdən çıxarılacağını deyiblərmiş. İndi isə bu məsələnin onlara aidiyyətinin olmadığını və R.Hüseynovun öz günahı ucbatından həbs olunduğunu iddia edirlər. Bu isə R.Hüseynovun ailəsinin ciddi narahatlığına və etirazlarına səbəb olub. Məlumatda bildirilir ki, buna görə də, hazırda A.Əsgərovla qohumları arasında əməlli-başlı savaş gedir. A.Əsgərovla adamları R.Hüseynovun valideynlərini susdurmağa çalışırlar. Bu məqsədlə də müxtəlif təzyiq vasitələrindən istifadə edirlər.



Məlumatda bildirilir ki, oğlunun tutdurulmasına və bütün işlərin onun üzərinə atılmasına etiraz edən R.Hüseynovun anası Lətifə Hüseynova bir neçə dəfə özünə qəsd edib. L.Hüseynova A.Əsgərov və onun oğlunu ifşa edən faktların əks olunduğu məktublar yazıb qoyaraq özünü öldürmək istəyib. Ancaq yaxınlarının səyi nəticəsində bunun qarşısı alınıb. Xəbərdə R.Hüseynovun atası İsmayıl Hüseynovun da davamlı təzyiqlərə məruz qaldığı, artıq ailənin bundan bezdiyi və hər şeyi ictimaiyyətə açıqlayaraq Əsgərovları ifşa etməyə hazırlaşdıqları bildirilir: “Rahib Hüseynovun həbsindən bir neçə gün əvvəl Arif Əsgərovun həyat yoldaşı olan xalası Xatın xanım hər zaman Rahibin özü ilə gəzdirdiyi noutbuku onun əlindən alıb. Rahib Hüseynov Əsgərovların göstərişi ilə gördüyü bütün qara işlərlə bağlı məlumatları həmin kompüterdə saxlayırmış. Xalası isə həbsindən bir neçə gün əvvəl onu yanına çağırıb və kompüteri Rahibdən alıb. Bundan sonra Rahib Hüseynov başa düşüb ki, onu qurban verəcəklər. Ancaq Elnar Əsgərov onu inandırıb ki, bütün məsələləri öz üzərinə götürsə, çox yaxın zamanlarda həbsdən buraxdıracaqlar və daha böyük işlər quracaq. Amma indi onun həbsdən çıxması üçün heç bir iş görmürlər, əksinə, ortaya çıxan bütün qara işləri üzərinə götürməsi üçün ona və ailəsinə təzyiq edirlər. Rahib Hüseynovun anası kənddə müəllimə, atası isə fermada işləyir.



Qorxutmaqla gücləri çatmayanda pul gücünə onların ağzını yummaq istəyirlər. Amma Rahib Hüseynovun valideynləri onlara baş əymirlər və oğlanlarının azadlığa çıxması üçün Əsgərovları tam ifşa etməyə hazırdılar. Buna görə də, Arif Əsgərovu çox yaxın vaxtlarda qara günlər gözləyir. Elə məlumatlar açıqlanacaq ki, bunlar bomba kimi partlayacaq və Arif Əsgərov bunların altından çıxa bilməyəcək”.

Məlumatda o da bildirilir ki, A.Əsgərov son baş verənlərdən bərk narahatdı: “Arif Əsgərovun nəvəsindən tutmuş bütün ailə üzvləri 3-4 cangüdənlə gəzir. Hətta onun Londonda olan Azər adlı kiçik oğlu da orda cangüdənlə gəzir. Əgər düz adamlardırlarsa, nədən qorxurlar?”

Məlumatı redaksiyamıza verən şəxslər A.Əsgərovun mal-mülkü barədə də bildiklərini bizimlə bölüşüblər.



Həmin məlumatları da təqdim edirik: “Arif Əsgərovun Novxanıda hərəsinin dəyəri milyon dollarla ölçülən 3 bağ evi, "Vorovski"də 4 villası (onun özünün və qohum-əqrəbasının villaları bu qəsəbədə bütöv bir küçəni əhatə edir), şəhərin mərkəzində yeni tikilmiş binalarda 6 evi, Londonda, İstanbulda mülkləri, Azərbaycanın müxtəlif rayonlarında rezidensiyaları var. Amma bu hələ Arif Əsgərovun mülklərinin, sərvətinin tam siyahısı deyil. Onların digər əməlləri ifşa olunarkən bu siyahı da tam şəkildə açıqlanacaq".
Onu da qeyd edək ki, A.Əsgərovun adının əsas adam kimi keçdiyi böyük yeyinti işində 43 sahibkarın zərər çəkdiyi bildirilir. Son məlumatlara görə, onlardan bəzilərinin pullarının bir hissəsinin qaytarılmasına başlanılıb. Amma zərərçəkənlərin əksəriyyəti hələ də pullarını ala bilmirlər.

Mövzu ilə bağlı redaksiyamıza yeni-yeni məlumatlar gəlməkdədi. Onları dərc etməklə yanaşı qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu da bildiririk.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq maxinasiya

    “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq ...

    18-11-2013, 18:22

  • 
  • Arif Əsgərovun oğlunun həbs olundu

    Arif Əsgərovun oğlunun həbs olundu ...

    7-11-2013, 10:26

  • 
  • Dövlət Dəmir Yolları ilə bağlı maxinasiyada bankirlərin də iştirakı olub

    Dövlət Dəmir Yolları ilə bağlı maxinasiyada ...

    23-09-2013, 12:16

  • 
  • DəmirBank”ın “Mərkəz” filialının müdiri milyonları necə əldə edib?

    DəmirBank”ın “Mərkəz” filialının müdiri ...

    29-11-2013, 17:31

  • 
  • Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən oliqarx məmur

    Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən ...

    7-11-2014, 10:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu