GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » əcnəbi kişilərə meyl edən qadınların sayı artmaqdadır

əcnəbi kişilərə meyl edən qadınların sayı artmaqdadır

Tarix: 28-11-2013, 10:24 Bölmə :Maraqlı Baxış: 1 251
 əcnəbi kişilərə meyl edən qadınların sayı artmaqdadır
“Azərbaycan kişiləri evlənib ayrılmış qadınla ailə həyatına pis baxır”.

Bakıda özünü elmə sərf edən 33 yaşlı Gülşən Məmmədova düşünürdü ki, artıq yaşlı bir qadındır.

O, özəl həyat yaşamayacağını və ərə gedə bilməyəcəyini düşünürdü. Bu səbəbdən də özünü elmə, işə, karyera qurmağa sərf etmişdi. Bir gün Turqut Mahmetoğlu adlı türklə qarşılaşanda bu fikirləri alt-üst oldu. Qısa zaman kəsiyində görüşdüyü Turqutla sevişən Gülşən münasibətləri ciddiləşdirmək qərarına gəlib.

Turqut Bakıda kimsəsiz olduğu üçün elçiliyi özü edib, Gülşənin “hərisi”ni alaraq, onunla ailə həyatı qurub. Bir müddət Bakıda yaşayan xoşbəxt cütlük, Turqutun təkidilə Gülşənin paytaxtda olan mənzilini satıblar.

Gülşənin maşını və digər bahalı əşyalarını da satdıran Turqut onu Türkiyəyə aparıb. Türkiyədə ilk günlər yaxşı dolansalar da, sonradan Turqutun çirkin niyyəti üzə çıxıb. Bir gün evə sərxoş gələn ər arvadına pul qarşılığında dostu ilə yatmağı əmr edib. Qadını dostu ilə cinsi əlaqəyə məcbur edən Turqut sonralar arvadını qazanc mənbəyinə çevirir.

“Bir müddət Türkiyədə Turqutun evində fahişəlik etdim. Müştərilər çox idi. Turqut qazancı götürür, evə yalnız yemək alırdı. Sənədləri də seyfdə gizlətmişdi. Onun əlindən qurtula bilmirdim. Bir neçə dəfə qaçmaq istəsəm də, Turqutun əlaqələri geniş olduğu üçün, bacarmadım. Lakin bir gün Turqut yol qəzasında öldü, mənim də canım qurtardı. Sənədlərimi seyfdən götürdüm. Etiraf edim ki, onun ölümünə sevindim. Pulları da götürdüm, qayıtdım Bakıya”, - deyə Gülşən Məmmədova bildirib.

Bakıya qayıdan Gülşən burada öz biznesini qurub. Lakin hələ də çəkdiyi əzabları unuda bilmir. Əslində Gülşən kimi əcnəbiyə ərə gedərək, sonradan bədbəxt olan qızlar çoxldur. Lakin onların bəxti həmişə Gülşən kimi gətirmir.
Hələ də əcnəbi kişilərə meyl edən qadınların sayı artmaqdadır.

Statistikaya nəzər saldıqda görərik ki, bu ilin birinci yarısında Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlarla 800 nikah bağlanıb. Bu göstərici ötən ilin müvafiq dövründə 743 olub.

Ekspertlər isə bunun səbəbini müxtəlif amillərlə ölçür. Bəzi ekspertlərin fikrincə, əcnəbilərlə nigah həm dövrün tələbi, həm də iqtisadi problemlər və psixoloji amillərlə əlaqədardır. Məsələ ilə bağlı “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bütün bu fəlakətlərin kökündə əcnəbiyə ərə gedən qızların evləndiyi adam barəsində məlumatsız olmaları durur.

“Onlar həmin adamın kim olduğunu bilmədən, pulu var deyə, yaxud da məhz əcnəbi olduğuna görə ona ərə gedir.”, - deyə M.Zeynalova bildirib.

Ekspertin fikrincə əcnəbi vətəndaşlara ərə gedən qadınların əksəriyyəti boşanır:

“Bir çox hallarda bir dəfə evlənib, ayrılmış qadınlar yenidən ailə həyatı qura bilmirlər. Onlar da başa düşür ki, Azərbaycan kişiləri evlənib ayrılmış qadınla ailə həyatına pis baxır. Onlar da yenidən evlənmək üçün əcnəbi vətəndaşlarla əlaqə qururlar. Mənə elə gəlir ki, biz bu adətləri və stereotipləri aradan qaldırmalıyıq.”

Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev problemin psixoloji aspektlərdən qaynaqlandığını bildirib. Ekspert deyir ki, ilk öncə ona diqqət yetirməliyik ki, Azərbaycan kişiləri Avropa qadınları ilə evlənməyi sevmirlər. Ekspert buna səbəb kimi əcnəbi qadınlarla bizim kişilərin arasında mentalitet fərqinin olmasını göstərir.

“Azərbaycanlı qadınlar xaricilərə ərə gedir. Çünki Avropa kişilərinin centlemen davranışları var. Azərbaycan kişiləri qadınla davrana bilmirlər. Qadına xəyanət etmək və s. kimi fikirlər azərbaycanlı kişilərin problemidir. Bilirlər ki, əcnəbi kişisi qadına başqa qiymət verir. Lakin sonradan bunun belə olmadığını görən qadınlarımız problemlərlə üzləşirlər”, - deyə D.Rzayev bildirib.

Ekspert bildirib ki, burada bizim kişilərin də müəyyən mənada problemi var. “Biz öz qadınlarımızın qədrini bilmirik. Əcnəbi hətta gedib bardan ən pis fahişəni götürüb arvad edir. Şotland bir tanışım vardı, varlı əcnəbi idi. O fahişəni arvad etdi. İndi də xoşbəxtdirlər. Belə hallar da olur ki, qadın insan alverinin qurbanına çevrilir. Yəni həmişə türklərə ərə gedənlər xoşbəxt olmurlar”, - deyə D.Rzayev bildirib.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova azərbaycanlıların əcnəbilərlə ailə qurmasını müxtəlif səbəblərlə bağlayır.

“Adətən hər bir insan fikirləşir ki, əgər onun yaşadığı ölkədə problem varsa, Avropaya getsə, heç bir problem olmayacaq. Başqa bir streotiplər isə düşünür ki, əgər o, avropalı kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq. Xüsusən gənc xanımlar fikirləşirlər ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Lakin unutmaq olmaz ki, Avropanın özündə də bu gün problemlər çoxdur. Qanuni tərəfdən götürdükdə də Azərbaycan xanımları üçün problemlər yarana bilər. Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədir. Ancaq Azərbaycanda çox zaman uşağı anası ilə saxlayırlar. Amma Avropanın elə ölkələri var, uşağı ata ilə saxlayırlar. Yəni bütün bunları bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər”, - deyə Mətanət Əzizova bildirib.

Şəriətdə qadınların xariciyə ərə getməsinə, yaxud kişilərimizin xarici qadınla evlənməsinə heç bir əngəl qoyulmur. İlahiyyatçı İsmayıl Əhmədovun verdiyi məlumata görə, əgər ailə qurulacaq şəxs müsəlmandırsa, onun xarici olması problem deyil. Lakin şəriət müsəlmanın qeyri-müsəlmana ərə getməsi, yaxud müsəlman kişisinin başqa dindən olan qadınla evlənməsinə yol vermir.

“Əgər qadın müsəlmana ərə gedirsə, bu haram deyil. İstər türk olsun, istər amerikalı. O, şəxs müsəlmanlığı qəbul edibsə, onda heç bir problem yoxdu”, - deyə İsmayıl Əhmədov bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günü başladı

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku ...

    23-07-2016, 13:02

  • 
  • Turqut Qəmbər 10 sutka müddətində həbs edildi

    Turqut Qəmbər 10 sutka müddətində həbs edildi ...

    30-04-2013, 21:32

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu