GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Məhkəmə qərarları gizli saxlanılır

Məhkəmə qərarları gizli saxlanılır

Tarix: 23-12-2012, 10:34 Bölmə :Maraqlı Baxış: 628
Məhkəmə qərarları gizli saxlanılır

Hakimiyyətin üçüncü qolunun saytları məlumatsız saxlanılır

gundemxeber.az 7 ildir vəkil çalışan Xalid Bağırov 2 halda çox sevinir: məhkəmədə qələbə çalanda və məhkəmələrin saytında axtardığı məlumatı tapanda. Hansı məlumatı? Məhkəmə qərarlarını, işin hansı hakimə tapşırıldığını, iclasın vaxtını. Axtarır axtarmağına... amma tapırmı?
Ən çox Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin saytından yararlandığını deyən vəkil o saytları belə qiymətləndirir: «Apelyasiya məhkəmələrinin içində Şirvan məhkəməsinin saytı Gəncəninkindən yaxşıdır, Bakı Apellyasiya məhkəməsinin saytı isə ortababdır. Qərarları tapmaq olursa, yaxşıdır. Heç kim deyə bilməz ki, mən qərarları saytdan tapıram. Saytlara 100 qərardan 5-10-u yerləşdirilir».
Azərbaycanda fəaliyyət göstərən 110 məhkəmənin ən şəffafı Şəki Apelyasiya Məhkəməsidir. Media Hüququ İnstitutunun hazırladığı Məhkəmələrin Onlayn Şəffaflıq Hesabatında belə deyilir. Təşkilatın koordinatoru Xalid Ağalıyev deyir ki, monitorinq aparılarkən 77 növ bilginin saytlarda olub-olmadığı yoxlanılıb. Bunlar «Məhkəmə heyəti haqqında bilgilər», «Məhkəmə strukturu, aparatı, hakim olmayan heyət bilgiləri», «İnformasiya xidməti», «Hesabatlılıq» və «Vətəndaşların hüquq və azadlıqlarının, qanuni maraqlarının qorunması ilə bağlı izahedici bilgilər» parametrlərinə uyğun gələnlərdir. Məlum olub ki, ən şəffaf saytlar Şəki Apelyasiya Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Sumqayıt Appelyasiya Məhkəməsi, Ali Məhkəmə və Konstitusiya Məhkəməsidir. 110 məhkəmənin saytı içərisində sonuncu yerləri Naxçıvan Ali Məhkəməsi, Cəbrayıl rayon Məhkəməsi və Naxçıvan Ağır Cinayətlər Məhkəməsi tutur.
Xalid Ağalıyev həmçinin bildirir ki, məhkəmələrdə ümumilikdə açıqlıq 30 faiz civarındadır: «Biz bu hesabatda Litva, Türkiyə və Rusiya təcrübəsini də önə çəkmişik. Orada hətta elə saytlar var ki, hakimin gəlirləri də aydın şəkildə göstərilir. Maaşı, ödədiyi kreditləri, əlavə gəlirləri-bütün bunlar aydın göstərilir. Amma bizdə bu, yoxdur».
Hesabata əsasən üçüncü ən şəffaf sayta sahib olan Sumqayıt Apellyasiya Məhkəməsinin baş məsləhətçisi Samir İsmayılov deyir ki, hələ ki müraciətləri poçtla qəbul edirlər: «Bizim ümumiyyətlə planımızdadır ki, saytı təkmilləşdirək, onlayn müraciət olunsun, biz cavablayaq. Kadr potensialımızı da düzəltməliyik ki, o müraciətlərə konkret cavab verəcək şəxslər olsun. Elektron hökumətə keçiddir deyə, biz də istəyirik, bizə aid hissəni təkmilləşdirək».
Qərarların yerləşdirilməsinə gəlincə, Samir İsmayılov deyir ki, bu, qərarın xüsusiyyətindən asılıdır: «Məhkəmə qərarı tam formada hazır olduqdan sonra səhifəyə yerləşdirilir. Çünki elə qərar var ki, şikayət vermə müddəti olur, eləsi var dərhal qüvvəyə minir. Hərəsinin öz xüsusiyyəti var. Elə qərar da var ki, 2 ay sonra kasasiya şikayəti olmasa, qanuni qüvvəyə minir».

Xalid Bağırov ümid edir ki, bütün qərarlar vaxtlı-vaxtında elektron yerləşdirilsə, işi əməllicə yüngülləşəcək: «Mən işimin hansı hakimdə olmasını, vaxtını bilmək üçün gərək zəng edim. Zəng edəndə də bu otaq o birinə deyir, o otaq digərinə, 5-10 dəqiqə telefonda gözləyirsən». Vəkil deyir ki, qaydalarla təcrübə bir- birindən fərqlidir. İşin dalınca düşüb özün maraqlanmasan, zəng etməyib məktub göndərməsən, prosesdən xəbərin olmaz.

Rəna Allahverdiyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabah Pərviz Həşimlinin məhkəməsidir

    Sabah Pərviz Həşimlinin məhkəməsidir ...

    23-12-2014, 23:09

  • 
  • "Mən əfv ərizəsi yazmayacam..."

    "Mən əfv ərizəsi yazmayacam..." ...

    18-11-2013, 18:18

  • 
  • Taleh Bağırov məhkəmədə xütbə dedi

    Taleh Bağırov məhkəmədə xütbə dedi ...

    5-07-2013, 18:01

  • 
  • Əli İnsanovun işinə yenidən baxılacaq

    Əli İnsanovun işinə yenidən baxılacaq ...

    7-01-2014, 13:43

  • 
  • Ali Məhkəmənin sədri seçki prosesində müşahidə olunan hüquq pozuntularından danışdı

    Ali Məhkəmənin sədri seçki prosesində müşahidə ...

    31-07-2013, 17:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu