Hindistanda Çhattisqarh ştatında yerləşən Korba şəhərinin polisi 5 il əvvəl itkin düşən teleaparıcı Salma Sultana Laşkarın sümüklərini aşkarlayıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Indian Express" məlumat yayıb.
Qeyd olunur ki, yerli kanallardan birinin teleaparıcısı 2018-ci ilin sonunda yoxa çıxıb, həmin vaxt onun 30 yaşı olub. Laşkarın qalıqları magistral yolun kənarında tapılıb.
Hüquq-mühafizə orqanları Laşkarın 2018-ci ilin oktyabrında 37 yaşlı fitnes təlimatçısı olan sevgilisinin qurbanı olduğunu ehtimal edir. Polis hesab edir ki, qadın aparıcını mümkün maddi fikir ayrılıqlarına görə öldürüb, sonra iki şərikinin köməyi ilə meyiti bir ildən sonra magistralın tikintisinə başlanılan boş yerdə gizlədib.
Bütün şübhəlilər həftənin əvvəlində həbs edilib. Yerli polis rəisi Udaya Kreynin sözlərinə görə, müstəntiqlər jurnalistin və onun qohumlarının DNT nümunələrini toplamaq niyyətindədirlər. Bu, qalıqların şəxsiyyətini müəyyən etmək üçün lazımdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?