GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı »  Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? - "Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır"

 Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? - "Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır"

Tarix: 28-10-2024, 21:32 Bölmə :Maraqlı Baxış: 303

 Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? -


Azərbaycanda mobil operatorların internet xidmətinin baha, keyfiyyətinin isə aşağı olması hazırda aktual müzakirə mövzusudur. Əvvəllər vətəndaşlar 18 manata 40 Mbit/s sürət əldə edə bilirdilərsə, indi 100 Mb/s üçün 25 manat ödəyirlər. Mütəxəssislər hesab edirlər ki, "yüksək sürətlər və yüksək qiymətlər" prinsipi heç bir halda doğru deyil. Çünki Azərbaycanda rəsmi rəqəmlərə görə, əhalinin yarısı kəndlərin payına düşür. Belə olan halda minimal sürətin hər kəs üçün 100Mbit/s edilməsi narazılıq doğurur.

GUNDEMXEBER.AZ bildirir ki, pravda.az mövzu ilə bağlı araşdırma aparıb.

DÜNYA ÖLKƏLƏRİNİN PRAKTİKASINDA QİYMƏTLƏR

Azərbaycandakı mobil internet qiymətlərini xarici ölkələrlə müqayisə etdikdə fantastik fərqi görürük.

RUSİYA

Rusiyada isə 700 rubla, yəni 12 manat 37 qəpiyə rubla limitsiz internet, eyni zamanda danışıq dəqiqələri ala bilirsiniz. Hətta Rusiyada yaşayan azərbaycanlılar deyirlər ki, mənzillərdə sürətli “WiFi” üçün abunə haqqına aylıq 17 manat ödəyirlər. Hətta 8 manata 600 dəqiqə danışıq, 25 GB internet paketi ala bilirlər.

ÖZBƏKİSTAN

Özbəkistanda vətəndaşlar 60 000 suma, yəni 8.25 AZN-ə 22 GB internet, üstə gəl bütün istiqamətlər üzrə limitsiz danışıq ala bilirlər.

QAZAXISTAN

Qazaxıstanda da qiymətlər çox sərfəlidir. 35 AZN-ə limitsiz danışıq, limitsiz internet almaq, üstəlik 5 nəfəri də bu kampaniyaya qoşmaq mümkündür. Həmin kampaniyaya görə, eyni paket üçün hər adam başına 7 AZN düşür.

GÜRCÜSTAN

Gürcüstanda vətəndaşlar 32 lariyə, yəni 17 manata 1 aylıq limitsiz internet, limitsiz danışıq və limitsiz SMS ala bilirlər.

UKRAYNA

Ukraynada 300 Mbit internet sürətinə, təxminən, 8 dollar ödəyirlər. Bu isə bizim pulla 13 manat 60 qəpik edir. Bu ölkədə 100 Mbitin qiyməti isə 5 dollar, yəni 8 manat 50 qəpikdir...

ABŞ

ABŞ-də 40 dollara limitsiz danışıq, limitsiz SMS və 50 Mbayt interneti sərfəli şəkildə istifadə etmək mümkündür.

FRANSA

Fransada 15 avroya 120 GB-dir.

POLŞA

Polşada 1 avroya limitsiz danışıqla bərabər 200 GB internet ala bilirlər...

İnformasiya təhülkəsizliyi üzrə mühəndis Xədicə Tağızadə (Bürcəliyeva) Pravda.az-a açıqlamasında səyahət üçün getdiyi ölkələrdəki qiymətləri belə müqayisələndirib:

“Yaxın tarixdə Monteneqroya getdim. İnternet xidməti çox yaxşı idi. Hava limanında tursitlərin internetdən istifadə edə bilmələri üçün nömrələr satırlar. Təsəvvür edin, 15 günlükdür, üstəlik 500 Giqabayt, qiyməti də 15 avro. Bizim pulla, təxminən, 29 manat edir. 500 Giqabayt çox böyük rəqəmdir. Bizdəki heç bir provayder bu interneti vermir. Nə “Azercell”, nə “Bakcell”, nə də digərləri. Maksimum 50 GB verirlər, o da böyük məbləğə. Monteneqroda bu cür xidmət təkcə turistlər üçün deyil. Öz vətəndaşları üçün də internet sürəti çox yüksəkdir. Paket böyük, qiyməti isə sərfəli olur”.

Mütəxəssis bildirib ki, Azərbaycanın rominq xidmətləri çox baha olduğu üçün xarici ölkələrə gedəndə rominqdən istifadə etmir: “Məsələn, “Azercell”də cəmi 1 Giqabaytı 19 manat 90 qəpiyə alırsan. Görün arada nə qədər fərq var. “Azercell”in “Supersen” xidmətindən istifadə edirəm. Təxminən, 10 Giqabayta 13 manat 50 qəpik ödəyirəm. Bu, çox az rəqəmdir. “WiFi” da işlədirik, amma internetə ödədiyimiz pulun qarşılığında çox az keyfiyyətli internet alırıq. Əlbəttə, o demək deyil ki, bizim texnologiyamız inkişaf etməyib, bizdə yüksək sürətli internet ola bilməz. Xeyr. Sadəcə, təəssüf ki, ölkəmizdə bu cür xidmətlər bahadır. Xarici ölkələrlə müqayisədə fərq olduğunu bilirdim, amma səyahət etdikcə nə qədər ciddi fərq olduğunu gördüm. Biz niyə internetə bu qədər çox pul ödəməliyik? Məsələn, tələbələr internetdən çox istifadə edirlər və daha çox pul ödəməli olurlar. Bir sözlə, məsələ bizdəki bazar iqtisadiyyatıdır. İnterneti baha qiymətə satırlar, halbuki texnologiyamız heç də onlardan geri qalmır”.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov isə düşünür ki, internet qiymətləri ölkənin inkişaf etmə imkanlarına görə dəyərləndirilir:

“Dünyanın daha çox inkişaf etmiş ölkələrində simsiz “Starlink” işləyir. Ölkənin ən ucqar nöqtələrinə belə peyk vasitəsilə internet verir. Bəzi ölkələrdə isə internet, ümumiyyətlə, çox zəif inkişaf edib. Məsələn, Afrika ölkələrində hətta bizim 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində gördüyümüz interneti indi əldə ediblər. Bu, bir az çətindir. Amma yaşayış standartları bizimlə eyni səviyyədə olan ölkələrdə internet qiymətləri ortalama eyni qiymətdir. Hətta bizim ölkəmiz texnologiyaların tətbiqi sahəsində daha öndədir. Düzdür, Avropa ilə müqayisədə biz daha geridəyik, amma nəzərə alaq ki, Avropada uzun müddətdir, İT sahəsi inkişaf edib, müharibə yoxdur, sülh şəraitində yaşayırlar, Avropa ölkələri güclü ölkələrlə əhatə olunublar. Məsələn, post-sovet ölkələrini müqayisə etsək, Polşa, Estoniya, Çexiya kimi ölkələrdə nisbətən ucuzdur, sürət isə yuxarıdır. İT sahəsində də daha sürətli inkişaf edirlər. Azərbaycan isə son bir neçə ildə bu istiqamətdə addımlar atmağa başlayıb. Ölkədə son dövlər münbit şərait yaranıb ki, İT sahəsində inkişaf edə bilsin. Müharibədə qalib olduq. Bu, birinci şərtdir. Azərbaycanda müharibə səbəbindən, xüsusən, İT sahəsində bir çox böyük layihələrə maliyyə yatırımları edilmirdi. Bu kimi səbəblərə görə inkişaf Azərbaycanda son dövrlər gedir. Hətta dövlət bununla bağlı xüsusi qərarlar qəbul edib. Məsələn, İT sahəsində çalışan şirkətlərə vergilərdə müəyyən güzəştlər olunub. Sonuncu qərar isə İKT-nin inkişafında böyük rol oynayacaq. İT sahəsində oxuyan tələbələrin müəyyən hissəsi əsgərliyə xüsusi imtiyazlarla qatılacaqlar. Bu da İT sahəsinin inkişafına səbəb olacaq. Məsələn, Avropa Oyunları o vaxta qədər Azərbaycanın etdiyi ən böyük layihə idi. Hətta deyərdim ki, bu günə qədər həyata keçirilən ən böyük layihədir. “Formula 1” kimi dünyada İKT sahəsində tanınan bir çox layihə saymaq olar ki, dövlət bu sahənin inkişafı üçün əlindən gələni edir. Sadəcə, hər bir inkişaf müəyyən qədər zaman alır və müəyyən mərhələlərdən keçmək məcburiyyətindədir. Biz hazırda keçid dövründəyik. İnternet qiymətlər isə dünya bazarı ilə müqayisədə bizdə bir az baha, yaxud texniki keyfiyyət inkişaf etmiş ölkələrlə müqayisədə daha zəif ola bilər. Bu isə qısa müddətə həll olunası şeydir. Nəzərə alsaq ki, 2015-ci illə hazırkı ili müqayisə etsək, nə qədər inkişaf etdiyimizi görərik. Əslində internet sahəsindəki problem provayder şirkətlərin rəqabətsizliklərindən də irəli gəlir. Azərbaycan provayderlər üçün müştəri ehtiyatı baxımından kiçik bazar sayılır. Bir ərazidə iki provayder işləsə, üçüncüsü artıq həmin əraziyə girə bilmir, çünki kifayət qədər müştəri yoxdur. Bu, müvəqqəti haldır, çünki bir müddət sonra texnoloji tələblər artır. Məsələn, indi bütün provayderlərdə mütləq şəkildə monitorinq sistemləri olmalıdır. Əvvəllər, bəlkə də, belə bir tələb məcburi deyildi. İndi isə məcburidir. Bir müddət sonra insanların şikayətləri bitəcək”.

Mütəxəssis bildirib ki, Azərbaycandan daha yaxşı xidmət edən Avropa ölkələri nümunələri var: “Lakin onlar artıq neçə ildir, sərbəst, müstəqil inkişaf etməkdədirlər. Biz isə son bir neçə ildə bu sahədə müəyyən imkanlar qazanmışıq. Xüsusən, müharibədə qalib olmağımız İT sahəsində yeni yollar, qapılar açdı. Hazırda ölkəmizdə internetin pis vəziyyətdə olmadığını düşünürəm. Daha da yaxşıya doğru dəyişməyə məcburuq. Çünki rəqəmsallaşmağa doğru gedirik. Rəqəmsallaşmaq isə mütləq şəkildə internetin surətinin yuxarı olmasını tələb edir. Bu gün qəbul edilən hər hansı qiymət dəyişikliyi bizə mənfi hal kimi görünə bilər, amma ümumi inkişafda daha yaxşı nəticələr verəcək addımdır. Vətəndaşların infrastukturdan anlayışlı, İT sahəsində bilikli olmaları vacib məsələdir. Çünki seçim etdikləri zaman aldıqları internet avadanlıqları, iş keyfiyyətini bilməmələri mənfi hallar yaradır. Məsələn, vətəndaş bazarın ən keyfiyyətsiz məhsulunu alır. Sonra da şikayət etməyə başlayır ki, mənim internetim zəifdir. Halbuki provayderin göndərdiyi xətt deyil, öz quraşdırdığı avadanlıq keyfiyyətsizdir. Stabil ötürmə, qoşulma verə bilmir, tez-tez yüklənir, sıradan çıxır. Provayderlər isə mütləq inkişafa getməlidirlər”.
BELƏ GÖRÜNTÜ YARADILIR Kİ, ÇOXLU SAYDA PROVAYDER VARSA, DEMƏLİ, İNHİSARSIÇILIQ MEYİLLƏRİ OLA BİLMƏZ

İqtisadçı-ekspert Natiq Cəfərli ölkədə internet sahəsində olan problemi belə şərh edib:

“Azərbaycanda internet qiymətlərinin bahalığı, eyni zamanda keyfiyyəti ilə bağlı problemlərin olmasının əsas səbəbi budur ki, ölkədə internet bir mənbədən alınıb, paylanılır. Bir inhisarçı şirkət var, interneti ölkəyə o gətirir, provayderlərə də o paylayır. Belə bir görüntü yaradır ki, çoxlu sayda provayder varsa, deməli, inhisarsıçılıq meyilləri ola bilməz. Bu, yanlış təsəvvürdür. Nəticə etibarilə, bütün provayderlər eyni mənbədən internet alırlarsa, ilkin mənbədə qiymət artan kimi provayderlər də məcbur olub qiymət artırırlar. Başqa cür davrana da bilməzlər, çünki onlar da internet istifadəçisidirlər. Obrazlı desək, onlar interneti topdansatış qiyməti ilə alıb, bizə pərakəndə satışla təqdim edirlər. Ən böyük problem budur”.
N.Cəfərli deyib ki, dünya ölkələrinin praktikasında internet qiymətləri müxtəlifdir: “İnternet qiyməti bizdən baha olan ölkələr də var, bizdən çox ucuz olan ölkələr də. Qiymətdən əlavə, daha çox keyfiyyət də önəmlidir. İstənilən qiymət siyasəti keyfiyyətə hesablanmalıdır. Qiymət artırsa, vətəndaşın haqqıdır ki, keyfiyyətli internetdən istifadə etsin. Bizdə isə əsas problem budur ki, qiymət artır, amma keyfiyyətlə bağlı hansısa ciddi dəyişikliklər olmur. Bu da insanlarda daha çox narazılıq, narahatlıq yaradır. Buna görə də əsas məsələ ölkədə internetin topdansatış şirkətlərinin sayının artması olmalıdır. Yəni daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır ki, provayderlərdə seçim edə bilsinlər. İstənilən başqa şirkətlərdən seçim edərək internet alıb, vətəndaşlara çatdıra bilsinlər. Bu problem həll olunmayana qədər qiymət və keyfiyyətlə bağlı problemlər də həll olunmayacaq”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda azad rəqabət mühitinin yaranmasına nəyə görə imkan vermirlər? - MONOPOLİYA

    Azərbaycanda azad rəqabət mühitinin yaranmasına ...

    30-06-2024, 14:12

  • 
  • Azərbaycanda internet Gürcüstan və Rusiyadan dəfələrlə bahadır

    Azərbaycanda internet Gürcüstan və Rusiyadan ...

    31-01-2014, 17:27

  • 
  • Mobil Nömrələrin Daşınması Xidmətində şok fırıldaqlar

    Mobil Nömrələrin Daşınması Xidmətində şok ...

    25-01-2016, 19:57

  • 
  • «Azercell» də internet maxinasiyası

    «Azercell» də internet maxinasiyası ...

    7-12-2012, 12:06

  • 
  • Azərbaycanda yaranmış internet problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Azərbaycanda yaranmış internet problemi ilə bağlı ...

    27-02-2017, 11:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (171)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu