GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Aydın Bəşirovun oğlunun şirkətləri və biznesi haqda- Araşdırma

Aydın Bəşirovun oğlunun şirkətləri və biznesi haqda- Araşdırma

Tarix: 9-01-2014, 14:02 Bölmə :Maraqlı Baxış: 889
Aydın Bəşirovun oğlunun şirkətləri və biznesi haqda- Araşdırma
Qaçaq neftin arxasından kimin adı çıxacaq?


İslam Səfərli, Mühəndis Mustafa Əli, Naftalan... Bu adlar yəqin Azərbaycan gündəmini izləyən oxuculara çox söz deyir.

Təkcə bu il ərzində mətbuata məlum olan (məlum olmayanların da olması ehtimalı böyükdür) neft qaçaqmalçılığına görə saxlanılan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə (AXDGİ) məxsus gəmilərdir. (Gəmilərin adını rəsmi Dövlət Gəmi reyestrindən dəqiqləşdirilib.

http://ardda.gov.az/NewSite/wp-content/uploads/2012/07/Gem-siyahi-DGR.pdf)

Onlar öz sularımızda və Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Rusiya sularında (dəqiq desək Mahçkalada) saxlanılıblar. Azərbaycan tərəfi müxtəlif vaxtlarda saxlanılan gəmilərin qaçaqmalçılıqla məşğul olması barədə israrla susmağa davam edir.

Bəzi səlahiyyətli şəxslər Azərbaycan tərəfdə sənədləşmənin qaydasında olduğunu, düzgün aparıldığını, problemin Dağıstanda olduğunu, bəziləri AXDGİ-nin sadəcə daşıyıcı olduğunu, yükün sifarişçilərə məxsus olduğunu bildirirlər.

Saxlanılan qaçaqmala hələ ki, heç bir sifarışçı sahıb çıxmır. Mal qalıb ortada... Bəs "düzgün" aparılan sənədləşmədə sifarişçinin adı göstərilməli deyilmi?

Məsələdə suallar çoxdur. Azərbaycan rəsmiləri suallarımıza cavab vermədikləri üçün mən Naftalan tankerinin saxlanıldığı Dağıstan Respublikasının FTX-ə müraciət etdim. Təəsüf ki, ordan da suallarımızı Azərbaycan tərəfinə yönəltməyi xahiş etdilər. Dağıstan FTX-ningəmilərin həbsindən sonra RİA NOVOSTİ-yə verdiyi açıqlamadansa bəlli olur ki, gəmilər Mahaçkaladan Səngəçal limanına gəlirmiş.

Sənədləşməyə əsasən gəmidə 4,5 min ton mazut olmalıymış. Amma tankerdən götürülən mayenin laboratoriya təhlili göstərib ki, tanker xam neft ilə yüklənib. Ehtimal olunur ki, daşınan neft Xəzərin Həştərxan şelfində çıxarılıb və Bakı - Novorossiysk kəmərinə vurulmaq üçün nəzərdə tutulubmuş.

FTX -nin məlumatına görə məhsul saxlanılan anda Rusiya Federasiyasında neftin bir tonunun qiyməti 10218 rus rublu (424 AZN), ümumi tankerdə müsadirə olunan neftin məbləği isə 45 milyondur (təxminən 19 milyon AZN). Bu fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 226.1 maddəsinin 1-ci bəndinə - "Strateji ehtiyatların qaçaqmalçılığı" - əsasən cinayət işi başlayıb.

Bəzi mənbələrin verdiyi məlumata əsasən Naftalan tankeri Mahaçkala limanında saxlanılır və onun buraxılması üçün Aydın Bəşirovdan 5 milyon manat rüşvət istənilir. Amma bu məlumatı dəqiqləşdirmək mümkün olmadığı üçün biz dəqiqləşdirdiyimiz faktlarla davam edək.

Aydın Bəşirovun "gül" balası




Mənbələr neft qaçaqmalçılığının arxasında AXDGİ-nin keçmiş rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirovun dayandığını deyirlər. İlqar Bəşirovun qaçaqmalçılıqda iştirakını təsdiqləyən faktlar hələ ortalıqda yoxdur.

Araşdırma zamanı əldə etdiyimiz faktlar hələ ki, yalnız onu təsdiqləyir ki, İlqar Bəşirov atasının rəhbərlik etdiyi sahəyə aid biznes qurub və bu biznesi silah, narkotik qaçaqmalçılığı qalmaqallarında adı hallanan qaranlıq keçmişli ortaqlarla işlədir.

İlqar Bəşirovun biznesinin coğrafiyası Türkiyə, Rusiya və Böyük Britaniyanı əhatə edir. Tikinti, turizm kimi sahələrdə fəaliyyət göstərən şirkətləri olsa da, İlqar Bəşirovun əsas fəaliyyət sahəsi dənizçilik və gəmiçilikdir.

İlqar Bəşirovun Facebook səhifəsi və mətbuatda yazılanlar onun özünün İstanbulda lüks həyat yaşadığını göstərir. Beləliklə,

Şirkətlər və ortaqlar


Sail Trading Denizçilik ve Ticaret Limited Rusiyada və Türkiyədə fəaliyyət göstərir. Şirkət hazırda 12 yük və sərnişin daşıyan gəmiyə sahibdir ki, gəmilərin qiyməti 5-15 milyon dollar arasındadır.


Gəmilərin hər birinin sadəcə bir gün üçün icarə haqqı 5-10 min dollar dəyərində hesablanır. Adi riyazi hesablama göstərir ki, təkcə Sail Trading şirkətindəki gəmilərə İlqar Bəşirov 100 milyon dollardan çox vəsait yatırıb.Bu vəsaitin mənbəyi naməlumdur.

İlqar Bəşirovun biznesi artıq bir çox beynəlxalq gəmiçilik sərgilərində, forumlarında təmsil olunur.

İlqar Bəşirovun şirkətlərin bəziləri dənizdə qazmaçılıq, təmir-tikinti, gəmi təmiri işini də əsas fəalliyyət sahəsi kimi göstərib. Aydın Bəşirovun AXDGI-nin rəisi vəzifəsindən azad edilən kimi əməkdaşların mətbuata verdiyi açıqlamalardan görünür ki, İdarə əsas təmir tikinti işlərinin sifarişini İlqar Bəşirovun şirkətlərinə veirimiş. Eyni zamanda verilən məlumata görə tamamilə yararsız 30 tankerin də təmiri sifariş olunubmuş ki, yeni rəis təyin olunan kimi onların doğranıb metalloma verilməsi göstərişini verib. Bu faktlar mətbuatda müxtəlif şəxslərin adında verilən müsahibələrdə öz əksini tapıb.

Türkiyədə "TAİLA İthalat İhracat Limited" şirkəti vasitəsilə restoran biznesi ilə də məşğul olan İlqar Bəşirovun burdakı ortağı Nigar Bəşirovadır. Amma başqa şirkətlərdəki ortaqlarını araşdırarkən çox maraqlı faktlar da qarşımıza çıxdı.

İlqar Bəşirovun sirli ortağı

İlqar Bəşirovun ortaqlarından birinin adı həm də silah və narkotik qaçaqmalçılığında hallanır. Daha ətraflı desək "Kent Dənizçilik Limited" və "Sail Traide Denizçilik və Ticaret Limited" şirkətlərindəki pay ortağı Sabahattin Su adlı bir türkdür. Adı çəkilən şəxsin ofşor zonalarda şirkətləri də var. Əvvəl ortaq olduğu şirkətlərdən biri və o şirkətdəki ortağı olan Bəkir Çələng narkotik və silahqaçaqmalçılığında ittiham olunub, hətta həmin şəxs bu ittihamla həbs olunub, saxlanıldığı həbsxanada vəfat edib.



Sabahattin Sunun adının hallandığı başqa bir narkotik və silah qaçarmalçılığı qalmaqalı da var. Su Türkiyə kriminal dairələrində “İnce Mehmet” kimi tanınan Məhmət Cantaşaməxsus "Sutas Shipping Services LTD" şirkətinin baş direktoru olub və Cantaş narkotik və silah qaçaqmalçılığına görə ittiham olunanda “mənim xəbərim olmayıb” deyib, məsuliyyətdən yayınıb.

Su, Türkiyənin məşhur araşdırmaçı jurnalisti Uğur Mumcuya verdiyi müsahibəsində də “xəbərim olmayıb, şirkətdən ayrılıram” deyib. Mumcunun 1983-cü ilin fevral-mart aylarında Cümhuriyyət qəzetində dərc olunan araşdırması bir ucu məşhur terrorçu Mehmet Ali Ağcaya gedib çıxan silah və narkotik qaçaqmalçılığı barədə idi.

Həmin Sabahattin Su İlqar Bəşirovun rəhbəri və təsisçisi olduğu Kent Shipping şirkətinin Böyük Britaniyada ilk qurucusu olub və hal-hazırda iki şirkətdə - "Kent Dənizçilik Limited" və "Sail Trading Denizçilik ve Ticaret Limited" - şirkətlərində onun ortağıdır.

Ofşorlardan sinaqoqa qədər


Böyük Britaniyada qeydiyyatdan keçən başqa bir şirkət "Eurocaspian construction &Traiding LTD"dir. Bu şirkətdə də Bəşirovun maraqlı bir ortağı var.

Əfrayım Kəbudi məşhur offşor şirkətlərin qurucusu kimi tanınır. Türkiyədə saysız şirkətlərə sahib olan Kəbudi həmçinin Neve Şalom sinaqoqu fondunun İH üzvlərindən biri olubvə bu gündə həmin fondun əsas ianəçilərindən biridir. Fonda göstərdiyi maliyyə dəstəyinə görə dəfələrlə mükafata layiq görülən Kəbudi Türkiyənin yəhudi icmasının onurğa sutunlarından biri hesab olunur.

2001-ci ildə Böyük Britaniyada Aydın Bəşirovun oğlu İlqar Bəşirovla "Euro-Caspian Construction & Trading LTD” şirkətini quran Kəbudi ofşor şirkətlərə xarakterik özəlliklə bir neçəböyük layihə həyata keçirəndən sonra şirkəti bağlayıb. Amma eyni sahədə fəaliyyətini başqa şirkətlər açaraq davam etdirib. Bu yəhudi fondlarının milyoner ianəçisini azərbaycanlı İlqar Bəşirovla nə birləşdirir? Sual açıq qalır.

Bu dəyirmanın suyu hardandır?


Sual yarana bilər ki, bu boyda neft ölkəsinə qaçaq neft nəyə lazımdır? İqtisadçı ekspertlər Bakı - Novorossiysk kəmərinə xəttində neft çatışmazlığına görə gətirilməsi ehtimalını çox da ağlabatan hesab etmədilər. Onların fikrincə, əsas səbəb Azerilayt markalı neftin gətirilən xam neftlə müqayisədə 8-10 dollar bahalı olmasıdır. Ehtimal budur ki, qaçaqmalçılıqla gətirilib, müəyyən qatqılar ediləndən sonra Azərilayt adı ilə satılan neftdən qalan fərq milyardlarla manat dəyərində ölçülür. Prosesdə iştirak edən tərəflərin ən böyük uduşu burdandır.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərinə görə Azərbaycan gətirilib, satışı SOCAR vasitəsilə reallaşan neftin gəliri və mənbəyi şübhə altına alınmır və belə yollarla da çirkli pulların yuyulması həyata keçirilir. Amma bir daha vurğulamaq istəyirik ki, bütün bunlar Azərbaycana qaçaq neft niyə gətirilir sualına cavab axtarılarkən ehtimal olunan variantlardır. Ümid edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ən azından Naftalanla bağlı cinayət işini başa çatıdraraq bütün bu suallara da aydınlıq gətirəcək.

Mövzu açıq suallarla doludur. Sualları hər kəsdən öncə İlqar Bəşirov cavablaya bilərdi. Buna görə də sorğunu ona ünvanladıq. Cavab gəlmədi. Bəşirova Facebook səhifəsi vasitəsilə ünvanladığımız sualları bir daha burada yayımlayırıq.

1. Dağıstanda saxlanılan Naftalan tankerində olan qaçaqmal neftin sizə məxsus olduğu söylənilir, bununla bağlı nə deyə bilərsiz?

2. Rusiyada, Ukraynada, Türkiyədə, Böyük Britaniyada şirkətləriniz olub və var. Həmçinin sizi oliqarxlar sırasına aid edirlər. Şəffalıq üçün mümkünsə deyin varidatınızın mənbəyi hardandır? İmkanlarınız ilk dövrdə hardan qaynaqlanıb?

3. Bəzi şirkətlərinizdə sizin ortağınız olan Sabahattin Sunun adı başqa ortaq olduğu şirkətlərdə silah və narkotika qaçaqmalçılığında hallanıb. Hətta ortaqları həbs də olunub. Sizin də bu işlərlə əlaqəniz varmı?

4. Atanızın Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəisi olması faktının sizin şirkətlərinizin böyüməsində nə kimi rolu var?

5. Sizin biznesinizin onun işdən azad olunamsında nə kimi rolu var?

Aynur İmranova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rus kəşfiyyatı Azərbaycanın qaçaq neft daşıyan gəmisini tutdu

    Rus kəşfiyyatı Azərbaycanın qaçaq neft daşıyan ...

    7-08-2013, 23:17

  • 
  • Saxlanılan gəmimizdəki 4,5 min tonluq qaçaqmal kimindir?

    Saxlanılan gəmimizdəki 4,5 min tonluq qaçaqmal ...

    4-12-2013, 09:46

  • 
  • FTX Azərbaycanın daha bir tankerini həbs etmək istəyib

    FTX Azərbaycanın daha bir tankerini həbs etmək ...

    24-11-2013, 11:50

  • 
  • Aydın Bəşirovu  Bakı hava limanında saxladılar

    Aydın Bəşirovu Bakı hava limanında saxladılar ...

    22-11-2013, 11:27

  • 
  • Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı cinayət işi açıldı

    Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı cinayət ...

    23-10-2013, 15:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu