GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Gültəkin Hacıbəyli də Ramiz Mehdiyevə “Get” dedi

Gültəkin Hacıbəyli də Ramiz Mehdiyevə “Get” dedi

Tarix: 10-01-2013, 11:41 Bölmə :Müsahibə Baxış: 1 254
Gültəkin Hacıbəyli də Ramiz Mehdiyevə “Get” dedi

“Adı ən ağır korrupsiya cinayətlərində hallanan
məmur korrupsiya ilə mübarizəyə rəhbərlik edir”


Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun mətbuata son müsahibəsi bu qurumla bağlı müzakirələri yenidən gündəmə gətirdi. Rüstəm İbrahimbəyovun seçkilərlə bağlı söylədiyi fikirlərdən sonra bu qurumun seçkilərdə öz namizədinin olacağına dair xəbərlər də gündəmə gəlib. Ziyalılar Forumunun üzvü sabiq millət vəkili Gültəkn Hacıbəyli Moderator.az-a müsahibəsində bununla bağlı suallara cavab verib.
- Gültəkin xanım, Rüstəm İbrahimbəyov bu yaxınlarda yeni, güclü bir hərəkatin anonsunu verdi. Bu hərəkatda hətta aparıcı müxalifət partiyalarının üzvlərinin, gənclərin geniş təmsil olunacağını deyərək, bildirdi ki, hərəkatın gözəl bir türk adı da olacaq. Bu hərəkatı kimlər yaradır, orada hansı müxaliflər təmsil olunur, hansı gənclər təşkilatları var?
-Mənim bu hərəkat haqqında məlumatım yoxdur. Ona görə də sualınızı cavablandıra bilməyəcəyəm. Mən də bu barədə söhbətləri mediadan oxumuşam.
- Bəs, siz Ziyalılar Forumunun üzvü deyilsiniz, toplantılarına qatılmırsınız?
- Mən Ziyalılar Forumunun üzvüyəm və onun bütün rəsmi toplantılarında iştirak etmişəm. Sadəcə olaraq, Yeni illə əlaqədar Forumun fəaliyyətində müəyyən obyektiv fasilə yaranıb. Yeni ildən sonra hələ yığışmamışıq. Ona görə də məlumatsızam. Yaxşı olardı ki, bu sualları Forumda təşkilatı işlərə rəhbərlik edən Eldar müəllimə ünvanlayasınız.
- Son günlər mediada Ziyalılar Forumunun öz namizədinin olacağına dair fikirlər yayılmaqdadır. Amma bu qurum yaradılan zaman siyasətdən kənar təşkilat olacağı barədə elen verilmişdi. Nə baş verdi ki, Ziyalılar Forumu seçki prosesinə qoşulur?
- Ziyalılar Forumu öncədən bəyan edildiyi kimi siyasi təşkilat deyil. Siyasətlə birbaşa məşğul olmur və siyasi hədəfləri, məsələn, hakimiyyətə gəlmək istəyi yoxdur. Əks halda, biz bütün ziyalılara, hətta müxtəlif, bəzən rəqib siyasi partyaların üzvü olan ziyalılarımıza açıq Forum yox, siyasi partiya yaradardıq, proqram qəbul edərdik, liderimizi seçərdik. Göründüyü kimi biz tamamilə fərqli missiyanı həyata keçiririk. Biz hakimiyyət deyil, ədalət uğrunda mübarizə aparırıq. Biz ölkədə azad, ədalətli, şəffaf seçkilərin həyata keçirilməsini təmin edəcək demokratik seçki mühiti uğrunda, həyatın bütün sahələrini əhatə edəcək sistem islahatları uğrunda mübarizə aparırıq. Elşad Abdullayev məşhur videoyayımları ilə Azərbaycan həqiqətlərinə işıq saldı. Faktiki olaraq, qanunverici və məhkəmə hakimiyyətləri öz səlahiyətli nümayəndələrinin dili ilə öz mahiyyətlərini bütün çılpaqlığı ilə ortaya qoydu. Hətta, rüsvayçılıq sözü də baş verənlərin mahiyyəti, miqyasını tam anlamda ehtiva etməkdə acızdir. Nəticədə nə baş verdi? Heç nə. Çünki ölkədə cəzasızlıq mühiti formalaşdırılıb. Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarları artıq Afrika ölkələrində də qəbul etmirlər. Qocaman hakimin, məhkəmə sədrinin dili ilə bu qərarların siyasi sifariş əsasında qəbul edildiyi bir daha təsdiqləndi. Bu ölkədə adı ən ağır korrupsiya cinayətlərində hallanan məmur korrupsiya ilə mübarizəyə rəhbərlik edirlər. Bu parodoksdur. Müəllimin, həkimin 150 manat maaş, təqaüdçünün 100 manat pensiya alması böyük ədalətsizlikdir. Sahibkarların əmlakını qəsb etmək məqsədlə onların özlərinin, qardaşlarının, digər ailə üzvlərinin oğurlanması, təhdid edilməsi, həyatları müqabilində əmlakdan imtinaya məcbur edilməsi və bu məqsədə çatmaq üçün polis, prokurorluq və məhkəmə orqanlarını alətə çevirmək isə nəinki ədalətsizlik, artıq cinayətdir! Ziyalılar Forumu olaraq bizim missiyamız hər bir vətəndaşa layiqli yaşam haqqı tanıyacaq, hər kəsə öz potensialını reallaşdırmaq üçün ədalətli rəqabət mühiti yaradacaq, cəzasızlıq mühitini aradan götürəcək sistemin yaradılmasına yardımçı olmaqdır və biz öz missiyamıza sadiqik.
- Axı, Ziyalılar Forumunun Eldar Namazovun namizədliyini irəli sürəcəyi deyilir...
- Biz Ziyalılar Forumunun heç bir toplantısında prezidentliyə namizəd məsələsini müzakirə etməmişik. Bir daha vurğulayıram, nə hörmətli Eldar müəllimlə, nə də digər namizədlərlə bağlı müzakirələrimiz olmayıb. Forumun digər üzvlərinin də, hörmətli Cəmil müəllimin, hörmətli Rafiq müəlimin və başqalarının da dəfələlə bəyan etdiyi kimi, Ziyalılar Forumu bir siyasi qüvvə kimi seçklərdə öz namizədini irəli sürməyəcək. Ancaq təbii ki, hər bir ziyalının konstitusion hüquqları sırasına seçmək və seçilmək hüququ da daxildir. Ziyalılar Forumu kiməsə fərdi qaydada öz namizədliyini irəli sürməyi və ya kimisə dəstəkləməyi qadağan edə bilməz, eyni zamanda üzvlərini kiməsə səs verməyə məcbur edə bilməz. Ziyalılar Forumu azad və ləyaqətli şəxsiyyətlərin ittifaqıdır. Bu Forumda təmsil olunan insanlar millətimizin ən işıqlı ziyalıları, dəyər daşıyıcılarıdır. Onların millətimizin ali maraqları naminə ən düzgün qərarları qəbul edəcəyinə şübhəm yoxdur. Çünki biz dəyərlər uğrunda mübarizə aparırıq. O dəyərlər uğrunda kı, onların bərqərar olması hətta bu gün bizim üstümüzə çamur atanları da düşdükləri bataqlıqdan xilas edəcək, şərəfli və ləyaqətli həyata qovuşduracaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov: “Milli Şura sabah elan olunacaq”

    Rüstəm İbrahimbəyov: “Milli Şura sabah elan ...

    27-05-2013, 11:27

  • 
  • Yeni hərəkat yaradılır

    Yeni hərəkat yaradılır ...

    16-01-2013, 10:41

  • 
  • EL hərəkatının sədri Eldar Namazov olacaq

    EL hərəkatının sədri Eldar Namazov olacaq ...

    17-02-2013, 12:42

  • 
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Rüstəm İbrahimbəyovun ilk sərəncamı (yenilənib)

    Rüstəm İbrahimbəyovun ilk sərəncamı (yenilənib) ...

    11-06-2013, 17:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu