GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Heç kimə deməmişəm ki, maaşım azdır...”

“Heç kimə deməmişəm ki, maaşım azdır...”

Tarix: 23-09-2014, 13:41 Bölmə :Müsahibə Baxış: 825
Hadı Rəcəbli: “Salyandan o yana nə var, yazırlar Hadı Rəcəblinindir, indi mən neyləyim?!”


“Hadı müəllimin bahalı maşınları yoxdur, əynindəki kostyumları hamı görür, bahalı qalstuk geymir. Hadı müəllim öz maaşı ilə dolanan adamdır. Sən məni hardasa görmüsənmi ki, “İnfiniti”də gəzim?”

“Heç kimə deməmişəm ki, maaşım azdır...”


Mətbuatın yazdığına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli aldığı əmək haqqının aşağı olmasından şikayətlənib. Komitə sədrinin maaş azlığından şikayətlənməsi bir sıra şərhlərə yol açıb. Ancaq komitə sədri “Yeni Müsavat”a müsahibəsində yazılanları təkzib etdi.

- Hadi müəllim, doğrudanmı bu gün parlamentin komitə sədri olaraq siz dolana bilmirsiniz?
- Mən uzun illər mətbuatla əlaqədə olmuşam. Elə bir söz deməmişəm. Jurnalistlər müraciət edəndə çalışıram ki, onlara müsahibə verim. Ancaq belə də olmaz axı, mən intervü verirəm, fikrimi kontekstdən çıxarırlar, sonra məcbur olub təkzib edirəm. Vallah belə jurnalistika, belə yoldaşlıq olmaz. Hadı Rəcəbli harda və haçan deyib ki, əmək haqqım mənə çatmır? Hadı Rəcəbli belə deyə bilməz. Deyə bilər ki, tələbatla təminat düz mütənasib deyil. İnsan təmin oluna-oluna onların tələbatı artır. Mən bunları mətbuatda deyirəm, bu barədə televiziya çıxışlarım olub. Sevinirəm ki, dövlətimiz o qədər inkişaf edib ki, insanlarımızın rifahı yaxşılaşıb. Yaxşılaşa-yaxşılaşa da tələbatı artıb. Bunu mən deyə bilərəm. Amma sən götür yaz ki, Hadi Rəcəbli deyir maaşım mənə çatmır...Mən belə şey deməmişəm axı...Mətndə başqa şeydir, amma başlığa çıxarıblar ki, Hadı Rəcəbli maaşından narazıdır. İntervüdə olmayanı başlığa çıxararlarmı? Belə Allahsızlıq olarmı? İnan, bundan sonra adam deyir daha heç kimə müsahibə verməyim. Mən bu mövzunu ortaya atanların əməllərini pisləyirəm. Bu, ədalətsiz mövqedir. Olmayan bir məsələni qəzetlərin, saytların başlığına çıxarmaq, facebookda oynatmaq düz iş deyil. Mənim açıqlamamı oxuyan görür ki, onun içində elə fikir yoxdur.
- Deyəsən maaşınız 1950 manatdır...
- Ola bilər bir az da çox olsun. Söhbət ondan getmir. İnsan təmin olunduqca tələbatı artır, bu, qanunauyğunluqdur. Mən də bunu demişəm.
- Bundan əvvəl də oxşar söhbətlər yayılmışdı. Deməli, siz birmənalı şəkildə dolanışıqdan şikayətçi deyilsiniz?
- Dünyasında narazı qala bilmərəm. Necə yəni? Mən 45 manat əmək haqqına işləmişəm. 12 yaşından fəhləlik eləmişəm. O adamlar ki, haqqımda yazır, onlar məni tanımırlar. Adamların tələbatı ilə təminatı fərqlidir axı. Hər bir adamın əmək haqqı uyğundur. Kvalifikasiya, 19 bənd, tarif cədvəli, ixtisaslı-ixtisassız adam məsələsi var.
- Ümumiyyətlə, siz parlamentin komitə sədri olaraq ölkədə sosial-iqtisadi vəziyyəti necə dəyərləndirirsiniz?
- Yaxşı dəyərləndirirəm. Ona görə ki, durum yaxşılaşdıqca insanların arzuları artır. Vaxtilə 4 saat elektrik enerjisi istəyən camaat üçün indi su, kanalizasiya xətti, yol çəkilir. Bunlar ola-ola yeni arzular yaranır, mən bundan danışıram. Bu da təbiidir, qanunauyğunluqdur. Get Amerikada soruş, deyəcək maaşım çatmır, milyonçudan soruş, deyəcək vallah filan şeylərə pul çatdıra bilmirəm. Biz bundan danışmışıq, deməmişik ki, Hadının pulu çatmır. Mən maaşımla o qədər xeyriyyəçilik eləmişəm, bunu camaat bilir. Adamlara kömək edirəm, adamlar maaşımı soruşurmu?
- Bu zaman da ortaya suallar çıxır ki, əgər kimsə yalnız maaşa baxırsa, xeyriyyəçiliyi hansı pulla edir?
- Elə o maaşın hesabına da etmək olar. Qənaət elə, əlini sıx, bu maaşdan da xeyriyyəçilik elə. Hadı müəllimin bahalı maşınları yoxdur, əynindəki kostyumları hamı görür, bahalı qalstuk geymir. Hadı müəllim öz maaşı ilə dolanan adamdır. Sən məni hardasa görmüsənmi ki, “İnfiniti”də gəzim?
- Görməmişəm, yeri gəlmişkən, nə sürürsünüz?
- Heç nə. Mənim şəxsi maşınım yoxdur, xidməti avtomobildir.
- Tez-tez palıddan yazırlar...
- Palıd onların gözlərinə girsin! (gülür) “Palıdlı sahə”ni biri yazıb, çörəyi dizi üstündə olan adamdır. Elşad, mənim adıma heç bir biznes yoxdur. Bunu birmənalı qeyd edirəm. Harda istəsəniz yazın, deyin. Salyandan o yana nə var, yazırlar Hadı Rəcəblinindir, indi mən neyləyim?
- Ancaq adətən mal-mülk başqasının adına yazılır...
- Görürsən, indi də belə deyirsən. Belə çıxır ki, camaat məni kasıb görmək istəyir? Gah deyirlər maaşı çatmır, gah da deyirlər ki, filan obyektləri var. Onda necə danışaq?
- Mən mətbuatda yazılanlar barədə soruşuram ki, səmimi cavab verəsiniz...
- Mən də səmimi cavab verdim ki, qardaş, mən heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmuram, heç bir biznesim yoxdur. Sən parlamenti görürsən, 125 nəfər var. Birinci ora kim işə gəlib-gedir? Kim birinci o binaya girir, axşam çıxır?
- Mən orda olmuram axı, hardan bilim.
- Gərək biləsən. Hər halda müşahidələrin olmamış deyil. Hadı Rəcəbli səhər saat 10-un yarısı işə gəlir, 7 radələrində işdən gedir. İndi sən bütün parlamentə baxandan sonra Hadı Rəcəblini onlarla müqayisə edə bilərsən də.
- Deməli, Hadı Rəcəbli parlamentin ən intizamlı deputatıdır?
- Bu, bir. İndi sən dedin onu. İkincisi, sosial durumuna baxanda kimdir orda ən ortabab, ən orta deputat? O da Hadı Rəcəblidir. Bəs mətbuat niyə olmayan şeyi çıxarır, yazır? Sensasiya xətrinə belə şeylər yazmaq düzgün deyil axı.
- Bəlkə elə öz çevrənizdən kimlərsə sizə qarşıdır deyə, vaxtaşırı adınız hallanan xəbərlər mətbuata ötürülür...
- Yox, mən kimə pislik eləmişəm axı? Başımı aşağı salıb işimizlə məşğulam.

- Bəs, “Palıdlı sahə” kimindir?
- Başqasının. Həsənqulunun, mən nə bilim kimindir.

- Yəni sizin ailə üzvlərinə aidiyyəti yoxdur?
- Yox, ailə üzvlərimə də aid deyil. Axı “Palıdlı sahə”dən başqa şeylər də yazırlar, sən oxumursan? Hadı müəllimi mətbuat hər cür tənqid edə bilər, amma Allahsızlıq olanda pis oluram da. Milli Məclisdə kimin nəyi var, hamı bilir. Amma yazanda ki, Hadı müəllimin “Palıdlı sahə”si var, bu, ədalətsizlik olur. Sən başqasını da görməlisən axı.

- Milli Məclisdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara sözünüz nədir?
- Bunlar zirək, bacarıqlı adamlardır da.
- Bəs, qanun pozuntusu?
- Qanunu pozana qanunla cavab verilsin. Qanunu pozmamaq da mümkündür.
- Son vaxtlar xeyir-şər məclisləri ilə bağlı müzakirələr gedir. Toya gedəndə nə qədər nəmər salırsınız?
- Bax, indi sən məndən bunu soruşursan. Onu da müqayisə elə ki, pensiyaçı toya nə qədər pul salır, Hadı Rəcəbli nə qədər salır. Mən miqdarını bilməyəcəyəm.
- Burda nə sirr var ki?
- Məsələn, mən bir dəstə gül aparıram. Görürsünüz o məsələlərdə də yanlışlıqlar var.
- Toy və yas məclislərinin qanunla tənzimlənməsi fikrinə necə yanaşırsınız?
- Mən o məclislərdəki ifratçılığa pis baxıram, gərək örnək məsələlər, iradlar, qınaqlar ola. Mən də təntənəli məclislərin olmasını qınayıram, buna pis baxıram. Ancaq mən bunun qanunla tənzimlənməsinin tərəfdarı deyiləm. Məsələn, ola bilər qəbiristanlıqlar qanunla tənzimlənsin, amma yeməyi, süfrəni necə tənzimləyərsən? Qəbiristanlıqlar haqqında Məclisə layihə gəlsə, onu müdafiə edəcəyəm. Amma hüzr yerlərini qanunla tənzimləmək olmaz. Şəriətdə demirlər ki, sən bananları bir-biri ilə öpüşdür, qoy yas məclisinə. Bu məsələlər şəriət qaydaları ilə tənzimlənir. Qadağa qoyan düz eləmir, qanunları pozur, belə olmaz! Sən necə deyə bilərsən ki, süfrəyə nə ver? Biri yağı çox, digəri az verər, biri həyət toyuğu alar, digəri fabrik toyuğu, bunları tənzimləmək olmaz. Başqa ölkələrin belə qanunları var, amma bizə uyğun deyil.
- Siz övladlarınıza toy eləyibsiniz...
- Dörd balama toy eləmişəm, hamısı cəmiyyətdə gedən proseslərdən fərqli olub. Öz toyum da fərqli olub. Çalışmışam ki, balalarımın toyu da fərqli olsun.
- Fərq nədə idi?
- Ya yemək-içmək barədə fərqli olub, ya tərtibatında, dəvət olunan qonaqlarında fərq olub.
- Maraqlısı odur ki, sizin fikirləriniz çox hallarda uzun müddət müzakirələrə səbəb olur, xeyli yazılar yazılır. Səbəbini özünüz düşünübsünüzmü?
- Çünki sosial məsələlərdən danışıram. Mənim danışdığım məsələ əhalinin böyük hissəsinə təsir edir. Danışarkən mən diqqətli oluram e, gərək mətbuat da diqqətli olsun ki, aləm qarışmasın. Ona görə də mən jurnalist həmkarlarımdan xahiş edirəm ki, bu məsələlərdə diqqətli olsunlar. Xahiş edirəm, iri hərflərlə yazın ki, mən heç kimə deməmişəm ki, maaşım azdır...
- Hadı müəllim, deputatlığı məmur postuna dəyişmək istəyiniz yoxdur ki?
- Mənim 67 yaşım var, vəzifələrin ən yüksəyini də görmüşəm. Mən deputatlığı özümçün ən yüksək vəzifə hesab edirəm. Partiyama, namizədliyimi irəli sürən adamlara dərin minnətdarlığımı bildirirəm. Mən şükranlı adamam. Çox razıyam, maaşımdan da, tutduğum vəzifədən də, mövqedən də. Çalışaram vəzifəmin öhdəsindən layiqincə gəlim. İnan ki, hara məsləhət olsa, orda bir az da yaxşı işləyərəm.
- 2015-ci il parlament seçkilərinə qatılacaqsınız?
- Partiya məsləhət bilsə, hə, yox, məsləhət bilməsə, qatılmayacağam. Mən partiyamın dəstəyi ilə güclüyəm. Seçki daha çox partiyaların dəstəyindən asılıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim danışdı

    Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim ...

    13-03-2015, 21:15

  • 
  • Komitə sədri uşaq xəstəxanasını restorana çevirdi - Foto

    Komitə sədri uşaq xəstəxanasını restorana çevirdi ...

    1-08-2014, 01:41

  • 
  • Deputatın Lənkərandakı biznesinin şok siyahısı

    Deputatın Lənkərandakı biznesinin şok siyahısı ...

    16-04-2015, 12:22

  • 
  • Hadı Rəcəbli qızlardan danışdı

    Hadı Rəcəbli qızlardan danışdı ...

    29-07-2013, 15:40

  • 
  • Qeysəriyyə əməliyyatını qeyri-qanuni aparanlar məsuliyyətə cəlb olunacaq

    Qeysəriyyə əməliyyatını qeyri-qanuni aparanlar ...

    22-10-2013, 13:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu