Hikmət Hacızadə: “Xalqın ayağa necə qalxdığını nə Ge Gevara, nə Lenin, nə də İmam Hüseyn bilirdi”
Suallara Müsavat Partiyasının üzvü, politoloq, Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə cavab verib. - Ölkə prezident seçkiləri ilinə daxil olub. Ümumilikdə vəziyyəti necə qiymətləndirirsiniz? - İctimai-siyasi aktivlik artır. Həm seçki, həmdə ölkədəki ümumi vəziyyətlə bağlı aktivlik müşahidə olunur. Bunların hamısı müsbət haldır. Ölkəmizdəki bütün növ təbəqələr yavaş-yavaş hərəkətə gəlir. Rejimin daxilində də, nələrsə baş verir. Elşad Abdullayevdə Fransadan müxtəlif videgörüntülər yayır. Real vəziyyət belədir. Xüsusilə qeyd edirəm ki, fəallığın tədricən artmasını mən müsbət qiymətləndirirəm. - Hakimiyyətin daxilində qruplaşmaların olması və bir-birlərini vurmaq üçün kompramatardan istifadə etməsi haqqında iddialar doğrudur, yoxsa görüntüdür? - Məncə, bunu ciddi qəbul etmək olar. Qruplaşmalar var və onlar arasında rəqabət gedir, bir-birlərini vurmaq istəyirlər.Amma bu hal ümumilikdə cəmiyyətin xeyrinədir. Belə rəqabət olsun və bizdə bunların məramlarını, kimin nə işlə məşğul olduğunu bilək. Bunlar tədricən açılır və biz də olanları müşahidə edirik. Ümid edirəm ki, sonda cəmiyyətdə buna öz münasibətini bildirəcək. Amma mən deməzdim ki, Elşad Abdullayev bu kampaniya hansısa qrupun nəzarəti altında başlayıb. Ola bilsin ki, Elşad Abdullayev qardaşını düşünür, vətənə gəlmək istəyir, universitetinə sahib olmaq istəyir və s. Əlbəttə ki, o kampaniya başlayandan sonra maraqlı tərəflər bu kampaniyadan istifadə etməyə çalışır və edir də. - Seçki ərəfəsində vəziyyət kəskinləşsə kimlərinsə hakimiyyət gəmisini tərk edərək demokratik düşərgəyə keçməsi kimi hal baş verə bilərmi? - Mən hakimiyyətdə elə bir adam tanımıram ki, hökumətdən demokratik düşərgəyə keçsin. Amma məsəl üçün, qabaq hakimiyyətdə olanlar və bu günə qədər susanlar danışa bilər. Eləcədə xaricə qaçanlar danışa bilər. Nəzərə alın ki, belə adamlar çoxdur və onlar mövqelərini bildirməyiblər. Amma indi aktivlik göstərə bilərlər. - İlham Əliyev prezidentliyə namizədliyini, bu posta iddiasını ortaya qoymur. Bəziləri iddia edir ki, Əliyev üçüncü dəfə namizəd olmaqdan çəkinir. Siz bu halı nə ilə izah edirsiniz? - Vəziyyəti çətindir. Həm onun üçüncü dəfə prezidentlik müddəti qeyrii konstitisiyon və sual altındadır. Digər tərəfdən, həm ərəb baharı hərəkati var, həmdə hər gün beynəlxalq təşkilatın hesabatlarında, xarici mətbuatda Azərbaycan haqqında dəhşətlər oxuyuruq. Bu da əlbəttə ki, onu düşündürür. O da insandır və bu məsələləri nəzərə alır. - Xarici beynəlxalq təşkilatların mütəmadi olaraq hakim ailə haqqında nələrsə açıqlaması, dünya mətbuatında hər gün bu haqda məqalələrin çap edilməsi təsadüfi haldırmı? - Əlbəttə bütün bunlar bir nöqtədən də idarə edilmir. Sadəcə olaraq dünyada demokratiya tələbi artır. Çünki hər bir ölkədə ictimaiyyət meydana çıxır, xalqlar öz hökumətlərindən əxlaqlı xarici siyasət, liderlərindən məsuliyyət və şəffaflıq tələb edirlər. Bir sözlə dünya xeyli dəyişib. Ona görə də, artıq belə hallara heç kəs dözməyəcək. Fikrimcə, bu tipli məqalələr, hesabatlar, bəyanatlarda çoxalacaq. Ancaq bu o demək deyil ki, bütün bunlar bir mərkəzdən idarə olunur. Belə bir şey yoxdur. Ümumən dünyada tədricən demokratik ictimaiyyət yaranıb. Demokratiya,haqq, ədalət, şəffaflıq, humanizm uğrunda böyük bir hərakat yaranıb və bu getdikcə güclənir. Məncə, bu hərakatı dayandırmaq mümkün deyil. Nə qədər istəyirsinizsə aparın pul, neft, ikra verin və ya pomidorumuzu, narımızı onlara bağışlayın. Bunun xeyri olmayacaq. Onlar yazmaqda və real vəziyyəti olduğu kimi dünyaya çatdırmaqda davam edəcəklər. Çünki öz ölkələrində baş verən hadisələri yazırlar, öz siyasətçilərindən tələb edirlər. Xaricdə də, olan problemləri qaldırırlar. Fikrimcə, bu hal artan xətt üzrə davam edəcək. - Rüstəm İbrahimbəyovla bağlı maraqlı proseslər baş verir. Beləki ona qarşı cinayət işi açılıb. Bəziləri deyirlər ki, İbrahimbəyov Moskvanın adamıdır, təsadüfən danışmır. Siz Rusiya siyasətini bilən şəxs kimi bu haqda nə deyə bilərsiniz? - Rüstəm İbrahimbəyovun Rusiyanın “şpionu” olmasını qətiyyən qəbul etmirəm. Əksinə, bunu rədd edirəm. Fikrimcə, Rüstəm müəllimə olan təzyiqlər onun fəaliyyəti ilə bağlıdır. Rüstəm müəllim öz ləyaqəti uğrunda mübarizə aparır, ictimai və siyasi baxımdan fəaliyyət göstərir. Ona olan hücumlarda bununla bağlıdır. Yoxsa onun Kremlin adamı olması və buna görə də, Rüstəm İbrahimbəyova hakimiyyətin təzyiqlər etməsi kimi fikirləri qeyri ciddi hesab edirəm. Mən ona olan təzyiqləri qətiyyətlə pisləyirəm. Həm də, bu birinci hal deyil. Yeni sima ortaya çıxıb danışanda bu tərzdə vurulur. Ya qohumlarını işdən çıxarırlar, ya barəsində cinayət işi açırlar, ya da onu tanıyan şəxsləri üzünə qoyurlar. Bu birinci hal deyil və bizdə bu cür hallara artıq çoxdan öyrəşmişik. Rüstəm İbrahimbəyova da, sözüm odur ki, möhkəm dursun. - Rüstəm İbrahimbəyov nüfuzlu şəxsdir, dünya miqyasında tanınır. Belə bir şəxslə hakimiyyətin “müharibə” aparmaqda məqsədi nədir? - Mən belə anlayıram ki, qarşı tərəf Rüstəm İbrahimbəyovun nüfuzunu yoxlayır. Onlar bu kampaniyanı aparır və həmdə baxırlar ki, buna reaksiya necə olacaq. Dünya, ölkə onun müdafiəsinə qalxacaqmı. Əgər qalxmayacaqlarsa, bu zaman onu basıb sındıracaqlar, üstündən “keçəcəklər”. Yox əgər, gündə bir yazıçı, rəssam, Nobel mükafatçısı və ya Oskar qalibi başlasa yazmağa, bu zaman hakimiyyət geriyə addım atacaq. Həm də deyəcək ki, bizim Rüstəm müəllimlə işimiz yoxdur. Hazırda kampaniya aparmaqla bir növ sınaq həyata keçirirlər. - Rüstəm İbrahimbəyov bəyan etdi ki, onlar “Üçüncü qüvvə” adlı hərakat yaradırlar. Burada 50 nəfərdən ibarət Milli Şura qurulacaq və bu qurumda demokratik düşüncəli müxalifət liderləri, ziyalılar, ictimai xadimlər daxil olacaq və vahid namizəddə burada müəyyən ediləcək... - Mən eşitmişdim ki, onlar hansısa bir hərakat yaratmaq haqqında düşünürlər. Ancaq təfərrüatları və detallardan məlumatsızam. Ancaq siz dediyiniz məsələlər də yeni bir şey deyil. Bu fikirlər indiyə qədər dəfələrlə səsləndirilib. Hər halda mən onların fəaliyyətini müsbət hesab edirəm. Əgər onlardan kimsə siyasətə gəlirsə yaxşı haldır. Əlbəttə onların öz yolları və ambissiyaları var. Məsələn, onlar istəməzlər ki, İsa Qəmbər özünü elan edib qabağa düşsün. Bəlkə başqa adam seçək və bizim də adımız olsun kimi düşüncədə də ola bilərlər. Əslində belə gedişlər olur və mümkündür də. Və mən də bunda qəbahət görmürəm. Baxaq görək ordan nə çıxır. - Sizə elə gəlmirmi ki, indi ambissiya, firqə maraqları, “mən prezident olum” kimi iddialar kənara qoyulmalıdır. Mübarizədə qələbəni təmib etmək üçün ən optimal yol seçilməli deyilmi? - Mənə də, elə gəlir. Amma siz deyən kimi ambissiyasız siyasətçilər olsaydı, onda bizə heç mübarizə də lazım olmazdı, ölkəmizdə demokratik reyslər üzərində inkişaf edərdi. Amma bizim ortada olan real nümayəndələrimiz bunlardır. Bizdə bu məhsulların üzərində işləməliyik. Onların hər biri özünün yolunu və düşüncəsinin doğru olduğuna inanır. Biri deyir ki, mənim təcrübəm var və 20 ildir ki, mübarizə aparıram. Digəri deyir ki, 20 il mübarizə aparsan da, ortada bir nəticə yoxdur, odur ki, məni qabağa burax. Belə şeylərə siz fikir verməyin. Kim meydana çıxırsa, mən onu dəstəkləyirəm. - Amma sizin də, seçkilərlə bağlı öz yanaşmanız var. Sizcə, seçkiyə hansı formada getsək nəticə əldə edə bilərik? - Mənim fikrimcə, hələ seçki yoxdur. Ona görə də, bizim düşərgədə iddialı namizədlərin niyə dava etməsi mənə aydın deyil. Seçkini necə təmin etməyi heç kəs bilmir. Cürbəcür qüvvələr var və hər biri də iddialıdır. Sizi əmin edirəm ki, bu qüvvələrin hamısını bir yerə toplasanız belə bir seçki məntəqəsində qələbəni təmin edə bilmərsiniz. Bir sözlə, vahid namizəd bu şəraitdə bir məntəqədə belə qalib gələ bilməz. Çünki zor işlədəcəklər, polis müdaxilə edəcək, seçki saxtalaşdırılacaq və s. Əslində bu məsələlərdə ilk olaraq xalq qalxmalı və sözünü deməlidir. Xalqın isə necə ayağa qaldırmağın yolunu dünyada heç kəs bilmir. Bəyəm Tunisda vahid namizəd, Müsavat Partiyası və ya Rüstəm İbrahimbəyov var idi? Heç proqram və komanda belə yox idi. Amma xalq ayağa qalxdı və onu heç bir zor aparatı dayandıra bilmədi. Bəyəm Misirdə xalqı ayağa Müsəlman Qardaşları Partiyası qaldırdı? Əlbəttə xeyr. Siyasi təşkilatlar bu ölkələrdə öz ofislərinə çəkilərək proqramlar yazırdı. Amma xalq ayağa qalxdı. Xalqın ayağa necə qalxdığını nə Ge Gevara, nə Lenin, nə də İmam Hüseyn bilirdi. Bunu heç kəs hesablaya bilmir. Ona görə də burada davaları, iddialı şəxslərin bir-birinə güzəştə getməməsini mənasız hesab edirəm. Amma onu da görürəm ki, bu məsələləri kənara qoymaq doğru deyil. Çünki insanlarımız bu cür düşünür. Odur ki, mən hamını ümumi mübarizəni davam etdirməyə çağırıram. Daha kimin qabağa düşdüyü, kimin düşə bilmədiyi vacib mövzu deyil. - Qırğızıstanda xalq ayağa qalxdı, Roza Atumbayeva aralıq müddət üçün prezident elan olundu, ciddi islahatlar apardı və sonda da normal prezident seçkiləri keçirərək ölkədə həmrəylik yaratdı. Bizdə bu konfiqurasiya niyə olmasın? - Sizin düşüncələrinizi üç mərhələyə bölmək olar. Əvvəl xalqın ayağa qalxdığını qeyd etdiniz, sonra Roza Atumbayevanın aralıq müddət üçün prezident seçildiyini xatırlatdınız. Məndə sizə deyirəm ki, xalq qalxmır. Xalq ayağa qalxandan sonra Atumbayeva tipli fiqurlar tapılacaq. Amma hələlik heç nə yoxdur, xalqımız susur. Pis odur ki, seçki yoxdur. Seçkinin olması üçün də, xalq ayağa qalxmalıdır. Xalqın ayağa nə zaman qalxacağını isə heç kim bilmir. Baxın, bizdə durğunluq var idi, əsgər ölümlərinə hammı susurdu. Amma bir əsgər öldü və gənclər ayağa qalxaraq etiraz etdi, mitinqə çıxdı. Bunun sirrini bəyəm siz bilirsiniz? Bu sualın cavabı yoxdur. Xalqın nə zaman ayağa qalxacağını heç kəs bilmir. Bunu ölçmək mükün deyil. Odur ki, bu şəraitdə hər kəs öhdəsinə düşən işi yerinə yetirməlidir. Jurnalistlər doğru məqalə yazmalı, haqqı müdafiə etməli, doğru yolda olan siyasətçiləri və şəxsləri müdafiə etməlidir. Əlbəttə hansısa konfiqurasiya qurmaq, siyasətçini tənqid etmək qəzet üçün maraqlı ola bilər, amma elm üçün mənasızıdır. - Demisiniz ki, xalqın 20 faizi zəncir çeynəyir. Bəs narazılığın hansı həddə olduğunu düşünürsünüz? - Bunu ölçmək mümkün deyil. Bunu heç ABŞ-ın məşhur analitikləri də, bilmirdi ki, Tunnisdə xalq ayağa qalxacaq, Misirdə Mübarək hakimiyyətdən salınacaq. Heç kəsin ağlına gəlməzdi ki, SSRİ dağılacaq. Amma bunlar baş verdi. Bu sirri heç kim aça, gərginliyin həqiqi vəziyyətin öyrənə bilməz. - Siz 2013-cü ildən nələr gözləyirsiniz? - Açığı, bizdə normal və ədlətli seçki yoxdur. Mən müşahidə edirəm və gözləyirəm ki, ictimai fəallıq artsın. Əsas gözləntim budur. Xatırlayıram, 12 yanvar mitinqindən əvvəl Fəvvarələr Meydanında bir mitinq oldu. “Malakan” bağında taksi sürücüsü durmuşdu və gileylənirdi ki, bunlara baxın, mitinq edirlər. İndi polis yolları bağlayacaq və bizdə işləyə bilməyəcəyik. Məndə dedim, ay qardaş axı bunlar sənin üçün ayağa qalxıb, səndən rüşvət alırlar, lazım gələndə susdururlar, haqsızlıq edirlər, şəhərin mərkəzindən köçürürlər və s. Amma nə faydası, dediklərim onun başına girmədi. Vaxt gələcək və onun beyni çönəcək. Bax klumunasiya anı onda baş verəcək. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?