GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Kamal Sunalın arvadı mətbuata danışdı - İLK MÜSAHİBƏ

Kamal Sunalın arvadı mətbuata danışdı - İLK MÜSAHİBƏ

Tarix: 11-11-2014, 09:20 Bölmə :Müsahibə Baxış: 684
“Şaban”ın həyat yoldaşı onun haqda nələr danışdı?

Kamal Sunalın arvadı mətbuata danışdı - İLK MÜSAHİBƏ

Hamımızın “Şaban” kimi tanıdığı aktyor Kamal Sunalın vəfatından 14 il ötür. Bu illər ərzində onun həyat yoldaşı Gül Sunal heç vaxt mətbuata əri haqda danışmayıb. Xanım Sunal bir müddət əvvəl səssizliyini pozaraq böyük aktyorla olan xatirələrini kitablaşdırıb və bununla əlaqədar Türkiyənin “Hürriyət” qəzetinə müsahibə verib. Ailəm.az müsahibənin ən maraqlı yerlərini təqdim edir.

- Kitaba “Kamal, hadi gel bir kahve içelim” adını qoymusunuz, həmişə bir-birinizə belə deyirdiniz?

- Sloqan kimi bir şey idi. Mən tez-tez deyinirdim, Kamal sadəcə qulaq asırdı. Onunla mübahisə etmək mümkün deyildi. Sonra da çevrilib “gəl, bir qəhvə içək” deyərdi. Amma mənim içimi boşaltmağımı gözləyərdi. Ya da “bir də səninlə danışmayacam” deyərək qapını çırpıb gedərdim. Sonra qapını açıb “qəhvə dəmləyim içək?” deyərdim. Üzr istəmək əvəzinə bunu deyərdim. Bu cümlə çox şeyi əvəz edirdi.

- Tanış olanda neçə yaşınız var idi?

- Mənim 20, onun 29.

- Necə tanış oldunuz?

- O, səhnədəydi, mən tamaşaçıların arasında. Hovuz səhnəsi var idi. O, hovuza girmişdi, gözətçi gəlir, paltarlar qucağında. Replikası yox idi, sadəcə elə-belə dururdu. Həmin səhnədə göz-gözə gəldik.

- Sonra...

- 2 il yarım məktublaşdıq.

- Ən çox nəyindən təsirləndiniz?

- Gözlərindən. Kamalın gözləri bəzilərinə cazibəsi olmayan bir cüt göz kimi görünə bilər, amma çox dərin baxardı. Çox kədərli gözləri var idi. Ona nə edirsiniz edin, yaxud o, sizə nə edirsə-etsin, sonda “aman üzülməsin” deyərdiniz. Uşaq kimiydi. Hətta qızımız Ezo ibtidai sinifdə oxuyarkən ona körpə kimi baxırdı. Hamımıza mərhəmət hissini çox ağır yaşadırdı.

- Kədərli idimi?

- Anası da deyərdi, onda uşaqlığından bəri bir qüssə var idi. Amma təbii ki, həm də çox nəşəli insan idi.

- Filmlərdən fərqli olaraq real həyatda çox ciddi insan olması haqda deyilənlər yalan idi?

- Kamal utancaq biriydi. Çox təvazökar adam idi. Kamal Sunal deyəndə özünü itirər, çaşar, içinə qapanardı. İndi sağ olsaydı, sizi burda görəndə əvvəlcə yadırğayar, sonra etimad göstərsə, çox əyləncəli birinə çevrilərdi. Dostlarımızın çoxu deyib güləndir, amma o, elə deyildi. Dilinin ucunda mır-mır nəsə deyərdi, birini tutsaydın, günlərcə gülərdin. Çox müşahidə aparardı. Səhər oyananda mən zalda nəyləsə məşğul olardım. O da Ciqulunu təqlid edərdi. Hər gün bir adamı yamsılayardı.

- Xoşbəxt ailə həyatınız varmış.

- İndiki ailələrə baxanda başa düşürəm ki, biz çox xoşbəxt yaşamışıq.

- “Bu gün yaşasaydı, nə olardı?” – deyə düşünürsünüz?

- Hərdən düşünürəm. Bilmirəm. Hər halda karyerasında yaxşı yerdə olardı. Həyat tərzində də heç nə dəyişməzdi.

- Hələ də bu qədər izlənməsinin səbəbini çözə bilmisinizmi?

- Kamal realist idi. Sadəcə heyranları yox, 2 yaşında uşaq da onu izləyəndə kilidlənir sanki. Sosioloqlar gərək bunu araşdırsın. 14 il oldu. Ötən gün Stokholmdaydıq. Sanki o da yanımızdaymış kimi qarşıladılar bizi.

- Sizcə, filmlərində sistemin tənqidi var idimi?

- O, sistemə çox sadəlövh bir şəkildə qarşı çıxdı. Siyasətdən danışmağı sevməzdi.

- Gününü necə keçirərdi?

- Səhər oyanar, yemək yeyər, qəzet oxuyardı. Saatlarla oxuyardı, hətta elanları da. Bizdə günorta yeməyinə çox ciddi hazırlıq gedərdi. İşləmədiyi günlərdən danışıram. Çox adam bilirdi ki, biz saat 1-də nahar edirik. Biz tərəfə işi düşən, alış-verişə çıxıb, yolu oralardan keçən dost-tanış bizə gələrdi. Yenə televizora baxar, kitabını oxuyardı, telefonla danışmağı sevərdi. Həftədə 3-4 dəfə axşamlar “Çiçək bar”a gedərdi.

- Amma evə tez qayıdardı...

- Axşam, 20.30-da evə qayıdırdı. Hamı elə bilirdi ki, mənə görə qayıdır. Amma yox. Yeməyi evdə yemək istəyirdi. O gələndə süfrə hazır olardı. Şam yeməyində mütləq qonağımız olardı. Sıradan bir türk ailəsi kimi.

- Bayırda yemək yeməyi sevməzdi?

- Heç sevməzdi. Səyahətə gedəndə maşının baqajına həftənin günlərinə uyğun ayrı-ayrı qidalar qoyduğumu xatırlayıram. Şirniyyat da qoyardım hətta. Mütləq evdən olmalı idi yemək.

- Bu gün Kamal Sunala bənzətdiyiniz komediya ustası varmı?

- Xeyr. O gözlə baxmıram. Müqayisə etməyi də sevmirəm. Hər kəs özünəməxsus bir şey etməyə çalışır. Heç kimin üzərinə yük qoymağa ehtiyac yoxdur. Kamal Sunala bənzəyən də, Cem Yılmaza bənzəyən də çıxmayacaq.

- Bir-birinizə oxşayırdınız?

- Əslində, məni buraxsan, bu stolun üstünə çıxıb oynayaram. Kamal isə ağır adam idi. Mən onun xasiyyətinə uyğunlaşa bildim.

- Bir-birinizi qısqanırdınız?

- Vallah, bir-birimizi qısqanmaq heç ağlımıza gəlmədi. Çox gözəl qadınlarla filmə çəkildi. Məsələn, mən heç vaxt çəkiliş meydançasına getməmişdim. Heç bir dostumun kulisinə girmərəm. Çünki onların özünəməxsus zarafatları olur, belə şeylər xoşuma gəlmir. İkincisi, əgər həyat yoldaşına güvənmirsənsə, ayrılmalısan. Ondan yanında kim var deyə soruşmaq mənə ağır gəlirdi. O da soruşmazdı. İkimiz də müstəqil adamlar idik. Bir də görürsən on günlük Bodruma gedərdi, 2 gündən sonra qayıdardı ki, bəs elədi bu qədər. Deməli, evdə daha xoşbəxt idik.

- Kitabda yazırsınız ki, pulunuz olmamasına baxmayaraq bir çox təklifi rədd edirmiş. Seriala çəkilməyi xoşlamırmış.

- Bir seriala çəkilmişdi. Yayımlandığı günü beş kanal eyni vaxta Kamalın filmlərini verdi. Kamalı Kamala qarşı qoydular. Ən az izlənilən serial oldu. O, çox çəkinirdi. Təsəvvür edin, həmişə çox izlənilmiş adamın serialı televiziyada az izlənilir. Bəzi prinsipləri var idi, ondan kənara çıxmaq istəmirdi.

- Aranızdakı münasibətin adı nəydi: böyük eşq, yoxsa dostluq?

- Mənim üçün dostluq çox mühümdür. Çox yaxşı dost idik. Güvən çox önəmliydi. O öldükdən sonra da çantasını açmadım. O istəməzdi. Çünki bir-birimizə etibar edirdik.

- “İnək Şaban” filmi uşaqlarınızın həyatını bir az çətinləşdiribmiş deyəsən.

- “İnəyin uşağı” deyib məzələnirdilər uşaqlarla. Evimizin yanında məktəb varıydı, tez-tez Kamalla gedəndə arxamızdan uşaqlar “mö-mö” deyə bağırırdı. Kamal inciməzdi bundan, amma uşaqlar, görünür, özlərini pis hiss edirmişlər. Bir gün Əli məktəbdən gəldi, çantasını yerə atdı və dedi ki, hamısı sənin günahındır. Başa düşmədim. Dedi ki, Cüneyt Arkınla evlənə bilərdin. Ona “Bakkal Qazi” deyirdi. O güclüydü deyə, onunla evlənməyimi istəyirdi.

- Həyat yoldaşınızı itirdikdən sonra maddi çətinlikləriniz olurdu?

- Ara-sıra olurdu, amma indi borcum yoxdur. Yaşlı vaxtımda başladığım iş həyatında uğurlu olduğumu deyirlər. Heç kimə ehtiyacım olmadan yaşayıram. Çox insan qazanmışam və buna görə çox rahatam.

Kitabdan:

Getməsəydin, gizlənqaç oynayardıq yenə evin içində... Gizləndiyin yerdən dəqiqələrlə çıxmaz, uşaqlar səni tapanda ən çox sən qışqırardın həyəcandan. Səbrlə gözləyərdin səni tapmalarını, kim bilir, hansı qapının arxasında, şkafın içində, çarpayının altında...

Getməsəydin, futbol oynayardıq evin ortasında.... Topu verməmək üçün ayağıma-ayağıma vurmağına, günlərlə ayaq ağrısından axsamağa razıyam.

Getməsəydin, vallah, az danışardım... Sən qəzet-kitab oxuyarkən yanında səssiz dayanmağa çalışardım.

Getməsəydin, çiy köftə hazırlayardıq. “Alınıb, yoxsa alınmayıb” deyə tavana, divarlara atmağınıza, məni dəli etməyinizə dözərdim...

Baş verənə razı olub, üsyan etmədən gözləməyin ən yaxşısıdır... Tamam...

Belə davam edəcəyəm...

O varmış kimi...

Rəfləri onun düzəltdiyi kimi, əşyalarına toxunmadan, yaşadığı müddətcə böyük qayğıyla qoruduğu kostyumlarını, aksesuarlarını, sənədlərini eyni qayğıyla saxlayaraq, yatağın “sol tərəfinə əsla keçmədən” yaşayıram.

O varmış kimi...
Kamal Sunalın arvadı mətbuata danışdı - İLK MÜSAHİBƏ
Kamal Sunalın arvadı mətbuata danışdı - İLK MÜSAHİBƏ
Kamal Sunalın arvadı mətbuata danışdı - İLK MÜSAHİBƏ
Kamal Sunalın arvadı mətbuata danışdı - İLK MÜSAHİBƏ
Kamal Sunalın arvadı mətbuata danışdı - İLK MÜSAHİBƏ
Kamal Sunalın arvadı mətbuata danışdı - İLK MÜSAHİBƏ

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Kamal Kılıçdaroğlu “Twitter”-dən açıqlama verdi

    Kamal Kılıçdaroğlu “Twitter”-dən açıqlama verdi ...

    10-04-2014, 10:35

  • 
  • “Ərim əsgərlikdən dönür. Mənim əxlaqsızlıq etdiyimi bilmir" – Bir gəlinin tükürpədən hekayəti - Foto

    “Ərim əsgərlikdən dönür. Mənim əxlaqsızlıq ...

    23-10-2014, 12:06

  • 
  • Kamal Abdulladan Anara məsləhət: “Onu dəlixanaya aparın” - QALMAQAL

    Kamal Abdulladan Anara məsləhət: “Onu dəlixanaya ...

    15-07-2013, 18:06

  • 
  • Kamal Abdullaya qarşı ittihamlar

    Kamal Abdullaya qarşı ittihamlar ...

    21-05-2013, 13:55

  • 
  • Əvəz Zeynallının yoldaşı danışdı

    Əvəz Zeynallının yoldaşı danışdı ...

    26-07-2013, 15:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (136)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu