Vaqif Bayatılı: “Əlbəttə hakimiyyət dəyişəcək, heç bir hakimiyyət əbədi ola bilməz”
İsmayıllıda baş verən xalq üsyanı, Bakıda İsmayıllı olaylarına dair keçirilən aksiya, bu aksiyalarda polisin sərt davranması, Rüstəm İbrahimbəyovun ofisinin Hökumət Evindən çıxarılması, qarşıdan gələn seçkilər və digər məsələlər haqqında suallara tanınmış ziyalımız, şair Vaqif Bayatılı Ödər cavab verib.
-Vaqif bəy, İsmayıllıda baş verən son hadisələri necə qiymətləndirirsiniz? - Bu məsələyə münasibətim birmənalıdır. İsmayıllıda baş verənlər xalq üsyanıdır. Xalq ayağa qalxaraq haqqını tələb edir. Mən də hesab edirəm ki, xalqın haqqı özünə verilməlidir. Rüşvətxor məmurlar, korrupsionerlər, xalqın malını talayan adamların hamısı dövlətin qayda qanununa uyğun şəkildə mühakimə edilməlidir. Xalqla elə davranmaz lazımdır ki, onun etiraza qalxması üçün əsas olmasın. Təbii ki, xalqa qarşı zor tətbiq edilməsinin əleyhinəyəm. İsmayıllıda da insanlara olan münasibəti təqdir etmirəm. Xalqa normal münasibət sərgilənməlidir. Zor vasitələrindən istifadə etməklə xalqı ram etmək mümkün deyil. Bu mənada hesab edirəm ki, zorakı üsullara ehtiyac yox idi. İnsanlara normal insan kimi yanaşmaq vacibdir. Sevgi, qayğı ilə yanaşıb da onun dərdi ilə maraqlanmaq lazımdır. İndi baxın görün hansı problemlər var ki, insanların narazılığı birdən-birə partlayış formatında özünü büruzə verir, minlərlə insan küçədə toplaşır. Bu ciddi məsələdir. Bu həmdə Azərbaycan hakimiyyətinə, ölkəni idarə edənlərə böyük siqnaldır ki, ölkədə hər an partlayış baş verə bilər. Bu siqnal idarəçiləri, məmurları ədalətli olmağa çağırmaqdır. Mənim fikrimcə, bu hadisələrdən ciddi dərs çıxarılmalıdır. Rüşvətxorluğa, yerli bazlığa, ədalətsizliyə qarşı belə partlayışlar olur. Hesab edirəm ki, bu cür davam eləsə, daha güclü xalq partlayışları baş verəcək. Odur ki, bu siqnalı ciddiyə almaq lazımdır. - Xalqın etirazlarını silahla, rezin güləllərlə yatırmaq nə dərəcədə effektivdir? - Mən qətiyyən silahdan istifadəni rədd edirəm. Bütün vəziyyətlərdə silahdan istifadə edilməsinin əleyhinəyəm. Hesab edirəm ki, hər şeyə sevgi ilə yanaşılmalıdır. İnsanlarımız bir-birini dinləməyi bacarmalıdır. Əslində bütün bunlar göstərir ki, İsmayıllıda bu partlayış birdən-birə baş verməyib. Çox gümanki orada yaşayan sadə insanlar nələrdənsə narazı olublar və bu narazılıqlarını dilə gətiriblər, haralarasa müraciətlər ediblər. Müəyyənləşdirmək lazımdır k, sadə xalq hara müraciət edib, nədən narazı olub, hansı səbəblərdən bu narazılıq aradan qaldırılmayıb və s. Bunu ətraflı şəkildə təhlil eləmək lazımdır. Mənə elə gəlir ki, Prezident Administrasiyasında kifayət qədər institutları var, eləcədə müxalifətdə potensial var ki, bu məsələlər yoluna qoyulsun. Həm də bu məsələləri yoluna qoymağı bacaran insanları dinləmək lazımdır. Bütün hakimiyyətlərin yanında, ondan kənarda, eləcədə müxalifətdə ağıllı insanlar olub. Qədim dövrlərdən bu yana bütün hökmdarlar belə ağıllı insanlara qulaq asıblar. İnsanları dinləmək lazımdır. Böyük alimi də, sadə insanı da. - Bizim hakimiyyət nədən ziyalıları dinləmir? - Mən deməzdim ki, dinləmir. Yəqin ki, hakimiyyətin içində ziyalıları dinləyənlər var. Mən inanmıram ki, birmənalı olaraq hakimiyyəti dinləməsinlər. Onda demək ümumiyyətlə heç qulaqları yoxdur. Mənə elə gəlir ki, dinləyənlər var. Sadəcə olaraq ya dinləyib az nəticə çıxarırlar, ya da ümumiyyətlə nəticə çıxarmırlar. Əgər nəticə çıxarmırlarsa bu pis haldır. Hesab edirəm ki, bu məsələlərə ciddi yanaşılmalıdır. - Prezident İlham Əliyev 10-cu ildir ki, iqtidardadır, amma bir dəfə də olsun ziyalıları başına toplayaraq ölkənin ictimai-siyasi və ya cari məsələləri onlarla müzakirə etməyib. Bunu göstərici hesab eləmək olarmı? - Açığını deyim ki, bu halın olub olmadığını mən bilmirəm. -Olsaydı, yəqin sizdə belə toplantıya dəvət edilərdiniz də...[/b] - Mən hakimiyyətdən uzaq adamam və çalışıram ki, uzaq da olum. Məni dəvət etsələr də, heç yerə gedən deyiləm. Mən ümumiyyətlə düşünürəm ki, hakimiyyətdə olan insanlar nəinki ziyalıları, hətta adi vətəndaşlarla daima kontaktda olmalı, onlara sevgi ilə yanaşmalıdırlar. Problemlər həll olunmalı, ayrı-ayrı təhlil aparacaq institutlar yaranmalıdır. Sözə qulaq asmaq lazımdır, çıxış yolları aranmalıdır. Bu dünyada baş verən adi həqiqətdir. [b]-Yanvarın 26-da Bakıda baş verən aksiyadan xəbəriniz varmı? - Təəssüflər olsun ki, xəbərim yoxdur. Çünki səhhətimlə bağlı müəyyən problemlər var. Amma imkanım daxilində bütün informasiyalarla tanış olmağa çalışıram. - Amma aksiyada hüquqşünas İntiqam Əliyevi, jurnalist Xədicə İsmayıl, Şahvələd Çobanoğlunu həbs etmişdilər, digər gənclərə böyük miqdarda cərimə kəsildi. Bu halı necə dəyərləndirirsiniz? - Əvvəla, jurnalisti niyə həbs edirlər və ya saxlayırlar?. İkincisi, bütün dünyada jurnalistlərin hüquqları qorunur. Jurnalisti həbs etmək həqiqətləri açmaq deməkdir. Bu istənilən hakimiyyətin ilk “minusudur”. Əlbəttə, mən yazı adamlarının saxlanılmasını,onlara təzyiqi pisləyirəm. Həmdə nəzərə almaq lazımdır ki, şəhərin istənilən ərazisində aksiya keçirilə bilər. Bu dogal haqqdır. Bütün dünyada olduğu kimi qabaqcadan xəbər etməklə aksiya keçirilməlidir. Təbii ki, bu zaman heç nə sındırılmamalı, gük-çiçək əzilməməlidir. Normal cəmiyyətlərdə hər yerdə aksiya keçirməyə icazə verilməlidir. Bu günün tələbidir. Birdə var ki, bizdə dövlətin özünün müəyyən etdiyi meydanlar var. Ancaq deyirlər ki, bu meydanlarda aksiya keçirmək mümkün deyil. Mən bir daha qeyd edirəm ki, şəhərin istənilən yerində aksiya keçirmək olar. Amma bununla bağlı əvvəlcədən xəbərdarlıq edilməlidir. Əgər xəbərdarlığa cavab verilməsə, insanlar haqqı var k, elan etdikləri gündə meydana çıxsınlar. Mən belə başa düşürəm. - Ölkədəki ictimai-siyasi münasibətləri necə qiymətləndirirsiniz? - Fikrimcə, ölkədə gərginliyin olduğunu hiss edirəm. Amma bunu da təbii sayıram. Çünki biz seçki ilini yaşayırıq. Seçki ilində həmişə belə olmalıdır. Bu il isə bir azda gərgin başladı. Mən arzu edirəm ki, dinc və demokratik şəkildə 2013-cü ili başa vuraq, gözəl seçki keçirilsin və xalqın istədiyi şəxs prezident seçilsin. - Bu gərginliyin artacağı ehtimalını görürsünüzmü? - Əlbəttə görürəm. Gərginlik hər an arta bilər. İnsanlara münasibətdə ədalətsizlik, zorakılıq və zülm artdıqca gərginlik də artacaq. Bu təbiidir. Əgər hakimiyyətdə olan insanlar gərginliyin artmasını istəmirlərsə, onda insanlara sevgi və ədalətlə yanaşmalıdır. Bu məsələ çox sadədir. Mən ümid edirəm ki, Azərbaycan bir cəmiyyət olaraq sözə qulaq asacaq. Ən vacibi sözü dinləməkdir. - Avropa Şurasında dinləmələr keçirilsə də, siyasi məhbuslarla bağlı qətnamə qəbul edilmədi. Azərbaycan iqtidarı da, bu avantajdan istifadə edərək neçə gündür kampaniya aparır. Siz necə düşünürsünüz, bu amil daxildə siyasi aktivliyə mənfi təsir göstərə bilərmi? - Açığını deyim ki, Avropa Şurasında nələrin müzakirə ediləcəyindən bixəbərəm. Amma bir Azərbaycan ziyalısı və vtəndaşlı olaraq mövqeyim çox açıqdır. Mən bir azərbaycanlının əsassız yerə həbs edilməsinin əleyhinəyəm. Adamları dinləmək, haqqını vermək lazımdır. İnsanı həbs etmək lazım deyil. Əksinə, bilmək lazımdır ki, insan niyə narazılıq edir, nəyə görə meydana çıxıb və nə istəyir. Hakimiyyətin birinci vəzifəsi insanları öyrənmək və onların istəklərinə cavab verməkdən ibarətdir. - Rüstəm İbrahimbəyov hava limanında saxlanılır, ona qarşı vergidən qaçma maddəsi üzrə cinayət işi açılır, ofisini Hökumət Evindən bayıra atırlar. Bu halları necə qiymətləndirirsiniz? - Çox mənfi hallardır və mən bunu pis qiymətləndirirəm. Rüstəm İbrahimbəyov dünyada tanınan bir kino xadimimiz, ədəbiyyatçımızdır. Azərbaycanın az sayda ziyalısı var ki, dünya da onunla hesablaşırlar. Belə ziyalılarımızdan biri də İbrahimbəyovdur. Rüstəm müəllim, kinomuzun, eləcədə ədəbiyyatımızın inkşafında böyük xidmətləri var. Həmdə ziyalı elitasının yaranmasında Rüstəm bəyin əməyi olub. Rüstəm İbrahimbəyovun nə qədər ziyalıya köməklik etdiyini, dəstək olduğunu mən bilirəm. Xatırlayıram, 1984-cü il idi. Mənim, Ramiz Rövşənin və Vaqif Səmədoğlu haqqında bir filmin çəkilməsinə nail oldu. Qeyd edim ki, bu Andrapovun hakimiyyətdə olduğu dövr idi. Mən Rüstəm İbrahimbəyovu hər zaman Azərbaycanda demokratiyanın, mədəniyyətin, ölkənin inkişafı üçün çalışan bir insan kimi görmüşəm. Böyük sənətkardır. Onun haqqında nə qədər yaxşı söz varsa demək mümkündür. Biz ona ancaq dəstək verə bilərik. - 2013-cü ildə Azərbaycanda hakimiyyətin dəyişəcəyini gözləyirsinizmi? - Əlbəttə. Dünyada bütün hakimiyyətlər dəyişir. Əvvəl-axır bu hakimiyyətdə dəyişəcək. Dünyada hətta şahlıqlar belə dəyişəcək. Gələcəkdə ərəbistanda olan krallıqları, Avropada olan monarxiya quruluşlarını belə ləğv edəcəklər. Heç kəs hakimiyətdə əbədi ola bilməz. Demokratik sistemlər məhz bu səbəbdən yaradılıb. Bu təsadüfi deyil. - Siz son zamanlar üzdə olmasanız da, kifayət qədər təcrübəli insansınız. SSRİ-nin dağılmasından üzü bu yana proseslərdə olmusunuz. Azərbaycanda Quba hadisəsi, İsmayıllıda baş verənlər, əsgər ölümlərinə etiraz, yanvarın 26-da baş verən mitinq və digər halların yaşanması nəyin təzahürüdür? - Bəli, SSRİ-nin dağılması üçün məndə müəyyən fəaliyyət göstərmişəm. Əbülfəz Elçibəy tərəfindən yaradılan gizli təşkilatın ilk üzvlərindən biri də mən olmuşam. Konkret suala gəldikdə bildirim ki, bütün bunlar cəmiyyətin normal cəmiyyət olaraq tam inkişaf edə bilməməsinin, onları idarə edənlərin layiqli idarə edə bilməməsinin nəticəsidir. Dünyada xeyrlə şərin mübarizəsi gedir. Bu daimi prosesdir. Bu onu göstərir ki, Azərbaycan şər xeyrə tez-tez qalib gəlməyi bacarır. - Bu mübarizə nə ilə nəticələnəcək? - Əvvəl-axır Azərbaycanda bir cümhuriyyət qurulacaq, gözəl ölkəmiz olacaq. Azərbaycan dünyanın ən yaxşı dövləti olacaq. Dünyanın ən gözəl insanları burada yaşayırlar. Mən qəti əminəm ki, gələcək əla olacaq. Baxın, Ermənistanda başqa xalqlar yaşaya bilmir, amma Azərbaycanda onlarla xalq yaşayır. Bir azdan sonra Azərbaycan xalqı özünə layiqli şəkildə tanınacaq. Məncə, tarixin fonunda 3-5 il böyük bir sürə deyil. - Siz 2013 seçkilərində kimi müdafiə edəcəksiniz?[/b] - Demokratik qüvvələri. Mən hər zaman müxalifətə səs verirəm. Şair və yazıçı hər zaman müxalifətdə olmalıdır. Hətta, mənim yaxın dostum Əbülfəz Elçibəy olsaydı belə, mən müxalifətə səs verəcəkdim. Baxmayaraq ki, bəy mənim ən çox sevdiyim dostum idi. Şair, yazıçı müxalifət deməkdir. [b]- Bəs müxalifət nə deməkdir? - Müxalifəti bizdə düzgün anlamırlar. Müxalifət cəmiyyətin inkişfı deməkdir. Müxalifət hakimiyyətin ən yaxşı köməkçisi deməkdir. Amma bizdə bunu o qədər də yaxşı anlamırlar. Məhz bunun nəticəsidir ki, hakimiyyət müxalifətə qarşı zor tətbiq edir. Əslində mxalifət hakimiyyətin səhvini göstərməklə onun daha da tədbirli davranmasına köməklik edir. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?