Namizəd Səfərov: “Baş verənlər optimist düşüncələr üçün zəmin yaradır və xalq öz taleyini özü həll etməlidir”
“Gündəm Xəbər”-in suallarına tanınmış vəkil Namizəd Səfərov cavab verib. Müsahibəni təqdim edirik.
-Namizəd bəy, İsmayıllıda baş verən olayları necə qiymətləndirirsiniz? -Əslində İsmayıllı rayonunda baş verən hadisələr istənilən an ölkənin başqa rayon və bölgələrində də,baş verə bilərdi və buna bənzər hadisələrin hər an başqa bir rayonda, xüsusilə Gəncə,Sumqayıt və Bakı şəhərində baş verə bilməsi ehtimalı olduqca yüksək olaraq qalır.Hər gün ölkənin müxtəlifbölgələrindən əhalinin tək-tək,qrup halında və hətta kütləvi qaydada etiraz aksiyaları keçirdiklərinə dair məlumatlar daxil olur.Quba hadisələrindən heç bir il də,ötməyib. “Binə” Ticarət Mərkəzində minlərlə vətəndaşın kütləvi aksiyanın əks-sədası bitməmiş İsmayilli hadisələri baş verdi.Bütün bunlar onu təsdiq edir ki,vətəndaşların səbr kasası dolub. Əhali mövcud üsul-idarə ilə razılaşmaq,daha bu zülmə dözmək fikrində deyil.İrtica rejiminin xalqa qarşı yeritdiyi istismar idarəçiliyi artıq dağılmaq üzrədir.Son 20 ildə xalqa qarşı tətbiq edilən zülm və əsarət son həddə çatıb. Ölkədə baş verənləri hamımız görürük.Əhalinin bu kütləvi etiraz aksiyalarının siyasi reyim tərəfindən, bir qrup xuliqanın cinayətkar hərəkətləri kimi qiymətləndirilməsi gülüncdür.Vətəndaşlar öz ölkəsində hüquqsuz bir qul kimi yaşamaq istəmirlər.Əhali ölkə sərvətlərinin və milli gəlirin bir qrup hakimiyyət təmsilciləri tərəfindən görməmişcəsinə mənimsənildiyinin, oğurlandığının fərqindədir.Əhalinin əksər hissəsi aclıq və səfalət icərisində yaşayır,hətta bir tikə çörəyə möhtacdır.Minlərlə ailə uşaqlarının məktəb və təhsil xərclərini ödəmək,xəstələndikdə həkimə müraciət etmək ,dərman almaq iqtidarında deyil.Digər qütbdə isə hakim dairələrin,rejim təmsilçilərinin,məmur və nazirlərin dəbdəbəli həyat tərzi və harınlıqları bütün hədləri aşmışdırvə kasıb əhalini hiddətləndirməyə bilməz.Kimi dindirirsən ,hamı narazılıq edir,hakimiyyəti lənətləyir.Baş verən hadisələr,kütləvi etiraz aksiyaları məhz bu vəziyyətin doğurduğu real nəticələrdir.Sabah xalq ayağa qalxıb,qarşısına çıxan hər şeyi yandıra bilər.Çox qəribədir ki,elə bil bunların gözləri kordur.Ölkənin uçuruma yuvarlandığını görüb duymaq iqtidarında deyillər.Dünyada baş verən hadisələrdən ibrət dərsi götürmək istəmir,ölkəni inqilaba,xaosa sürükləyirlər.Nəticə isə çox acınacaqli ola,və hətta müstəqilliyimizin itirilməsi ilə nəticələnə bilər. -Polisin bu rayonda başlatdığı və hələdə davam etdirdiyi profloktiki tədbirləri, həbslərə münasibətiniz necədir? - Yuxarıda qeyd etdiyim kimi,ardıcıl baş verməkdə olan bu aksiyaları bir qrup səxsin qanunsuz hərəkətləri kimi qiymətləndirilməsi tamamilə qanunsuzdur və bu hadisələrin repressiv tədbirlərlə söndürülməsi mümkün deyildir.Ölkədə baş alıb-gedən özbaşınalıqlara,hakimiyyət təmsilçilərinin cinayətlərinə etirazını bildirən xalqa qarşı zorakılıqlara,həbs və təqiblərə son qoyulmalıdır.Bu mövcud problemlərin həlli yolu deyil.Xalq bütün bunları görür və anlayır.Hamını tutub,dama basmaqla xalqın gözünü yummaq,ağzini bağlamaq mümkün deyil.Quba hadisələrindən,”Binə”Ticarət Mərkəzi işçilərinin etiraz aksiyalarından sonra olduğu kimi,indi də vətəndaşları həbs edir,onlar barəsində cinayət işləri qaldırır, fiziki zorakılıqlar tətbiq olunur.Lakin bütün bunlar nəticəsi olmayan tədbirlərdir.Problemlər isə həll olunmamış qalır.Nazirlər,İcra Başçıları,məmurlar öz cinayətkar əməllərini davam etdirərək,əhalini istismar etməkdə davam edir,hakim dairələr isə onlara havadarlıq edirlər.Bu özbaşınalıqlar bütün ölkə üçün xas olan hallardır.Bütün rayon və şəhərlərdə vəziyyət eynidir.Çox təəssüf ki,repressiv tədbirlər ölkədə əsas idarəçilik üsuluna çevrilib. Ölkədə hərbi-polis diktaturasının bərqərar olunduğu göz qabağındadır - Namizəd bəy, İsmayıllı hadisələrinə görə, 12 nəfər həbs edilib, bu insanların hüquqlarının müdafiəsi necə qurulmalıdır, cəmiyyət bu prosesə cəlb olunmalıdırmı? - Hesab edirəm ki,Quba hadisələrində olduğu kimi,İsmayıllıda baş verən kütləvi etiraz aksiyalardan sonra da,cinayət işləri qaldırılaraq vətəndaşların həbsə alınmalarını,cinayət məsuliyyətinə cəlb olunmalarını vətəndaşlara qarşı tətbiq edilən əsassız repressiv tədbirlərdir. Vətəndaş cəmiyyəti həbs olunanların müdafiəsinə qalxmalı, onların dərhal həbsdən buraxılmalarını tələb etməli,onların yüksək səviyyədə hüquqi müdafiəsini təşkil etməlidir.İsmayillı hadisələrindən sonra bir qrup hüquq müdafiəçilərinin İsmayıllı rayonuna səfəri bu mənada təqdirəlayiqdir.Tutulanların vəkillərlə təmin olunması məsələsi də onların diqqət mərkəzindədir. Lakin,təəssüf ki,həmişə olduğu kimi,bu dəfə də tutulanların sayı,kimliyi barədə rəsmi məlumatlar verilmir,tutulanların harada saxlanıldığı da,onların qohumlarından,ictimaiyyətdən gizlədilir.Vəkillərinin olmamasından istifadə olunaraq, saxlama yerlərində onlara qarşı fiziki zorakılıqlara yol verilir.Bu barədə kifayət qədər informasiyalar daxil olmaqdadır. - Ümumiyyətlə baş verənlərə hüquqi qiymət doğru verilirmi, artıq müxalifət təşkilatından olan iki nəfər-İlqar Məmmədov və Tofiq Yaqublu istintaqa dəvət edilib? -Əlbəttə yuxarıda qeyd etdiyim kimi,İsmayıllı rayonunda baş verən hadisələrə rəsmi dövlər orqanları və hakimiyyət təmsilçilərinin yanaşma tərzi birmənalı şəkildə səhvdir.Quba hadisələrində olduğu kimi,bu dəfə də,rəsmi dövlət rəsmiləri tərəfindən bu hadisələr bir qrup şəxsin kütləvi iğtişaş hərəkətləri kimi qiymətləndirildi.Guya bu hərəkətlərin arxasında hansı isə gözəgörünməz “destruktiv” qüvvələr dayanır,məqsəd isə stabilliyi pozmaq,gərginlik yaratmaqdır.Hakimiyyətin hadisələrə vermək istədiyi bu izah yalnışdır və gülüncdür.Ölkənin bütün bölgələrini bürümüş məmur özbaşınalığı,qanunsuzluqlar,əhalinin cana doymuş kütləsinin hüquqsuzluğu,ədalətsizlik,işsizlik,əhalinin dözülməz iqtisadi vəziyyəti bu hadisələrin birbaşa səbəbləridir.Bu hadisələr əhalinin mövcud idarəçiliyə, rejimə qarşı kütləvi etirazıdır.Hadisələri təşkil edən heç bir qüvvə yoxdur.Kimin ağlına gələrdi ki,bu kütləvi etiraz aksiyaları Qubada və ya İsmayıllıda baş verə bilər. Amma səbəb birdir,xalq artıq bu yaşayış tərzi ilə barışmaq istəmir.20 ildir ki,bu xalq dilənçi kökündə,üstəlik də hədə-qorxu,tutaram,basaram təhdidləri altında yaşayır.Xalqın problemləri,qayğıları barədə düşünən yoxdur.Hakimiyyət yalnız xalqı maksimum istismar etmək,varlanmaq,ölkənin bütün maddi resuslsrını ələ keçirmək barədə düşünür.Rayonlar,ayrı-ayrı bölgələr nüfuz dairələrinə bölünərək,sözün əsil mənasında işğal zonasına çevrilmişdir.Xalqın etirazı,kin və nifrəti məhz bu vəziyyətin təzahürüdür. -1 mart Quba ixtisasının məhkəməsi başa çatmaq üzrədir. Məhkəmə icra başçısı Rauf Həbibovun 20 milyonluq əmlakına ziyan vurulduğunu qeyd edib. Və icra başçısına qarşı nə istintaqda, nə də məhkəmədə iddia ittiham irəli sürülməyib. Sizcə, belə məhkəmənin olması insanlarda qəzəbi artıracaq, yoxsa onları sakitləşdirəcək? - Haqlısınız,İsmayıllı hadisələrində olduğu kimi,Quba hadisələri zamanı da,hiddətlənmiş əhali icra hakimiyyəti başçısının oğurluq və mənimsəmə yolu ilə ələ keçirdiyini ,yəni malik olduğu əmlakların yalnız xalqın sərvətinin dövlət əmlakının mənimsənilməsi yolu ilə sahibləndiyini düşünərək bu əmlakların məhv edilməsi,dağıdılması istiqamətində addımlar atmışdı.İstintaq orqanı da,icra başçısı Rauf Həbibovun əhalinin hiddətinə tuş gələn əmlakını 20 milyon manat həcmində olan əmlak kimi qiymətləndirərək,aksiya iştirakçılarına qarşı bu məbləğdə ittiham iddiaları irəli sürmüşdür. Siz ölkədə aparılan istintaqa diqqət yetirin,İcra Başçısından bir nəfər cürət edib soruşsun ki,bu varidatı hansı yollarla əldə etmisən? Xatirlayıram ki,onun evindən götürülmüş seyfdə əlavə 4 milyon manat da aşkar edilib. Burada söhbət 4 min manat yox 4 milyon manatdan gedir .Bu faktlara görə İcra Başçını sorğu-suala tutan oldumu? Deməli rəsmi hakimiyyət cinayət yolu ilə əldə olunmuş əmlakın sahibinin hüquqlarını qorumaqla,rejimin məhz onun hakimiyyəti oldugunu təsdiq edir.Bu əmlaka qəsdin yolverilməz olduğunu çəkinmədən bəyan edir. - Namizəd bəy, bir hüquqşünas kimi necə düşünürsünüz, nəyə görə, ölkədə qanunun aliliyi ayaq altına atılıb, normalda cəmiyyəti sakitləşdirmək üçün qanunun işləməsi ən doğru yoldur, siyasi hakimiyyət nədən məmurların qanunu pozmasına haqq qazandırmaqda davam edir? - Eyni hadisələr də,İsmayıllıda baş verdi.Hiddətlənmiş əhali kütləsi icra Hakimiyyəti və onun qohumlarına məxsus bir neçə maşını və əxlaqsızlıq yuvasına döndərilmiş obyektini yandırdılar.Bu əmlakların da cinayət,oğurluq və mənimsəmə yolu ilə əldə olunduğu heç kimdə şübhə doğurmur.Heç icra başçısı Nazim Ələkbərovun özündə də.Belə olmasaydı qardaşı oğluna məxsus olan əmlakın kimə məxsus olduğunu bilmədiyini bəyan edib,ölkə ictimaiyyətini aldatmağa cəhd etməzdi. - Artıq iddialar var ki, 2013-cü ildə Azərbaycan alova bürünəcək, çünki xalq dəyişikliklərə imkan olduğunu anlayır, hakimiyyət isə bunu önləmək üçün islahatlar əvəzinə repressiyaya üstünlük verir və müxalifəti rədd edir. Maraqlıdır, siyasi fəallığın avtomobil, hotel və məmur malikanəsi yandırmaqla müşahidə olunan 20113-cü il prezident seçkilərindən siz nələr gözləyirsiniz? - Əlbəttə bu il prezident seçkiləri ilidir.Bu il Azərbaycan dövləti,xalqı üçün taleyüklü ildir.Hadisələrin inkişafı göstərir ki,xalq bu rejimin hakimiyyəti altında yaşamaqdan təngə gəlmişdir və əsaslı hakimiyyət dəyişikliyi tələb edir. Lakin,o da məlumdur ki,xalqın rəyini nəzərə alan yoxdur.Qanuni seçkilər nəticəsində hakimiyyət dəyişikliyinə nail olunacağını düşünməyə əsas yoxdur.Bu rejim törətdiyi cinayətlər fövqündəazad və demokratik seçkilər keçirəcəyini düşünmək sadəlövhlük olar. Lakin ilin əvvəlindən xalqın aktivliyi optimist düşüncələr üçün zəmin yaradır.Xalq öz taleyini özü həll etməlidir.Heç bir kənar müdaxilə olmadan.Xalqın iradəsini zorlamaq indiyə kimi heç kimə nəsib olmayıb. - İsmayıllı rayonu İvanovka kəndinin sakinləri Rusiya prezidenti Putinə müraciət ediblər.Sizcə, Azərbaycan vətəndaşları olan bu şəxslər Azərbaycan prezidenti deyil, Rusiya prezidentinə müraciət edirlər? - Xalq öz ölkəsində ədalət tapmayanda xarici ölkələrə müraciət etmək məcburiyyətində qalır.Məyər bizim ölkəmizin vətəndaşlarından xarici ölkə başçılarına müraciət edənlər azdır? Hətta düşmən dövlət olan Ermənistan prezidentinə də onlarla müraciətlər ünvanlanır.Hər il Prezident Administrasiyasına,Dövlət başçısına,onun xanımının adına,Milli Məclisə bəlkədə 1 milyondan artıq şikayət məktubları daxil olur.Lakin onların heç birinə reaksiya verən yoxdur.Elə şəxslər var ki,ölkə başçısının ünvanına yüzlərlə müraciət ünvanlayıbbir cavab almadıqdan ,yüzlərlə dəfə xəbərdarlıq etdikdən sonra,məcbur qalıbformal olaraq xarici dövlət başçılarına müraciət edirlər. Bu əlacı hər yerdən üzülmüş vətəndaşın harayıdır.Ölkədə zülmün ərşə qalxdığı hamıya bəllidir.İntihar hallarının nə qədər artdığına diqqət yetirin. Ölkəni hakimiyyət və onun kadrları idarə etməlidir.Bizdə isə hakimiyyətin tipik kadrları Nizami Ələkbərov və Rauf Hümbətovdur. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?