GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bu cür davam etsə hamı üçün pis olacaq

Bu cür davam etsə hamı üçün pis olacaq

Tarix: 5-03-2013, 10:39 Bölmə :Müsahibə Baxış: 949
Bu cür davam etsə hamı üçün pis olacaq

Əli Abbasov: “Qiymətlərin Avropadan baha, maaşların isə
SSRİ dövründən də aşağıdırsa, bundan kim razı qala bilər ki?”


Suallarımıza Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Əli Abbasov cavab verib. Əli Abbasov Ziyalılar Forumundan, müxalifətin imkan və resurslarından, ictimai-siyasi vəziyyətdən, hakimiyyətin xalq arasında olan nüfuzundan və digər mövzulardan danışıb.
- Siz Ziyalılar Forumunun üzvüsünüz. Son günlər əsasən nələri müzakirə edirsiniz, hansı addımları atmağı planlaşdırırsınız?
- Mən forumun son iclaslarında olmamışam. Çünki ölkədə deyildim. Bu səbəbdən də son müzakirələr haqqında xəbərsizəm. Amma mən bilən onlar işləyirlər, müzakirələr aparırlar, problemlədən bəhs edirlər və s. Ancaq Ziyalılar Forumunda siyasi meylləri görmürəm.
- Siz siyasi meyllər görmürsünüz. Amma xəbərlər yayılır ki, Ziyalılar Forumu prezident seçkilərinə qatılacaq və namizədi də Eldar Namazov olacaq...
- Açığı bu xəbərlər mənə də maraqlı gəlir. Bu xəbərləri yaymaqda məqsədin nədən ibarət olduğunu da bilmirəm. Eldar Namazov son seçkilərdə prezidentliyə namizədliyini irəli sürmüşdü və mən bildiyim qədər onun özüdə siyasətlə məşğul oldugunu gizlətmir. Amma Eldar Namazov heç zaman deməyib ki, ziyalıların tribunası onun üçün prezidentlik kreslosu üçün tramplindir. Belə söhbətlər və müzakirələr olmayıb. Bu günə qədər kimsə deməyib ki, gəlin seçkilər məsələsini müzakirə edək və Eldar Namazovun namizədliyini irəli sürək.
- Bəs gələcəkdə ola bilərmi?
- Əlbəttə ki, ola bilər. Ziyalılarda Azərbaycan vətəndaşlarıdır və birləşib hansısa şəxsin namizədliyini irəli sürə bilərlər. Ancaq bu o demək deyil ki, bu namizəd hökmən Eldar Namazov olacaq. Başqa namizəd də ola bilər. Məsələn, Rüstəm İbrahimbəyovun özü. Düzdür, İbrahimbəyov siyasətlə məşğul olmadığını və siyasi iddiasının da olmadığını açıq şəkildə bəyan edib. Amma ziyalılar deyə bilər ki, filankəs namizəd olsun. Bu bizim konstisiyon hüququmuzdur. Yalnız bizim ölkəmizdə siyasətlə məşğul olmağa cinayət kimi baxırlar. Əgər kiməsə sual verirlərsə ki, siz siyasətlə məşğulsunuz, həmin adam dərhal deyir ki, xeyr. Həmdə siyasi partiyaya sual edəndə ki, hakimiyyətə gəlmək haqda düşünürsünüzmü, dərhal bildirirlər ki, xeyr. Amma normalda siyasi partiyanın məqsədi iqtidara gəlməkdir. Əgər sən partiyanı yaradırsansa və hakimiyyətə gəlmək istəmirsənsə, deməli bu partiya deyil. Onda buyur get qeyri hökumət təşkilatı yarat. Ona görə, mənə çox şeylər gülməli gəlir.
- Hökumətin Ziyalılar Forumuna münasibətini necə qiymətləndirirsiniz?
- Biz bu siyasətin hansı formada həyata keçirildiyini görürük. Təzyiqlər, repressiyalar var. Həmdə elə bil burada anonomlik var və bilinmir ki, bu siyasəti kim aparır. İqtidarı təmsil edən orta məmur təbəqəsindən kimlərsə çıxıb anti ziyalı fikirlər işlədirlər. Sanki anonimliyi saxlamaqla məqsəd güdürlər. Ağa sifariş edir və nökərdə tənqid səsləndirir.
- Ziyalılar Forumu hökümət üçün bu qədərmi təhlükəlidir?
- Şəxsən mən belə bir təhlükəni görmürəm. Ancaq gördüyüm budur ki, ölkədə hansısa təşkilat güclənmək istəyirsə ona qarşı dərhal hücum və kampaniya başlanılır. Məsələn, Moskvada “Milyarderlər ittifaqı” yarandı və fəaliyyət göstərməmiş onlara qarşı ölkədə ciddi kampaniya aparıldı. İndi Ziyalılar Forumuna qarşı da belə hallar müşahidə olundu. Həmçinin müxalifətin bir qədər zəifləməsi dini təşkilatların güclənməsi müşahidə edildi. Bu anda dini xarakterli təşkilatlara qarşı da hansısa formada kampaniya aparıldı.
- Belə iddialar var ki, Ziyalılar Forumu elə “Milyarderlər ittifaqının” bir qoludur. Bu doğurdanmı belədir?
- Belə mülahizələr, iddialar və fikirlər çoxdur. Amma daha vacibi reallıqdır. Əgər deyilənlər real faktlara əsaslansa onunla həmrəy olmaq mümkündür. Əks təqdirdə bu iddialar sünidir. Siyasətdə konkret real faktlara baxaraq təhlil aparmaq lazımdır. Yox əgər mən durub deyirəmsə ki, sabah filan şey ola bilər, artıq bu proqnozdur. Amma bizdə fakta əsaslanmadan qiymət qoyub deyirlər ki, bu belədir!. Məncə, bu yanlış haldır.
- Azərbaycanın real müxalifət düşərgəsi seçki ilində hakimiyyətlə rəqabət aparmaq gücündərirmi?
- Gəlin bu başdan qiymət qoymadan birlikdə resursları araşdıraq. Seçkilərdə adətən kənarda və daxildə olan resursları birləşdirməlisən ki, sənin şansların olsun. İlk olaraq müxalifətin maliyyə resurslarına diqqət edək. Maliyyə resursu varmı? Mən görmürəm. Daxildə müxalifətin maliyyə kanalları kəsilib, xaricdən maliyyələşmə isə cinayətdir. İkincisi, media varmı, siz müxalifətçiləri mediada görürsünüzmü, kanallar real müxalifətə efir ayırırmı? Ayırmır! Demək bu resursda mövcud deyil. Bundan başqa nə qalır? Müxalifətin öz-özü ilə danışması! Yəni xalqla, gələcək seçici ilə necə işləmək olar? Bəyəm seçki kampaniyası müddətində işləmək olarmı, 10 dəqiqəlik efir vaxtında nəyisə söyləmək və ya zülmlə rayonlara gedib az sayda insanlarla görüşüb təbliğat aparmaq mümkündürmü? Deməli resurs yoxdur.
- Demək müxalifətin hakimiyyətlə rəqabət aparması mümkün deyil?
- Mümkün deyil demək də, doğru olmazdı. Biz nəzərə almalıyıq ki, Azərbaycanda heç kimin gözləmədiyi hadisələr baş verə bilər.
- Hansı hadisələr baş verə bilər?
- Tutalın ki, sabah ABŞ və İsrail İrana mümkün hücum edə bilər. Bu Cənubi Qafqazda vəziyyətin dəyişməsinə gətirib çıxara bilər. İranda bəyan edib ki, müharibə başlasa regionda ABŞ-ın maraq dairələrinə daxil olan obyektləri vuracaq. Eləcədə müharibə başlasa minlərlə insan sərhəddi keçib Azərbaycana üz tutacaq. Deməli fövqəladə vəziyyət yarana bilər. Bundan savayı, təbii fəlakətlər ola bilər. Və ya dünyada elə sürətli dəyişiklik baş verə bilər ki, ümumi siyasi səhnə dəyişər. Siz xatırlayırsınızsa, 1990-cı ilin yanvarından sonra sanki yenidən kommunizmə qayıdırdıq. Biz Mütəllibovu katib seçdik və s. Amma bir il sonra hadisələr elə sürətlə inkişaf etdi ki, ölkədə yeni bir sistem yarandı, ictimai-siyasi formasiya dəyişdi. Bu bütün postsovet ölkələrini əhatə etdi. Deməli bütün bunları kimsə proqnozlaşdırmalıdır. Çünki bu hallar baş versə arxasınca fəlakət gətirə bilər. Ona görə də, heç kim istəmir ki, hadisələr belə formada olsun. Amma bunu izləmək, ssenarilər qurmaq lazımdır ki, sabah İrana qarşı müharibə baş versə Azərbaycan dövləti özünü necə aparmalıdır, cəmiyyət neynəməlidir və s. Mən bilmirəm ki, belə təhliledici konsepsiyalar var, ya yoxdur. Ola bilsin ki, dövlət səviyyəsində var, amma mən bunu görməmişəm.
- Müxalifətin namizəd irəli sürməməsi və müstəqil ziyanının önı çıxarılaraq bütün qüvvələrin tərəfindən dəstəkləməsi variantı nə dərəcədə effektiv ola bilər?
- Mən belə fikirləşirəm ki, müxalifətdə gücləri belə səpələndiyi, resursların yetərincə olmadığı halda, təbii ki, birləşərək vahid namizəd irəli sürmək pis olmazdı. Ancaq dər odur ki, bizim cəmiyyətdə birləşmə prosesləri insanların ətrafında gedir. Əslində birləşmə proqrama görə olmalıdır. Əgər belə bir proqrom olsa bu böyük üstünlük gətirərdi. Söhbət yeni və ciddi proqramdan gedir. Düşünmək lazımdır ki, vuruşmaq boş şeydir və yalnız birləşib nəsə etmək olar. Qatar çoxdan gedib,amma biz əlləşib-vuruşuruq və inkişaf da olmur, ölkədə pis günə qala bilər.
- Müxalifətin belə proqramı niyə yoxdur, onlar siz deyənləri başa düşmürlərmi?
- Bəlkə bu sualı onların özünə verəsiniz? Mən onların yerinə cavab verə bilmərəm. Fikrimcə, onlarda bu günə qədər olan proqram deyil, amma onlar hesab edirlər ki, bu proqramdır. Proqramda sosioloji araşdırmalar, anketlər, siyasi təhlillər olur. Yəni araşdırıb görmək lazımdır ki, cəmiyyətdə hansı proseslər gedir və onlar nə istəyirlər. Bunu müəyyən etdikdən sonra proqram yazılmalıdır. Bizdə isə abstrak proqramlardır və sadə insanlar onu oxusalar da bir şey anlaya bilməzlər. Elə buna görə də, heç bu tipli abstrakt sənədləri oxumaqda istəmirlər.Birdə var ki, proqramda yazılır ki, biz təqdim etdiyimiz sənədlə getsəniz filan şeyləri əldə edəcəksən, həyatında bu cür dəyişikliklər olacaq və s. Bax mən belə proqramları görməmişəm. Demokratiya kimi sözlərdən isə əksəriyyət yorulub.
- Hazırda xalqımız hakimiyyətdən razıdırmı?
- Mən bildiyim qədər xeyr. Bu suala birmənalı cavab ola bilər. Narazılıq yüksək həddədir. Əmək haqlarını nəzər salsaq görərik ki, bu maaşla yaşamaq mümkün deyil. Son 5-6 ildə Azərbaycanda qiymətlər Avropa ölkələrində olan qiymətlərə uyğun və ya onlardan yüksəkdir. Maaşlar isə sovet dövründə alınan maaşdan aşağıdır. Bu halda kim razı ola bilər ki?
- Bəs deyirlər axı Azərbaycanda analoqu olmayan inkişaf gedir...
- Çox şeylər demək olar. Konkret reallıq belədir ki, indi çoxluq maaşla yaşaya bilmir. Bunu gizlətmək lazım deyil, çünki bunu hər kəs bilir.
- İnsanlar yaşaya bilmir, amma səsini də çıxarmır?
- Bu ayrı məsələdir. Sovet vaxtında əgər işləmirdinsə, sənə pis baxırdılar. İndi isə imkanlar daha çoxdur. Vəziyyəti yaxşı olmayan 3-4 yerdə işləyir, ölkədən gedir. İşləyən adam hər zaman dolanmağa pul tapır. Ancaq nəzərə alın ki, xalqımızın 100 faizi belə ola bilməz. Çoxluğun imkanı yoxdur, vəziyyəti pisdir.
- Etiraz nədən etmirlər?
- Etirazları elə yatırırlar ki... Etiraz bəyəm bir effekt verirmi? Ya da etirazın tam yeni və dafa effektiv forması olmalıdır. Artıq meydanlara çıxmağın nəticəsi yoxdur. Məncə, yeni etiraz formaları axtarıb tapmaq lazımdır. Nəzərə alın ki, bu cür davam etsə hamı üçün pis olacaq. Biz 1990-cı illəri yaşamışıq və qanunsuzluqları görmüşük. Heç kim istəmir ki, bu situasiya təkrar edilsin. Bunun üçün heç olmasa dialoq olmalıdır.
- Azərbaycan hökuməti nə müxalifətlə, nə ziyalılarla, nə xalqla, nə də vətəndaş cəmiyyəti ilə ölkənin problemlərini müzakirə etmək, dialoq aparmaq niyyətində deyil...
- Mənim yaddaşımda qalan qədəri bizdə 10-15 dəfə dialoq olub və bu dialoqun nə ilə qurtardığını da xatırlayıram. Bu dialoqlara ya bir tərəf gəlməyib, ya da tərəflər gəlib, amma proses 2-3 gün çəkirdi. Əslində başa düşmürlər ki, dialoq hər an getməlidir, davamlı olmalıdır. Boş-boş söhbətlər dialoq deyil.
- Siz Soros Fondunun Azərbaycan Nümayəndəliyinin sonuncu İdarə Heyətinin üzvü olmusunuz. Bu fondun yenidən ölkəyə qayıdacağı haqda fikirlər doğrudurmu?
- Cürbəcür söhbətlər gedir ki, fəaliyyət əvvəlki şəkildə bərpa olunacaq. Fond ölkədən getdikdən sonra burada kiçik bir ofis saxlanıldı. Ofis layihələri qəbul edir və Vaşinqtona göndərir. Bu xətlə qrant almaq mümkündür, amma maraqlı proyekt irəli sürməlisən. İndi deyirlər ki, fond əvvəlki gücü ilə işləyəcək və s. Məndə konkret informasiya yoxdur. Amma bu haqda fondun rəhbərliyi bilər. Çünki maliyyə onlarındır və qərarları da onlar verir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənlini Ziyalılar Forumunda təmsil olunanduğuna  görə  Mətbuat Şurasının tədbirlərinə dəvət etmirdilər”

    Cəmil Həsənlini Ziyalılar Forumunda təmsil ...

    12-07-2013, 00:44

  • 
  • Ramiz Mehdiyev Ziyalılar Forumunu hədəf seçdi

    Ramiz Mehdiyev Ziyalılar Forumunu hədəf seçdi ...

    5-12-2012, 09:10

  • 
  • EL hərəkatının sədri Eldar Namazov olacaq

    EL hərəkatının sədri Eldar Namazov olacaq ...

    17-02-2013, 12:42

  • 
  • Abbas Abbasov siyasi burulğanda

    Abbas Abbasov siyasi burulğanda ...

    8-12-2012, 10:50

  • 
  • Gültəkin Hacıbəyli də Ramiz Mehdiyevə “Get” dedi

    Gültəkin Hacıbəyli də Ramiz Mehdiyevə “Get” dedi ...

    10-01-2013, 11:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu