GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hakimiyyətdə Türkiyə ilə münasibətlərin pis olmasını istəyən qruplar var

Hakimiyyətdə Türkiyə ilə münasibətlərin pis olmasını istəyən qruplar var

Tarix: 11-03-2013, 09:09 Bölmə :Müsahibə Baxış: 745
Hakimiyyətdə Türkiyə ilə münasibətlərin pis olmasını istəyən qruplar var

Elxan Şahinoğlu:
“Ramiz Mehdiyev Rusiya ilə münasibətlərə dair
məqalələr, Türkiyə haqqında isə bir abzas yazıb”


Son zamanlar Azərbaycan-Türkiyə münasibətlərində bir soyuqluq hiss edilir. Bəzi iddialara görə, bu soyuqluğa səbəb baş nazir Ərdoğanın inşa edilən Heydər Əliyev Mərkəzi haqqında tənqidi fikirləridir. Ərdoğanın tənqidi fikirlərindən sonra Azərbaycan siyasi hakimiyyəti özünün əlaltılarına sifariş verərək Türkiyənin regionla bağlı siyasətini kəskin tənqid etdirir, habelə Türk Hava Yollarını hədəfə aldırır. İki ölkə arasında yaranan bu soyuqluğun gerçək səbəbləri haqqında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışır.
- Hazırda Azərbaycan-Türkiyə münasibətləri hansı səviyyədədir, niyə bu münasibətlərdə hiss olunmayacaq qədər qarşıdurmanın olduğu sezilir?
- Biz sanki bir əsəb müharibəsinin getdiyini müşahidə edirik. Əgər xatırlayırsınızsa bir neçə il əvvəl münasibətlərdə bir gərginlik yaşanmışdı. Bu gərginliyə Şəhidlər Xiyabanında uyuyan qəhrəman türk əskərinin məzarı üstə türk bayrağının endirilməsi səbəb olmuşdu. O zaman ciddi gərginliklər baş verdi. İndi də buna bənzər hadisə yaşanır. Buna səbəb kimi Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün Ermənistan prezidenti Serj Sarkisiyanı prezident seçilməsi münasibəti ilə təbrik etməsi göstərilir. Eləcədə erməni təbliğatını aparan “AGOS” qəzetinin Türk Hava Yollarına məxsus təyyarələrdə sərnişinlərə paylanılmasına etiraz ifadə olundu. Bundan başqa, bizim tərəfdən deyilir ki, Meksika Xocalı soyqrımını tanıdığı halda niyə qardaş və strateji müttəfiqimiz olan Türkiyə Böyük Millətlər Məclisi Xocalı hadisəsini soyqrım kimi tanımır. Əslində ilk baxışdan bu narazılıq doğrudur və başadüşüləndir. Ancaq bunu irəli sürəndə Türkiyənin vəziyyətini, apardığı siyasəti, xüsusilə saxta erməni soyqrımına dair dünyada apardığı siyasətə diqqət edilməlidir. Məsələn, ABŞ Konqresində saxta erməni soyqrımı məsələsi müzakirəyə çıxarılanda rəsmi Ankara buna etiraz edir və bildirir ki, parlamentlərin belə qərarlar verməsi siyasi aktdır. Əgər belə hadisənin olduğu iddia olunursa, onda bu məsələni ilk olaraq tarixçilər araşdırsın. Bu arqumenti irəli sürən Ankara soyqrımı tanısa ermənilərin və erməni hamilərinin əlinə əlavə arqument vermiş olacaq. Odur ki, bu məsələdə Türkiyə addım atmır. Ancaq nəzərə alın ki, qardaş Türkiyə yalnız bu qərarın xaricində Xocalı qətliamı ilə əlaqədar olaraq əlindən gələn bütün addımları atır. Baxın, fevralın 26-da əksər xarici ölkələrdə Xocalı soyqrımı ilə bağlı keçirilən bütün tədbirlərə ya türk diasporası dəstək verib, ya da bu tədbiri təşkil edib. Belə bir mərhələdə Azərbaycan tərəfi sanki Türkiyə ilə münasibətlərin pisləşməsini istəyir. Ancaq onu da nəzərə almaq lazımdır ki, regionda Rusiya-Ermənistan hərbi müttəfiqliyinə qarşı olaraq Azərbaycanın Türkiyə tərəfindən dəstəklənməsinə daha çox ehtiyac var. Elə bu məqsədlə bir neçə gün əvvəl Azərbaycanın müdafiə naziri Səfər Əbiyev təcili şəkildə Ankaraya səfər etdi və hərbi əməkdaşlıqla bağlı müqavilə imzalandı. Ancaq ilk baxışdan belə görünür ki, kimlərsə Türkiyə ilə bağlı əsəb müharibəsinin aparılmasında maraqlıdır.
- Azərbaycan Milli Məclisində Türkiyəyə qarşı ciddi ittihamlar səsləndirildi. Xüsusilə, hakimiyyətə yaxın deputatlar Türkiyəni İranla eyniləşməsi nədən xəbər verir?
- Hər bir ölkənin siyasətini tənqid etmək olar. Qardaş Türkiyənin apardığı siyasəti də tənqid etmək normaldır və burada anormal bir hal yoxdur. Amma Türkiyəni İranla müqayisə eləmək, onu satqınlıqda ittiham eləməyin mənasını anlamıram. Mən bir daha qeyd edirəm ki, Azərbaycanın ən dar vəziyyətində Türkiyənin dəstəyinə və köməyinə ehtiyacı var. Bu reallığı bilə-bilə Milli Məclisdə Türkiyənin əleyhinə çıxmaq erməni dərmanına su tökmək, Rusiyanın regionla bağlı siyasətinə xidmət ettməkdir. Açığını deyim ki, mən bəzi deputatların bunu bilərəkdən və ya bilməyərəkdən etdiyini bilmirəm. Ancaq adama bəzən elə gəlir ki, Azərbaycan hakimiyyəti bunu mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Diqqət edin, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bəyan edib ki, Türk Hava Yolları “AGOST” qəzetini sərinşinlərə payladığı üçün bundan sonra sözügedən şirkətin təyyarələri ilə uçmayacaq. Sən istəmirsənsə bu qəzeti oxumaya bilərsən. Ancaq indi belə çıxır ki, sən Xarici İşlər Nazirliyinin mətbuat katibisən və dediklərin də nazirliyin rəsmi mövqeyi hesab olunur. Özü də, hammı bilir ki, Türk Hava Yollarının sevisi AZAL-ın servisindən daha keyfiyyətlidir. Mənim fikrimcə, bu cür açıqlamalar vəziyyəti daha da mürəkkəbləşdirir.
- Ancaq iddialar var ki, Türk Hava Yolları Azərbaycandan Türkiyəyə həyata keçirdiyi reyslərlə müqayisədə Türkiyədən Avropa ölkələrinə həyata keçirdiyi reyslər arasında ciddi fərq var. Əgər Bakıdan İstanbula uçan təyyarənin “biznesklassı” adicə oturacaqlardan ibarətdirsə, İstanbuldan Avropaya uçan təyyarələrdə oturacaqlar daha enlidir, xidmət daha yüksəkdir. Həndə açıq deyilir ki, Türk Hava Yolları sanki Azərbaycana ikinci sort ölkə kimi baxır. Bu sizcə, ortada olan problemlərin gündəmə gətirilməsidir, yoxsa əsassızdır və münasibətləri kəskinləşdirməyə xidmət edir?
- Sizə səmimi olaraq deyim ki, şəxsən mən Türk Hava Yolları ilə Bakıdan İstanbula, İstanbuldan isə Berlinə və başqa şəhərlərə uçmuşam. Və bu zamanda hər hansı bir fərq görməmişəm. Azərbaycana uçuşlar zamanı xidmət necədirsə, başqa istiqamətlərə olan uçuşlarda da xidmət o cürdür. Şəxsən mən Türk Hava Yollarının Azərbaycan vətəndaşlarına bir, Avropa ölkələri vətəndaşlarına isə başqa cür xidmət göstərdiyi haqda iddiaları bölüşmürəm.
- Siz uzun illərdir ki, Azərbaycan-Türkiyə münasibətlərini araşdırırsınız. Necə düşünürsünüz, Azərbaycan hökumətində Türkiyə ilə münasibətləri soyutmağa, vəziyyətin hər zaman pisləşməsində maraqlı olan qüvvələr varmı?
- Əvvəllər bu qrup əvvəl daha fəal idi. Onlar hətta bir qədər irəli gedərək Rusiya ilə münasibətləri strateji səviyyəyə çatdırmağı daha əhəmiyyətli sayırdı. Mən hətta adlar belə çəkə bilərəm. Götürək Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi. Mən “Azərbaycan” qəzetində Ramiz Mehdiyevin bir neçə iri həcmli məqalələrini oxumuşdum. O, Rusiya ilə münasibətlər haqqında ətraflı fikirlər işlədir, bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiq statusuna qaldırmaq haqqında qeyd edirdi, ancaq Türkiyə haqqında bir abzas yazmaqla kifayətlənirdi. Yəni bu cür açıqlamalar və ya məqalələr əlbəttə ki, bizi müəyyən nəticələrə gəlməyə imkan verir. Hakimiyyət daxilində bəzi qruplar Rusiya ilə əməkdaşlığı Türkiyə ilə əməkdaşlıqdan üstün tuturlar. Ancaq son zamanlar bu qrupun dili bir qədər qısalıb. Çünki Kremli açıq şəkildə Ermənistanı müdafiə edir.Ancaq bu fəaliyyətin sabah yenidən davam etdirilməyəcəyi istisna edilmir.
- Azərbaycan-İran münasibətləri hansı səviyyədədir?
- Azərbaycan-İran münasibətləri daima gərgin olub. Amma son zamanlar bu gərginlik bir qədər zəifləyib. İndi İran növbəti prezident seçkiləri ərəfəsində olduğundan hər bir namizəd Azərbaycanla bağlı ziddiyyətli fikirlər işlədir. Biri deyir ki, Azərbaycan bizimdir, başqası deyir ki, prezident seçilsəm Azərbaycanı İrana qatacağam və s. Əlbəttə bu münasibətləri kəskinləşdirir. Əslində münasibətlərdə gərginlik müşahidə olunduğu kimi də azalmayıb və bu bir müddət sonra özünü büruzə verə bilər. İranın regionda apardığı siyasət, xüsusilə Ermənistana qucaq açması Azərbaycanın bu ölkə ilə yaxınlaşmasına imkan vermir. Bu mənada bəzi deputatların prezident Abdulla Güllə İranın ali dini rəhbərinin eyniləşdirməsi başadüşülən deyil. Düzdür, Türkiyə tərəfi Azərbaycandan səslənən bu tip açıqlamalara reaksiya vermir. Amma Türkiyənin verə biləcəyi reaksiya Azərbaycanın xoşuna gəlməyə də bilər. Əslində Türkiyə-Azərbaycan arasında problem yaratmağa çalışan şəxslər bunu niyə etdiklərinə daha geniş və dolğun deyə bilərlər.
- Doğurdanmı Rəcəb Təyyub Ərdoğan Azərbaycanda inşa edilən Heydər Əliyev Mərkəzinin tikilmə üslubu, habelə ora xərclənən maliyyə haqqında tənqidi fikirlər işlədib və münasibətlərdə soyuma da bundan sonra baş verib?
- Mən Ərdoğanın bu çıxışını izləmişəm. Ərdoğan hər bir ölkə haqqında fikirlər işlədir. O Heydər Əliyev Fondu haqqında bir söz deməyib. Sadəcə olaraq bildirib ki, mərkəzi tikən ərəb mənşəli arxitektorun işlərini bəyənmir. Burada Azərbaycanın marağına toxunacaq nə var ki? Bunu əsas götürüb münasibətləri pisləşdirmək Azərbaycanın təhlükəsizlik siyasətinə ziyan gətirə bilər. Mən inanmıram ki, Ərdoğan bunu qəsdlə söyləsin və ya Azərbaycan hakimiyyətinə ismarıc versin. Sadəcə Ərdoğan Heydər Əliyev Mərkəzini tikən memarın işlərini bəyənmədiyini bildirib. Burada siyasi bir şeylər axtarmaq doğru deyil.
- Son zamanlar Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşdiyi, şimaldan təhlükələrin ola biləcəyi haqqında fikirlər səsləndirilir. Şimaldan hər hansı təhlükə gözlənilirmi?
- Münasibətlər gerçəkdən də pisləşib. Prezident Medvedev zamanı münasibətlər daha normal idi. Çünki Medvedev Qarabağ münaqişəsinin həllinə dair təşəbbüslərlə çıxış edirdi. Putin hakimiyyətə qayıtdıqdan sonra münasibətlərdə gərginlik mərhələsi yaşandı. Bu ərəfədə Azərbaycan rus ordusunu Qəbələ RLS-dən çıxardı, Avrasiya İttifaqı ideyasını dəstəkləmədi. Bütün bunlar gərginlik yaratdı. Nəticədə Moskvada “Milyarderlər ittifaqı” yaradıldı, Dağıstanda hərbi təlimlərə başlanıldı, səfir Doroxin işlərini ataraq Zaqatalaya gedib milli azlıqların nümayəndələri ilə görüşdü, İsmayıllının İvanovka kəndindən Putinə müraciətlər edildi. Əslində bütün bunların yaşanması iki ölkə arasında gərginliyin olmasından xəbər verir. Azərbaycanda isə oktyabrda prezident seçkiləri olacaq. Rusiya bu proseslərdə müxtəlif formalarda iştirak etmək istəyir. Məsələn, Gürcüstanda həyata keçirilən İvanişvili layihəsinin Azərbaycanda da tətbiq etməyin mümkünlüyü haqqında düşünə bilər. Əlbəttə, mən onların namizədinin kim ola biləcəyini deyə bilmərəm. Amma məndə şübhə var ki, Moskva Abbas Abbasovdan bir siyasətçi formalaşdırmağa çalışır. Hətta belə görünür ki, Abbas Abbasov Bakıya gələrək İlham Əliyevlə görüşüb. Moskvaya qayıtdıqdan sonra isə Azərbaycan dövlətinin diaspora siyasətinin yanlış olduğu haqda açıqlama verib. Və hazıırda onun rəqibi kimi qiymətləndirə biləcəyimiz Rüstəm İbrahimbəyova dəstək ifadə edib. Mənim fikrimcə, İbrahimbəyovun bu məsələlərdə vasitəçi kimi çıxış etdiyi hiss olunur. Hər halda biz bu fəaliyyətləri, habelə Söyün Sadıqovun bəyanatlarını, şimalda hiss olunan fəallıqları Rusiyanın Azərbaycan siyasətində iştirak etmək istəyinin elementləri kimi baxmalıyıq.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə Azərbaycanın mövqeyini nəzərə almır

    Türkiyə Azərbaycanın mövqeyini nəzərə almır ...

    10-12-2013, 13:38

  • 
  • Türkiyə təhlükə ilə üz-üzə: Məhkəmə hökmləri ölkəni yenidən qarışdıra bilər

    Türkiyə təhlükə ilə üz-üzə: Məhkəmə hökmləri ...

    7-08-2013, 11:46

  • 
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • Abdulla Güldən şok açıqlama: “Türkiyə dağılacaq!”

    Abdulla Güldən şok açıqlama: “Türkiyə dağılacaq!” ...

    25-11-2015, 14:13

  • 
  • Baş nazir Ərdoğanın oğlu nəzarətdə - Şok iddia

    Baş nazir Ərdoğanın oğlu nəzarətdə - Şok iddia ...

    26-12-2013, 00:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu