GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hakimiyyət saxtalaşdırma yolu ilə namizədinə 90 faiz səs yazmağı hədəf götürür

Hakimiyyət saxtalaşdırma yolu ilə namizədinə 90 faiz səs yazmağı hədəf götürür

Tarix: 11-03-2013, 09:13 Bölmə :Müsahibə Baxış: 1 137
Hakimiyyət saxtalaşdırma yolu ilə namizədinə 90 faiz səs yazmağı hədəf götürür

Natiq Cəfərli:
“REAL müxalifətin geniş koalisiyasının vahid
namizədini və tezislərini müdafiə etməyə hazırdır”


Suallara Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin icraçı katibi Natiq Cəfərli cavab verib. Özünü daha çox üçüncü qüvvə kimi cəmiyyətə təqdim edən REAL-ın məqsədi, planları, 2013-cü illə bağlı fəaliyyət istiqaməti, müxalifət və hakimiyyətə münasibəti, habelə demokratik düşərgədə birliyin əldə olunmasına baxışlarını icraçı katib “Gündəm xəbərin” oxucuları üçün açıqlayır.
- Natiq bəy, İlqar Məmmədovun həbsindən sonra REAL-da vəziyyət, təşkilatlanma sahəsində vəziyyət necədir, sədrin həbsi fəaliyyətiniz üçün problem yaradırmı?
- Biz REAL-ı qurarkən onu işlək mexanizmləri olan vəziyyətə gətirməyi düşünürdük. Çünki bilirdik ki, qarşımızda bir rejim var və bu rejim hər an bizdən birini həbs edə bilər. Ona görə də, iş mexanizmini elə qurmuşduq ki, bir neçə üzvümüzün həbsi təşkilatımızın ümumi fəaliyyətinə təsir göstərməsin. İlqar Məmmədov bizim sədrimizdir. Hazırda REAL qarşıdan gələn prezident seçkilərinə dair ciddi proqram sənədi üzərində işləyir. Bu mənada sədrin həbsi istər-istəməz bizim vaxt itkimizə səbəb olur. Çünki biz İlqar Məmmədovla birbaşa əlaqə qura bilmirik və əsasən vəkillər vasitəsilə onunla məsləhətləşirik. Vaxt itkisi məsələsini kənara qoysaq təşkilati məsələlərdə, idarəolunmada, sənədlərin hazırlanmasında ciddi problem yoxdur. Əksinə, İlqar bəyin absurd ittihamla həbsi REAL-ın öz işinə daha ciddi yanaşmağa səbəb olub. Onu da, deyim ki, bu həbsdən sonra REAL-a axın var. Biz komanda oyunu oynayırıq. Siyasətdə komanda oyununu Azərbaycanda ilk dəfə REAL tətbiq edib.
- Hazırda İlqar Məmmədovun vəziyyəti, saxlanma şəraiti, səhhəti nə yerdədir?
- Şəxsi sağlamlığı baxımından hər şey qaydasındadır. Biz onun həbsdə olması ilə bağlı təşkilati məsələləri həll etmişdik, ona lazım olan ərzaq və digər ləvazimatlar vaxtında çatdırılır. Son 2-3 gündə xüsusi bir problem yaradılıb. Bu da ondan ibarətdir ki, İlqar Məmmədovun gündəlik qəzetlərlə tanış olmasına qadaga qoyulub. Biz bu problemin həllinə çalışırıq. Bizə söz veriblər ki, martın 4-də bu problem həll ediləcək. Əgər problem həllini tapmasa biz məsələni daha ciddi şəkildə ictimailəşdirərək problemin yoluna qoyulmasına çalışacağıq. Çünki bu qeyri qanuni haldır. İlqar Məmmədovun səhhəti ilə bağlı da ciddi problem yoxdur. Sadəcə olaraq bəzi hallarda baş ağrıları olurdu. Bu da, oradakı vəziyyətlə bağlıdır.
- Natiq bəy, deyirsiniz ki, həbslərdən sonra REAL-a axın güclənib. Sizin nə qədər üzvləriniz var, gələcəklə bağlı planlarınız nədən ibarətdir?
- Bizdə üzvlük strategiyası digər siyasi təşkilatlardan ciddi sürətdə fərqlənir. Bizim bir neçə mərhələli üzvlük strategiyamız var. Biz bu modeli ölkəmizdə olan reallıqları nəzərə alaraq seçmişik. REAL-ın 12 nəfərdən ibarət İdarə Heyəti var. Bundan savayı, REAL-ın 52 nəfərdən ibarət Məclisi var. Məclis sənədlər hazırlayır, İdarə Heyəti qarşısında təkliflərlə çıxış edir, mövqe sənədlərinin hazırlanması prosesində aktiv iştirak edir. Bundan savayı, birbaşa ərizə ilə müraciət edib REAL-a üzv olan insanlar var. Onların sayı min yüz nəfərdir. Bundan 5-6 dəfə çox REAL-ın qeyri rəsmi üzvləri var. Onlar müəyyən işləri ilə əlaqədar, real problemlərlə bağlı üzvlük üçün birbaşa müraciət etmirlər. Biz bunu anlayırıq. Çünki bu işimizə problem yaratmırsa, əksinə, onların iştirakçılığı ilə işə xeyr verirsə, təşkilatıın ətrafındadırsa, bu bizi qane edir. REAL-ın ətrafında belə bir üzvlər çevrəsi də var. Bizim üçün əsas çevrə quruculuğudur. Bundan əlavə, biz sosial şəbəkələrdə də işləyirik və tanımadığımız, üzvü olmadığımız insanlardan ciddi dəstək görürük. Bizim hərəkat, onun məqsədi, planları haqqında informasiya toplayan minlərlə gənc var. Bu da çox xoş haldır. Bəzən facebook. com sosial şəbəkə vasitəsilə bizimlə əlaqəyə girir, müəyyən suallar verirlər və s. Bu çevrənin sayını isə konkret ifadə etmək çətindir.
- REAL-ın konkret məqsədi nədir?
- Birinci məqsədimiz Azərbaycanda cümhuriyyətin bərpa olunmasıdır. İndi faktiki olaraq Azərbaycan cümhuriyyət adlandırılsa da, cümhuriyyət təsisatlarının heç biri işləmir. Bu məmləkətdə qanunun aliliyi, hakimiyyət qollarının müstəqiliyi prinsipi pozulub. İcra orqanları həm parlamentdə, həm də məhkəmə hakimiyyəti sistemi qarşısında ciddi üstünlüyə malikdir, seçkilər birmənalı saxtalaşdırılır. Bu məqamlar bizim fikrimizcə, cümhuriyyətin təməl prinsipləridir. REAL-ın əsas məqsədi cümhuriyyət təsisatlarının işlək vəziyyətə gətirilməsinə naol olmaq, öncəliklə cümhuriyyətin bərpasını reallaşdırmaqdır. Konkret olaraq 2013-cü il planlarına gəldikdə biz seçkilərdə hökmən iştirak edəcək. Əslində biz İlqar Məmmədovun namizədliyini elan etməyi planlaşdırırdıq. Sadəcə onun həbsi bu qərarımızın ictimaiyyətə açıqlanmasını tezləşdirdi. Biz bu istiqamətdə ciddi iş görürük, fəaliyyət proqramımız var. Biz inanır və ümud edirik ki, İlqar Məmmədovla bağlı absurd ittihamlar geri götürüləcək. Hər kəs bilir ki, bunlar qondarma və əsassız ittihamlardır, siyasi xarakterlidir. Əgər İlqar Məmmədov həbsdən azad olunmasa belə, biz bu yolda ciddi şəkildə irəliyə gedəcək və İlqar Məmmədovun namizədliyinin qeydiyyata alınması üçün müvafiq addımlar atacağıq.
- Sizin müxalifətin birlik prosesində iştirak etmək niyyətiniz yoxdur?
-REAL hələ aylar öncə müxalifətin geniş tərkibli birliyinin əldə olunması təklifini irəli sürürdü. Böyük bir koalisiyanın yaranmasına, seçkilərə bütün müxalifət qüvvələrinin birgə getməsinin tərəfdarıyıq. Biz bu gündə belə mövqeyimizi ifadə edirik. Bu yöndə atılacaq effektiv siyasi addım REAL-ın ideyalarına əks deyilsə, biz bunu dəstəkləməyə hazırıq. Əsas hədəfimiz bu il üçün prezident seçkisidir. Bizim üçün həm də, seçki prosesi 2013-də başa çatmayacaq. Bildiyiniz kimi 2015-ci ildə Milli Məclis seçkiləri olacaq. Biz parlament seçkilərində hər bir dairədən naizəd irəli sürməyi planlaşdırırıq.
- Niyə REAL nə hakimiyyəti, nə də müxalifəti bəyənmir. Baxmayaraq ki, son 20 ildə ölkədə söz azadlığını, insan haqlarını, demokratik dəyərləri daima gündəmə gətirən, ölkədə diktaturanın qurulmasına hər vəhclə mane olmağa çalışan müxalifət olub. Nədən siz bu qüvvələrin fəaliyətinə istehza edirsiniz?
- Biz indiki siyasi sistemi bəyənmirik. Bu sistemin elementləri son 20-ildə hakimiyyət və ənənəvi müxalifət partiyalarıdır. Biz dəfələrlə qeyd etmişik ki, müxalifət partiyaları və onların sədrləri ilə heç bir problemimiz yoxdur. Biz on minlərlə mübariz insanın müxalifət partiyalarının tərkibində Azərbaycanın Türkmənistana çevrilməməsi üçün mübarizə apardığını qeyd edirik. Hesab edirik ki, bunlar alqışlanmalı və qiymətləndirilməlidir. Amma ümumi siyasi sistem olaraq Azərbaycandakı vəziyyəti götürsək hakimiyyətin nə qədər amansız bir rejim qurmaq istədiyini görürüksə, müxalifət düşəgəsinin ildən-ilə zəiflədiyini görürük. Günah təbii ki, hakimiyyətin üzərindədir. Amma başqa cür yanaşsaq burada həmdə müxalifət partiyalarının ciddi səhvləri olub. Məsələn, partiyaların çoxu sanki seçkini seçki ili kimi anlayır. Və seçkini hökumətin müəyyən etdiyi təbliğat, təşviqat dövrü kimi qəbul edir, səsvermə günü kimi qavrayırlar. Amma seçki qırılmız bir prosesdir. Bir seçkinin bitdiyi gün digər seçki başlayır. Biz siyasi sistemə və seçkilərə bu cür yanaşmaq görməmişik. Birdə ki, müxalifətin daxilində baş verən çəkişmələrdən də xalq inciyir, bezir. İllərdir birləşmək, böyük müxalifət birliyinin yaradılması haqqında söhbətlər gedir, amma bu birlik alınmır. Çünki ambissiyalar və maraqlar belə birliyin yaranmasına mane olur. Məsələn biz AXCP-nin sonuncu qurultayında iştirak etdik. Həmin qurultayda AXCP Müsavat Partiyası ilə birləşmək haqqında qərar qəbul etdi. Bizdə bu prosesi dəstəklədik. Ancaq bu baş vermədi. Belə siyasi səhvlərə və gedişlərə görə, biz müxalifət partiyalarına irad bildiririk. Bəzən bunu normal deyil, aqressiv yanaşırlar. REAL yarandığı gündən hakimiyyətə müxalifətdə durur və hər gün hakimiyyəti detallı tənqid edir. Amma müxalifətdə olan dostlarımıza qarşı tənqid səsləndiriləndə bu aqressiv qarşılanır. Məncə, bu anormaldır və siyasi sistemin qapalılığından doğur. Siyasi sistemdə və siyasətdə tənqidə yanaşma qeyri sağlamdır. Hakimiyyət tənqidi boğmağa çalışır. Müxalifətdə ki, dostlarımız isə tənqiddən nəticə çıxarmaldır, ona aqressiv vəya istehzalı münasibət kimi qarşılamaq doğru deyil.
- REAL prezident seçkilərində iştirak naminə iştirak etmək istəyir?
- Bizim bu seçkiyə münasibətdə hədəfimiz bu fürsətdən istifadə etməkdir. Azərbaycan qapalı bir ölkədir və fürsətlər pəncərəsi açılandan bundan istifadə eləmək lazımdır. Biz REAL olaraq bəyan etmişik ki, yaxın 1 ayda müxalifətin ciddi koalisiyasının yaradılması baş verəcəksə, vahid komanda və platforma üzərində anlaşma olacaqsa, biz həmin komandanı, namizədi və tezisləri müdafiə etməyə hazırıq. Yox əgər bu baş verməyəcəksə, təbii ki, REAL öz namizədi ilə sona qədər gedəcək. Və əlbəttə ki, məqsədimiz qələbə əldə etməkdir. Biz qələbə əldə etmək üçün sona qədər çalışacağıq.
- Hakimiyyətin seçki hazırlıqları, məqsədləri nədən ibarətdir və xalq arasında nüfuzu hansı dərəcədədir?
- Çox təəssüf ki, bu günə qədər ölkədə normal seçki keçirilmədiyindən siyasi partiyaların xalq arasında hansı nüfuza malik olduğu haqqında real fikir söyləmək mümkün deyil. Hakimiyyətin son illərdə apardığı siyasət və ritorika onun özünü tələyə salıb. 2008-ci il seçkilərində İlham Əliyevə 91 faiz səs yazılıb. Dünya çoxdan anlayır ki, normal və demokrat seçkidə bir partiya 90 faiz səs toplayırsa, bu nəticə seçkinin ədalətli olmasını sual altına alır. Çünki normal ölkədə bir partiyanın 91 faiz alması mümkün deyil. Bizim iqtidar bu mənada öz-özünü tələyə salıb. Son ildə iqtidarın ritorikasına görə, ölkə analoqu olmayan iqtisadi inkişaf edib, ciddi irəliləyişlər əldə edilib. Əlbəttə bu şübhəldir və mübahisə mövzusudur. Amma bu ritorikanın davam etdiyini nəzərə alsaq, seçkilərdə namizəd İlham Əliyevə neçə faiz səs yazılacaq ki, xalqın qarşısında səsləndirdikləri ritorikanı doğrultmuş olsunlar. Hakimiyyət saxtalaşdırma yolu ilə öz namizədinə 90 faiz səs yazmağı hədəf götürəcək. Bu isə ciddi problemlər yaradacaq. Bir neçə gün əvvəl Ermənistanda da prezident seçkiləri oldu, seçki saxtalaşdırıldı və Sarkisiyana 58 faiz səs yazıldı. Yani belə çıxır ki, ölkənin yarısından azı müxalifətdədir. Bizdə isə bu mümkün görünmür. Əgər İlham Əliyevə 60-65 faiz səs yazılsa, bu o demək olardı ki, ölkənin 35-40 faizi müxalifətdir. Bu halda hakimiyyət 35-40 faiz müxalifətin legitimliyini tanımalıdır. Yəni bu zaman Azərbaycanda hakimiyyəti bəyənməyən ciddi müxalifətin olduğu qəbul olunmalı, onun televiziyaya çıxışı təmin edilməli və sərbəst toplaşmaq azadlığı işləməlidir. Amma iqtidar buna hazır deyil. Bu mənada hesab edirəm ki, seçkiyə aylar qalmasına baxmayaraq hakimiyyət ritorikası, üslubu və xalqa müraciət forması ilə özünü tələyə salıb. Düşünürəm ki, bu seçkilər iqtidar üçün heç də asan keçməyəcək.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "REAL" Milli Şuranın namizədini dəstəkləyir" - MÜNASİBƏT

    "REAL" Milli Şuranın namizədini ...

    2-07-2013, 17:53

  • 
  • İlqar Məmmədova həbsdə hücum olub

    İlqar Məmmədova həbsdə hücum olub ...

    31-07-2015, 00:05

  • 
  • İlqar Məmmədovun həbs müddəti 2 ay uzadılıb

    İlqar Məmmədovun həbs müddəti 2 ay uzadılıb ...

    15-03-2013, 10:27

  • 
  • “Heyf ki, indi Kiyevdə deyiləm...”

    “Heyf ki, indi Kiyevdə deyiləm...” ...

    10-12-2013, 13:43

  • 
  • Sabiq YAP-çı deputatın oğlu müxalifətə keçdi

    Sabiq YAP-çı deputatın oğlu müxalifətə keçdi ...

    25-01-2014, 01:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu