GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hakimiyyət geriyə addım atıb məcburən öz xalqı ilə hesablaşacaq

Hakimiyyət geriyə addım atıb məcburən öz xalqı ilə hesablaşacaq

Tarix: 11-03-2013, 09:51 Bölmə :Müsahibə Baxış: 877
Hakimiyyət geriyə addım atıb məcburən öz xalqı ilə hesablaşacaq

Mehman Əliyev:
“Şirin Cəfərliyə qarşı irəli sürülən ittihamlar
məhkəmə prosesində darmadağın olacaq”


Suallarımıza “TURAN” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev cavab verib. Müsahibəni təqdim edirik.
- Mehman bəy, NİDA-nın gənc üzvlərinin hansısa qeyri zorakı aksiyalar hazırlaması, vətəndaşları itaətsizliyə çağırması haqda iddiaları necə qiymətləndirirsiniz, doğurdanmı həbs edilən bu üç gənc qeyri zorakı üsullarla mübarizəyə hazırlaşırmış?
- Bilirsinizmi, adətən belə hallar olanda mən sadə və adi insanlarla söhbət edirəm, onların rəyini öyrənirəm. Yəni gündəlik çörək pulu arxasınca qaçan bir neçə insanla söhbətlər aparmışam. İş ondadır ki, istintaqın yaydığı bu süjetlərə, həmin gənclərin guya zorakılığa hazırlaşması haqqında informasiyalara heç kim inanmır. Əslində insanlarımız bu süjetlərin yayımlanması ilə nələrin baş verdiyini anlayır və hakimiyyətin irəli sürdüyü versiyaya inanmırlar. Hakimiyyətin problemi ondadır ki, nüfuzu çox aşağıdır və ona insanlar inanmır. İnsanlar başa düşürlər ki, gənclər nəyə görə həbs ediliblər.
- Niyə həbs ediliblər?
- Çünki onlar siyasətlə məşğuldurlar, Azərbaycanda demokratiya uğrunda mübarizə aparırlar. Məhz bu səbəbdən də, hakimiyyət onları cəzalandırır. Real rəy bundan ibarətdir.
- Gənclərin evindən yandırıcı və alışdırıcı maddələrin tapılması mümkündürmü?
- Bilirsinizmi, biz belə halları indiyə qədər çox görmüşük. Kiminsə cibindən tank çıxıb və sabah kiminsə evindən qırıcı təyyarə də çıxa bilər. Ancaq biz bunun hansı şəraitdə baş verdiyini də gözəl bilirik. Mən jurnalist olaraq deyim ki, bu işlə bağlı hakimiyyət xüsusi bir kampaniya aparıb. Bu kampaniyada bütün dövlət qurumları iştirak edib. Onu da, deyim ki, biz çoxlu məhkəmə prosesləri görmüşük və təhqiqatlar aparmışıq. Nəticələrdə bəlli olub ki, Azərbaycanda belə tipli ittihamlar qondarma olur və bu sadəcə olaraq xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatdır. Mən deməzdim ki, bu əməliyyat yüksək səviyyədə həyata keçirilib. Əksinə, bu çox zəif əməliyyatdır. Əgər insanlar buna inanmırsa, deməli bu əməliyyata iki vermək olar.
- NİDA-çılar doğurdanmı hakimiyyət üçün bu qədər təhlükəlidir?
- Nəzərə alın ki, bu gün azad fikirli və azad cəmiyyət uğrunda mübarizə aparan insanların hamısı rejim üçün təhlükəlidir.
- Martın 9-da ATƏT və Böyük Britaniya səfirliyinin nümayəndələrinin də Novxanıda mehmanxanaların birində iştirak etdiyi tədbirə polis müdaxilə edib, onlarla insanı saxlayıb. Bu nəyin göstəricisidir və rejim niyə belə açıq addımlara gedir?
- Ora əsasən gənclər toplaşıb. Məndə olan məlumata görə, orada Avropa Gənclər Hərəkatının tədbir keçirirmiş. Bildiyim qədər həmin tədbirdə əsasən hökümətyönlü gənclər təmsil olunur. İndi absurd o həddə çatıb ki, hakimiyyət özünün nəzarətində olan gənclərdən də qorxur. Bu hakimiyyətin qorxusunun hansı səviyyədə olmasının göstəricisidir. Və həm də heç yaxşı hal deyil.
- Hakimiyyət nədən qorxur ?
- Hakimiyyət hakimiyyətini itirməkdən qorxur.
- Hakimiyyəti itirmək üçün əsas varmı?
- Bu gün var. Çünki biz seçki ilində yaşayırıq, bir neçə aydan sonra seçkilər olacaq. Azərbaycan cəmiyyətində isə kifayət qədər fəallıq var. Cəmiyyətdə vəziyyəti dəyişmək üçün ehtiyac var. Hakimiyyət də bunu görür və başa düşür. Rejim bundan narahatdır. Əgər bu baş versə onların taleyi necə olacaq? Məsələnin mahiyyəti bundadır. Çünki çox böyük cinayətlərə əl atıblar və bunu da hamı bilir. Ölkədə korrupsiya vəziyyətin hansı yerdə olduğunun göstəricisidir. Həm də bu bir-iki ilin söhbəti deyil. Bu uzunmüddətli prosesdir və sabah buna görə cavab vermək lazımdır. Bunlar isə cavab vermək istəmirlər.
- Sizə elə gəlmir ki, hakimiyyət daha çox Rusiyanın burada nəsə edəcəyindən qorxur...
- Hakimiyyət Rusiyadan qorxursa Avropa Gənclər Hərəkatına niyə basqı edir? Və ya biz hamımız bilirik ki, NİDA təşkilatı Rusiya ilə heş cür bağlı ola bilməz. Çünki bu təşkilatlar qərb istiqamətlidir və Rusiyaya bağlı ola bilməz. Bu mənada burada Rusiya əli axtarmaq doğru deyil. Əgər hakimiyyət Rusiyadan qorxursa və narahatdırsa, Rusiya izini başqa yerdə axtarmalıdır. İkincisi, bizdə Rusiya ilə ən çox əlaqə quran və dostluq edən elə hakimiyyətin nümayəndələridir. Mən bu gün bəzi məmur və nazirləri tanıyıram ki, onların Rusiyada böyük sərmayələri var. Onlar Rusiya ilə aktiv işləyirlər. İndi də məhz hakimiyyətin və onun məmurlarının Rusiya ilə problemləri yaranıb. Bu azərbaycan xalqının Rusiya ilə problemi deyil. Odur ki, Azərbaycan xalqı arasında Rusiya izi axtarmaq düzgün olmazdı. Hakimiyyət bu problemləri özünün Rusiya ilə qurduğu işlərdə axtarmalıdırlar. Hesab edirəm ki, cəmiyyətdə Rusiya izini axtarmaq absurddur.
- Rejimin cəmiyyətə basqıları hərtərəflidir. Artıq “Azadlıq” qəzetinin baş redaktorundan xüsusi ittiham qaydasında şikayət verilib, “Gündəm xəbər” qəzeti ilə bağlı əsassız cinayət işi məhkəməyə göndərilib. Siz baş verənləri necə qiymətləndirirsiniz?
- Mən hələ 2012-ci ildə bəyan etmişdim ki, mətbuatın üzərinə ciddi basqılar olacaq və buna hazır olmaq lazımdır. Çünki hər seçki ilində mətbuat daima təzyiqlərə məruz qalır. Seçki ilində məmurlar onların fəaliyyəti, həyat tərzi və addımlarına verilən qiymətə aqressiv yanaşır. Baxın, daxili işlər naziri Ramin Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov haqqında “Azadlıq” qəzeti məqalə yazıb. Yazıda bildirilib ki, filan nazir filan qruplaşmaya, filan nazir isə digər qruplaşmaya aiddir. Axı belə informasiya və təhlilləri mediada kifayət qədər çox görmüşük. İndi nə baş verib ki, belə informasiyalara aqressiv reaksiya oldu? Hesab edirəm ki, bu da yuxarı təbəqədə olanların narahatlığından doğur. Bu günə qədər buna fikir vermirdilər, indi isə buna görə qəzeti məhkəməyə verirlər. Söhbət ondan gedir ki, seçki ilində tənqidi mediaya qarşı məmurların və hakimiyyətin dözümlüyü azalır, əvəzində aqressiyası artır. Biz bunu gözləyirdik və bu hallar olacaq da. Artıq bu proses qanun formasına çevrilib. Məqsəd maksimum formada medianı zərərləşdirmək, onun ictimai rəyə təsirini öldürmək və seçki ilində siyasi fəallığın qarşısını alıb seçkini imitasiya qaydasında keçirməkdir.
- “Gündəm xəbər” qəzeti ilə bağlı vəziyyət bir qədər fərqlidir. Bu qəzet daha çox bilavasitə media ilə işləyənƏflatun Amaşov, Vüqar Səfərli və Əli Həsənovun tənqid edir. İndi belə çıxır ki, mətbuatla işləyən şəxslər mətbuatı susdururlar?
- Bütövlükdə qəzetlərin problemləri var və onları tənqid eləmək də olar. Qəzetdə hansı nöqsanları varsa bu başqa. Əgər qəzet müəyyən adamlarla bağlı yazı yazıbsa, onların şərəf və ləyaqətinə toxunubsa, buna baxmaq üçün kifayət qədər əsas var. Yəni buna baxıla bilər. Məsələn, adını çəkdiyiniz şəxslərin idarə etdiyi Mətbuat Şurasında bu məsələyə baxıla bilər. Ancaq burada konkret söhbət ondan gedir ki, qəzet etdiyi tənqidlərə görə, məhkəməyə verilməyib. Belə ki, vaxtı ilə Mətbuat Şurası Korrupsiyaya İdarəsinə müraciət edib ki, “Gündəm xəbər” qəzeti yoxlanılsın və orada korrupsiya əməlləri üzə çıxarılsın. Əslində isə Korrupsiya İdarəsinin dövlət qəzeti olmayan fərdi bir insanla nə işi ola bilər? Axı Şirin Cəfərli məmur deyil. Bu halda onun hansı korrupsiya əməlləri ola bilər? İkincisi, Korrupsiya İdarəsi Vergilər Nazirliyinin verdiyi arayış əsasında cinayət işini aparıb. Təsəvvür edin ki, Vergilər Nazirliyi bir cəfəngiyyat ittiham irəli sürüb. Konkret desək “potoloka” baxaraq qəzetin olmayan tirajlarını və xərclərini yazıblar və onu vergidən qaçmaqda ittiham ediblər. Bundan sonra cəfəng və əsası olmayan bu işi cinayət işinə çeviriblər. Amma bu zamanda ortaya başqa suallar çıxır. Məsələn, əgər “Gündəm xəbər” qəzetində vergi nöqsanları varsa, bunun korrupsiyaya nə aidiyyəti var? Bu işə məhkəmədə baxıla bilər, çünki mübahisəlidir. Bəs bunun Korrupsiya İdarəsinə nə dəxili var axı? Bütün bunlar göstərir ki, qəzetə qarşı aparılan əməllər siyasi xarakter daşıyır. Əsas məsələ də odur ki, qəzet kimlərinsə maraqlarına toxunur və onu susdurmaq lazımdır. Bu məsələyə də, Mətbuat Şurası, Korrupsiya İdarəsi və Vergilər Nazirliyi qoşulub. Mən buna təəssüf edirəm. Qəzeti susdurmaqdan başqa bir məqsəd yoxdur.
- Məhkəmə bu işə ədalətlə baxsa nəticə necə ola bilər?
- Mən bu işlə, xüsusilə qəzetin sənədləri ilə yaxından tanış olmuşam. Sizi inandırıram ki, əgər bu işə məhkəmədə baxılsa irəli sürülən ittihamlar dağılacaq. Bu hal Əvəz Zeynallının işində də olmuşdur. Əvəz Zeynalının guya 70 min manatdan çox məbləği vergidən yayındırdığı iddia olunurdu. Ancaq bu iddia darmadağın edildi. Nəticədə 70 min manat gəlib 1-2 min manata düşdü. Ümumiyyətlə belə ittiham təsdiq edilmirsə, bu zaman onu irəli sürən məmurlar cəzalandırılmalı, məsuliyyətə cəlb olunmalıdır. Mən özüm vaxtı ilə belə hallarla üzləşmişəm. İndiyə qədər Vergilər Nazirliyini 6 dəfə məhkəmədə udmuşam. Mənə qarşı cinayət işi qaldırmışdılar. Özü də əsassız idi. Bunu Əli Həsənov da, Fuad Ələsgərov da, Azay Quliyev də bilirdi. Mən müraciət edib dedim ki, qurtarın bunları. Düz iki il məhkəmə getdi və sonda mən uddum. Bəs mənə yalandan cinayət işi açan, ittiham irəli sürən niyə cəzalandırılmamalıdır? Axı mən vaxtımın önəmli hissəsini bu məsələyə ayırmalı oldum. Əlbəttə ki, buna görə, heç kim məsuliyyətə cəlb olunmadı. Bu 2008-ci ildə baş vermişdi. Və seçkiyə 2-3 ay qalmış məni susdurmaq məqsədilə belə addım atılmışdı. İndi də bu proseslər təkrar olunur.
- Onlar azad mətbuatı susdura biləcəklərmi?
- Mən bilmirəm onlar nəyə nail olacaqlar. Amma bu gün xalqın özü səhnəyə çıxır və sözünü deməyə başlayır. Biz bunu görürük və mən nələrin baş verdiyini də sadalamaq istəmirəm. İş adamaları artıq ayağa qalxıb haqqını tələb edir. Bu proses cəmiyyətdə yetişir. Əgər prezident müşavirədə məmurların özlərini yaxşı aparmasını, korrupsiyanın olduğunu deyirsə, buyurub belə məmurları həbs edin də. Bəs niyə tutmursunuz? Jurnalistləri cəzalandıra bilirsiniz? Nazir Füzuli Ələkbərovun oğlu gedib rayonda insanları təhqir elədi, problem yarandı. Buna görə kim cavab verdi? Söhbət ondan gedir ki, ölkədə ciddi problemlər var və bunu hakimiyyətdə bilir. Amma bu problemləri necə həll eləməyə hakimiyyət hazır deyil. Məncə, onlar müəyyən qədər özlərini itiriblər. Sadəcə gücə və təpkiyə üstünlük verərək köhnə metodlarla nəsə eləmək istəyirlər. Hesab edirəm ki, bu yalnız və yalnız əks effektlərə səbəb olacaq.
- Prosesin sonunu necə görürsünüz?
- Əgər cəmiyyətdə oyanış varsa və buna təlabat hiss olunursa, deməli bu yaxşı prosesdir. Bizim bir jurnalist dostumuz var idi. 2000-ci ilin əvvəllərində mediada yaranan problemlər səbəbindən qəzetini bağlayıb restoran açdı. Bir dəfə onunla görüşdüm. Mənə dedi ki, nəyə düşmüsən ortalığa, özün üçün yaşa da. Sənə lazımdır ki, haqq sözü deyib özünə düşmən qazanasan və s. Bu hadisənin üstündən bir neçə il keçdi və mən yenidən onunla oturub söhbət etdim. O gileylənirdi ki, 10 aydır işləyir,amma Vergilər Nazirliyi gəlib ondan 30 min manat pul tələb edir. Dedim səndə pul vermə və buranı da bağla. Cavab verdi ki, mümkün deyil, bağlasa onu həbs edərlər. Həmin şəxs evini girov qoyaraq 30 min manat qanunsuz pulu verdi və sonrada ölkədən getmək istəyirdi. Dedim ki, bu hal nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki biz mübarizə aparanda, hakimiyyət bizi əzəndə sizlər kənarda durub deyirdiniz ki, bu prosesin sizə aidiyyəti yoxdur. İndi proses sənə çatıb. Bu zəncirvari prosesdir və hər kəsə növbə çatacaq. Bu 5-10 jurnalistə, siyasətçiyə və qəzetə qarşı olan proses deyil. Artıq QHT-lərə də növbə çatıb. Bu proses bütün cəmiyyətə təsir edəcək. Cəmiyyətdə məcbur olub bu prosesə təpki göstərəcək. Mənim fikrimcə, hakimiyyət hökmən geriləyəcək. Məcbur olub öz xalqı ilə hesablaşacaq. Başqa variant yoxdur. Hakimiyyət bunu eləməsə də, zaman bunu edəcək.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Əliyev: “Əli Həsənov dedi ki, niyə namizədliyini vermirsən?”

    Mehman Əliyev: “Əli Həsənov dedi ki, niyə ...

    14-08-2013, 00:05

  • 
  • Mehman Əliyev: “Artıq heç bir addım hakimiyyəti xilas etmək iqtidarında deyil”

    Mehman Əliyev: “Artıq heç bir addım hakimiyyəti ...

    8-02-2016, 16:05

  • 
  • Milli Şura  Mehman Əliyevə qarşı təxribatı pisləyir

    Milli Şura Mehman Əliyevə qarşı təxribatı pisləyir ...

    3-02-2014, 14:48

  • 
  • Mehman Əliyev: “Tiflisdə ehtiyat namizəd məsələsi də müzakirə olunacaq“

    Mehman Əliyev: “Tiflisdə ehtiyat namizəd məsələsi ...

    29-07-2013, 14:16

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu