GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Borçalı insanları Gürcüstan dövlətinin vətəndaşlarıdır”

“Borçalı insanları Gürcüstan dövlətinin vətəndaşlarıdır”

Tarix: 20-07-2016, 02:51 Bölmə :Müsahibə Baxış: 605
“Borçalı insanları Gürcüstan dövlətinin vətəndaşlarıdır”

Zəlimxan Məmmədli: “Üç yüz min türk dini, kultürəl özəlliklərini inkişaf etdirmək haqqına malikdir”

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə müsahibəni təqdim edirik.

- Zəlimxan bəy, Borçalı Cəmiyyətində vəziyyət necədir, hanslı işlər görürsünüz?

- Mayın 28-də konfrans keçirdik. İdarə Heyəti hesabatını verdi. MNTK və digər strukturların hesabatı dinlənildi. Eləcə də İdarə Heyətinin 15 nəfərdən ibarət tərkibi təsdiq edildi. Yeni dönəm üçün fəaliyyət istiqamətləri müəyyən olundu. Hazırda cəmiyyətin strukturları normaldır. Konfrans zamanı qarşıdurma və ya parçalanma kimi hallar olmadı. Konfransdan sonra mənim Qarsa səfərim baş tutdu. Qarsda əhalinin 30%-dən çoxu Borçalı türkləridir. Onlar ötən əsrin əvvəllərində məcburi ora miqrasiya ediblər. Qars səfəri zamanı kəndlərdə olduq, ziyalılar, partiya və ictimai qurumlarla müzakirələrimiz keçirildi. Hər kənddən və qurumdan bu il keçiriləcək Elat Bayramında nümayəndə iştirak edəcək. Eləcə də Qarsın bələdiyyə başqanı, dostumuz Karaçanta da bu tədbirə qatılmağa çalışacaq. Bakıda isə hazırda Elat Bayramına hazırlaşırıq. İyulun 9-da isə müşavirəmiz olacaq.

- Bir qrup cəmiyyət üzvü konfrans keçirərək özlərinə yeni sədr seçib, sizi rəhbər kimi görmədiklərini ifadə ediblər. Borçalı Cəmiyyəti daxilində nə baş verir?

- Onların cəmiyyətə heç bir aidiyyəti yoxdur. Cəmiyyətin adından toplantı keçirmək qanuna ziddir. Ən azı ona görə ki, cəmiyyətin idarə heyəti, rəhbər orqanları, sədri kiməsə Borçalı Cəmiyyətinin adından danışmaq və tədbir keçirmək səlahiyyəti verməyib. Eləcə də kiminsə gedib cəmiyyət adından tədbir keçirmək səlahiyyəti yoxdur.

- Ancaq keçiriblər və hətta Kərəm Məmmədovu cəmiyyətin sədri elan ediblər...

- Əgər cəmiyyət varsa, onun rəhbər heyəti, strukturları var. Kimsə fövqəladə nəsə keçirmək niyyətində olardısa, bunun üçün müraciət etməli idi. Şübhəsiz ki, cəmiyyət üzvlərinin belə hüququ var. Ancaq növbədənkənar konfrans keçirmək istəyənlər bunu rəhbər strukturlara müraciətində əsaslandırmalı idi. İdarə Heyəti də buna baxar və məqsədə müvafiq hesab edərdisə,

bu zaman konfrans keçirilərdi. Ancaq bunlar İdarə Heyətinə saymazlıq, yeni qrup yaratmaq xətti seçiblər. Onlar orda-burda toplaşır, danışırlar. Lakin onların Borçalı Cəmiyyətinə heç bir aidiyyəti yoxdur.

- Bu adamlar cCəmiyyətin üzvləridirmi?

- Onların içərisində cəmiyyətin üzvü olan şəxslər olub. Ancaq təsəvvür edin ki, bəzisinin 5, bəzisinin 15, eləsi də var ki, 20 ildir ki, Borçalı Cəmiyyəti ilə əlaqəsi, kontaktı yoxdur. Amma qəfildən cəmiyyət üzvü kimi peyda olmaq istəyir. Bu da təbii ki, Azərbaycan dövlətinin qanunlarına, cəmiyyətimizin nizamnaməsinə ziddir. Təbii ki, məsələ hüquq müstəvisində öz həllini tapmalıdır.

- Hüquq müstəvisində hansı addımlar atmağı planlaşdırırsınız?

- Zəlimxan Məmmədli olaraq mən Azərbaycan ictimai-siyasi həyatında sözümü demiş insanam. Mən məsələyə kifayət qədər dolğun baxıram. Bəlli qrupun mətbuat savaşı, qarşıdurmalar, ictimai rəyi çaşdırmaq, ucuzlaşmalar kimi hədəfləri var. Ancaq biz bu hədəflərə alət olmayacağıq. Azərbaycan dövlətinin ədliyyə orqanları var. 1993-cü ildə yaradılan Borçalı Cəmiyyətinin hər il ümumi yığıncağı olmalı olduğu təqdirdə 2 dəfə bərpa konfransı keçirilib. Amma 2009-cu ildən bu yana biz nizamnaməyə və QHT-lər haqqında qanuna uyğun olaraq hər il ümumi yığıncağımızı keçirmişik və nizamnaməyə əməl etmişik. Əgər onlar nizamnamə dışında hərəkət edirlərsə, bu ayrı məsələ.

Fikrimcə, bu insanlar faydalı iş görmək istəyirlərsə bir qurum yaradardılar, bizi də dəvət edərdilər, gedib xeyir-duamızı verərdik. Beləcə iş birliyi olardı, insanlar Borçalı probleminin həlli üçün səfərbər olardı. Bu dövlətimizə, millətimizə və mədəniyyətiməzə sayğı nümunəsi olardı. Ancaq indi mövcud olan bir cəmiyyəti dağıtmaq cəhdi var. Bu da, qəbul edilən hərəkət deyil. Nə soydaşlarımızın, nə bu işə rəvac verənlərin, nə də Azərbaycan dövlətinin və Gürcüstanın milli maraqlarına uyğun deyil. Bu gün Borçalı Cəmiyyətinin timsalında borçalıların icmalaşması prosesini əngəlləmək cəhdləri var. Subyektiv mülahizələr əsasında mənim Gürcüstana buraxılmağım qadağan olunub. Bundan da sui-istifadə etmək halları var.

Bizim son konfransdan sonra sənədlərimiz Ədliyyə Nazirliyinə təqdim edilib. Nazirlik baxar. Ədliyyə orqanı ədalət orqanıdır və mənə elə gəlir ki, bu qurum ədaləti bərpa edəcək. Beləliklə, hər kəs öz yerini biləcək. Onlar fəaliyyət göstərmək istəyirlərsə, cəmiyyətin qərarlarına sayğılı olsunlar, proseslərdə iştirak etsinlər, rəhbər strukturlar təmsil olsunlar, güclü olsunlar və məndə onların əlindən sıxaraq təşəkkür edim və beləliklə də, real varislik prosesi başlasın. Amma zorakılıqla, günorta vaxtı tutaq ki, Nemət Orucovun küçədə qarşısını kəsirəm, deyirəm ki, sənin adın Nemət deyil. Belə hal hörmətsizlik, mənimsəmək cəhdidir və heç kimə şərəf gətirən iş deyil.

- Qarşı tərəflə sizin kontaktlarınız olub?

- Onlar mətbuatda hər şeyi deyirlər. Hətta bir-birinə zidd fikirlər də söyləyirlər. Onlardan nəsə soruşmağa da ehtiyac qalmır. Əgər qanundan kənar nəsə varsa, bunun məsuliyyətini də həmin şəxslər daşıyır. Biz hüquqi şəxs olaraq, eləcə də mən cəmiyyətin qanuni təmsilçisi olaraq yeni seçilən İdarə Heyəti ilə birlikdə yolumuza davam edirik.

- Elat Bayramına hazırlıq hansı səviyyədədir?

- Hazırlıqlar yüksək əhval-ruhiyyə ilə gedir. Borçalı Cəmiyyətinin nümayəndə heyəti bölgə qubernatoru, ictimaiyyət nümayəndələri ilə görüşüb. Bu proses davam edir, gündə onlarla pozitiv mesajlar alırıq. İnsanlarımız və elimiz bu bayrama hazırdır. Türk dünyasının çeşidli yerlərindən, MDB ölkələrindən, Avropadan yüzlərlə insan Elat Bayramında iştirak edəcək. Artıq bu el ruhu hopan bir bayramdır. Bunu əngəlləmək, qarşısını almaq qeyri-mümkündür. Elin ruhu olan şey çox güclüdür. Burada ən mühümü elin ruhudur. Bölgə qubernatoru da müsbət mesajlarını verib.

- Gürcüstan tərəfi Elat Bayramına necə münasibət göstərir?

- Mənim də bölgə qubernatoru ilə telefon danışığım olub. Kifayət qədər normal yanaşılır. Bizim təkliflərimiz və arzularımız olub ki, Elat Bayramı rəsmi keçirilsin, təqvimə daxil edilsin. Artıq Gürcüstan rəsmiləri mənə bu bayramı rəsmi dövlət səviyyəsində keçirmək istədiklərini bildiriblər. Məndə bunu birmənalı olaraq arzulayıram. Borçalı insanları Gürcüstan dövlətinin vətəndaşlarıdır. Hakimiyyətlər daima bir-birini əvəz edə bilər. Biz də kiməsə acıq etmək niyyətində deyilik. Elat bayramı bizim soydaşlarımızın adı ilə mədəniyyətlərin, dinlərin, toplumların uyğunlaşan harmoniyasının təmin edildiyi tədbirdir.

Burada gürcü və Azərbaycan mədəniyyət nümayəndələri iştirak edəcək. Eləcə də digər millətlərin, mümkündür ki, osetinlərin və digər xalqların istəkləri ola bilər. Bizim iyunun 9-da keçiriləcək müşavirədən sonra daha bir heyətimiz Gürcüstana gedəcək. Elat Bayramının ssenarisi, tədbirin idarə olunması məsələlərini həll edəcək. Artıq Elat Bayramı Qafqazda birlik üçün ciddi ictimai təkandır. Bu, gələcəkdə Cənubi Qafqazda birlik və bərabərlik havasının əbədi olmasına, dövlətlərimizin, xalqlarımızın və mədəniyyətlərimizin yaxınlaşmasına gətirib çıxaracaq.

- Alternativ cəmiyyət yaratmaqda məqsəd həm də Elat Bayramını pozmaq ola bilərmi?

- Mən bir söz deyə bilmərəm, amma bu adamlar mətbuatda hər şeyi deyirlər. Ağsaqqal, ziyalı yerini aydın bilməlidir. Dünya 5 günlük olmaqla bərabər həm də fani deyil. Dünyanın əbədiliyi də var və orada yaxşı əməllərlə qalmaq olur. Mən onları yaxşı işlərə dəvət edirəm. Bu xətadır və dərinləşməməsi üçün toplaşsınlar, yeni qurum yaratsınlar, biz də iştirak edək, əməkdaşlıq içində olaq. Hamını bir yerə toplamaq çox çətin məsələdir. Müxtəlif ideologiyalar, təfəkkürlər və insan tipləri var. Əslində, çoxpartiyalı sistem fəlsəfəsinin arxasında həm də bu amil durur. Hamının ağasıyam, hamının rəhbəriyəm kimi iddiada deyiləm. Görəvim Borçalı Cəmiyyətinin rəhbərliyində təmsil olunmaqdır. Nizamnamə və qanunlar var. Biz bu proyekti həyata keçiririk, maneçilik yaratmasınlar. Öz adlarını da qorusunlar. Bundan da elimiz, xalqlarımız, mədəniyyətlərimiz xeyir götürsün.

-Ancaq bəzən bu bayramın keçirilməməsi haqda düşüncələrdə ortaya atılır…

Dmanisoba gürcü millətinin Dmanisidə keçirdikləri bayramıdır. Analoji Tbilisoba, Qax rayonunda gürcü həmvətənlərimizin keçirdiyi Geogioba da gürcü millətinin milli mədəniyyətinin nümayiş olunduğu bayramdır. Bu bayramlarda zaman -zaman iştirak etmiş, dost gürcü millətinin sevincinə şərik olmuşam. Gürcüstanda 2009-cu ildən başlayaraq, hər il iyul ayının 26-da Dmanisinin Pantiani(Armudlu) yaylasında əsası “Borçalı” Cəmiyyəti tərəfindən qoyulan borçalı türklərinin Elat Mədəniyyəti günü - ELAT bayramı isə Gürcüstana vətən deyib orada yaşayan soydaşlarımızın milli mədəni özəlliyinin nümayiş olunduğu bayramdır., Dmanisoba bayramının mahiyyəti qorunduğu kimi Elat bayramı da toxunulmazdır. Üç yüz min soydaşımızın milli, dini, kultürəl özəllikləri var, onu mühafizə etmək və inkişaf etdirmək də onun haqqıdır.

Mədəniyyət təcavüzkar, aqressiv, dağıdıcı, bölücü ola bilməz. Çünki bu dəyər kiminsə icadı yox, Allahın topluma rəva gördüyü ruhani, toxunulmaz dəyərdir. Gürcü xalqı bu sadə həqiqəti bilir və zəngin mədəniyyət daşıyıcısı olan gürcülər ona dost olan bir başqa millətin, konkret halda

borçalı türklərinin mədəniyyətinin zənginliyinə, onu nümayiş etdirmək haqqına ehtiramlı olmağa borcludurlar. İnanıram ki, belə də olacaq.

Bu gün gürcü-türk dostluğunu istəməyən, Gürcüstan -Azərbaycan-Türkiyə strateji partnyorluğunu arzulamayan qüvvələrin fəallığl sezilməkdədir. Fitnə-fəsad cəhdləri var. Borçalı Türklərinin varlığını, mədəniyyətinin zənginliyini inkar etməyə və ya görməzliyə vuran siyasi dəllallar müqəddəs dostluq və qardaşlıq bayramı olan, artıq geniş coğrafiyalara səs salmış Elat bayramını mahiyyətindən çıxarmağa, toplumun mənəvi dünyasına müdaxilə kimi arzuolunmaz addımlar atmağa meylləniblər.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DAK-ın toplantısı çadırda keçirilə bilər

    DAK-ın toplantısı çadırda keçirilə bilər ...

    16-06-2013, 23:17

  • 
  • Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan XİN-dən dəstək tələb etdi

    Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan ...

    21-12-2014, 10:44

  • 
  • “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” Cəmiyyəti”

    “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” ...

    12-10-2015, 18:43

  • 
  • Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi...

    Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi... ...

    19-12-2014, 00:25

  • 
  • Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə tikanlı sözlər...

    Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə ...

    23-01-2015, 23:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu