GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Müxalifət birləşməsə perspektiv olmayacaq

Müxalifət birləşməsə perspektiv olmayacaq

Tarix: 2-05-2013, 02:34 Bölmə :Müsahibə Baxış: 872
Müxalifət birləşməsə perspektiv olmayacaq
Vidadi Mirkamal: “Dəyişiklik etmək istəyənlər üçün Milli Şura son şansdır”

Suallarımıza Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, ədliyyə generalı Vidadi Mirkamal cavab verib.

- Vidadi bəy, neçə müddətdir ki, müxalifət düşərgəsində birliyin əldə olunması üçün danışıqlar aparırsınız. Bu danışıqların nəticəsi haqda nə deyə bilərsiniz, hazırda real durum nədən ibarətdir?
- Siz də bilirsiniz ki, real müxalifəti bir araya gətirmək üçün bizim çabalarımız 2012-ci ilin sentyabr ayından başlayıb. O vaxt biz bir qrup hüquqşünas və seçki mütəxəssislərinin iştirakı ilə seçki memorandumu hazırladıq. Azərbaycanda normal seçki şəraitinin yaradılması üçün altı istiqamətdə təklif irəli sürdük. Məqsəd müxalifəti bir araya gətirmək, bu sənəd ətrafında birləşdirmək, funksional birliyə nail olmaq idi. Qeyd edim ki, ölkənin əsas aparıcı 12 siyasi partiyası, habelə 70-ədən çox ziyalı, ictimai xadim və QHT təmsilçisinin iştirakı ilə toplantı keçirildi və bu memorandum imzalandı. Orada açıq qeyd edildi ki, hazırda qüvvədə olan Seçki Məcəlləsi imkan vermir ki, 2013-cü ildə keçiriləcək prezident seçkiləri azad, ədalətli və demokratik şəraitdə keçirilsin. Buna ciddi şübhələr olduğundan müxalifət birləşib ciddi işlər görməli idi. Həm ölkə daxilində müxalifət bir araya gəlməli idi, həm də beynəlxalq səviyyədə bu istiqamətdə müəyyən addımlar atılmalı idi. Sadəcə olaraq bu seçki memorandumu ilə bağlı yanvarın 25-də hamı bir araya gəldi və hər kəsdə qeyd etdi ki, bu lazımlı işdir, ciddi fəaliyyət olmalıdır. Amma bunun müsbət təşəbbüs olması, bunu irəli sürənlərdən birinin biz olmasına baxmayaraq müxalifət düşərgəsi bu istiqamətdə aktiv hərəkət etmədi. Bundan sonra ikinci bir təşəbbüs ortaya çıxdı. Mən professor Hacıbaba Əzimovun ideyası əsasında Demokratik Müxalifət Hərəkatının yaradılmasını nəzərdə tuturam. Biz də bu təşəbbüsdə iştirak edirdik. Qeyd edim ki, bu məqsədlə 15 siyasi partiyanı və 30-dan çox ziyalını bir araya gətirdik. İlk toplantımızı isə aprelin əvvəllərində VHP-nin qərargahında keçirdik. Planlaşdırırdıq ki, ikinci iclasımızı Müsavat Partiyasının ofisində İsa Qəmbərin sədrliyi altında keçirək. Bu məsələ hələ indiyə qədər qalıb. Hesab edirəm ki, bu təşəbbüsün böyük vüsət almamasının səbəblərindən biri də Rüstəm İbrahimbəyovun Milli Şuranın yaranması haqda irəli sürdüyü təklif idi. Aprel ayından başlayaraq bu istiqamətdə AXCP, Müsavat və El Hərəkatının rəhbəri Eldar Namazovun iştirakı ilə danışıqlar aparılır. Hətta bizə bildirilirdi ki, Eldar Namazov bu prosesdə daha çox Ziyalılar Forumunu və Rüstəm İbrahimbəyovu təmsil edir. Məndə olan məlumata görə, bu istiqamətdə danışıqlar gedib və müəyyən məsələləri razılaşdırıblar. Başqa sözlə, yuxarıda qeyd etdiyim iki təşəbbüsümüzün reallaşmamasında Milli Şuranın yaradılması haqda ideyanın rolu olub. Hazırda aparıcı müxalifət və ziyalılar Milli Şura ideyasına daha çox meyl edirlər. Bu istiqamətdə də hazırda intensiv danışıqlar və müzakirələr aparılır.
- Danışıqların mahiyyətində nə durur?
- Qeyd edim ki, bu danışıqların şərtləri və prinsipləri geniş ictimaiyyətə məlum deyil. Amma bizim əldə etdiyimiz məlumata görə, müəyyən razılaşmalar var. Əslində biz güman edirdi ki, bu danışıqlar aprelin əvvəllərində müəyyən səmərə verəcək. Görünən budur ki, hazırda danışıqlarda iştirak edən şəxslər hələlik irəliləyiş əldə edə bilməyiblər. Hesab edirəm ki, Milli Şura aparıcı müxalifətin, QHT-lərin və demokratik dəyişiklik istəyən kəsimin sonuncu şansıdır. Bizdə olan məlumata görə, may ayının sonuna qədər Milli Şuranın tərkibinin elan olunması və digər məsələlərlə bağlı ciddi addımlar atılacaq. Əslində biz də bunu gözləyirik. Mən onu da qeyd edim ki, yuxarıda sadaladığım bu üç təklifin heç birinə siyasi partiyalar və ziyalılar mənfi yanaşmayıblar. Artıq cəmiyyət və hər kəs bilir ki, demokratik kəsim bir araya gəlməsə, toparlanmasa 2013-cü il prezident seçkilərində qələbə çalmaq mümkün deyil. 2013-cü il prezident seçkilərini müxalifətin xeyrinə çevirmək üçün xeyli şanslar var.
- Siz şanslar var deyəndə konkret nəyi nəzərdə tutursunuz?
- Bu şanslar həm ölkə daxilində olan vəziyyətlə bağlıdır, xüsusilə, insanların narazılığı yüksək həddədir, həmdə beynəlxalq narazılıq açıq hiss edilir. Son 6 ay ərzində hakimiyyəti ifşa edən materiallar ortaya çıxıb. Eyni zamanda da beynəlxalq təşkilatlar Azərbaycanda demokratik seçki mühitinin olmaması haqqında rəyə gəliblər. Bu şərtlər deməyə əsas verir ki, müxalifət bir araya gəlsə 2013-cü il seçkilərində demokratik düşərgənin xeyrinə nəsə etmək mümkündür. Bizə hələlik Milli Şuranın elan olunmasını gözləyirik.
- Əsas məsələ təşəbbüsün kim tərəfindən irəli sürülməsidir, yoxsa birliyin alınmasıdır?
- Əlbəttə birliyin alınmasıdır. Şəxsən mən təşəbbüsün kimdən gəlməsindən asılı olmayaraq birliyin əldə olunmasını vacib hesab edirəm.
- Sizcə, Milli Şurada daha çox kimlərə üstünlük verilməlidir?
- Bununla bağlı müəyyən təkliflər var və müzakirələr də gedir. Amma mən düşünürəm ki, ilk növbədə Milli Şurada təmsil olunmaq üçün son illər həqiqi müxalifət olaraq hakimiyyətin apardığı siyasətə etiraz edən qüvvələr cəmləşməlidir. Bu qüvvələrin kim olduğu da açıq bilinir. Son illər bu narazılığı ifadə edən qüvvələr əsasən İctimai Palatada toplaşıb. Sonra Ziyalılar Forumdur və onlar son illər ictimai rəyin formalaşmasında xüsusi fəaliyyət göstəriblər. Eləcədə son illər küçələrə çıxaraqfədakarlıqla etiraz göstərən gənclər təşkilatlarıdır.Əlbəttə, mən bura NİDA başda olmaqla fədakar gənclər qurumlarını aid edirəm. Həmçinin mən REAL-ın adını qeyd edərdim. Onlarda son illər çox iş götüblər. Əlbəttə ki, aparıcı ziyalılarımızda Milli Şurada təmsil olunmalı və öz sözlərini deməlidirlər. Güman edirəm ki, bu çərçivədə razılıq əldə olunsa Milli Şura aparıcı rol oynayacaq.
- Siz özünüzü Milli Şurada görürsünüzmü?
- Təklif alsam, əlbəttə ki, bu prosesdə iştirak edəcəyəm. Milli Şura oldu, olmadı mən İctimai Palata şərçivəsində son iki ildə əlimdən gələni etmişəm. İqtidarın yarıtmaz siyasətinin ifşa olunmasında, ictimai dinləçələrin keçirilməsində İctimai Palata mühüm işlər görüb. Həmdə palata ən çox vicdan məhbusu verən təşkilatdır. Bu mənada Milli Şura oldu, olmadı, bizim İctimai Palatada fəaliyyətimiz bəs edir ki, insanlara həqiqəti deyək və onları arxamızca apara bilək.
- Milli Şura elan olunandan sonra İctimai Palatanın fəaliyyətinə ehtiyac qalacaqmı?
- Əlbəttə qalacaq. Milli Şura narazı elektoratı başına toplayacaq, onu irəli aparacaq və demokratik fikrin hakim olmasında rol oynayacaq. Bu təşkilat məsləhət orqanı olacaq. Onların verdiyi qərarları həyata keçirən, icra edən strukturlar olmalıdır. Güman edirəm ki, Milli Şura yaranandan sonra İctimai Palatanın rolu daha da artacaq. Həmdə İctimai Palatanın xeyli təcrübəsi var. Milli Şuranın çıxaracağı qərarların yerinə yetirilməsində İctimai Palatanın mühüm rolu ola bilər.
- Rüstəm İbrahimbəyov bəyan edib ki, onun heç də inamı yoxdur ki, müxalifət liderləri vahid namizəd məsələsində razılıq əldə etsin. Siz necə düşünürsünüz, bu müxalifət liderləri bir-birinə güzəştə gedəcək gücdədirlərmi?
- Mən sizə bir həqiqəti deyim. Son 20 ilin təcrübəsi göstərib ki, seçkilər zamanı müxtəlif təşkilatlar yaranıb. Bu birliklər müəyyən dərəcədə ictimai-siyasi həyatda böyük rol oynayıb. 2003-cü ildə prezident seçkilərində nisbi olsa da, əldə olunan birliyin səbəbindən İsa Qəmbər seçkini udaraq qələbə qazandı. Ancaq onun səsini oğurladılar. Bu təcrübə həmdə göstərdi ki, müxalifətin böyük birliyi olmadan müxalifətdən olan namizəd qalib gələ bilər, amma bu seçkilərin nəticəsini reallaşdıra bilmək gücündə olmaz. Odur k, bizim fikrimizcə, səslərin qorunmasına ancaq müxalifətin geniş birliyi nail ola bilər.
- Vahid namzəd ideyası nədən vahd komanda yaratmağa deyil, nifaqa səbəb olur?
- Bu haqda mən 2012-ci ildə qeyd etmişdim. Fikrimcə, vahid namizədin nifaq yaratması situasiyasından qaçmaq mümkündür. Bunun üçün müxalifət qüvvələri birləşib vahid platforma yaratmalıdır, vahid seçki qərargahı olmalıdır. Vahid seçki qərargahı bir neçə namizəd irəli sürə bilər.Seçki qərargahının tərkibində ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə monitorinq qrupu, habelə “exitpoll” yaradıla bilər. Namizədlər də seçki qanunvericiliyinin imkan verdiyi şəkildə platformalarını elan edə bilərlər. Bu zaman onlar televiziyada, mətbuatda və kütləvi aksiyalardan maksimum istifadə etməlidirlər. Bu həmdə platformanın insanlara çatdırılması baxımından vacib olar. Nəticədə 1 ay müddətinə platformalara beyn hücumu edilər və namizədlər də sübut etməyə çalışırlar ki, doğurdanda seçiləcək prezident ölkəyə müsbət çeyllər gətirə bilər. Seçkilərə 10 gün qalanda isə namizədlər bir yerə toplanır. Və monitorinq qrupunun nəticəsinə görə, bu dövr ərzində hansı namizəd daha çox səs toplayıbsa hamı onun xeyrinə güzəştə gedir və onu dəstəkləyir. Əlbəttə ki, bu prezident 2 il müddətinə seçilə bilər və iki ildən sonra ölkədə əsl demokratik seçkilər keçirilsin. Mənim fikrimcə, Milli Şura yaranandan sonra vahid namizəd məsələsini həll edə bilməsə belə, vahid seçki qərargahı yaradaraq namizədləri vahid platforma ilə seçkiyə buraxmağa nail olmalıdır. Bu halda müəyyən perspektivlər yarana bilər.
- Hakimiyyət güclüdür, xaricdən dəstəyi var, daxildə repressiyalar həyata keçirir. Bunun qarşılığında müxalifətin birləşməsi hansı şanslar yarada bilər ki?
- Gəlin məsələyə başqa prizmadan yanaşaq: Birlik əldə olunmasa heç nə olmayacaq. Bu birmənalıdır. Birlik onun üçündür ki, insanlar bir qüvvənin arxasınca getsin. Odur ki, bizim vaxtımız çox daralır. Mən iddia eləmirəm ki, müxalifət birləşsə, hökmən nəsə olacaq. İndi ölkədə ciddi narazılıq var və bunu hakimiyyətin apardığı siyasət yaradıb. Etirazların ifadə forması isə seçkilərdir. Belə olan halda seçkinin nəticəsində qazanılan qələbəni əldə saxlayacaq qüvvə olmalıdır. Əgər müxalifət bir yerdə olsa xalq onun arxasınca gedəcək. İkincisi, bu zaman imkan olacaq ki, hakimiyyətin seçki saxtakarlığının qarşısı mümkün qədər alınsın. Odur ki, birlik olsa şanslar da çoxalacaq. Əlbəttə, biz yadda saxlayırıq ki, iqtidarın seçki saxtalaşdırması təcrübəsi var, kürü diplomatiyası əsasında xaricdə özlərinə havadarlar tapıblar və s. Biz bunları qeyd edirik. Amma müxalifət birləşməsə, heç bir iş də olmayacaq. Odur ki, Milli Şura bu baxımdan son şansdır.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müxalifət bir yerdə olmasa, xalqda onların yanında olmayacaq

    Müxalifət bir yerdə olmasa, xalqda onların ...

    11-03-2013, 09:11

  • 
  • Milli Şura sabah toplanır

    Milli Şura sabah toplanır ...

    21-01-2014, 17:43

  • 
  • “Park İnn” “İctimai Forum”dan imtina etdi

    “Park İnn” “İctimai Forum”dan imtina etdi ...

    22-01-2013, 10:20

  • 
  • “İctimai Palatanın fəaliyyətinə xitam veriləcək”

    “İctimai Palatanın fəaliyyətinə xitam veriləcək” ...

    6-11-2013, 17:36

  • 
  • Real müxalifətin  gerçək ünvanı İctimai Palatadır

    Real müxalifətin gerçək ünvanı İctimai Palatadır ...

    30-12-2012, 11:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (279)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu