GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Müxalifət bir yerdə olmasa, xalqda onların yanında olmayacaq

Müxalifət bir yerdə olmasa, xalqda onların yanında olmayacaq

Tarix: 11-03-2013, 09:11 Bölmə :Müsahibə Baxış: 797
Müxalifət bir yerdə olmasa, xalqda onların yanında olmayacaq

Vidadi Mirkamal:
“2013-cü il Azərbaycan tarixində xüsusi
əhəmiyyəti olan prezident seçkiləri ilidir”


Suallara İctimai Palatanın Koordinasiya Şurasının üzvü, ədliyyə generalı Vidadi Mirkamal cavab verib. Müsahibimiz əsasən müxalifət düşərgəsində birlik istiqamətində aparılan danışıqlar, ədə olunan nəticələr və bundan sonra atılacaq addımlar haqqında danışıb.
- Vidadi müəllim, son aylar müxalifət partiyalarının bir arada olması üçün intensiv danışıqlar aparmısınız. Seçkilərə az müddəq qaldığı bir ərəfədə real müxalifət birləşmək istəyirmi?
- Siz də bilirsiniz ki, bizim təşəbbüsümüzlə seçki mütəxəssisləri və hüquqşünaslar memorandum layihəsi hazırladı. Həmin sənəddə Azərbayanda seçki öncəsi demokratik mühitin yaradılması, namizədlərə bərabər imkanların tanınması kimi müddəalar əks olundu. Bununla da, biz cəmiyyətə mesaj göndərdik. Sonradan bu memorandumu ölkənin yetmişdən çox tanınmış ziyalısı, ictimai xadimi, QHT rəhbəri imzaladı. Eləcədə 12 siyasi partiya sədri bu sənədə imza atdı. Bu partiyalar Azərbaycanın ictimai siyasi həyatında mühüm rol oynayan, seçki mühiti və ölkənin demokratikləşməsi uğrunda mübarizə aparan siyasi təşkilatlardır. Əslində qalanda bu partiyalar o təşkilatlardır ki, Azərbaycan xalqı onları bir arada görmək istəyir. Biz nəhayətdə yanvarın 25-də həmin şəxsləri bir araya gətirə bildik və onlar birlikdə bu sənədi imzaladılar və qərara alındı ki, funksional əməkdaşlığa başlanılsın. Amma sizdə bilirsiniz ki, 2013-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyəti olan prezident seçkiləri ilidir. Bu ildə əgər müxalifət bir araya gəlməsə, ümumi məqsəd uğrunda bir yerdə olmasa, xalqda onların yanında olmayacaq. Çünki bu illər ərzində müxalifət kifayət qədər səhvlərə yol verib və eyni zamanda xalqdan ayrılıb. Bizim məqsədimiz budur ki, sözügedən siyasi partiyaları bir araya gətirək və vahid platforma, vahid seçki qərargahı, vahid komanda və namizədlə seçkiyə gedək. İndiki halda biz bu məqsədə nail olmaq üçün fəaliyyətimizi intensiv şəkildə davam etdiririk. Amma hələ ki, seçkiyə az qalır və bu istiqamətdə çabalar yetərincə nəticə vermir.
- Hazırda müxalifətin bir platformada birləşdirilməsi üçün aparılan danışıqlar prosesində sizdən savayı kimlər iştitak edir?
- Hacıbaba Əzimov, Rafiq Əliyev, Cəmil Həsənli və mən bu prosesdə iştirak edirik. Adını çəkdiyim bu insanlar Azərbaycan cəmiyyətində kifayət qədər tanınan ziyalılardır. Biz qərara gəldik ki, bir daha həmin partiyalarla danışıqlar aparaq və onlara bir daha izah edək ki, 2013-cü ildə ayrı-ayrılıqda və ya 2-3 partiyanın birgə seçkilərə getməsi heç bir nəticə verməyəcək. Biz bu istiqamətdə xeyli danışıqlar aparmışıq. Hacıbaba Əzimovun təşəbbüsü ilə ümumixalq demokratik hərəkatı adı altında bu danışıqlar hazırda da davam etdirilir. Onu da deyim ki, biz xeyli insanı bir araya gətirmişik.
- Rüstəm İbrahimbəyov bu prosesdə iştirak edirmi, nəzərə alın ki, onun da birliklə bağlı təklifləri olub?
- Rüstəm İbrahimbəyovun Azərbaycan cəmiyyətinə iki mesajı olub. Bu mesajlardan biri ondan ibarət idi ki, “EL” Hərəkatı adlı böyük bir hərəkat gəlir və bu hərəkatda ictimai-siyasi təşkilatlar, QHT-lər, ziyalılar, passiv insanlar birləşərək elliklə seçkilər prosesində iştirak olunacaq. Sonradan isə bəlli oldu ki, Rüstəm müəllim bu təklifi səsləndirərkən çox irəliyə gedib. Yəni El Hərəkatı əslində politoloq Eldar Namazovun başçılığı altında yaranan bir hərəkatdır. Əlbəttə ki, biz belə bir hərəkatın yaranmasını alqışlayırıq. Əslində qalanda indiki halda ictimai-siyasi proseslərə təsir etmək gücündə olan müxalif blokların yaranması yaxşı haldır. Ancaq bu İbrahimbəyovun cəmiyyətə ötürdüyü mesaja adekvat olan hərəkat deyil. Məlum oldu ki, “El” Hərakatında heç də cəmiyyətin bütün təbəqələrinin iştirakçılığı yoxdur. İkinci mesaj isə bu idi ki, 50 nəfərdən ibarətt Milli Şura yaradılsın, burada vahid namizəd müəyyən etsin, müxalifət seçkiyə vahid komanda ilə getsin. Ancaq təəssüflə deyim ki, hələlik bu mesajın da konturları görünmür. Rüstəm müəllim, həmdə Azərbaycana gəlməkdən imtina edə bələcəyi həddə bir müsahibə verib. Və müəyyən mənada ümidləri bir balaca zəiflədib. Bütün bunların fonunda biz danışıqlar aparıb müxalif qüvvələri bir platformada birləşdirməyə çalışırıq. Açığını deyim ki, bu qüvvələrin bir araya gəlməsi, namizəd irəli sürməsi heç işin yarısı deyil. Ona görə ki,qarşıda insanları bir araya gətirmək, xalqla təmasa girmək, xalqı buna hazırlamaq kimi çətin vəzifə durur. Odur ki, mənim fikrimcə, ziyalılar, müxalifət,QHT və ictimai xadimlər bir araya gəlməsə nəsə eləmək mümkün deyil. Məhz bunu nəzərə alaraq biz birliyin əldə olunması üçün çabalarımızı davam etdiririk. Ümid edirəm ki, biz yaxın müddətdə birliyin əldə olunmasına dair cəmiyyətə pozitiv mesaj verə biləcəyik.
- Deyirsiniz ki, uğur əldə etmək üçün hökmən birlik əldə olunmalıdır, birlik olmasa uğur da olmayacaq. Bəs bunu danışıq apardığınız siyasi partiya rəhbərləri bilmirmi, bilirsə niyə birləşmir, bilmirsə niyə siyasətlə məşğul olur?
- Demokratik müxalifət eyni rəngdə və eyni konturda olan düşərgə deyil. Yəni başqa ölkələrdə və xalqlarda müxalifət deyəndə həmdə vahid qüvvə göz önünə gəlir. Azərbaycanda isə müxalifət kifayət qədər dağınıq olan, hərəsinin bir məqsədi olan qüvvələr toplumu göz önünə gəlir. İndiki situasiyada bu qüvvələrin bir araya gəlməsi xalqın istəyi və soasial sifarişdir. Amma onların bir araya gəlməsi heç də hər şeyin əldə olunduğu anlamını da vermir. Çünki son 20 ildə müxalifətlə xalq bir-birindən ayrılıb, müxalifət xalqla işləməyi yadırğayıb. Hər müxalifət partiyasının bir məqsədi var. Bütün bu qüsurları deməklə bərabər hesab edirəm ki, 50 partiyanın belə bir araya gəlməsi cəmiyyətə heç nə verməz. Əsas odur ki, müxalifət partiyaları bir arada olsun və xalqla işləməyi bacarsın. Odur ki, siyasi partiyaların yanında ziyalıların, ictimai xadimlərin, QHT nümayəndələrinin olması ümumilikdə bu birliyi gücləndirə və xalqla təması genişləndirə bilər. Əgər biz xalqla təmasa getməsək heç nə əldə olunmaz. 2010-cu il seçkiləri göstərdi ki, seçicilərin 80-85 faizi seçkiyə maraq göstərmir. Əlbəttə rejimin apardığı siyasət insanları çox narazı salıb. Hesab edin ki, ölkədə 80 faiz narazı elektorat var, amma müxalifət ona sahiblənə bilməyib. Çünki birlik əldə olunmayıb. Hər bir partiyanın məsələlərə öz baxışı var. İndi biz çalışırıq ki, bu baxışları uzlaşdıraq. İkincisi, sirr deyil ki ki, bir sıra partiyalar gerçəkdən demorkatiya, insan hüquqları, xalqın firavanlığı uğrunda uzun illərdir ki, mübarizə aparırlar. Ancaq mübarizə yolu düz seçilməyib deyə, insanları öz sıralarına qoşa bilməyiblər. İndi elə bir mərhələdi ki, doğurdanda ölkənin taleyini dəyişmək, bu ölkəyə demokratiya gətirmək istəyən partiyaların nə dərəcədə səmimi olduğu birliklə bağlı aparılan danışıqların gedişi zalanı bəlli olacaq. Bu proseslərdə kimlər cığallıq edəcək, kimlər qaçacaq məsələsi dərhal görünəcək. Məhz bu səbəbdən də, bəzi müxalifət partiyaları bu prosesə əvvəlcədən mane olmağa çalışırlar. Bu mənada işimiz bir qədər çətindir, amma birliksiz də mümkün deyil. Son 20 ildə səmimi mübarizə aparan siyasi təşkilatlar güclərini birləşdirməlidir. Nəzərə almaq lazımdır ki, demokratik seçki mühiti olsaydı, bu zaman 3-4 partiyanın birləşib seçkilərə getməsi normal görünərdi. Əgər seçki sistemi dəyişməyibsə, azad seçkilər yoxdursa, bu halda müxalifətin namizədi hətta 80 faiz səs toplasa belə, Məzahirin qutusundan iqtidarın namizədinin adı çıxacaq. Bu mənada qüvvələrin bir arada olması vacibdir. İlk olaraq seçki mühitinin demokratikləşdirilməsi üçün ölkə daxilində ciddi istək olmalıdır, ikincisi, beynəlxalq təşkilatların rejimə təzyiqi lazımdır, üçüncüsü, insanlarda inamı bərpa eləmək vacibdir. İnsanlar dəyişikliyə inanmasa müxalifətin ətrafında birləşib seçkiyə inamla getməyəcək. Bax, bu üç şərt bir arada olanda uğur da olacaq. Odur ki, birinci mərhələdə qüvvələr birləşməlidir. Sonra isə digər vəzifələrin öhdəsindən gəlmək üçün ciddi addımlar atılmalıdır.
- Artıq gec deyilmi?
- Xeyr! Əlbəttə ki, indi bəzi dostlarımız deyir ki, artıq gecdir. Biz aprel ayına qədər bu birliyə nail olsaq, bundan sonra mübarizə aparmaq əzmi daha güclü olacaq. Sizdə bilirsiniz ki, seçki ilində hər an situasiya dəyişə bilər. Şəxsən mən, bir ziyalı olaraq bu ölkədə inqilabın baş verməsinin əleyhinəyəm. Ancaq insanlar narazıdırlar və ayrı-ayrı bölgələrdə insanların narazılığı üsyan formasında özünü göstərir. Bundan başqa, Azərbaycanda fərqli dövlətlərin maraqları var və bu maraqlar toqquşur. Üçüncüsü də, iqtidarın daxilində də müəyyən partlamalar meydana gəlir. Bunları qiymətləndirərkən müxalifətin birlik məsələsində gecikdiyini demək doğru olmazdı. Ancaq bundan sonra gecikmək lazım deyil. Əks təqdirdə Azərbaycan yenə də sülalənin hakimiyyəti altında inləyəcək.
- Deyirsiniz ki, Azərbaycanda böyük güclərin marağı var və bu maraqlar toqquşur. Buna görəmi prezident Saakaşvili Rusiyanın Azərbaycanda dövlət çevrilişi eləmək planında olduğunu deyir?
- Mən prezident Saakaşvilinin səmimiyyətinə inanmıram.
- Niyə?
- Saakaşvilinin öz ölkəsində vəziyyəti yaxşı deyil. İkincisi də, Saakaşvilinin Rusiya ilə ciddi problemləri var. Bu mənada Saakaşvilinin bəyanatı məndə “cəhənnəmə gedən özünə yoldaş axtarar” məsəlini xatırlatdı. Saakaşvilinin Azərbaycanla Rusiyanı üz-üzə qoyması bu konteksdə ola bilər. Həmdə Azərbaycan özünün mövqeyi və gələcəyə baxışını müəyyən etməlidir. Mən güman etmirəm ki, demokratik düşərgədə Rusiyanın belə oyunlarında iştirak etmək istəyən qüvvələr olsun. Əgər belə qüvvələr olacaqsa, onlar dərhal işfa ediləcək. Həmdə Azərbaycan xalqı belə qüvvələrin arxasınca getməz.Odur ki, cənab Saakaşvilinin bəyanatını ciddi qəbul etmirəm.
- Rusiya ölkəmizdə hansısa qüvvələrlə işləyirmi?
- Rusiyanın və ətrafda olan beynəlxalq güclərin kimlərləsə işləməyi istisna olunmur. Amma belə qüvvələr ortaya çıxıb özünü göstərmir ki, bizdə bunu görək. Bu məsələlər maydan sonra bəlli olacaq. İndi real qüvvə yoxdur ki, Rusiyanın oyunlarında iştirak etsin. “Milyarderlər ittifaqı”-nın isə ancaq səsi gəlir. Belə qüvvələr ortaya çıxsa dərhal onun məqsədi bilinəcək.
- Sizə elə gəlmirmi ki, Saakaşvilinin bəyanatından sonra hakimiyyət daxili qüvvələr İlham Əliyevin ətrafında birləşəcək, mərkəzdən qaçma meylləri dayandırılacaq və iqtidar monolit şəkildə prezident seçkilərinə gedəcək?
- Mən inanmıram ki, hər hansı bir müxalifət partiyası və ya ictimai təşkilat açıq formada Rusiyanın bu təxribatına getsin. Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəyində olduğunun konturları görünmür. Və nəhayət iqtidarın ağlı başında olsa müxalifətlə danışıga getməli, ölkənin gələcəyini müzakirə etməlidir. Əks təqdirdə təhlükə qalır. Çünki hakimiyyətin apardığı siyasət beynəlxalq rəydə onun nüfuzdan düşməsinə, daxildə isə böyük narazılığa səbəb olub.Eləcə də onun siyasəti elə hakim komandanın daxilində olan qüvvələri də narazı salıb. Odur ki, vəziyyət bizim düşündüyümüzdən də mütəkkəbdir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müxalifət birləşməsə perspektiv olmayacaq

    Müxalifət birləşməsə perspektiv olmayacaq ...

    2-05-2013, 02:34

  • 
  • “Park İnn” “İctimai Forum”dan imtina etdi

    “Park İnn” “İctimai Forum”dan imtina etdi ...

    22-01-2013, 10:20

  • 
  • İctimai Palatanın fəaliyyətinə xitam verilir

    İctimai Palatanın fəaliyyətinə xitam verilir ...

    8-05-2013, 11:56

  • 
  • Qərbdən müxalifətə vacib mesaj

    Qərbdən müxalifətə vacib mesaj ...

    18-12-2012, 13:23

  • 
  • Real müxalifətin  gerçək ünvanı İctimai Palatadır

    Real müxalifətin gerçək ünvanı İctimai Palatadır ...

    30-12-2012, 11:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (348)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu