GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycanda proseslər ciddiləşsə Ərdoğan da öz sözünü deyəcək

Azərbaycanda proseslər ciddiləşsə Ərdoğan da öz sözünü deyəcək

Tarix: 8-05-2013, 12:50 Bölmə :Müsahibə Baxış: 846
Azərbaycanda proseslər ciddiləşsə Ərdoğan da öz sözünü deyəcək
Asəf Quliyev: “Dünyanın demokratik kəsimi və xalq müxalifətin bir araya gəlməsini istəyir”

Suallara AXCP sədrinin müavini Asəf Quliyev cavab verib. Müxalifət təmsilçisi əsasən Türkiyə-Azərbaycan münasibətləri, AXCP-nin Türkiyədəki siyasi qüvvələrlə əməkdaşlığı, Azərbaycan iqtidarının anti Türkiyə mövqeyi, iqtidarın gələcək perspektivi, ölkə müxalifətinin bir araya gəlməsi istiqamətində aparılan danışıqların detalları və digər mövzulardan danışıb.

-Türkiyədə Cənubi Qafqaz regionunda əsas oyunçulardan biri hesab olunur. Bu mənada hakimiyyətə iddialı olan AXCP-nin beynəlxalq əlaqələri, xüsusilə Türkiyədəki siyasi qüvvələrlə münasibəti necədir?
- Ümumiyyətlə Yaxın və Orta Şərq regionunda Türkiyənin mövqeyi çox önəmlidir. Türkiyə geosiyasi mərkəz halına gələrək istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqaz regionunda xüsusi çəkiyə malikdir. Türkiyənin xüsusilə, Azərbaycan məsələsində rolu böyükdür. Biz bu məsələni xüsusi olaraq nəzərə alırıq. Çalışırıq Türkiyə ilə münasibətlər həm bir qonşu dövlət olaraq, həmdə qardaş ölkə kimi daima yüksək səviyyədə olsun, genişləndirilsin. AXCP həmdə bir siyasi qüvvə olaraq Türkiyə ilə əlaqələrini gücləndirmək haqqında düşünür və bunda maraqlıdır. Qeyd edim ki, bu məsələlərlə əlaqədar olaraq AXCP Ali Məclisinin sədri Həsən Kərimov Türkiyədə səfərdə olub. O, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasında danışıqlar aparıb, Böyük Millətlər Məclisində görüşlər keçirib. Əlbəttə ki, bunun müsbət tərəfləri olub. Ancaq uzun illərdir ki, Türkiyədə olan partiyalarla münasibətlər yüksək səviyyədə olmayıb. Türkiyənin Azərbaycana baxışında da müəyyən fərqli münasibətlər olub. Xüsusilə, enerji daşıyıcılarının Türkiyədən keçməsi, Azərbaycanın qardaş ölkə olduğunu nəzərə alaraq daxili siyasətimizə qarışmağa ehtiyatla yanaşılıb. Amma son zamanlar Türkiyədə media və mətbuat Azərbaycanda gedən prosesləri geniş şəkildə işıqlandırır, hakimiyyətdaxili ziddiyyətlərdən söhbət açır, İlham Əliyevin ofşor zonalarda olan mülklərini açıq şəkildə qeyd edir. Fikrimcə, bütün bunlar onu göstərir ki, Türkiyə Azərbaycanda gedən proseslərə əhəmiyyət verir və bu proseslərdən kənarda qalmaq istəmir. Sözsüz ki, biz bunu təqdir edirik. Həmçinin bizim mövqeyimiz belədir ki, Türkiyə-Azərbaycan münasibətləri gərginləşməməlidir. Baxmayaraq ki, Əliyev iqtidarı bu münasibətləri kəskinləşdirib. Sizdə bilirsiniz ki, Türk Şəhidliyində bayraq böhranını məhz bu iqtidar edib. Həmçinin “Wiklieaks” zamanı bəlli oldu ki, Azərbaycan digər ölkələrlə danışıqları zamanı Türkiyə haqqında heç də yüksək olmayan fikirlər söyləyib. Xüsusilə, İlham Əliyevin baş örtüyü və dini məsələlər, habelə enerji daşıyıcıları ilə bağlı müəyyən fikirləri olub. Bu Bakının Ankara ilə münasibətlərdə səmimi olmadığını göstərdi. Həmçinin biz Türkiyəni qardaş və strateji müttəfiq elan etdiyimiz halda onun əleyhinə mənfi fikirlər işlədirik. Bu cür hallar sözsüz ki, bizi üzür. Bu hallarla əlaqədar olaraq AXCP bir neçə dəfə bəyanatla çıxış edərək indiki hakimiyyətin Türkiyə ilə bağlı atdığı addımları sərt tənqid edib.
- Siz Ədalət və İnkişaf Partiyasına münasibətiniz necədir və bu partiyanın apardığı siyasətdən razısınızmı?
- Biz Ədalət və İnkişaf Partiyasının apardığı siyasi kursu diqqətlə izləyirik, habelə qardaş ölkədə baş verən proseslərlə maraqlanırıq. Belə düşünürük ki, Ədalət və İnkişaf Partiyasının atdığı addımlar Türkiyənin illərlə yığılıb qalan problemlərinin həllinə yönəlib. Ümid edirəm ki, bu addımlar öz nəticəsini verəcək. İstər Türkiyə konstitusiyasında edilən dəyişikliklər, istər daxildə gedən proseslər, yürüdülən siyasət Türkiyəni yeni dünya düzənində mövqeyini gücləndirəcək. Bu baxımdan biz Ərdoğanın apardığı siyasəti doğru hesab edirik. Həmçinin çalıırıq ki, Ədalət və İnkişaf Partiyası ilə əlaqələri gücləndirək. Sözsüz ki, indi Azərbaycanda önəmli bir dövr başlayır. Artıq bəllidir ki, Rusiya, İran, ABŞ, Avropa sanki mövqeləri açıb ortaya qoyur. Azərbaycanda hakimiyyət dəyişikliyinə sanki start verilmiş kimi görünür. Biz istəməzdik ki, qardaş Türkiyə bu proseslərdən kənarda qalsın. Əslində mən düşünmürəm ki, kənarda qalacaq. Ola bilsin ki, Türkiyə bu gün mövqeyini aşıq şəkildə ortaya qoymur, amma gələcəkdə proseslər ciddiləşsə Ərdoğan bu məsələlərə biganə qalmayacaq və öz sözünü deyəcək. Bizimdə marağımız var ki, qonşu dövlətlərlə doğru-dürüst münasibət qurulsun, əməkdaşlıq yüksək səviyyədə olsun. Ancaq eyni zamanda Türkiyənin Azərbaycanda önəmli rol oynamasının tərəfdarıyıq. Bu istiqamətdə də, AXCP qardaş ölkənin siyasi qüvvələri ilə müzakirələr aparmağın tərəfdarıdır.
- Ancaq Ankara ilə Bakı arasında həll olunmayan problemlər var. Xüsusilə, bizim iqtidar Türkiyə ilə viza sistemini aradan qaldırmır, eləcədə Nuru Paşaya burada abidə qoyulması məsələsi həll olunmur...
-Türk Ordusunun 1918-ci ildə Azərbaycana gələrək erməni qüvvələrinin qarğınlar törətməsinin qarşısını alması, Milli Hökumətin yaranması üçün ciddi tədbirlər görməsi, habelə paytaxtın Gəncədən Bakıya köçürülməsi kimi hallar bizim milli-mənəvi dəyərlərimizdir. Biz burada şəhid və qazi olan türk əsgərlərinin xatirəsini daima əziz tutmalıyıq. Xalqımızın daxilində Türkiyəyə və türk şəhidlərinə dərin sevgi və hörmət var. Təəssüflər olsun ki, indiki iqtidar prosesi başqa səmtə yönəltdi. Türk şəhidlərinin abidəsinə biganə yanaşmaq, Nuru Paşaya abidə qoyulmaması çox mənfi hallardır. Biz istərdik ki, Nuru Paşanın haqqı tanınsın, türk şəhidlərinin bu ölkədəki yeri bilinsin. Əlbəttə hakimiyyət başqa şeydir və indiki iqtidarın atdığı addımlar bütövlükdə Azərbaycan türklərinin addımı kimi qiymətləndirmək olmaz. İkincisi, bir neçə illərdir ki, Türkiyə Azərbaycanla viza rejimini birtərəfli şəkildə aradan qaldırıb. Bizə bəllidir ki, Azərbaycan hakimiyyəti türk vətəndaşlarının ölkəmizə sərbəst girişinin qarşısını alır və viza sistemini aradan qaldırmır. Bu da, mövcud hakimiyyətin Türkiyəyə münasibətinin bir göstəricisidir. Biz hesab edirik ki, bu problem həll olunmalı və qardaş Türkiyə ilə viza sistemi ləğv edilməlidir.
- Türkiyə-İsrail münasibətləri gərgin olduğu təqdirdə Bakı İsraillə münasibətlərini dərinləşdirir və Ankaranın marağını nəzərə almır. Sizcə, bu döru siyasətdirmi?
- İlk öncə qeyd edim ki, Azərbaycan-İsrail münasibətlərinin əsası 1992-ci ildə Əbülfəz Elçibəy tərəfindən qoyulub. Həmin vaxt normal münasibətlər tədricən yaradılırdı. Biz bu gün də İsraillə Azərbaycan arasında münasibətlərin normal olmasını müdafiə edirik. Bu münasibətlər daimi xarakter daşımalıdır. Amma bir məsələ də var ki, biz onu bilməliyik. Biz Mavi Mərməri olayına görə Türkiyəyə haqq qazandırırıq. Çünki heç bir ölkəyə yaraşmaz ki, humanitar yardım aparan insanları öldürsün. Biz son zamanlar İsrailin Türkiyədən üzr istəməsini də təqdir edirik. Bu iki ölkə arasında diplomatik münasibətlərin normallaşmasını, ziddiyyətlərin aradan qalxması üçün addımlar atılmasını müsbət dəyərləndiririk. Eyni zamanda da Türkiyənin atdığı addımları dəstəkləyirik. Həmçinin biz İsraillə müttəfiqliyin və yaxşı əlaqələrin qorunub saxlamasını məqbul sayırıq. Amma bəzi məsələlər var ki, biz onu unutmamalıyıq. Türkiyə bizim strateji müttəfiqimizdir. Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanması güclü Türkiyədən keçir. Türkiyə nə qədər güclü, beynəlxalq səviyyədə sözü keçərli olarsa, bizimdə müstəqilliyimiz və gələcəyimiz bir o qədər möhkəm olar. Bu baxımdan ən önəmli Türkiyədir və onun mövqeyini müdafiə edirik.
- Azərbaycan müxalifəti niyə birləşmir?
- Müxalifətin birləşməyi çox çətin prosesdir. Bəzən deyirlər ki, birləşin. Bu bir o qədər də asan məsələ deyil. Partiyaların hamısının bir araya gələrək bir müstəvidə mübarizə aparması ağır məsələdir. İstər dünyanın demokratik qüvvələri, istər beynəlxalq təşkilatlar olsun, istərsə də, Azərbaycan xalqının daxilindən gələn istək tələb edir ki, müxalifət bir araya gəlsin. Dünyanın bütün ölkələrində diktatura rejimindən demokratiyaya keçid zamanı əsas məsələ müxalifətin bir araya gəlməsindən keçib. Son 20 ildə keçirilən seçkilər zamanı da görmüşük ki, dünyanın demokratik kəsimi və xalq müxalifətin bir araya gəlməsini istəyib. Bu uzun illər baş verməyib. Ola bilsin ki, cəmiyyətdə siyasi aktivliyin zəif olunması görünsün, amma bu belə deyil. Partiyalar arasında müzakirələr həddən artıq gərgin gedir. Həm müxalifət, həmdə hakimiyyət daxilində hiss olunmasa da, sürətli və gərgin danışıqlar gedir.
- Nəyi nəzərdə tutursunuz?
- Azərbaycan hakimiyyətinin apardığı siyasətin nəticəsi olaraq iqtidar tam şəkildə beynəlxalq aləmdən təcrid olub. Əgər bu iqtidarı dünənə qədər Rusiya və İran müdafiə edirdisə, bu gün artıq iqtidar nəinki demokratik dünyanı, hətta İran və Rusiyanın da dəstəyini itirib. Son vaxtlar Ramiz Mehdiyevin İrana gedərək danışıqlar aparmasına təsadüfi yanaşmaq lazım deyil. Eləcədə başqa bir qrup Rusiyaya gedib və dəstək almaq istəyib. Bu göstərir ki, artıq hakimiyyət getmə reallığını qəbul edir və iqtidarı əldə saxlamaq məqsədilə gedib İran və Rusiya ilə danışıqlar aparır. Əlbəttə bu çətin prosesdir. Bu siyasi proseslərin açıq getmədiyi, qapalı şəkildə və gərgin getdiyinə dəlalət edir. Eyni zamanda müxalifət daxilində Milli Şura yaratmaq haqda danışıqlar gedir. Sözsüz ki, Milli Şura elan olunana qədər detallar açıqlanmır. Çünki detalların açıqlanması hansısa mərhələdə aparılan işin pozulmasına səbəb ola bilər. Bu danışıqların sonu olaraq mayın sonunda Milli Şura elan oluna bilər. Mən ümidvaram ki, mayda müxalifətin birliyinə nail olunacaq. Artıq seçkilər yaxınlaşır. Müəyyən dərəcədə cəmiyyətdə müxalifətin birləşməməsinə dair ictimai qınaq və ciddi tənqidlər var. Mənə elə gəlir ki, partiya sədrləri bunu nəzərə alaraq şəxsi iddialarından, qrup maraqlarından geriyə çəkilərək Milli Şuranın yaradılmasına tərəfdar olacaq. Sözsüz ki, bəzi şəxslər milli Şuraya alternativ olaraq kiçik bloklar yarada bilər. Amma bunlar effektiv deyil. Artıq Milli Şura formalaşma ərəfəsindədir. Düşünürəm ki, biz mayın sonunu gözləməliyik. Çünki bu zaman Milli Şuranın elan olunmasını eşidəcəyik.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin səbəblərini açıqlayıb

    Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin ...

    23-10-2013, 16:48

  • 
  • AXCP sədrinin müavini müxalifəti ittiham etdi

    AXCP sədrinin müavini müxalifəti ittiham etdi ...

    18-08-2014, 12:05

  • 
  • AXCP rəsmiləri Ağstafada həbs edildilər

    AXCP rəsmiləri Ağstafada həbs edildilər ...

    15-06-2013, 17:55

  • 
  • Gizli Qarabağ danışıqları başladı

    Gizli Qarabağ danışıqları başladı ...

    11-12-2012, 17:24

  • 
  • Asəf Quliyevdən Milli Şuraya sərt İTTİHAMLAR

    Asəf Quliyevdən Milli Şuraya sərt İTTİHAMLAR ...

    9-12-2013, 10:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu