GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Dövlət büdcəsinin bir hissəsi təbii fəlakət adı altında mənimsənilir

Dövlət büdcəsinin bir hissəsi təbii fəlakət adı altında mənimsənilir

Tarix: 8-05-2013, 12:57 Bölmə :Müsahibə Baxış: 687
 Dövlət büdcəsinin bir hissəsi təbii fəlakət adı altında mənimsənilir
Oqtay Gülalıyev: “Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitlərin əhəmiyyətli bir hissəsi mənimsənilir və bu vəsaitlərlə zəlzələyə aid olmayan yerlərdə FHN- nin rəbərliyində təmsil olunanan və digər yüksək dövlət məmurları üçün bahalı villalar, obyektlər və sosial- inzibatı binalar inşa olunur”
2012-ci ilin may ayında Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin bir ili tamam olub. Qeyd edək ki, zəlzələ ciddi dağıntılara səbəb olub. Nəticədə minlərlə ev dağılıb, zədələnib, infrostruktur alt-üst olub, minlərlə insan evsiz qalıb. Azərbaycan hökuməti zəlzələnin aradan qaldırılması üçün bir sıra addımlar atıb, Fövqəladə Hallar Nazirliyi (FHN) bu istiqamətdə tədbirlər həyata keçirib və hazırda bu proses davam edir. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən 420 milyon manat maliyyə ayrılıb.
Zəlzələ bölgəsində ictimai nəzarət də həyata keçirilir. Belə ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı monitorinqlər həyata keçirib, rəsmi srukturların gördüyü işlərlə maraqlanıb, habelə əhaliyə göstərilən xidmət diqqətə alınaraq hesabatlar hazırlayıb.
Zəlzələnin bir ilinin tamamında “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev suallarımıza cavab verərək bu dövrdə bölgədə baş verənlər, görülən işlər və nöqsanlar haqqında danışıb.
- Oqtay bəy, bir il əvvəl Zaqatalada zəlzələ baş verdi, təbii fəlakət nəticəsində minlərlə ev dağıldı, yararsız hala düşdü. Bir il sonra bu təbii fəlakət və onun verdiyi ziyan haqqında nə demək olar?
- 2012-ci il, mayın 7-də Qax-Zaqatala bölgəsində baş verən zəlzələ böyük dağıntılara səbəb olub. Həm fərdi yaşayış evlərinə, həm inzibati binalara, həm də ictimai obyektlərə ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təxminən 6 minə yaxın ev qəzalı vəziyyətə düşüb. 5 minə qədər evin isə bərpa-gücləndirməyə ehtiyacı olduğu bildirildi. Görülən işlərlə bağlı FHN-in verdiyi məlumata görə, aradan keçən bu müddətdə 3341 ev tikilərək istifadəyə verilib. Eləcədə 17 milyon manat vəsait həcmində insanlara kompensasiya paylanılıb. Bu vəsaitlər nağdı şəklində daha çox bərpa-gücləndirməyə ehtiyacı olan mənzillərin sahiblərinə verilib. Bu müddət ərzində 26 orta məktəb tikilərək istifadəyə verilib. Bu işlər-Qax, Zaqatala, Balakən və Şəki rayonlarında həyata keçirilib. Bütün bunlar FHN tərəfindən verilən rəsmi məlumatdır.
- Bəs sizin monitorinq bu məlumatları doğruluğunu təsdiq edirmi?
- Biz hesab edirik ki, bunlar müəyyən qədər şişirdilmiş rəqəmlərdir. Yəni bu o qədər də həqiqəti əks etdirmir. Bu bir il ərzində biz Kür Vətəndaş Cəmiyyəti Qərargahı olaraq bölgəyə dəfələrlə səfər edərək monitorinqlər həyata keçirmişik və hazırda tərəfimizdən bu proses davam edir. Bizim apardığımız monitrorinq zamanı bir sıra problemlər meydana çıxdı. Bilirsiniz ki, biz bu müddət ərzində vaxtaşırı hesabatlar açıqlamışıq. Yerli mənbələrin verdiyi məlumatlar, eləcə də apardığımız araşdırmalar göstərir ki, FHN-nin iddia etdiyi sayda mənzillər tikilməyib. Eləcə də görülən işlərin həcmi bu istiqamətdə ayrılan və sait və itirlən zamanla müqayisədə adekvat deyil. Əslində bir il böyük müddətdir. Nəzərə alın ki, bu müddətdə zəlzələ bölgəsində nəticələrin aradan qaldırılması üçün 420 milyon manat vəsait ayrılıb. Bu çox böyük vəsaitdir. Amma buna baxmayaraq görülən işlər çox azdır. Mən sizə adicə misal deyim. 2011-ci ildə qardaş Türkiyənin Van şəhərində zəlzələ baş verdi. Bu zaman hökumət Van şəhərinin yenidən tikilməsi üçün öz üzərinə 2 il müddət öhdəlik götürdü, amma 10 ay müddətinə bu işlərin böyük bir hissəsi yerinə yetildi. Bu işlərin həyata keçirilməsi üçün 150 milyon dollar (130 milyon manat civarında) xərcləndi. Bu vəsaitlə bütün infrastrukturla birlikdə , məscidlərdən tutmuş məktəblərə qədər 18 minə yaxın ev tikildi. Təsəvvür edin ki, bu nə qədər böyük iş deməkdir. Vana ayrılan vəsait Zaqatala ilə müqayisədə üç dəfə azdır, amma tikilən evlərin sayı isə beş dəfə çoxdur. Bu bir il müddətinə Türkiyədə həyata keçirilən işlərin miqyasıdır. Amma Azərbaycan hökuməti bəyan edir ki, ölkədə analoqu olmayan inkişaf var, böyük tikinti-quruculuq işləri gedir. Əslində bu belə deyil. Əksinə, biz görürük ki, Azərbaycanda analoqu olmayan korrupsiyanın çiçəklənməsi və dövlət büdcəsinin talan edilməsi var. Sadaladığımız rəqəmlər də buna misal ola bilər. Bizim apardığımız araşdırmalara görə, 420 milyon manat vəsaitin əhəmiyyətli bir hissəsi korrupsiyaya uğrayıb və hazırda bu proses davam edir. İşlərin tempi aşağıdır, tikilən evlərin keyfiyyəti ayrılan maliyyəyə adekvat deyil, evlərin tikilməsində ciddi problemlər var. Təsəvvür edin ki, bu günə qədər zəlzələ bölgəsində işləyən podaratçı təşkilatların kimliyi ictimaiyyətə məlum deyil. Yəni bu vəsaitləri hansı podaratçı təşkilatların həyata keçirildiyini ictimaiyyət bilmir. FHN-in bunu sanki ölkənin ən ciddi sirri olaraq saxlayır. Təsəvvür edin ki, dövlət büdcəsindən ayrılan vəsaiti xərcləyən təşkilatların adı açıqlanmır. Əslində bu heç bir qanuna sığmır. Burada söhbət dövlət büdcəsindən ayrılan vəsaitdən gedir və onu xərcləyən təşkilatın adı açıqlanmalıdır. FHN-in bu podaratçı təşkilatların adını gizli saxlamasının səbəbləri şəxsən bizə bəlli deyil. Bizim göndərdiyimiz rəsmi sorğuya bu günə qədər FHN cavab vermir və bu təşkilatların adlarını bizə təqdim etmir. Apardığımız araşdırmalara görə bu şirkətlərin böyük əksəriyyəti başda Gilan Holdinq, Azər- Trans olmaqla əksəriyyəti FHN rəhbərliyinə, onların qohumlarına, eləcə də digər vəzifəli şəxslərə məxsusdur. Təssüf və dəhşət doğuran haldır ki, dövlət büdcəsindən ayrılan milyon manatların xərclənməsi etibar olunan bu şirkətlərin fəaliyyəti çox qaranlıqdır. Həmin şirkətlərin əksəriyyətinin rəhbəri, işçi heyyəti, iş mexanizmləri, əvvəlki fəaliyyətləri məlum deyil, internet resurları yox səviyyəsindədir. Əksər hallarda zəlzələ bölgəsində tikinti işlərini FHN tərəfindən tendersiz əldə edən bu şirkətlər işi özləri görmür, lazımi mənfəətlərini götürüb işi digər pordatçı təşkilatlara ötürürlər. Bəzən bu “ötürmə” əməliyyatı 4- 5 əl dəyişir. İkincisi, böyük korrupsiya əməliyyatı evlərin tikintisi zamanı həyata keçirilir. Təsəvvür edin ki, FHN-in rəsmi məlumatına görə, bir evin tikintisinin bir kvadratmetri 500-600 manata başa gəlir. Bizim araşdırmalarımız isə göstərir ki, Zaqatalada evlərin tikintisinin bir kvadratmetri 600 manatdan da yüksəkdir. Bu böyük rəqəmdir və reallığı əks etdirməyərək korrupsiyadan xəbər verir. Çünki hazırda Bakının Yeni Yasamal və Sabunçu ərazisində evlərin kvadratını 380-480 manat civrında almaq mümkündür. Həm də nəzərə alın ki, Bakıdan fərqli olaraq Zaqatalada evlərin tikintisi üçün torpaqlar havayıdır, inzibati müdaxilə yoxdur, dövlət layihəsi olduğundan rüşvət tələb edilmir, işçi qüvvəsi isə ucuzdur. Bu müqayisəni götürəndə vətəndaşlar üçün tikilən yeni evlərin kvadratmetrinin 600 manata başa gəlməsi nəhəng korrupsiya əməliyyatından xəbər verir. Mən hətta deyərdim ki, bu cinayətdir. Çünki dövlət vəsaitinin açıq şəkildə mənimsənilməsi prosesi gedir. Təəssüflər olsun ki, aidiyyəti qurumlar dəfələrlə etdiyimiz müraciətlərə, habelə problemi ictimai müzakirəyə çıxarmağımıza baxmayaraq ciddi ölçü götürməyiblər.
- Bəs zəlzələ nəticəsində ziyan çəkən insanların bütün bunlara münasibəti necədir?
- Əlbəttə ki, yerli insanların bütün bunlara münasibəti müsbət deyil. Nəyə görə? Ən əsası ona görə ki, bizə kifayət qədər müraciətlər olub. Biz bəzi müraciətlərlə bağlı məhkəmə iddiaları hazırlamaq haqqında düşünürük. İnsanlar daha çox onlara qarşı edilən ayrı seçkilikdən gileylənirlər. İnsanlar qeyd edirlər ki, onlara qarşı edilən ayrı seçkilik korrupsiya müqabilində edilib. Belə şikayətlər var. Həm də işlərin ləng getməsi səbəbindən zəlzələdən ziyan çəkən insanların bir qismi qışı çadırlarda, ictimai binalarda, kirayələrdə, hətta taxta- şalbandan tikilən uçuq daxmalarda məskunlaşaraq keçirməli oldular. Bu insanlara pis təsir etdi. Həm də insanlar zədə alan evlərinin bərpa-gücləndirmə işləri üçün verilən kompensasiyadan narazıdırlar. Bizim araşdırmalara görə, FHN zəlzələ bölgəsinə cəlb etdiyi podratçı şirkətlərə evin tikilməsi üçün kvadratmetri 600 manatdan yuxarı məbləğ ödədiyi təqdirdə, bərpa-gücləndirmə üçün insanlara birbaşa verilən kompensasiyanın kvadratmetri 34-40 manatdır. Birinci halda pul FHN rəhbərliyinə məxsus və ya yaxın olan tikinti şirkətlərinə verilir, ikinci halda konpensasiya birbaşa vətəndaşa verildiyi üçün onun miqdarı azdır. Bu da insanlar arasında ciddi narazılıq yaradır. Onlar deyirlər ki, bu pulla evi bərpa edə bilməzlər. Ona görə də, narazı insanlar bildirir ki, pulu özünüz götürün və gəlin evlərimizin bərpa-gücləndirmə işini özünüz həyata keçirin.
- FHN yeni tikilən evlərin hər kvadratmetrinə görə, tikinti şirkətlərinə 500-600 manat pul ödəyir. Olmazmı ki, korrupsiyanın qarşısını almaq üçün bu maliyyə birbaşa vətəndaşın özünə ödənilsin və ziyan çəkmiş şəxs də özü üçün mənzil tiksin...
- Biz bununla bağlı təşəbbüs irəli sürmüşük. Bu haqda hələ Kür daşqınları baş verəndə fikir səsləndirmişdik. O zaman hökumət nümayəndələri də qeyd edirdilər ki, bu maliyyə birbaşa insanlara veriləcək ki, özləri mənzillərini tiksinlər. Zaqatalada da zəlzələ baş verəndə dedilər ki, zərər çəkən şəxslərə birbaşa pul yardımı ediləcək ki, öz mənzillərini tiksinlər. Amma bu baş vermədi. Əslində təcrübəyə görə, dövlət vətəndaşına can yandırırsa ona vəsait ödəməli və həm də nəzarət etməlidir ki, şəxs mənzilini tiksin. Amma bizdə bunu etmirlər. Görünən budur ki, son 3 ildə baş verən fəlakətlər bir sıra nazirliklərə və dövlət məmurlarına əlavə qazanc gətirir. Onlar təbii fəlakətə qazanc kimi baxırlar. Çox dəhşətli haldır ki, bir sıra qurumlar və vəzifəli şəxslər varlanmaqlarını və xöşbəxtliklərini digər insanların bədbəxtliyi üzərində qururlar. Bu fəlakətlərdən özlərinə qazanc mənbəyi kimi baxılır. Son 3 ildə bu artıq öz təsdiqini tapıb.
- Hökumət qurumları bu məsələdə ictimai nəzarəti yerinə yetirən bir qurum kimi sizinlə əməkdaşlıq edirmi?
- Təəssüf doğuran haldır ki, bu müddət ərzində FHN Kür Vətəndaş Cəmiyyəti Qərargahı ilə normal əməkdaşlıq etməyib. Baxmayaraq ki, biz vətəndaş cəmiyyəti təmsilçisi olaraq aidiyyəti qurumlarla problemin həlli üçün əməkdaşlıq və dialoqa üstünlük vermişik. Lakin FHN hər zaman bu əməkdaşlıqdan qaçıb və bir növ vətəndaş cəmiyyəti institutlarına kölə kimi baxmağa üstünlük verib. Təbii ki, bu bizim tərəfimizdən qəbulolunmazdır. Çünki biz əməkdaşlığı bərabərhüquqlu və problemlərin həllinə uyğun şəkildə görürük. Lakin FHN məsələlərə formal yanaşır. Odur ki, bizim əməkdaşlığımız yox səviyyəsindədir. FHN bizim son sorğumuzu da indiyə qədər cavablandırmayıb.
- Bu gün zəlzələ bölgəsində 3 otaqlı mənzilin neçəyə tikilib başa gəlməsi haqqında sizdə konkret rəqəm varmı?
- Biz Kür daşqınları ilə əlaqədar FHN-ə bundan öncə göndərdiyimiz sorğuda bu suallara müəyyən mənada cavab tapa bilmişdik. Bunu da məhkəmə müstəvisində nail olmuşduq. Bu zaman bəlli olmuşdu ki, iki otaqlı evin tikilməsi 42 min 900 manta başa gəlir. Üç otaqlı mənzil tikilməsi 52 min manata, 4 otaqlı isə 60 min manatdan yüksək rəqəm edirdi. Bu əlbəttə ki, fantastik rəqəmlərdir. Qax-Zaqatala zəlzələ bölgəsində evlərin tikintisinin maya dəyəri haqqında sualımıza isə cavab verilməyib. Amma bizə daxil olan informasiyaya görə zəlzələ bölgəsində evlərin tikintisi üçün kağız üzərində yazılan rəqəmlər çox böyükdür. FHN əməkdaşlarının bu yaxınlarda ANS və İctimai Televiziyanın kanalında açıqladıqları məlumatlar, eyni zamanda apardığımız araşdırmalar göstərir ki, burada böyük vəsaitlər silinir. Sizə maraqlı fakt deyim. FHN bu ilin yanvarın 7-də bəyan etdi ki, xərclənmiş 340 milyon manata vəsaitin 252 milyonu evlərin tikilməsinə sərf edilib və hmin zaman qeyd olunurdu ki, 2984 ev tikilərək istifadəyə verilib. Bir evə çəkilən xərci tapmaq üçün 252 milyon manatı 2984-ə böləndə məlum olur ki, bir evin tikilməsinə orta hesabla 84 min 400 manat xərclənib. Yox 252 milyon manatı hətta ümumi tikilməkdə olan 3545 evin sayına böldükdə 71 min manat edir. Belə çıxır ki, Zaqatalada bir evin tikilməsinə orta hesabla təxminən 100 min dollar xərclənir. Bu absurd rəqəmdir, sırf korrupsiya faktıdır. Bu gün 100 min ABŞ dollarına nəinki Bakıda, hətta Avropanın paytaxt şəhərlərində ev almaq mümkündür. Bu bir daha göstərir ki, dövlət büdcəsinin bir hissəsi fəlakət əməliyyatları vasitəsi ilə mənimsənilir.
- Hal- hazırda “Kür” Cəmiyyəti bu istiqamətdə hansı işlərlə məşğuldur?
- Biz hazırda Zaqatala bölgəsində monitorinqlərə başlamışıq və növbəti hesabatın hazırlanmasına start vermişik. Hesabat bölgədə tikinti işlərinə cəlb edilmiş şirkətlərin qeyri- şəffaf fəaliyyəti, evlərin tikintisinə ayrılan konkret vəsaitlərin həcmi, smeta dəyəri, bu vəsaitlərin xərclənməsində yol verilən korrupsiya faktları, Kür daşqınları və zəlzələ ilə bağlı ötən 3 il müddətində ayrılmış ümumilikdə 1, 1 milyard vəsaitin hara, necə xərclənməsi, vətəndaşları narahat edən problemlər və s. barədə olacaq. Bizdə kifayət qədər məlumatlar və faktlar var ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitlərin əhəmiyyətli bir hissəsi mənimsənilir və bu vəsaitlərlə zəlzələyə aid olmayan yerlərdə FHN- nin rəbərliyində təmsil olunanan və digər yüksək dövlət məmurları üçün bahalı villalar, obyektlər və sosial- inzibatı binalar inşa olunur. Biz Qax- Zaqatala zəlzələsi ilə bağlı, eləcə də son 3 ildə FHN- nin xətti ilə xərclənən 1 milyard vəsaitin xərclənməsində yol verilən korrupsiya faktlarının toplayıb Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim etməyə hazırlaşırıq. Eyni zamanda fəlakətlər adı altında vəsaitlərin mənimsənilməsinə ictimai diqqəti yönəltmək və bu prosesə etiraz məqsədilə bir sıra ictimai kampaniyalara da başlamaq niyyətindəyik.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəmaləddin Heydərovdan 1 milyard dolların hesabı sorulur

    Kəmaləddin Heydərovdan 1 milyard dolların hesabı ...

    21-04-2013, 13:31

  • 
  • Türkiyədə daha bir zəlzələ

    Türkiyədə daha bir zəlzələ ...

    27-05-2014, 10:42

  • 
  • Ramiz Mehdiyevdən Zaqatala etirafı

    Ramiz Mehdiyevdən Zaqatala etirafı ...

    12-02-2013, 10:01

  • 
  • Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat hazırlanır

    Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat ...

    26-12-2012, 13:05

  • 
  • Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat hazırlanır

    Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat ...

    26-12-2012, 12:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu