GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Donald Trampın özünə deyil, komandasına diqqət etmək lazımdır”

“Donald Trampın özünə deyil, komandasına diqqət etmək lazımdır”

Tarix: 15-12-2016, 00:16 Bölmə :Müsahibə Baxış: 537
“Donald Trampın özünə deyil, komandasına diqqət etmək lazımdır”

Sülhəddin Əkbər: “Hakimiyyət daxilində sistem böhranı yaşanır”

-Yanvardan fəaliyyətə başlayacaq yeni ABŞ prezidenti Donald Trampın komandası artıq müəyyən olunur. İlkin təəssüratınız necədir?

- Son zamanlar Ağ-Ev və Konqresdən gələn açıqlamalar bizim Tramp məsələsinə daha ehtiyatla yanaşmağımızı tələb edir. Bildiyiniz kimi ABŞ prezident Obama Rusiya xüsusi xidməti və ona bağlı xakerlərin ABŞ-da keçirilən seçkiyə müdaxiləsini araşdırmaq üçün göstəriş verib. Eyni zamanda Con Makkeyn başda olmaqla bir sıra konqresmenlərin Konqresdə bu araşdırmanı aparmaq üçün müstəqil təkliflərlə çıxış edib. ABŞ-da irəlidə nələrin olacağını daha konkret söyləmək üçün bir qədər gözləməyə ehtiyac var.
Trampın formalaşdırdığı komandaya gəldikdə isə burada həm Rusiyaya qarşı, həm də yaxın kadrlar var. Məsələn, general Metts Pentaqonun gələcək rəhbəri ola bilər. Bu şəxs Rusiyaya qarşı sərt mövqe tutur. Eyni zamanda dövlət katibi postuna “Ekson Mobil” neft şirkətinin rəhbəri Reks Tillersonun adı çəkilir. Bu şəxs dövlət katibi postuna əsas namizəddir və onun prezident Putinlə yaxın olması heç kim üçün sirr deyil. Həmçinin Rusiyaya yaxınlığı ilə seçilən Trampın müşavirləri var. Trampın İranla nüvə sazişinə, Transatlantik və Transbastik ticarət və investisiya tərəfdaşlığı sazişlərinə yenidən baxmaq fikirləri var. Bu seçkiqabağı vəd olaraq qalacaq, yoxsa gerçək siyasətəmi çevriləcək? Bunu bir qədər gözləmək lazımdır. Nəzərə alın ki, bu məsələlər həm də qlobal və regional təsirlərə malikdir. Bu məsələlər aydınlaşmayana qədər konkret məsələlər haqda danışmaq çətindir.

- Azərbaycan-Amerika münasibətlərindən gözləntiləriniz nədir?

- Məncə, burada iki məqamı nəzərə almaq lazımdır. Əvvəla, ABŞ böyük, təcrübəsi olan, institutlaşmış bir demokratiyadır. Burada siyasət bir adamın rəyi ilə formalaşmır. Əksinə, siyasətin formalaşmasında Senat, Nümayəndələr Palatası, Dövlət Departamenti, Pentaqon, enerji lobbiləri, kəşfiyyat xidmətləri ciddi rol oynayır. Təbii ki, burada şəxsiyyətin rolu var, amma Trampın şəxsiyyətinə baxdıqda məndə qeyri ciddi təəssürat yaranır. Məncə, yeni ABŞ prezidentinin özündən daha çox komandasına fikir vermək lazımdır. Mənə elə gəlir ki, sonda Tramp daha çox ABŞ daxili problemlərlə, iqtisadi məsələlərlə məşğul olacaq. Xarici, təhlükəsizlik, hərbi siyasətlə bağlı məsələlərdə Trampın komandasının daha çox rol oynayacağı, burada Konqresin, Pentaqonun, Dövlət Departamentinin, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin daha təsiri olacağını düşünürəm. Ümumiyyətlə Trampın açıqlamalarına ciddi əhəmiyyət verməyin tərəfdarı deyiləm, daha çox onun görəcəyi işlərə baxmaq lazımdır. Başqa sözlə, sehrli siyasətə diqqət etmək vacibdir. Biz təhlilləri Donald Trampın açıqlamaları üzərində deyil, onun həyata keçirəcəyi real siyasət üzərində aparsaq dəqiq nəticələrə gələ bilərik. Bu Azərbaycana olan münasibətə də aiddir.

- Hazırda bölgədə sanki qazan qaynayır. Məsələn, Türkiyədə terrorun ard-arası kəsilmir. Sizcə, bu prosesin görünməyən tərəfləri nədən ibarətdir və əsas oyunçular kimlərdir?

- Dünya getdikcə qloballaşır, qloballaşdıqca kiçilir, kiçildikcə də dövlətlər və millətlər arası əlaqələr daha həssas olur. Dünya qloballaşdıqca inteqrasiya səviyyəsi artır. Ona görə də, uzaq bir ölkədə baş verən hadisə belə Azərbaycana hansısa formada təsir edir.
İş ondadır ki, dünyada yeni düzən qurulur, geosiyasi və geostrateji qarşıdurma həlledici mərhələyə daxil olub. O cümlədən bizə qonşu olan Orta Şərqdə və yerləşdiyimiz postsovet məkanında. Bu mənada baş verənlər Azərbaycana təsirsiz ötüşmür. Bunun üzərinə ABŞ-Rusiya qarşıdurmasını, dünya bazarında neftin qiymətinin endirilməsi, Rusiyaya tətbiq edilən sanksiyaları nəzərə alsaq, bunun dolayısı yolla Azərbaycana təsirləri mövcuddur. Bunun da nəticəsində iqtisadi gərginliklər ortaya çıxır, maliyyə-iqtisadi böhran müşahidə edilir, idarəçilikdə problemlər görünür. İdarəçilik problemi MTN-də, Beynəlxalq Bankda, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, habelə bir müddət əvvəl Nəqliyyat Nazirliyində baş verən hadisələrdə özünü göstərdi. Biz artıq qeyri-müəyyənlik dövrünə daxil olmuşuq. Üstəlik nəzərə almaq lazımdır ki, dünyada o cümlədən bizim ətrafımızda və postsovet məkanında geosiyasi qarşıdurma həlledici mərhələyə daxil olub. Bu hərbi-siyasi qarşıdurmanın da kəskinləşməsi ilə müşahidə ediləcək. Buna paralel olaraq hakimiyyət daxilində sistem böhranı yaşanır, hakimiyyət dünyada və daxildə baş verən proseslərə adekvat cavab verə bilmir. Buna görə də, vəziyyət ağırlaşır. Odur ki, yaxın 1-3 il ərazində dünyada, regionda gərginliyin artmasının şahidi olacağıq. Buna cəmiyyətimiz və dövlətimiz hazır olmalıdır.

Türkiyədə müşahidə olunan terror hadisələri haqda nə deyə bilərsiniz?

- Yeni dünya düzənini quranlar və buna qarşı çıxanlar məsələsi diqqətə alınmalıdır. Yeni dünya düzəni Amerikanın liderliyi ilə qurulur. Bu koalisiya daxilində ciddi fikir ayrılıqları var. Eyni zamanda yeni dünya düzəninə qarşı çıxanlar, buna müqavimət göstərənlər Rusiya ətrafında bloklaşır. Bu blok daxilində də ciddi fikir ayrılıqları və ziddiyyətlər var. Məsələn, Donald Tramp prezident seçildikdən sonra bu ziddiyyətlər bir qədər də açıq formada müşahidə olunmağa başlayır. Həm ABŞ-Avropa birliyi arasında, həm NATO daxilində, həm Avropa Birliyi daxilində, həm də Şanxay Əməkdaşlıq Təşkilatında. Bura Avrasiya İqtisadi İttifaqı çərçivəsində Belarus-Rusiya münasibətləri, Qazaxıstan-Rusiya münasibətlərini əlavə etmək olar. Dərindən baxdıqda dünyada yeni düzən, dövlətlərin öz maraqlarını yeni düzəndə inkişaf etdirilməsilə bağlı toqquşmalar baş verir.

- Bunun Türkiyəyə hansı aidiyyəti var?

- Əslində Türkiyə ətrafında və daxilində baş verən hadisələr bununla əlaqədardır. İstər yeni dünya düzəni qurmaq istəyənlər, istərsə də buna müqavimət göstərmək istəyənlər Türkiyənin müstəqil siyasət aparması ilə razılaşmırlar. Çünki Türkiyənin hər iki tərəflə maraqları toqquşur. Həm Rusiya və onun yaratdığı Orta Şərq Koalisiyası ilə, həm də ABŞ və onun yaratdığı Qərb Koalisiyası ilə. Bu baxımdan Türkiyə hər iki tərəfdən zərbə alır. Ona görə də, Türkiyənin böyüməsində, güclənməsində, ətrafında baş verən hadisələrə müdaxiləsində maraqlı olmayan hər iki tərəf Türkiyəyə gizli savaş açıblar.

- Konkret nəyi nəzərdə tutursunuz?

- Türkiyə vəkalət müharibəsinə cəlb edilib. Mən konkret olaraq Türkiyənin Suriya və İraqdakı hərbi fəaliyyətini nəzərdə tuturam. Həmçinin Türkiyə simmetrik savaşa cəlb edilib. Simmetrik savaş deyəndə mən Türkiyəyə qarşı aparılan terror savaşını nəzərdə tuturam.

Əslində gördülər ki, Türkiyənin iradəsini sındıra bilmirlər, onun siyasi rəhbərliyinin fikrindən döndərmək mümkün olmur. Məhz bu səbəbdən də 15 iyunda çevriliş cəhdinə gedildi. Terror savaşı nə zaman başladı? 2015-ci ilin iyulunda. Gördülər ki, bu nəticə vermədi, xəndək savaşını Türkiyə qazandı. Bundan bir il sonra, 2016-cı ilin iyulunda hakimiyyəti dəyişmək cəhdi oldu. Bu proses uğursuzluqla nəticələndi. Bundan sonrakı etapda isə iqtisadi savaş başladı və terror bir qədər də intensivləşdi. Biz bu gün artıq bütün bunların şahidi oluruq. Yəni Türkiyəyə qarşı açılan iqtisadi savaşın nəticələrin türk lirəsinin günbəgün dəyər itirməsi ilə görürük. Türkiyəyə qoyulan investisiyaların azalması, Türkiyədən kapital axını və Türkiyənin iqtisadi göstəricilərinin aşağı düşməsinin şahidi olmaqla paralel terrorun intensivləşməsi prosesi gedir.

- Türkiyədə 10 dekabrda baş verən dəhşətli terror hadisəsini PKK-ya yaxın Kürdüstan Azadlıq Şahinləri adlı qrup öz üzərinə götürüb. Hazırda PKK və ona yaxın qrupların üzərində daha çox hansı dövlətin təsiri güclüdür?

- Terror təşkilatları hətta müstəqil yaransa belə sonradan onların yaşaması və ayaqda durması üçün mütləq digər ölkələrə ehtiyacı olur, müxtəlif dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəyə girirlər və tədricən həmin xüsusi xidmət orqanları belə terror təşkilatını özünün maraqları istiqamətində istifadə etməyə başlayır. Nəzərə alsaq ki, PKK artıq kifayət qədər tarixi olan təşkilatdır və uzun illərdir ki, xarici dövlətlərin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq içərisindədir. Artıq PKK-ya xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri çox güclüdür. Xüsusən, son dövrlər bu təsirin artması özünü açıq göstərir. İraq savaşından və Suriya müharibəsindən sonra bu proses açıq şəkildə özünü göstərir. Əgər əvvəllər PKK SSRİ-yə və sosialist ölkələrinə yaxın idisə, indi daha çox ABŞ və qərb ölkələrinin xüsusi xidmət orqanlarına daha çox yaxındır. Xüsusən, ABŞ, İsrail və Almaniyadan daha çox yardım alırlar. Və bu zaman istər-istəməz yardım aldıqları ölkələrin xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirməli olurlar. Bu gün nəzərə alsaq ki, PKK kürd xalqının gözündə öz dəstəyini itirməyə başlayıb, buna baxmayaraq əvvəlki savaşını sürdürmək məcburiyyətindədir. Bu savaş getdikcə də mürəkkəbləşəcək. Xüsusilə, PKK-nın bir ayağı Türkiyədə, bir ayağı Suriyada, bir ayağı İranda, bir ayağı İraqdadır və ipləri də çoxsaylı xarici əllərdədir. Bu vəziyyətin nə dərəcədə mürəkkəb olduğu aydınlaşar.

- İndiki halda PKK-ya daha çox hansı ölkənin xüsusi xidmət orqanı nəzarət edir?

- İndiki halda PKK daha çox Amerikanın və bu ölkənin xüsusi xidmət orqanlarının, Mərkəzi Kəşfiyyat idarəsinin və hərbi kəşfiyyatın təsiri altındadır olduğunu desək, məncə, yanılmarıq. Nəzərə alsaq ki, Pentaqonun büdcəsindən Suriya müxalifətinə hərbi yardımın davam etdirilməsi nəzərdə tutulur. Burda da, ilk növbədə PKK-nın Suriya qolu olan PYD və onun hərbi qanadı olan YPQ nəzərdə tutulur.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp Obamanın cavabını verdi

    Tramp Obamanın cavabını verdi ...

    17-02-2016, 17:39

  • 
  • Trampın həyat yoldaşının çılpaq şəkilləri yayıldı - FOTOLAR

    Trampın həyat yoldaşının çılpaq şəkilləri yayıldı ...

    28-03-2016, 19:57

  • 
  • Tramp Rusiyanı çaşdırdı: Kreml nə edəcəyini bilmir

    Tramp Rusiyanı çaşdırdı: Kreml nə edəcəyini bilmir ...

    14-11-2016, 18:51

  • 
  • Tramp “tranplin”ə düşdü-o yanvar ayında prezident olmaya bilər

    Tramp “tranplin”ə düşdü-o yanvar ayında prezident ...

    28-11-2016, 23:04

  • 
  • Sanders Trampa qarşı Klintonla birgə mübarizə aparmağı planlaşdırır

    Sanders Trampa qarşı Klintonla birgə mübarizə ...

    10-06-2016, 00:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (90)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu