GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Novruz Bayramında əfv olacaq”

“Novruz Bayramında əfv olacaq”

Tarix: 26-02-2017, 18:42 Bölmə :Müsahibə Baxış: 632
“Novruz Bayramında əfv olacaq”

Novella Cəfəroğlu: “İrana qarşı hərbi əməliyyatlar olmayacaq”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb. Müsahibimiz əfvin verilib-verilməyəcəyi haqda danışıb, habelə prezidentin son sərəncamının bir çox məhkumların azadlığa buraxılacağına imkan yaradacağını bəyan edib.

- Novella xanım, Novruz Bayramında əfvin olacağı, artıq prezident yanında Əfv Komissiyasının toplantısının keçirildiyi haqda informasiyalar var. Sizin gözləntiləriniz necədir?

- Mən hesab edirəm ki, əfv olacaq. Ancaq xüsusi bir məqama toxunmaq niyyətindəyəm. Fikrimcə, ölkə prezidentinin fevralın 13-14-də verdiyi sərəncam mühüm əhəmiyyət daşıyır. Bu sərəncam həm də əfvi bir qədər asanlaşdıracaq. Çünki həmin sərəncam bir çox məhkumların həbsdən azad edilməsini asanlaşdıracaq. Sadəcə olaraq prezidentin məlum sərəncamını məmurlar yerinə yetirməlidir. Əgər sərəncam olduğu kimi yerinə yetiriləcəksə, inanın ki, çox adam həbsdən çıxacaq. Biz bu sərəncamı xüsusilə əhəmiyyətli hesab edirik. Çünki bu böyük imkanlar yaradacaq. Üstəlik sərəncamda mümkün qədər həbsləri alternativ cəza metodları ilə əvəz edilməsi məsələsi də var. Eyni zamanda sərəncama görə, cəza müddətinin başa çatmasına az qalan insanlar da azadlığa buraxıla bilər. Biz bu sərəncamı yüksək dəyərləndiririk. Əlverişli məqamdır. Bunu prezident verib, amma onun icrası daha çox məmurlardan asılıdır. Bizim yaxşı qanunlarımız var. Məmurlar mümkün qədər bundan istifadə etməlidir. Məlum sərəncam həm də qanunların işləməsinə təsir edəcək.

- Novruz Bayramında əfv olacaqmı?

- Sözsüz ki, əfv olacaq. Bilirsinizmi, bizim hüquq müdafiəçisi olaraq fəaliyyətimiz ondan ibarətdir ki, siyahımızı təqdim etmişik, bir neçə dəfə görüşlər keçirib danışmışıq. Bizim rəyimizlə tanışdılar. Həm hakimiyyət qurumları, həm də Avropa İttifaqı, Avropa Şurasından bura gələn insanlarla görüşmüşük. Bu şəxslərdə bizim rəyimizi hakimiyyətə çatdırıblar. Yəni biz üzərimizə düşəni edirik. Özü də, arxamızca kimlərin nələr danışması və deməsindən asılı olmayaraq işlər görürük. Sadəcə olaraq bir çoxları qışqıra-qışqıra bu işləri görür. Biz isə bunu dialoq və danışıqlar vasitəsilə edirik. İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin hamısı bunun üçün çalışıb. Ümid edirik ki, bizim rəyimiz nəzərə alınacaq.

- Ancaq iş ondadır ki, İnsan Hüquq və Problemlərinin həllinə dair Birləşmiş İşçi Qrupunun fəaliyyəti sanki gözə dəymir...

- İşçi Qrupu passiv deyil. Sadəcə olaraq biz digərləri kimi əlimizə siyahı alıb ucadan qışqırmırıq. Birincisi, İşçi Qrupunda olan nümayəndəmizin biri Əfv Komissiyasında təmsil olunur. İkincisi, Əvəz Quliyev İşçi Qrupunun nümayəndəsidir və onunla tez-tez görüşürük. Eləcədə Səməd Seyidovla müzakirələr aparırıq. İşçi Qrupunda deputatlar, hökumət strukturlarının nümayəndələri, generallar və digərləri var. Biz çalışırıq ki, onların hamısı ilə görüşək. Həm də nəzərə almaq lazımdır ki, İşçi Qrupu yalnız siyasi xarakterli şəxslərin həbsi və ya saxlanılması ilə məşğul olmur. Minlərlə insan gəlir yanımıza. Çernabul əlillərindən tutmuş adi vətəndaşlarımıza qədər bizim yanımıza gəlirlər. Məsələn, Çernabul əlillərinin ciddi şikayətləri var, onların haqqı tapdanır və s. Biz bütün bunlarla işləyirik, yalnız siyasi xarakterli şəxslərlə məşğul olmuruq. İkincisi, həbsdə olan siyasi şəxsləri hamı müdafiə edir, çünki burada pul, imic qazanmaq marağı da var. Baxın görün həmin siyasi məhbusları müdafiə edən hüquq müdafiəçilərindən biri sadə hüququ pozulan vətəndaşın arxasınca gedibmi, onu müdafiəsi üçün harasa müraciət edibmi? Ancaq biz onları qəbul edirik, şikayət və müraciətlərini hazırlayırıq, hüquqlarını müdafiə edirik və s.

- Bu həftə dünya Beynəlxalq Ana Dili gününü qeyd edilb. Bəzi ölkələrdə milyonlarla azərbaycanlının yaşamasına baxmayaraq ana dilində təhsil almaq imkanına hələ də malik deyillər. Bu haqda sizin düşüncələriniz nədən ibarətdir?

- Qonşu İranda 30 milyona yaxın azərbaycanlı yaşayır. Mən indiyə qədər nə demişəmsə sözümün üzərində dururam. İran bizə qonşu dövlətdir və bu dövlətlə yüksək əlaqələrə malik olmalıyıq. Amma millətimizin müəyyən hissəsi İranda yaşadığı üçün bu insanlara ana dilində məktəb, universitetlər, televiziyalar açılmalıdır. Əlbəttə, deyirlər ki, məktəblər açılıb, lakin bunlar formalıdır. Soydaşlarımız orada dillərində oxusunlar, öz tarixlərini öyrənsinlər. Onlara bu hüquqlar verilməlidir. Yəni Azərbaycan dilinə yasaq qoyulmamalıdır. Məsələn, savadlı azərbaycanlılar irəli çəkilməlidir, hətta ana dilində bağçalar belə olmalıdır. Mən sizə konkret misallar gətirə bilərəm. İsrail dövləti əslində ikidilli dövlətdir. Orada həm ərəb, həm də yəhudi dili əsasdır. Ərəblərin öz dillərində məktəbi, institutları var. Yəni İsrail ikidilli dövlətdir. Azərbaycanlılar isə İranda kifayət qədər saya malikdir. Mən demirəm ki, İran ikidilli dövlət olsun, lakin onlara da öz dilində bağça, məktəb və universitetlər açılmalı, mədəni hüquqları olmalıdır.

- Söz İrandan düşmüşkən, indi ABŞ prezidenti, İsrail baş naziri və müdafiə naziri, Səudiyyə Ərəbistanının baş naziri İranı hədələyir, bu ölkəni islam terrorunun əsas mənbəyi hesab edir. Hətta bəzi ekspertlər İrana qarşı hərbi hücumların ola biləcəyini iddia edir...

- Mən hesab etmirəm ki, İrana qarşı hərbi əməliyyatlara start veriləcək. Bunu gözləmirəm və iddia etmək də doğru olmazdı. Çünki bu halda hər şey bir-birinə qarışardı. İrana qarşı hərbi aktivlik olmayacaq, sadəcə Tehran özü də bir balaca addımlar atmalıdır. Əgər sən dünya millətlərinin arasında normal yaşamaq istəyirsənsə bəzi əməllərdən əl çəkməlisin. Öz millətinə, vətəndaşına hörmət eləsin, özünü hegemon kimi aparmasın.

- Sizin İrana münasibətinizin müsbət olmamasının kökündə nə durur?

- Mənim İrana münasibətimin yaxşı olmamasının kökündə konkret səbəb durur. Bu gün İran Ermənistanı açıq şəkildə dəstəkləyir. İran Ermənistana qaz verir, neft verir, ərzaq verir. Başqa sözlə, Ermənistanı qucağında saxlayır. Baxmayaraq bizdə İranla yaxın qonşuyuq, üstəlik müsəlmanıq. Demirlər ki, müsəlman müsəlmanı müdafiə etməlidir? Necə olur ki, qonşu İran buradan İsrailə meydan oxuyur, deyir ki, belə addım atarıq, belə vurarıq, belə edərək. Amma buradan-bura Azərbaycan müsəlman dövlətinə dəstək vermir. Üstəlik də sən bilirsən ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, müsəlmanları bu ərazilərdən qovub və s. Üstəlik də İran şiə müsəlman ölkəsidir. Azərbaycan müsəlmanlarının da çoxu şiə məzhəbinə məxsusdur.

- Yəni bu ölkəyə qarşı heç bir halda müharibə ehtimalı yoxdur?

- Yox. Mən buna qətiyyən inanmıram. Baxın, hazırda Suriyada vəziyyət olduqca mürəkkəbdir. Bu boyda dünya ölkələri Suriya böhranını həll edə bilmir, ümumi dil tapılmır. Suriyadakı durumda hər tərəfə təsir edir. Belə bir məqamda zənn etmirəm ki, İranla bağlı hansısa qərar verilsin. İsrail açıq deyir ki, sən Həmasa maliyyə ötürüb məni hədəfə alsan görərsən biz bu dəfə hansı addım atacağıq. Sizə deyim ki, artıq İsraildə yorulub. Sizi inandırıram ki, əgər İsrail-Fələstin məsələsinə kənardan müdaxilə olmasa onlar gözəl yaşayarlar ki, kənardan buna qibtə ilə baxarsan. Ancaq buna imkan vermirlər. Gah Həması aktivləşdirirlər, gah da başqa qurumları. Beləcə bu iki xalqı din və rahat yaşamağa qoymurlar.

- Ancaq iş ondadır ki, Türkiyə-İran münasibətlərində də gərginlik müşahidə edilir. Ərdoğan İranın Yaxın Şərqdə ki, fəaliyyətini tənqid etdi, xarici işlər naziri Çavuşoğlu da tənqidi tonda fikirlər səsləndirdi. Nəhayətdə Tehrandakı Türkiyə səfirinə İran nota təqdim etdi...

- Məndə onun üçün deyirəm ki, İran müəyyən addımlar atmalıdır. Ümumiyyətlə siz bir müsəlman dünyasına diqqət edin. Demək olar ki, əksər yerlərdə müsəlmanlar bir-birlərini qırırlar. Jrinovskiyə arada bir qulaq asmaq lazımdır. Jrinovski deyir ki, siz elə bilirsiniz ki, müharibə getmir, əksinə dünyada üçüncü dünya müharibəsi gedir. Sadəcə olaraq bu müharibədə müsəlmanlar bir-birlərini qırırlar və imkan versin qırsınlar. Bunu Jrinovski deyir. Əlavə edir ki, biz vaxtında və zamanında orada olmalıyıq və öz payımızı götürməliyik. Buyurub müsəlmanlar da bunu düşünsünlər bir. Məsələn, Yaxın Şərqdə qırılan kimdir? Müsəlmanlar! Özü də kənar təsir lazım deyil, bir-birlərinin qanına susayıblar.

- Amerika-Rusiya münasibətlərinin gələcək perspektivləri necə olacaq, çünki bu da əslində dünya proseslərinə təsir edəcək məsələlərdən biridir?

- Mənim arzum odur ki, müharibə olmasın, hamı bir-birilə normal münasibətlər qursun. Rusiya böyük dövlətdir. Rusiyanın əlində elə rıçaqlar var ki, dünyanı bir-birinə qarışdıra bilər. Onun üçün də Rusiya və ABŞ-ın normal münasibətləri olmalıdır. Şəxsən mənim xoşuma nə gəlir? Bizim dövlət təhlükəsizlik siyasəti aparır və buna nail olur. Amerika və Rusiya arasında münasibətlərdə problemlər olur. Amma baxın məhz bu iki ölkənin hərbi rəhbərləri gəlib Bakıda görüşürlər. Məntiqlə bu görüş digər MDB ölkəsində, Avropada keçirilə bilərdi. Ancaq məhz Azərbaycanın seçilməsi onu göstərir ki, Azərbaycan təhlükəsizlik baxımından ən münasib məkandır. Rusiya-Türkiyə yaxınlaşması da bizə əlavə dividentlər gətirir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “18 oktyabrda əfv sərəncamının imzalanma ehtimalı çox azdır”

    “18 oktyabrda əfv sərəncamının imzalanma ehtimalı ...

    23-09-2016, 01:24

  • 
  • Əfv Qurban bayramı ərəfəsində ola bilər

    Əfv Qurban bayramı ərəfəsində ola bilər ...

    24-09-2013, 12:08

  • 
  • Ramazanda əfv olacağmı?

    Ramazanda əfv olacağmı? ...

    5-08-2013, 15:22

  • 
  • “Əfv siyahısı hazırdır”

    “Əfv siyahısı hazırdır” ...

    24-02-2016, 20:30

  • 
  • Novella Cəfəroğlu: "Mən “qələt edir” sözünü deməmişəm"

    Novella Cəfəroğlu: "Mən “qələt edir” sözünü ...

    19-06-2013, 13:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu