Ictimai fəal Rəhim İbrahimov Avropa ilə Azərbaycan arasında məmur-vətəndaş münasibətlərindəki fərqlərdən danışdı
Rəhim bəy, Azərbaycanda vətəndaşların öz hüquqlarına münasibətini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə avtoritar və totalitar rejimlərdə insan hüquqlarının pozulması kütləvi xarakter daşıdığından kiminsə öz hüququ uğrunda mübarizə aparması gülünc görünür. Azərbaycan kimi ölkələrdə isə bu məsələ bir az fərqlidir. Yəni demokratik dəyərlər prinsipini gostrən hökumət daha çox imitasiya yaratdığından insanları mübarizə aparmamaqda və ya müqavimət göstərməməkdə suçlayırlar. Bu mənada belə bir “müstəvi” yaradılır ki, guya insanlar məhkəməni uda bilərlər, hökumət tənqid oluna bilər və s. Buna görə də hansısa hüquqlar uğrunda mübarizə aparmaq və müqavimət xarakterli tədbirlər görmək qeyri-mümkündür. Deməli ölkədə insan hüquqları kütləvi şəkildə pozulur. Ən yaxşı halda hansısa nazirlik və ya idarə müdiri tənqid oluna bilər.
Azərabcyanda vətəndaş-məmur munasibətlərini necə dyərlədirirsiniz?
– Məncə insanlardan qeyri-peşəkar şəkildə soruşsaq ki, məmurlardan nə dərəcədə razısınız o zaman məsələ aydın olar. Təəssüf ki, bizim ölkədə vətəndaş istənilən hüququnu əldə etmək üçün məmur əngəliylə qarşılaşır. Bu zaman isə cavabdeh məmura çıxmaq imkanı və hüququnu tələb etmək imkanı tanınmır. Çünki, Azərbaycanda Nazirliklərdə idarə rəislərinin, şöbə müdirlərinin, icra başçılarının və müavinlərinin, polis rəislərinin qəbuluna düşmək faktiki olaraq qeyri-mümkündür. Belə olan zaman da məmur-vətəndaş münasibətlərindan danışmaq qeyri-mümkündür. Faktiki olaraq Azərbaycanda vətəndaşlara problemlər yaradan bir məmur aparatı sistemi var və o aparat formal olaraq mövcuddur və vətəndaşlara xidmət göstərmir.
Rəhim bəy, Sizcə bu məmur saymamazlığının əsas kökləri nədədir?
– Məncə burada əsas səbəbi oturuşmuş avtoritar rejimin mahiyyətində axtarmaq lazımdır. Çünki, hər hansı müqavimətdən çəkinməyən, korrupsiya yoluyla vəzifəyə gəlmiş məmur vəzifəsindən çıxarılacağından və cəzalanacağından qorxmadığına görə vətəndaşa qarşı hörmətsiz davranır və öz funksiyasını yerinə yetirmir. Eyni zamanda məmurlar müstəqil məhkəmə hakimiyyətinin olmadığını yaxşı bilirlər və bütün hakimiyyət qollarında qohumbazlıq və tayfabazlıq prinsipi ilə şəbəkəli olduqlarından vəzifələrini şəxsi mülkləri hesab edirlər.
Bu məsələlərdə Azərbaycanı Avropa dövlətlərindən fərqləndirən əsas cəhət nədir?
– Mən bir müddət Avropada yaşadığımdan qeyd edə bilərəm ki, ölkəmizdə olan neqativ halların böyük əksəriyyətinə Avropada rast gəlmək mümkün deyil. Əvvəla Avropada istənilən vətəndaşın müraciətinə cavab verilir və hüquqlar tanınır. İkincisi Avropada məmurlar vətəndaşdan qaçmırlar və vətəndaşın problemi həll olunmazsa onlar vətəndaşı qəbul edirlər. Eyni zamanda məmurlar hesabatlı olduqlarına görə hökumət də hesabatlıdır. Hər bir strukturun büdcəsi şəffafdır. Azərbaycanda hansısa rayonun icra hakimiyyətinin illik büdcəsi haqqında nə qədər vətəndaşın məlumatı var və ya hansısa icra başçısı bununla bağlı açıqlama verirmi?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?