GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Amerika Türkiyəni avtoritar Rusiyaya yaxınlaşmaq məcburiyyətində qoyub”

“Amerika Türkiyəni avtoritar Rusiyaya yaxınlaşmaq məcburiyyətində qoyub”

Tarix: 7-12-2017, 19:04 Bölmə :Müsahibə Baxış: 451
“Amerika Türkiyəni avtoritar Rusiyaya yaxınlaşmaq məcburiyyətində qoyub”


Sülhəddin Əkbər: “Bu faktiki olaraq ABŞ-la İranı müharibə vəziyyətinə gətirmək deməkdir”

Dünyada və regionda gedən proseslər, ABŞ-İran, Türkiyə-Amerika, Rusiya-Türkiyə münasibətləri, Şimali Koreya problemi, Avropa-Amerika münasibətləri və digər mövzularda “Gündəm Xəbər”in suallarına siyasi şərhçi Sülhəddin Əkbər cavab verib.

-Sülhəddin bəy, Ankara-Moskva yaxınlaşması regionda hansı nəticələrə səbəb olacaq?

- Türkiyə-Rusiya yaxınlaşmasının ədalətli, dəqiq və obyektiv mənzərəsini görmək üçüm qlobal və regional proseslərə qiymət vermək vacibdir. Mənzərə budur ki, ABŞ və Qərb ölkələri birlikdə Rusiya və Çin arasında geoplotik qarşıdurma içindədir, dünya yeni düzən istiqamətində ciddi mərhələyə daxil olub. Amerika və Qərb bu prosesdə Türkiyənin artan maraqlarını nəzərə almaq niyyətində deyil. Bu da çox ciddi problemlərə gətirib çıxarır və nəticə etibarı ilə Türkiyəni avtoritar Rusiyaya yaxınlaşmaq məcburiyyətində qoyur. Mən düşünürəm ki, ABŞ, Avropa Birliyi və NATO bu problem üzərində ciddi düşünməlidir. Əks halda bunun ciddi və ağır nəticələri olacaq.

-Türkiyənin ABŞ-la münasibətləri gərgindir. Bu baxımdan Ankaranın davranışlarını necə qiymətləndirmək olar?

-İndiki halda Türkiyənin davranışlarını adekvat hesab etmək olar. Yəni, Türkiyə öz maraqlarını qorumaq, yeni dünya düzənində iştirak etmək, regionda daha aktiv rol almaq üçün Rusiya ilə yaxınlaşmaq məcburiyyətindədir. Türkiyə bu istiqamətdə davamlı addımlar atır. Rusiya prezidenti bəyan etdi ki, Türkiyə-Rusiya münasibətləri tam bərpa edilib. Vəziyyəti bu konteksdə dəyərləndirmək daha obyektiv olardı. Ancaq bununla bərabər qeyd edim ki, Türkiyə-Rusiya yaxınlaşması bütövlükdə Qarabağ probleminin həllində açar rolunu oynaya bilməz. Bununla bağlı bizim cəmiyyətimizdə şişirdilmiş gözlənti var. Qarabağ məsələsinin kökü Rusiya imperiyasının yarandığı tarixə qədər gedən və tarixi dərinliyi olan strateji məsələdir. İlk öncə bu torpaqlara ermənilərin yerləşdirilməsi, daha sonra erməni dövlətinin yaradılması və bu dövlətin ərazilərinin genişləndirilməsinə başlanılması Rusiyanın cənub strategiyasının tərkib hissəsidir. Düşünmürəm ki, Rusiya XVIII əsrdən bu yana bu qədər əmək, vaxt sərf etdiyi, yolunda qurbanlar verdiyi strategiyadan asanlıqla vaz keçsin. Ona görə də hesab edirəm ki, cəmiyyətimizdə bununla bağlı mövcud olan ab-hava əsassızdır. Azərbaycan cəmiyyətinin bu istiqamətdə böyük gözləntiləri olmamalıdır. Əksinə, deyim ki, mən özüm bu yaxınlaşmadan bir qədər narahatam. Çünki Rusiya-Türkiyə yaxınlaşması həm də o deməkdir ki, Ankara Moskvanın geopolitik təsir dairəsinə müdaxilə etməyəcək, özünü qorumaq üçün bundan çəkinəcək və hətta Qarabağla bağlı mövqeyini Moskvanın mövqeyinə yaxınlaşdıra bilər. Bunun da qarşılığında özünün geopolitik təsir sferasında Rusiyadan müəyyən güzəştlər qoparmağa çalışacaq.

-ABŞ prezidenti Donald Tramp ötən ay Asiya və Sakit Oken turunu başa çatdırdı. Vaşinqton yeni müttəfiqlər arayışındadır, yoxsa müharibəyə hazırlaşır?

-Donald Tramp ABŞ-ın Asiya və Sakit Oken Ticarət və İnvestisiya anlaşmasından çıxacağını bəyan edib. O, ilk dəfə bu haqda seçki kampaniyası dövründə danışıb. Hətta ABŞ-ın Asiya Sakit Okean Ticarət və İnvestisiya anlaşmasına daxil olmayacağını bəyan edirdi. Əvəzində isə çalışırdı ki, Asiya ölkələri ilə ikitərəfli ticarət sazişləri imzalasın. Bu yanaşma ABŞ-ın Asiya-Sakit Okean regionunda mövqeyinə mənfi təsir göstərib. Tramp Asiya səfəri ilə bir tərəfdən çalışır ki, ABŞ-da onun əleyhinə işləyən mənfi ictimai rəydən müvəqqəti olaraq yayınsın, digər tərəfdən isə Asiya ölkələri ilə əlverişli ikitərəfli ticarət sazişləri imzalamaqla öz siyasətinin doğru olduğunu göstərməyə çalışsın. Mənim şəxsi fikrimcə, Tramp buna nail olmadı. ABŞ-ın dünyanın ən böyük iqtisadi güc olduğunu nəzərə alsaq, Vaşinqton Asiya-Saki Okean müqaviləsində qalmaqla daha böyük iqtisadi güc əldə edə, maraqlarını daha yaxşı təmin edə bilər və regionda özünün geopolitik maraqlarını daha effektiv qoruya bilərdi. İndiki halda qeyd edilən birlikdən kənarda qalmaqla, yalnız ikitərəfli əlaqələr qurmaqla Trampın uğur qazanacağına inanmıram. Əksinə, bu durumdan Çin faydalanmağa çalışacaq. Artıq Çin 2030-cu ildə qlobal liderlik hədəfini məyyən edib. Çində Kommunist Partiyasının son qurultayında baş katib elan etdi ki, 2030-cu ildə Çin qlobal liderliyi ələ almasa da, qlobal liderə alternativ güc mərkəzi olmağı hədəfləyib. Yəqin ki, Ağ Evdə bunu nəzərə almaq məcburiyyətində qalacaqlar.

-Ancaq Şimali Koreya problem qalmaqda davam edir…

- Asiya turu çərçivəsində Prezident Tramp həm də Şimali Koreya probleminin diplomatik-siyasi vasitələrlə həllinə nail olmağa çalışdı. Açığı, ABŞ-ın bu məsələdə Çinə bağladığı ümidlər puça çıxdı. İndi Tramp çalışır ki, Rusiyadan dəstək alsın. Ancaq Tramp-Putin görüşü baş tutmadı. Yalnız dəhliz söhbətləri baş verdi və bu söhbətlər zamanı da əvvəlcədən razılaşdırılan Suriya bəyanatı verilməsi razılaşdırıldı. Rusiyanın Amerika ilə münasibətlərinin soyuq olduğu indiki mərhələdə Moskvanın Şimali Koreya məsələsində Trampa dəstək verəcəyini düşünmürəm. Əksinə, böyük ehtimalla Rusiya Çinlə birlikdə Şimali Koreya böhranının getdikcə dərinləşməsini arzu edəcək. Yəni bu məsələdə Kremlin Tramp hökumətinə diplomatik və siyasi dəstək verəcəyi inandırıcı deyil. Əgər bu dəstək olacaqsa, formal olacaq və problemin həllinə kömək etmək məqsədi güdməyəcək. Nəzərə almaq lazımdır ki, Moskva və Pekin açıq şəkildə Pxenyanın nüvə silahına malik olmasında maraqlı olduğunu göstərmək istəmir. Çünki hər iki ölkə nüvə silahının yayılmamasına dair beynəlxalq müqavilənin iştirakçısıdır. Bu ölkələr açıq formada Pxenyanın nüvə silahına malik olmasına tərəfdar çıxmasalar da, əl altından Şimali Koreya probleminin şişməsini və bunun ABŞ-ın başını qatmasını istəyəcəklər.

- Orta Şərq regionunda kürd separatizmi məsələsinin siyasi gündəmdən çıxdığını demək olarmı?

-Orta Şərqdəki, eləcə də Şimali İraqdakı kürdlər ABŞ-ın Orta Şərq proyekti çərçivəsində hərəkət etməli idi. Ancaq Şimali İraqdakı kürdlər ABŞ-a qulaq asmadılar və Şimali İraq Kürd Muxtariyyətində müstəqillik referendumunu təxirə salmaqdan imtina etdilər. Yəni Şimali İraq kürdləri ABŞ-ın cızdığı yolla getmək istəmədi. Müstəqillik referendum Məsud Bərzani komandasının və aşirətinin əleyhinə çevrildi. Gördüyünüz kimi referendumdan sonra Məsud Bərzani ciddi itkilərə məruz qaldı. Əslində, bu, əvvəlcədən də ehtimal edilirdi. Təbii ki, burada İsrail və Mossadın da rolu oldu. Amma nəzərə almaq lazımdır ki, Bərzani ABŞ-ın cızdığı strateji plandan kənara çıxdı. Hansı ki, bu planda əsas 2 məsələ var idi. Birincisi, taktiki planda İŞİD-lə operativ mübarizə, ikincisi, strateji planda İrana qarşı koalisiyanın yaradılması. Şimali İraq kürdlərinin vaxtından əvvəl atdığı addım hər iki istiqamətdə ABŞ-ın planına zidd oldu. Bu səbəbdən də rəsmi Vaşinqton Məsud Bərzani iqtidarını və referendumu dəstəkləmədi. Əksinə, İraq hökuməti ilə yeni razılaşmalara getdi. Nəticədə Şimali İraq kürdləri nəzarət etdikləri ərazilərin 40 faizini itirərək, 2003-cü ildəki sərhədlərinə çəkildilər. Üstəlik kürdlər Suriya, Türkiyə və İranla olan sərhəd məntəqələrini itirmək üzrədir. Ən son xəbərə görə, Ərbil bu sərhəd qapılarını atəşkəs müqabilində İraq mərkəzi hökumətinə təhvil verməyə razılaşıb. Bir sözlə, Şimali İraq Kürd Muxtariyyətinin bu duruma düşməsinə səbəb onların ABŞ-ın taktiki və strateji planlarına zidd hərəkət etməsi olub. Bundan sonra Şimali İraq Kürd Muxtariyyətində arzuedilməz proseslərin baş vermə ehtimalı çox yüksəkdir. Hesab edirəm ki, bundan sonra Şimali İraqda kürdlər arasında hakimiyyət uğrunda mübarizə fonunda tərəflər bir-birini ittiham edəcək. Artıq bu proses başlayıb. Bərzani və sədri olduğu Kürdüstan Demokrat Partiyası Kürdüstan Yurdsevərlər Partiyasını ittiham edir. Üstəlik Dəyişim Hərəkatı Bərzaniyə qarşı sərt müxalifətdədir. Bu üç qüvvə arasında mübarizə kəskinləşəcək.

İkincisi, Şimali İraq kürdləri ilə İraq hökuməti arasında mübarizə davam edəcək. Bağdad mümkün qədər Ərbilin zəfiləməsinə çalışacaq.

Üçüncüsü, şiə qrupu daxilində Sistani-İbadi qarşıdurması yaradıla bilər. Bunun nə dərəcədə baş tutacağını indidən demək çətindir.

Dördüncüsü, hazırda İraq-İran qarşıdurması yaratmağa cəhd edilir. Eyni zamanda kürd-İran, kürd-Türkiyə, İraq kürdləri ilə Suriya kürdləri arasında qarşıdurma yaratmaq xətti var.

Yaxın gələcəkdə bu proseslərin neçə davam edəcəyini görə biləcəyik. Nəzərə almaq lazımdır ki, burada çoxvektorlu proses mövcuddur. Odur ki, hadisələri qabaqlamaq deyil, onun gedişatını izləmək lazımdır”.

-ABŞ-İran münasibətləri, bunun müharibəyə çevrilmə ehtimalları nə dərəcədədir?

-ABŞ Prezidenti Donald Tramp hələ seçki kampaniyası zamanı vəd vermişdi ki, İran məsələsini gündəmə gətirəcək. Konkret olaraq, İranla 5+1 formatında bağlanan beynəlxalq sazişdən çıxacağını demişdi. İndi Tramp ona dəstək verən yəhudi lobbisi və İsrailin basqısı altında verdiyi öhdəliyi yerinə yetirmək üçün addımlar atmağa başlayır. Nəzərə alın kİ, ABŞ prezidenti hər 90 gündən bir Tehranın nüvə sazişinə əməl edib-etmədiyini öz imzası ilə təsdiq etməlidir. Tramp iki dəfə bunu təsdiqləmişdi, ancaq üçüncü dəfə təsdiqləməkdən imtina etdi. Sazişi Konqresə göndərdi ki, bu qurum müqaviləyə yeni düzəlişlər etsin. İndi Konqres 60 gün ərzində buna cavab verməlidir. Yaxın iki ayda Konqres ya Ağ-Evlə uzlaşma şəraitində yeni düzəlişləri etməli, ya da İrana qarşı sanksiyaların tətbiqi haqqında qərar verməlidir. Əgər Konqres sanksiyaların tətbiqinə qərar versə, bu faktiki Vaşinqtonun 5+1 formatda bağlanan sazişdən çıxması demək olacaq. Avropa Birliyinin Xarici İşlər komissarı Mogerini ABŞ-ın nüvə sazişindən təkbaşına çıxa bilməyəcəyini desə də, bunun nəticəsi olmayacaq. Əgər ABŞ sazişdən çıxmaq qərarını verəcəksə, bu halda onu kim durdura bilər? Mogerini və ya Sergey Lavrovun nəsə deməsinin ABŞ-a təsiri ola bilməz. Söhbət dünyanın supergücünün birtərəfli qaydada bu sazişdən çəkilməsindən gedir. Onu bu addımdan durduracaq başqa bir güc mövcud deyil. 5+1 formatında İranla imzalanan nüvə sazişi BMT-nin Təhlükəsizlik Şurasında təsdiq edilib. Yəni bu sənəd beynəlxalq müqavilə statusundadır. Lakin buna baxmayaraq, ABŞ-ın bu müqavilədən çıxması ilə məsələ bitmir. Çünki ABŞ prezidenti artıq İranı “dünyada qlobal terrorizmi dəstəkləyən bir nömrəli dövlət” adlandırıb. Eyni zamanda o, İranı regionda sabitliyi pozan, nüvə silahı əldə etmək istəyən, ballistik raket sınaqları keçirən dövlət kimi səciyyələndirib. Həmçinin İran İslam İnqilab Keşikçiləri Qvardiyasına sərt sanksiyaların tətbiqi haqqında qərar verib. Bu qvardiya artıq ABŞ prezidentinin qlobal terrorizmlə mübarizə haqqında fərmanına əsasən, Maliyyə Nazirliyi tərəfindən ABŞ-a düşmən təşkilatlar siyahısına salınıb. Bu o deməkdir ki, İranın rəsmi bir qurumunu ABŞ özünə düşmən olan terror təşkilatı kimi tanıyır. Bu isə faktiki olaraq ABŞ-la İranı müharibə vəziyyətinə gətirmək deməkdir.

-Ancaq Trampın İran siyasətinə Avropada isti yanaşmırlar…

- Yaranan bu vəziyyətə görə, Avropa Birliyində, region dövlətlərində ciddi narazılıq və narahatlıq var. Artıq İsrail baş naziri ilə İngiltərə baş naziri arasında telefon danışığı baş verib. Onlar İrana qarşı birlikdə hərəkət edəcəklərini dəqiqləşdirib. Eyni zamanda Fransa prezidenti Makronun seçkilərdə qələbə qazanmasında yəhudi lobbisinin fəaliyyəti nəzərə alınarsa, Fransanın Trampla birlikdə hərəkət edəcəyini düşünə bilərik. Ümumiyyətlə, İranla bağlı siyasətdə BMT Təhlükəsizlik Şurasının 3 üzvünün ABŞ-la birgə hərəkət edəcəyini düşünürəm. O başqa məsələdir ki, bu addımlar regional dövlətlərin əməkdaşlığının sürətlənməsinə səbəb ola bilər. Burada söhbət Rusiya, İran və Türkiyədən gedir. Əlbəttə, sonrakı mərhələdə bura İraq və Bəşər Əsəd də cəlb edilə bilər. Amma bu prosesdə kilid rolunu Türkiyənin davranışı oynayacaq. Çünki ABŞ region dövlətləri ilə ciddi danışıqlara start verib. Son zamanlar region dövlətlərinə Pentaqon rəsmilərinin səfərlərini də bu konteksdə yozmaq lazımdır. Bu danışıqlar daha geniş və dərin çərçivədə NATO üzvü olan Türkiyə ilə də aparılacaq. Türkiyənin bu danışıqlarda davranışlarnı yaxın dövrdə görə biləcəyik. Çünki Türkiyənin davranışları bu regionda dəngələri dəyişə biləcək ciddi ünsürdür.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ruslar üç düşmən ölkənin adını açıqladılar - SİYAHI

    Ruslar üç düşmən ölkənin adını açıqladılar - ...

    2-06-2016, 14:00

  • 
  • “Rusiya və Çin birlikdə çalışır ki, ABŞ-ın bu geopolitik həmlələrinin qarşısını alsın”

    “Rusiya və Çin birlikdə çalışır ki, ABŞ-ın bu ...

    28-09-2017, 11:36

  • 
  • “ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə və İran çalışacaq ki, Azərbaycanda öz təsirlərini gücləndirsin”

    “ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə və İran ...

    9-02-2017, 21:22

  • 
  • “Viza savaşı”nın pərdəarxası: - “Türkiyə ABŞ-ın şərtlərini “yemədi”

    “Viza savaşı”nın pərdəarxası: - “Türkiyə ABŞ-ın ...

    9-10-2017, 17:37

  • 
  • “Bir sıra kəşfiyyat xidmətləri İŞİD-in terrora hazırlaşdığı haqda xəbərdarlıqlar etmişdi”

    “Bir sıra kəşfiyyat xidmətləri İŞİD-in terrora ...

    6-07-2016, 13:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu