GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Zaman qısadır və ondan səmərəli formada istifadə etmək lazımdır

Zaman qısadır və ondan səmərəli formada istifadə etmək lazımdır

Tarix: 24-06-2013, 12:53 Bölmə :Müsahibə Baxış: 674
Zaman qısadır və ondan səmərəli formada istifadə etmək lazımdır
Zəfər Quliyev: “Bir tərəfdən müxalifəti xaricdən dəstək axtardığı iddi olunur,, bir tərəfdəndə Novruz Məmmədov aparıcı dövlətlər İlham Əliyevi dəstəklədiyini deyir”

Suallarımıza “El” Hərəkatının sədr müavini, Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev cavab verib.

- Milli Şuranın sessiyasından razı qalmısınızmı?
- Sessiya işgüzar xarakterli oldu. Birinci sessiyada bildiyiniz kimi Milli Şura təsis edilib. Bu sessiya isə Müsavat Partiyasında keçirildi. Heç gündəlik də əvvəlcədən tam hazır deyildi. Əsasən ictimai-siyasi vəziyyət müzakirə edildi, habelə Milli Şuranın komitələri və komissiyalarının yaradılması məsələsinə baxıldı. Nəzərdə tutulur ki, təxminən ondan çox komissiya yaradılsın. Fikrimcə, sessiyanın böyük hissəsi komissiyaların yaradılmasına həsr edildi. Yəqin ki, komissiyaların tərkibi, onlara kimlərin rəhbərlik edəcəyi məsələsi müəyyənləşəcək. Şəxsən mən iclasın gedişi zamanı gündəliyə əlavə təkliflərin edilməsini, kiminsə vahid namizəd məsələsini gündəliyə çıxarılmasını qaldıra biləcəyini zəənn edirdim.
- Bəs təşkilatlanma üçün vaxt az deyilmi, nəzərə alın ki, seçkilərə çox qısa müddət qalıb?
- Mənim fikrimcə, elədə az zaman qalmayıb. Düzdür, son illər seçkilər yığcam xarakter daşıyır. Yəni Seçki Məcəlləsinə edilən dəyişikliyə əsasən seçki kampaniyası, imza toplama müddəti, təbliğat dövrü qısaldılıb. Odur ki, seçki kampaniyasının qısa müddətli olmasını nəzərə alsaq vaxtın olduğunu deyə bilərik. Amma mən onunla razıyam ki, zaman qısadır və ondan səmərəli formada istifadə etmək lazımdır. Güman edirəm ki, vahid namizəd məsələsi bu ayın sonuna qədər tam müəyyənləşməlidir. Eləcədə Milli Şuranın aparatı formalaşdırılmalıdır. Fikrimcə, iyunun sonuna qədər biz vahid namizədi müəyyən etsək gecikmərik. Müsbət hal odur ki, Rüstəm İbrahimbəyov ABŞ səfərini başa vuraraq ayın sonuna qədər vətənə dönüb bu proseslərin başında durmağı planlaşdırır. Bu baxımdan məsələlər həll edilsə biz gecikmərik.
- İctimai Palatanın Koordinasiya Şurasının iclasında sizinlə Vidadi Mirkamal arasında qarşıdurmanın yarandığı, hətta yumuruq davasına çıxdığınız haqda deyilənlər nə dərəcədə doğrudur?
- Mən bu haqda danışmaq istəməzdim, çünki bu haqda çox yazılır və həmdə əsassız yazılır. Bu adi mübahisə və polemikadır. İclaslar adətən polemika şəklində keçir. Yəni mövqelər fərqlənə bilər, mübahisə, fikir ayrılığı yarana bilər. Ümumiyyətlə bəzən olmayan şeylər deyirlər. Koordinasiya Şurasının iclasında ümumiyyətlə tort olmayıb ki, onu da bir-birimizə ataq. Ortada tort olmayıb. Əgər tort olsaydı onu elə yeyərdik də, daha bir-birimizə niyə atırdıq? Biz sadəcə çay içə-içə məsələlər ətrafında mübahisə etmişik. Ancaq nəzərə alın ki, bizim yaşımız az deyil və özümüzə də hörmət edirik. Bu yaşda iclasda bir-birimizlə əl-qol davası edəcək insanlar deyilik ki. Sadəcə mövqelər fərqlənir. Biri deyir ki, İctimai Palatanı gücləndirmək lazımdır və Milli Şuraya ehtiyac yoxdur. Başqası başqa fikir deyir. Amma bizim aramızda elə də ciddi mübahisə baş verməyib. İndi seçkilər yaxınlaşır və biz belə hallara öyrəşməliyik. Hər gün yeni-yeni təxribatlar, qara piar, dezinformasiyalar olacaq. Mən əvvəllər bu proseslərdən kənarda idim və yalnız politoloq olaraq bu məsələlərə münasibət bildirirdim. Yəni bu məsələlər mənə toxunmurdu. İndi isə elə vəziyyət yaranıb ki, qara piar kampaniya gedir, kimsə nəsə yazır və hamıda düşür bunun arxasınca.
- Rüstəm müəllim bəyan edir ki, onun həyatına təhlükə ola bilər. Siz bu bəyanatdan sonra onun Azərbaycana gələcəyini real hesab edirsinizmi?
- Məncə, realdır. Bəli, Rüstəm müəllim müsahibələrində ona qarşı real təhlükələrin olduğunu ifadə edib, amma həmdə qeyd etməyib ki, məhz bu amilə görə Bakıya dönməyəcəyək, mübarizədə iştirak etməyəcək. Rüstəm İbrahimbəyov ziyalı kimi fikrini deyir, doğurdanda ona qarşı təhlükələr var. Sadəcə olaraq bunu deməklə həm də məsələdən xalqın da məlumatlı olmasını istəyir. Bir növ bunu ictimailəşdirib.
- Siz Rüstəm müəllimlə son dəfə nə zaman əlaqə saxlamısınız?
- Rüstəm İbrahimbəyov son telefon danışığı zamanı deyib ki, Bakıya gəlməkdə fikri qətidir. Söhbət konkret gündən gedə bilər. Rüstəm müəllim əvvəlcə bu ayın sonuna qədər Bakıya gəlməyi nəzərdə tuturdu. O. ABŞ-da səmərəli və mühüm görüşlər keçirib. Bu görüşlərdən sonra ehtiyac yaranıb ki, Rüstəm müəllim Moskvaya qayıdaraq burada da görüşlər keçirsin. Bu görüşlərdən sonra isə Rüstəm müəllim Brüsselə, daha sonra isə Türkiyəyə səfər etməlidir. Bu səfərləri başa vurandan sonra Rüstəm İbrahimbəyov məhz Bakıya qayıdacaq, çünki bu proseslərin başında olmaq niyyətindədir.
- Rüstəm İbrahimbəyovun vahid namizəd olması nə dərəcədə realdır və siz bir mütəxəssis olaraq onun namizədliyinin nə dərəcədə faydalı olacağını düşünürsünüz?
- Məsələnin ikinci tərəfindən başlayım: nəyə görə İbrahimbəyovun namizədliyi faydalı ola bilər? Söhbət ondan gedir ki, Milli Şuranın bəyannaməsində də əsasən keçid dövrü nəzərdə tutulur. Yəni Milli Şura nəzərdə tutur ki, seçkidə qalib gəlsə seçilmiş prezident iki illik keçid dövrü üçün fəaliyyət göstərəcək. Ona görə də, keçid dövrünün prezidentinin siyasi iddiaları olmamalı və iki ildən sonra danışıqları pozaraq hakimiyyəti əlində saxlamağa cəhd göstərməsin. Başqa sözlə, keçid dövrünün prezidenti iki il müddətinə demokratik təsissatları gücləndirməli, ölkədə bərabər şərait yaratmalı, yeni parlament seçkiləri keçirməli və demokratik prezident seçkisinin baş tutması üçün azad və rəqabətli şərait yaratmalıdır. Bununla da, seçkidə ən güclü namizəd qalib gəlmək imkanı əldə edir. Beləliklə də, xalqın seçdiyi konstitisiyon hakimiyyət iqtidar başına gəlir. Bunun üçün də, keçid dövrü üçün elə namizəd irəli sürülməlidir ki, həmin şəxs birləşdirici fiqur olsun. Əvvəla, Milli Şurada konsensusa nail olla bilsin. Həmdə cəmiyyətdə və ölkədən kənarda tanınsın, dəstək qazana bilsin. Əslində bu parametrləri davam etdirmək də olar. Bu parametrlərə ən uyğun gələn şəxs isə Rüstəm İbrahimbəyovdur. Onun heç bir siyasi iddiası yoxdur, siyasi təşkilata üzv deyil. Bir ziyalıdır, ölkədə və dünyada tanınır, mənəvi dəyərlərə söykənən insandır. Odur ki, belə bir şəxsin ətrafında razılığa gəlmək daha asandır. Başqa belə bir namizəd yoxdur ki, Milli Şurada təmsil olunan təşkilatlar və fərdlər bir mövqedən çıxış edərək həmin şəxsi müdafiə etsin.
- Seçkilər böyük kampaniyadır. İndi heç milyonların da seçki də ciddi rol oynamayacağı bəllidir. Bu baxımdan Rüstəm İbrahimbəyov vahid namizəd olarsa, tələb olunan maliyyəni tapıb normal seçki kampaniyası keçirə biləcəkmi?
- Gəlin açıq etiraf edək ki, bu gün Azərbaycan müxalifətində mövcud olan hansı təşkilatın ciddi maliyyə resursları var? Mən bildiyim qədər heç bir siyasi təşkilatın belə resursu yoxdur. Hətta bu baxımdan da Rüstəm İbrahimbəyovun daha əlverişli vəziyyətdədir. Çünki onun özünün kampaniya üçün xərcləməyə maliyyəsi var. Eyni zamanda Rüstəm müəlim xaricdə tanınan nüfuzlu şəxsdir. Əlbəttə, müxalifətin ən zəif yeri maliyyə resursu məsələsidir. Amma Milli Şuranın tərkibinə baxanda da görürsən ki, ən əlverişli fiqur İbrahimbəyovdur.
- Bir müsavatçı İsa Qəmbərin namizədliyi üçün çalışdığı qədər Rüstəm İbrahimbəyovun namizədliyi üçün tələb olunan fədakarlığı göstərəcəkmi?
- Mən hesab edirəm ki, bu məsələdə problem olmayacaq. Rüstəm İbrahimbəyovun öz komandası və partiyası yoxdur. Siyasi partiyalar arasında rəqabət o zaman yaranır ki, orada komandalar bir-birinə qarşı olurlar və ya daha çox qələbə əldə etmək istəyirlər. Rüstəm İbrahimbəyov təkdir, fərddir. Əslində Milli Şurada təmsil olunan siyasi partiyaların hesabına seçki onun qərargahı yaradılacaq, komandası formalaşdırılacaq. Fəal müsavatçılar və cəbhəçilər də Rüstəm İbrahimbəyovun komandası olaraq fəaliyyət göstərəcəklər.
- Siz deyirsiniz ki, ayın sonuna qədər Milli Şura vahid namizədini müəyyən etməlidir. Bəs keçid dövrü üçün zəruri islahatları aparacaq komandanı da cəmiyyətə açıqlamağı zəruri hesab etmirsiniz?
- Mən hesab edirəm ki, indiki mərhələdə vacibi prinsiplərin formalaşmasıdır.Nəzərə almaq lazımdır ki, vahid namizədi seçməklə iş bitmir. Bununla paralel olaraq Milli Şurada keçid dövrü üçün vahid namizədin hansı işləri görməsinə dair bir sənəd də qəbul etməlidir. Yəni prioritet sahələr, öhdəliklər, atılacaq addımları cəmiyyəti bilməlidir. Vahid namizəd bu öhdəlikləri götürürsə və imzalayırsa deməli iki il müddətində görüləcək işlər bəlli olacaq. Bu prinsiplər üzərində də komandanı qurmaq lazım gələcək. Mən hesab edirəm ki, indiki mərhələdə komandanı elan etmək ziddiyyətlər və incikliklərə səbəb ola bilər. Bu sonrakı məsələdir.
- Zəfər bəy, Milli Şuranın Rusiyanın ssenarisi olduğunu, Rüstəm müəllimin isə Kremlin adamı olduğu haqda iddiaları necə şərh edirsiniz?
- Bu iddialara təbii baxmaq lazımdır. Hakimiyyət əvvəlki illərdə də müxalifətə qarşı belə təbliğat kampaniyasından istifadə edib, müxalifətin başqa ölkələrin əlində oyuncaq olduğunu iddia edib və s. Hətta müxalifətin kənardan maliyyələşdirildiyi və idarə olunduğu, onun dövlət çevrilişi etmək istədiyi kimi iddialar irəli sürülüb. Gah müxalifəti Türkiyə, gah Amerika, gah da Avropa ilə bağlayıblar. Hətta müəyyən qüvvələri İranla əlaqələndirməkdən çəkinməyiblər. Bu seçkiöncəsi isə Rusiya variantını ortaya atıblar. Ancaq Azərbayan kiçik ölkədir. Elə Rusiyada da belə kompaniya gedir, seçki öncəsi hakimiyyət rus demokratlarını ABŞ və Avropadan maliyyələşdiyini iddia edirlər. Azərbaycan kimi ölkədə isə hakimiyyətin bu cür kampaniyasına normal yanaşmalıyıq.Hakimiyyətin özü bir tərəfdən müxalifətin xaricdən dəstək axtardığını iddi edir, bir tərəfdən isə Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sevinclə elan edir ki, aparıcı dövlətlər İlham Əliyevin üçüncü dəfə prezident seçilməsini dəstəkləyir. Necə yəni, Azərbaycan müstəqil dövlətdir, amma rəsmi strukturlar xaricdə dəstəlk axtarır və bunu tapan kimi sevinclə bəyan edirlər. Bu bir qədər məntiqsizdir. Müxalifətin isə o qədər nümayəndəsi və resursu yoxdur ki, gedib xaricdən dəstək qazansın. Müxalifətin resursu özünün gücü və xalqdır. Mən hesab edirəm ki, Milli Şurada milli qüvvələr kifayət qədər çoxluq təşkil edir və onalrın əsas dəstək yeri Azərbaycan seçicisidir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Şurada Qapalı sessiya

    Milli Şurada Qapalı sessiya ...

    8-07-2013, 14:04

  • 
  • Milli Şura təcili toplantı çağırdı

    Milli Şura təcili toplantı çağırdı ...

    5-08-2013, 12:20

  • 
  • Rüstəm İbrahimbəyovun seçki qərargahı yaradılır

    Rüstəm İbrahimbəyovun seçki qərargahı yaradılır ...

    4-07-2013, 12:56

  • 
  • Milli Şura üzvləri Gürcüstandan vətənə qayıdır

    Milli Şura üzvləri Gürcüstandan vətənə qayıdır ...

    31-07-2013, 13:21

  • 
  • ZƏFƏR QULİYEV İBRAHİMBƏYOVUN NAMİZƏDLİYİNİ GÜNDƏMƏ GƏTİRDİ

    ZƏFƏR QULİYEV İBRAHİMBƏYOVUN NAMİZƏDLİYİNİ ...

    3-06-2013, 12:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu