Eldar Namazov Avropa səfərindən Bakıya qayıtdıqdan sonra Demokratik Qüvvələrin Milli Şurası növbəti iclasını çağırıb. Milli Şura üzvü Eldəniz Quliyevin Modern.az-a verdiyi açıqlamaya görə, sessiyanın bu həftə - avqustun 10-da keçirilməsi planlaşdırılır. E.Quliyevin sözlərinə görə, hələlik sessiyanın gündəliyi və keçiriləcəyi yer müəyən edilməyib.
“Bu həftə Milli Şuranın növbəti sessiyası olacaq. Təxminən ayın 10-a nəzərdə tutulub sessiya. Gündəlik müzakirə olunmalıdır, dəqiqləşdirilməlidir. İşlərimiz çoxdur. Xüsusən də seçkinin vaxtının qabağa çəkilməsi, seçki komissiyalarının işi və s. ətrafında müzakirələrimiz olacaq. Hələlik sessiyanın harada keçiriləcəyi yer dəqiqləşdirilməyib”-deyə Milli Şura üzvü vurğulayıb.
Qeyd edək ki, Milli Şuranın sonuncu toplantısı ilk dəfə olaraq sədr Rüstəm İbrahimbəyovun iştirakı ilə ötən həftə Tiflisdə keçirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?