Azərbaycanda prezident seçkiləri: Mehriban Əliyevanın ətrafındakılar naxçıvanlılarla qarşıdurmada olacaqlar
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti, iqtisad elmləri namizədi, biznesmen, Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıkov Turana müsahibəsində Azərbaycanda qarşıda duran prezident seçkiləri ilə bağlı vəziyyəti klanlararası mübarizə prizmasından təhlil edir.
Hazırda Azərbaycanda daxili klanlar arasında gedən mübarizənin kəskinləşməsindən çox danışılır. Həqiqətən də seçki öncəsi bu promlemlər varmı, nə dərəcədə ciddidir?
Bir qayda olaraq hakimiyyətə gəlmək uğrunda mübarizə seçki öncəsi həmişə kəskinləşib və kadr siyasətində klanlıq müstəsnalıq təşkil etmir. Belə ki, ali hakimiyyətdə olan klanlar keçmiş sovet dövlətlərinin hamısında olub və bu mirası aradan qaldırmaq hakimiyyətdə olanları qane etmədiyinə görə istedadlı gənclər hakimiyyət strukturlarında iştirakdan kənarda qalırlar. Onların yerinə isə hakimiyyətə yaxın, korrupsiyalaşmış heç bir istedad və savadı olmayanlar gətirilir. Onlar hakimiyyətə sərf edir və onun sifarişini yerinə yetirirlər. Azərbaycan hakimiyyətinin spesifikası məhz bundan ibarətdir. Hakimiyyətdə olan bütün vasitələr onların əlində olduğuna görə həm İlham Əliyevin, həm də Mehriban Əliyevanın dövlətə rəhbərlik etməyə ciddi şansları vardır. Lakin buna baxmayaraq, onların hər birinin öz təsir sahələri vardır.
Hazırda qruplar arasındakı mübarizənin kəskinləşməsinin mərkəzində seçkilərdə kimlərin Əliyevləri təmsil etməsi dayanır.
Azərbaycanda seçki kompaniyasında istifadə oluna biləcək qrupların qarşıdurması, yəni prezident arvadının ətrafında olan klanın təsir dairəsini genişləndirməyə imkan vermək istəməyən köhnə klan arasında qarşıdurmanın gizli elementlərini müşahidə edirik. Bu, zahirən görünmür. Ona görə də hakim partiya İlham Əliyevin namizədliyini irəli sürüb. Lakin İlham Əliyevin seçilməsində hər-hansı şübhə yaranarsa, ikinci fiqur olan Mehriban Əliyevanın namizədliyi irəli sürüləcəkdir. Mən əminən ki, bu, tezliklə baş verəcək və biz bunun şahidi olacağıq.
Bu klanların öz aralarında razılığa gəlmələri mümkündürmü?
Onlar o halda razılığa gələ bilərlər ki, vətəndaşların firavan yaşamalarını, ölkənin inkişafını, köklü islahatlar aparılmasını qarşılarına məqsəd qoyaraq, şəxsi firavan həyat tərzlərini dəyişdirsinlər. Ölkədə baş alıb gedən korrupsiyaya və məmur özbaşnalığına son qoysunlar. Onların bu kompromisə getmələri isə inandırıcı görünmür. Buna görə də söhbət ondan gedir ki, hansı vasitə ilə olursa-olsun, seçkidə uduzmasınlar və lazım gələrsə, ikinci namizəd mexanizmindən yararlansınlar.
Bəs necə olur ki, İlham Əliyevin arxasında duran qruplar öz şərtlərini diqtə edə bilirlər?
Belə ki, bu problemin dərin kökləri vardır. Əliyev klanı öz mövqeyini 40 ildən çoxdur ki, qoruyub saxlayır. Bu klan Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsilə formalaşmağa başlayıb. Hansı ki, o, öz klanını dərhal deyil, tədricən formalaşdırmağa başlayıb. İlk vaxtlar o çalışırdı ki, naxçıvanlılara mənsubiyyətini nümayiş etdirməsin.Ona görə də şəxsləri vəzifəyə regionluğa görə deyil, peşəkarlığa görə təyin edirdi. Bu şəxslər əsasən keçmiş DTK-də işləyənlər olurdu. Lakin 80-cı illərin axırlarından başlayaraq, o, aktiv olaraq naxçıvanlıları siyasi hakimiyyətə gətirməyə başladı. Bununla paralel olaraq bəzi məsələlərdə ermənistanlılara da güvənməyə başladı. Buna görə də Heydər Əliyevin klanını ailə və hətta ərazi klanı hesab etmək düzgün olmazdı. Bu klan regional siyasi klandır.
Lakin, necə olur ki, Əliyev klanı ölkəni maneəsiz idarə edərək fəaliyyət göstərir?
Bu, həqiqətən də belədir. Lakin 90-cı illərdə Sumqayıt hadisələri zamanı Moskva tərəfindən azərbaycana ciddi müdaxilə baş verdi. 1988-ci ildə Mixail Qorbaçov Heydər Əliyev tərəfindən Azərbaycan Kommunist Partiyasının 1-ci katibi vəzifəsinə gətirilmiş Kamran Bağırovu vəzifədən azad edərək, H.Əliyevin opponenti olan Əbdürrəhman Vəzirovu Azərbaycana rəhbər təyin etdi. Bununla da H.Əliyev klanı müvəqqəti olaraq fəaliyyətini dayanırmağa və gizli fəaliyyətə məcbur oldu. Lakin Ə.Vəzirov respublikada ciddi dəstək qazanmadı. Belə ki, Ə.Vəzirov fəaliyyətində müstəsna olaraq Qarabağ elitasına güvənsə də, bu onun respublikada uzun müddət hakimiyyətdə qalmasına kifayət etmədi. Bununla birlikdə, o, H.Əliyev klanınadan olan Ermənistan və naxçıvanlılara qarşı aktiv mübarizəyə başladı. Məhz bu səbəbdən də klanlararası mübarizənin kəskinləşməsi Azərbaycanda yenidən hakimiyyət dəyişikliyinə gətirib çıxardı. Şirvan klanını təmsil edən keçmiş baş nazir Ayaz Mütəllibov hakimiyyətə gəldi. Onun ciddi klan dəstəyi yox idi və Azərbaycanın uzunmüddətli siyasi gələcəyini hesablaya bilməmişdi. 1990-cı ildən başlayaraq, Azərbaycanda siyasi vəziyyət dəyişməyə başladı. 1992-ci ildə Azərbaycanda Əbülfəz Elçibəyin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldi. Əslində həmin dövrdə hakimiyyətdə olan və Naxçıvan Ali Sovetinə rəhbərlik edən Heydər Əliyev Əbülfəz Elçibəyin hakimiyyətə müvəqqəti gəlməsinə dəstək vermişdi. 1990-cı ildə hakimiyyətə qayıdan Əliyev Naxçıvandan Ali Şuranın deputatı seçildi, daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Şurasına rəhbərlik etdi və Azərbaycan Ali Şurasının sədr müavini vəzifəsini tutdu. 1993-cü ildən etibarən Heydər Əliyev və onun yaxın ətrafı hakim Yeni Azərbaycan Partiyasında möhkəm mövqelər tutur. Yəni, iyirmi il sonra öz sədrini – Heydər Əliyevin oğlu İlham Əliyevi üçüncü dəfə prezidentliyə namizəd irəli sürən partiyada.
Bu klanın təsir dairəsi güclüdürmü?
İlham Əliyev klanı bu gün respublikada Azərbaycan iqtisadiyyatına ciddi nəzarət edir və ən əsası, xüsusi muhafizə biznesi naxçıvanlıların nəzarətindədir. Bu isə real gücdür. Lakin İlham Əlyevin ətrafının bu gün respublikada qeyri-məhdud təsir dairəsinə malik olduğunu desək düzgün olmaz. Belə ki, bəzi sahələrdə onun təsir dairəsi arvadı Mehriban Əliyevanın ətrafı tərəfindən sıxışdırılır.
Mehriban Əliyevanın ətrafının Azərbaycanın əsas ziyalılarını təmsil etməsi hamı tərəfindən qəbulediləndir.
Həqiqətən Mehriban Əliyevanın bacısı Nərgiz Paşayeva Azərbaycanda Moskva Dövlət Universitetinin filialına rəhbərlik edir. 1-ci ledinin atası Arif Paşayev Milli Aviasiya Akademiyasına rəhbərlik edir, əmisi Hafiz Paşayev (Arif Paşayevin qardaşı) Azərbaycan Xarici İşlər Nazirinin müavini olmaqla bərabər, Azərbaycan Diplomatik Akademiyasının direktorudur. 13 il müddətində Hafiz Paşayev Azərbaycanın Amerika Birləşmiş Ştatlarında səfiri olmuşdur. Diplomatik dairədə onun təsir dairəsi çox güclüdür. Eləcə də Paşayevlər ailəsi Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mədəniyyət, turizm və idman, eləcə də təhsil sahəsində böyük nüfuz qazanmışlar. Digər tərəfdən Mehriban Əliyevanın qohumlarının nüfuz dairəsi son vaxtlar çox güclənir. Paşayevlər tikinti biznesinə nəzarət etməklə bərabər, maliyyə və telekommunikasiya sahələrinə də əhəmiyyətli dərəcədə nüfuz ediblər. Dövlət Gömrük Komitəsi, Dövlət Vergilər Nazirliyi və digər dövlət strukturları onların tam nəzarətindədir.
Naxçıvan klanı Paşayevlərin təsir dairəsinin güclənməsindən ehtiyatlanırmı?
Bu, həqiqətən də belədir. Buna görə də Naxçıvan klanına daxil olan qüvvələr Mehriban Əliyevanın ətrafına qarşı müqavimət göstərəcəklər. Hansı ki, mütəxəssislərin fikrincə, onların nəzarətində mühafizə hissələri kimi fəaliyyət göstərən hərbi birləşmələr - real güclər vardır. Bu klan dövlət büdcəsindən maliyyələşir və çətin ki, sıxışdırılmasına asanlıqla razılıq verələr. Ona görə də onlar axıra qədər çalışacaqlar ki, İlham Əliyev seçkilərdə iştirak etsin. İlham Əliyevin seçkilərdə qalib gəlmək şansı Mehriban Əliyevaya nisbətən çox zəifdir. Aydındır ki, İ.Əliyev klanı geniş inzibati resurslarından istifadə edərək, seçkilərdə həmişə olduğu kimi saxtakarlıq edərək İlham Əliyevi yenidən hakimiyyətə gətirə bilərlər. Lakin bu zaman İ.Əliyevin xalqdan dəstəyi olmayacaq. Bu da Azərbaycan hakimiyyəti üçün xarakterik haldır.
Nəyə görə Azərbaycan xalqından heç nə asılı olmasın?
Mən belə hesab edirəm ki, xalqdan çox şey asılıdır. Aydındır ki, biz klanlardan danışanda hansı qruplara aid olan vətəndaşların da səsvermədə hansı qrupların xeyrinə səs vermələrini də nəzərdən qaçırmamalıyıq. Bunu xüsusilə qeyd etmək lazımdır ki, xalqın gözündə Mehriban Əliyevanın şəxsiyyəti ərindən çox populyardır. Digər tərəfdən siyasi olimpdə Milli Şura tərəfindən namizədliyi irəli sürülmüş Rüstəm İbrahimbəyov kimi görkəmli şəxsiyyət də vardır. Rüstəm İbrahimbəyov konkret qabiliyyətli fiqurdur, Hansı ki, öz ətrafında çox müxtəlif insanları birləşdirmək qabiliyyətinə malikdir. Digər tərəfdən ölkəyə uzun müddət bir şəxsin rəhbərlik etməsindən xalıq yorulub. Bu da R.İbrahimbəyovun seçki marafonunda üstünlüyünü artıra bilər. Bundan başqa, prezident kürsüsü uğrunda siyasi mübarizədə Azərbaycan müxalifətinin görkəmli fiqurlarının da iştirakı mümkündür. İndi ancaq onu demək olar ki, bu seçki Azərbaycanda asan olmayacaq. Seçkinin legitimliyi və şəffaflığı Azərbaycan xalqından asılı olacaqmı? Çünki inzibati resular seçkilərdə çox ciddi faktor olsa da, belə hesab edirəm ki, əsas sözü xalq deməlidir. Çünki əsas qüvvə xalqın seçimi olmalıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?