GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Demokratik müxalifətin yoxluğu üzərində radikal və söyüşkən müxalifət cücərir” – SƏRDAR CƏLALOĞLU

“Demokratik müxalifətin yoxluğu üzərində radikal və söyüşkən müxalifət cücərir” – SƏRDAR CƏLALOĞLU

Tarix: 30-03-2018, 14:19 Bölmə :Müsahibə Baxış: 579
“Demokratik müxalifətin yoxluğu üzərində radikal və söyüşkən müxalifət cücərir” – SƏRDAR CƏLALOĞLU


“Hakimiyyət ölkədə yaranmış problemlərlə bağlı siyasi müzakirələr təşkil etmədikcə, söyüş kampaniyalarının da qarşısını ala bilməyəcək”

İstər Suriyada, istərsə də Liviya Misir və digər Yaxın Şərq ölkələrində yaşanan “ərəb baharlarını” incələyəndə qarşımıza bənzər hadisələr çıxır: bütün bu ölkələrdə proseslər söyüş, heykəllərin təhqir olunması, siyasi liderlərin şəkillərinin yandırılmasıyla başlanıb. Özü də məlum proseslər xarici dövlətlərdə, xüsusilə Qərb ölkələrində yaşayan mühacirlər tərəfindən idarə olunub.
Maraqlıdır ki, son zamanlar Azərbaycanda da söyüş kampaniyası başlanıb. Bizdə də Avropaya sığınan mühacirlər Azərbaycanın dövlət və siyasət adamlarını təhqir etməklə qalmır, onların şəkillərini yandırır, müxtəlif yerlərə yapışdırırlar. Üstəlik, məqsədlərinin Azərbaycanda çevriliş etmək olduğunu da gizlətmirlər.
Hakimiyyət nümayəndələri də bu qüvvələrin arxasında xarici xidmət orqanlarının dayandığını və ölkəni qarışdırmaq istədiklərini etiraf edirlər.
Bəs, siyasi texnologiya olaraq söyüş kampaniyası nədir və niyə bu cür metodlara əl atılır? Azərbaycanda da gedən bu proseslərin arxasında “ərəb baharları”nı hazırlayan qüvvələr varmı, yoxsa mühacirlər sadəcə ölkədən didərgin salınmalarının qisasını alırlar?
Prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğluyla söyüş kampaniyası ətrafında söhbətləşdik.

(Əvvəli bu linkdə:http://muxalifet.az/bu-adamlar-hansisa-guclrin-lind-alt-cevrilib-srdar-claloglu.html )

- Sərdar bəy, siz Azərbaycanı gözləyən böyük təhlükədən çıxış yolunu nədə görürsünüz?
- DeMousun təbirincə desək, biz hələ müəyyən qüvvələr tərəfindən planlaşdırılan vətəndaş qarşıdurmasının psixoloji hazırlıq mərhələsindəyik. Bu mərhələ bir neçə il çəkə bilər. Ona görə də istər Azərbaycan cəmiyyəti, istərsə də müxalifət və hakimiyyət, vətənpərvər ziyalılar bu söyüş kampaniyası ilə bağlı çox ciddi tədbirlər görməlidir. Bu tədbirləri əsasən iki istiqamətdə aparmalıdır: təbliğati və real iş sahəsində.
Əməli iş sahəsində ilk əvvəl insanların öz fikirlərini sərbəst ifadə etmək azadlıqları artırılmalıdır. Bizdə isə əks proseslər gedir.
Digər tərəfdən, Azərbaycanda narazı elektorat mitinqlərə getməyə çəkinir, KİV-də öz sözlərini deyə bilmir və nəticədə söyüşlərdən ləzzət alır. Xalq bilməlidir ki, hadisələrin qarşıdurma istiqamətində inkişafi ilk növbədə onun mənafeyinə ziddir. Bu gün Suriyadakı hadisələri başladanlar yox, sadə suriyalilar məşəqqətdədir.
-Yəni siz çıxış yolunu insanları maarifləndirməkdə görürsünüz. Bu isə media vasitəsilə həyata keçirilməlidir. Amma Azərbaycan mediası nəinki maarifləndirici mövqe tutmur, əksinə, sanki qızışdırır, odun üstünə benzin tökür...
-Təbii ki, Azərbaycan iqtidarının ən yanlış siyasətinin biri də təbliğat metodlarıyla bağlıdır. Bu zamana qədər tele-kanalların ciddi müzakirələrə bağlı qalması, alternativ fikirlərin heç bir KİV-də səsləndirilməməsi istər-istəməz ictimai diqqətin söyüş kampaniyasına yönəlməsinə şərait yaradıb. Təsəvvür edin, mühacirlər hakimiyyəti söyür, amma hökumət heç olmasa diqqəti onlardan ayırmaq üçün telekanalların qapısını ölkədəki alternativ fikir daşıyıcılarına – Sərdar Cəlaloğluna, İsa Qəmbərə, Cəmil Həsənliyə, Əli Kərimliyə açmır. Əksinə, öz söyüşcül deputatları vasitəsilə onlar barədə təhqiramiz fikirlər səsləndirirlər. Bu da istər-istəməz həmin siyasi liderlərin elektoratlarının söyüş kampaniyasına cəlb edilməsinə yol açır.
Hakimiyyət ölkədə yaranmış problemlərlə bağlı siyasi müzakirələr təşkil etmədikcə, söyüş kampaniyalarının da qarşısını ala bilməyəcək. Diqqət etsəniz, görərsiniz ki, seçkilərin təşviqat və təbliğat mərhələsi başlayandan ictimaiyyətdə söyüş kampaniyasına da diqqət azalıb. Çünki insanlar daha ciddi müzakirələrə təşnədirlər. Bu təşnəliyi tele-məkanlar aradan qaldırmadığından, alternativ fikri başqa yerlərdə axtarırlar. Azərbaycan iqtidarı nəyə görə televiziyanı alternativ fikrə bağlayır ki, bu cür situasiya yaransın?
Yadınıza gəlirsə, Heydər Əliyevin zamanında hər həftə müxtəlif telekanallarda hakimiyyətlə müxalifətin debatları olurdu. Nə söyüş var idi, nə də ölkə dağılırdı. Hamı televiziyaya baxır, ölkənin dərdlərindən xəbərdar olurdu. İndisə ölkə əhalisinin başını ucuz şoularla qatırlar. Başa düşmürlər ki, artıq avtoritarizmin əsas dayaq nöqtəsi olan təkdüşüncəli televiziya dövrü keçib. Sosial media bu gedişlə bütün ənənəvi televiziyaları kölgədə qoyacaq və KİV kimi dominantlığı ələ alacaq.
-Yeri gəlmişkən, müasir milli təhlükəsizlik komponentlərindən biri də informasiya orqanlarıdır. Xüsusilə “ərəb baharları” prosesində biz vətəndaş qarşıdurmalarının xarici telekanallar vasitəsilə törədildiyini gördük. “Ərəb baharları”nda xüsusilə Əlcəzirə telekanalının mühüm rol oynadığı heç kimə sirr deyil. Misir, Liviya, Suriya hakimiyyətlərini alternativ fikri telekanallara buraxmamaq siyasətləri qurtara bilmədi. Əksinə, bu məhdudiyyətlər xarici telekanalların rəvac qazanmasını sürətləndirdi.
-İnformasiya siyasətiylə hər hansı bir ölkəni çaxnaşmalara sürükləmək metodu yeni kəşf olunmuş mübarizə üsulu deyil. Buna psixoloji müharibə deyirlər və tarixən bu metoddan istifadə olunub. Bizdə bir zərb məsəl var: “Atam öldü - ya zəlzələdən, ya vəlvələdən”. Tarix sübut edir ki, vəlvələdə ölənlərin sayı bəzən zəlzələdə ölənlərdən çox ola bilər.
Müharibələrdə bəzən zəif ölkələr öz güclü psixoloji hücumları ilə həlledici zəfərlər qazana bilirlər. Yadınıza gəlirsə, sovet hakimiyyətinin dağılmasında Qərb tərəfindən maliyyələşdirilən radioların, KİV-nin misilsiz rolu oldu. Mirzə Xəzərin məşhur çıxışları hələ də yaddaşlardan silinməyib. Yaxud II Dünya müharibəsinin ən böyük gücü diktor Levitan hesab olunurdu. Hitler bu səsi kəsmək üçün Levitanın başına 250 min mark mükafat qoymuşdu. Bu, həmin dövrdə ən böyük mükafat idi. Bütün bunlar göstərir ki, media savaşı II Dünya müharibəsinin də ən böyük təxribat və ya özünümüdafiə silahı olub.
Azərbaycan hakimiyyətinin media siyasəti isə müasir dövrün reallıqlarıyla ayaqlaşmır. Və mən hesab edirəm ki, bu siyasəti həyata keçirənlər səhv yoldadırlar. Çünki televiziyaların xalqın, xüsusilə müxaliflərin üzünə bağlanması narazı kütləni ortadan qaldırmır. Hakimiyyət nə edirsə etsin, müxalifət onsuz da olacaq - ya radikal, ya mülayim. Radikallığı və mülayimliyi isə hakimiyyətin siyasətləri müəyyənləşdirir. Hakimiyyət bir vaxtlar açıq şəkildə müxalifəti sıradan çıxaracağını bəyan edirdi. İndi gəlinən nöqtə isə sübut edir ki, müxalifət sıradan çıxmır. Sadəcə forma və mahiyyətini dəyişir. Demokratik müxalifət zəifləyə, yox ola bilər. Onun yoxluğu üzərində isə radikal və söyüşkən müxalifət cücərir. Fikir verirsinizsə, 5 nəfərin söyüşü hakimiyyəti silkələyir. Amma 30 ildir, siyasi cəhətdən yetişmiş, elmli, hakimiyyətin səhvlərini tənqid edən etikalı müxalif liderlərin mübarizəsi iqtidarın vecinə deyil. Amma iqtidar bu şəraiti özü yaradıb. Bu şəraiti isə hakimiyyətin özü yaradıb.
Bilirsinizmi, biri var narazı elektorat, biri də var etiraz elektoratı. Hakimiyyət mitinqə gələn etirazçıları sayıb azlığıyla təskinlik tapır. Halbuki, bu say yalniz etirazçıların sayını ifadə edir. Narazı elektoratın böyük qismi etiraz aksiyalarına qoşulmur. Çünki hakimiyyətin sərt müdaxiləsindən çəkinir. Bu isə narazılığı aradan qaldırmadığından ictimai vicdanda toplanan və hər an partlamağa hazır dağıdıcı enerjiyə çevrilir. Hakimiyyət maraqlı olmalıdır ki, həmin narazılıq enerjisi etirazçı qrupların ətrafında toplansın və dəyişiklik prosesi dinc yolla həyata keçirilsin. Rəsmilərimiz isə bu yolu bağladıqlarından narazılar daha radikal qüvvələrin təsir dairəsinə düşür və inqilabi proseslər qaçılmaz hala gəlir.
-Yəni bu gedişlə Azərbaycanda arzuolunmaz hallar yaşana bilər?
-Təəssüf ki, hakimiyyət siyasəti dəyişməsə, bəli. Ölkədə bizi narahat edən və bəzi müxalifət qüvvələrinin də ya anlamadığı, ya da anlamaq istəmədiyi bir situasiya yaranıb: Azərbaycan böyük sürətlə demokratik inkişaf vektorundan çıxır.
Hakimiyyət nümayəndələri fikirləşirlər ki, ölkəyə nəzarət edirlər, amma bu ehtimal doğru deyil. Nəzarət olsaydı, hüquq mühafizə orqanlarında cinayətkar dəstələr formalaşmaz, banklardan milyardlarla dollar xarici ölkələrə çıxarılmazdı. Nəzarət olsaydı, cəbhə bölgəsində yüzlərlə insan erməniyə casusluq etməzdi. Hansı nəzarətdən danışırlar?
-Çünki nəzarət etməli olanların siralarında da bu cür hərəkətlərdə iştirak edənlər var. Adı korrupsiyaya qarşı mübarizə idarələri korrupsionerə, narkomaniyaya qarşı mübarizə narkobarona, bir sözlə quzu qurda tapşırılıb.
-Elə ona görə effektli nəzarət yoxdur. Əgər MTN naziri cinayətkardırsa, o necə cinayətkarlığa qarşı mübarizə apara bilər? Yaxud DİN-də Hacı Məmmədov kimi cinayətkar rahat oturub fəaliyyət göstərə bilirsə, DİN-nin hansı xidmətindən danışmaq olar? Azərbaycanda vəziyyət müxalifətin ifadə etdiyindən çox-çox ağırdır. Bəzi elə təhlükələr var ki, xarici düşmənlərimiz istifadə etməsin deyə, biz onları açıb-ağartmırıq. Pamflit mübarizəsinin ortaya çıxmasının bir səbəbi də bu vəziyyətlə əlaqədardır.
-Sərdar bəy, amma o da var ki, bundan sonra hakimiyyət tədrici islahatlarla demokratikləmə prosesinə qədəm qoysa, əks nəticə doğa bilər. Hər halda təcrübələr bunu göstərir.
-Dünya təcrübəsi göstərir ki, düzgün hesablanmayan, ardıcıl həyata keçirilməyən bütün islahatlar, həqiqətən, hakimiyyət dəyişikliyinə səbəb olur. Necə ki, Qarbaçovun Yenidənqurma siyasəti belə nəticələndi. Amma biri var dinc dəyişiklik, biri də var inqilabi proseslər. Sizcə, hansı yaxşıdır? Bir halda ki, bütün ehtimallarda nəticə dəyişiklik olacaqsa, niyə bunu dinc yerinə yetirməyəsən? Yəni hakimiyyətdən iki cür gedə bilərsən: Birincisi, elə gedə bilərsən ki, sənin nəslin də uzun illər təqib olunar - Yaxın Şərq ölkələrində olduğu kimi. Bir də elə gedə bilərsən ki, ölkədə qalarsan, qohum-əqrəbanın üzünə baxa bilərsən - Pinoçet və ya Qarbaçov kimi. Azərbaycan hakimiyyəti də islahatlar keçirsə, təbii ki, dəyişiləcək, amma islahatlarsız, caynaqlarıyla öz kreslosundan yapışacaqsa, özünü məhv edəcək. Bizim hakimiyyətin ideoloqlarını bəzən dinləyirəm. Heç biri nə dünya təcrübəsinə, nə də siyasi nəzəriyyələrə, fəlsəfələrə söykənir. Ona görə də hansı odla oynadıqlarının fərqində deyillər. Faktiki olaraq camaata sırıdıqları fikirlər özlərinin uydurmalarıdır və heç bir elmi-fəlsəfi əsası yoxdur.
-Mənim anlamadığım bir şey var. Hakimiyyət yaltaqlığa cəlb edə-edə nüfuzdan saldığı jurnalistləri, siyasətçiləri televizora çıxarıb mühacirləri söydürür. Nəticədə həm söyüş kampaniyasından xəbəri olmayanlar da baş verənlərdən xəbər tuturlar, həm də söyüş söyənlər lap qızışırlar. Sizcə, bu siyasət söyüş kampaniyasının xeyrinə işləmir?
-Mən də elə buna görə deyirəm ki, Azərbaycan rəsmi informasiya siyasətini idarə edənlər bu sahədə səriştəsizlik nümayiş etdirirlər. Əli Həsənov siyasiləri söyüş kampaniyasına cavab verməyə çağırır və bizim guya laqeydliyimizdən təəssüfləndiyini bildirir. Amma Azərbaycanda informasiya mübadiləsi o qədər məhduddur ki, ADP-nin bununla bağlı bəyanat verdiyindən iqtidarin məlumatı belə yoxdur. Halbuki, biz həmin bəyanatı Əli Həsənovun münasibət bildirməsindən iki həftə qabaq vermişik.
-Bir tərəfdən də hökumət söyüş kampaniyasında yer alan mühacirlərin ailələrini, yaxınlarını, doğmalarını incidir. Bununla da qarşı tərəfin sıralarını genişdirir...
-Deməli, həll yolu kimi gördükləri metod problemin mahiyyətinə adekvat deyil. Hakimiyyətin atdığı addımlar söyüş kampaniyasını dayandırmır, əksinə gücləndirirsə, deməli, səhv yoldadırlar. Bunlar isə israrla səhv siyasətlərini yürüdürlər. 37-ci ildə Stalin 10 minlərlə adam güllələyib. Amma onun belə bir tezisi vardı: “Oğul ataya cavabdeh deyil”...
-Bəli, sonra güllənən həmin adamların uşaqları gəlib sonradan nazir, mədəniyyət xadimi olurdular. Nə qədər adam var, familiyasındakı xan, bəy sözünü belə çıxartmamışdılar.
-Bu təkcə sovet hakimiyyəti dövründə yox, bir çox krallıqlarda da eynilə təkrarlanıb. Dünyanın bütün ölkələrində, İslam tarixində də bu cür olub. Peyğəmbərin dövründə ata - kafir idi, oğul - müsəlman. Məhəmməd peyğəmbər kafir atanın cəzasını müsəlman oğula verirdi? Azərbaycan Konstitusiyasına görə, qohumlar hətta bir-birinin əleyhinə ifadə verə bilməzlər. Mən indi hakimiyyətdən soruşuram: o adamların bacısını niyə istintaqa çağırıbsan? Konstitusiyaya görə, həmin bacı istəməsə, qardaşının əleyhinə ifadə verməyə bilər. O adamların qohumlarını tutan polis də, o polisə göstəriş verən dövlət adamı da bu söyüş kampaniyasının inkişaf etməsində maraqlı şəxs kimi özlərini aparırlar. Bir söz var “qaş düzəltdikləri yerdə vurub göz çıxarırlar”. Azərbaycan hakimiyyətində belə qabiliyyətsizlər çoxdur.
-Qabiliyyətsizliklərindəndir, yoxsa şüurlu şəkildə odun üstünə yağ tökürlər?
-Üç ehtimal var; əgər şüurlu şəkildə bunları edirlərsə, deməli, bunlar təxribatçıdırlar. Yox, əgər şüursuz şəkildə edirlərsə, deməli, qabiliyyətsizdirlər. Ya da hər ikisindəndirlər.
Söhbətləşdi: Heydər Oğuz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib

    Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi ...

    5-06-2013, 00:07

  • 
  • ABŞ-da azərbaycanlı siyasi mühacirlər arasında casus qalmaqalı

    ABŞ-da azərbaycanlı siyasi mühacirlər arasında ...

    17-01-2013, 10:31

  • 
  • ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir

    ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir ...

    15-06-2013, 01:09

  • 
  • Mühacirlər Berlində etiraz aksiyası keçirib

    Mühacirlər Berlində etiraz aksiyası keçirib ...

    7-02-2018, 13:30

  • 
  • 2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq

    2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq ...

    29-12-2012, 10:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu