Zərdüşt Əlizadə: “ABŞ insan haqlarıın pozulmasından hakimiyyətə qarşı təzyiq vasitəsi olaraq istifadə edir” Suallara politoloq Zərdüşt Əlizadə cavab verib. Müsahimiz əsasən ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrdən, onun nəticələrindən, Milli Şuradan, İbrahimbəyovun hakimiyyətə hansı dərəcədə təhlükə yaratmasından, Müsavat Partiyasının namizədinin geri çəkilməməsindən, Rusiya proyektindən və digər məsələlərdən danışıb. - Zərdüşt bəy, ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrə start verilir. Biz bu dinləmələrdən nə gözləməliyik? - Siz dediyiniz dinləmələrdə Azərbaycan hakimiyyətini insan haqlarını, qanunu, söz azadlığını, toplşmaq hüququnu pozduğu üçün ciddi tənqid edəcəklər. Hətta bir neçə ABŞ nümayəndəsi durub daha ciddi bəyanatlar səsləndirə bilər. Bütün bunlardan sonra isə onlar Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün bir vasitə əldə edir. Son nəticədə isə Azərbaycanın indiki iqtidarından istədiyini alır və məqsədinə çatır. Bununla da məsələ bitir. Yəni bütün bunlar sonda biz istəmədiyimiz şəkildə başa çatır. Vəssalam. Qısaca bunu demək olar. Azərbaycan tərəfi bunu da gözləyə bilər. Təbii ki, bundan sonra Azərbaycanın rüşvətxor məmurları Birləşmiş Ştatları qərəzlikdə, ikili standartlar tətbiq etməkdə ittiham edəcək, ABŞ əleyhinə kampaniya aparılacaq və s. Amma iş ondadır ki, bütün bunlar vəziyyəti dəyişməyəcək. - Azərbaycan hakimiyyəti sonda ABŞ-ın istədiyini verməyə, bundan imtina edə bilərmi? - Əsla. Bu mümkün deyil. Nəzərə alın ki, bu gün Amerikda dünyada super gücdür, onunla razılaşmamaq mümkün deyil. Sonda ABŞ deyən olacaq. Çünki Amerika varlıdır, güclüdür, pulu və imkanı daha çoxdur. Sözsüz ki, Amerika Azərbaycandan istədiyini almağa çalışacaq. Siz nəzərə alın ki, bir vaxtlar Amerika Azərbaycandan neft istəyirdi və bunu aldı. Sonra da keçdilər qaz məsələsinə. Nəhayət sonda qazı da aldılar. Artıq TAP layihəsi ilə bağlı məsələdə razılaşma əldə olundu. İndi isə Amerika giosiyasi maraqlarını təmin etməyə çalışır və mən inanıram ki, istədiyinə də nail olacaq. - Sizcə, ABŞ hansı giosiyasi maraqlarının təmin olunmasını istəyir və bunun üçün çalışır? - Məsələn, ABŞ giosiyasi marağı naminə Azərbaycandan İrana qarşı istifadə etmək istəyə bilər. Həmçinin istəyərlər ki, Xəzər dənizini adlayaraq Mərkəzi Asiya dövlətləri ilə aktiv işləsinlər, Orta Asiyanın karbohidrogen ehtiyatlarını Azərbaycan vasitəsi ilə dünya bazarına daşısınlar, bu regionda Rusiyanın təsirini mümkün qədər azaltsınlar. Bütün bunlara nail olmaq üçün Azərbaycan hökumətinin insan haqlarını, demokratik dəyərləri pozması addımları mühüm rol oynayacaq. Mən buna əminəm. Ancaq başqa yanaşmalarda ola bilər... - Helsinki Komitəsinin Konqresdə təşkil etdiyi bu dinləmələrdə müxalif siyasətçilər, Qeyri Hökumət Təşkilatının nümayəndələri, hüquq müdafiəçiləri dəvət edilib. Bəs bunu necə qiymətləndirmək olar? - Fikrimcə, bu çox normal haldır. Nəzərə alın ki, hər bir tərəf bu məsələdə öz işi ilə məşğul olur. Vətəndaş cəmiyyəti nümayəndələri çalışırlarki, hakimiyyət qanunları pozmasın. Heç olmasa özlərinin qəbul etdiyi qanunlara hörmətlə yanaşsın. Amma hakimiyyət qanunları pozmaya bilməz və bu mümkün də deyil. Qanunları ona görə pozurlar ki, daha çox gəlir əldə etsinlər, oğurlasın, daşısınlar. Vətəndaş cəmiyyəti də bunu görür, deyir, səsini qaldırır. Bunun nə dərəcədə effektiv olub-olmadığı isə başqa məsələdir. Bir sözlər, hərə öz işi ilə məşğul olur. - Demək istəyirsiniz ki, insan haqları, demokratik dəyərlər burada bir vasitə kimi istifadə olunur? - Əlbəttə. - Bunu necə əsaslandırmaq olar? -Bunu əsaslandırmağa ehtiyac yoxdur axı. Nəzərə alın ki, əgər belə olmasaydı bu gün Amerikanın bir nömrəli müttəfiqi Səudiyyə Ərəbistanı olmazdı. Bu ən gözəl faktdır. - Biz xatırlayırıq, xüsusilə 2005-ci ildə ABŞ-ın prioritetləri sırasında əsasən təhlükəsizlik, enerji daşıyıcıları və sonda da demokratiya məsələləri gəlirdi. Bu sıralama əvvəlki kimi qalır, yoxsa bir dəyişiklik var? -Siz tamamilə haqlısınız. Özünüzün saydığı kimi demokratya məsələləri bu sıralamada axırıncı gəlir. Onlar əslində belə fikirləşirlər ki, Azərbaycanda demokratiya olsaydı çox yaxşı olardı. Amma bunu heç kimin əvəzinə etmək niyyətləri də yoxdur. Bunu anlamaq lazım gəlir. - Rüstəm İbrahimbəyovun vahid namizəd olaraq ortaya çıxması Azərbaycan müxalifətundə keyfiyyət dəyişikliyinə, müxalifət düşərgəsində yeni situasiyanın yaranmasına gətirib çıxara bilərmi? -Azərbaycanın müxalifət düşərgəsində ziyalı, ağıllı və vicdanlı insanların potensialına ehtiyac var. Hər bir halda bir nəfər hörmətli adam gəlib Azərbaycan müxalifətinə qoşulub. Bu məncə, çox yaxşı haldır. - Ancaq təcrübə göstərir ki, tanınmış ziyalılar müxalifətə qoşulsa da, az sonra bu düşərgəni tərk edir, ən yaxşı halda evinə çəkilir və müxalifət haqqında danışmır... - Görünür müxaliftdə mədəni və alicənab insanları görəndə bir az qorxurlar, ehtiyat edirlər və geri çəkilirlər. - Sizcə, Rüstəm İbrahimbəyov Azərbaycan hökuməti üçün nə dərəcədə təhlükəli rəqibdir? - Əgər cəsarətləri çatırsa cənab İbrahimbəyovu prezidentliyə namizəd kimi qeydiyyata alsınlar və bundan sonra da baxsınlar. - Sizcə, onu qeydiyyatdan kənarda saxlayacaqlar? - Əslində keçirməlidirlər. Amma mənim fikrimcə, Azərbaycan hakimiyyətindən çox az şey asılıdır. Bunu Rusiya həll edəcək. Onda bilinəcək ki, İbrahimbəyovu qeydiyyatdan keçirirlər ya yox. Əgər qərarı alıblarsa ki, İlham Əliyevi dəyişdirsinlər, bu zaman təzyiq ediləcək ki, İbrahimbəyov qeydiyyata alınsın. Məsələ sadədir. - Bu təzyiq nədən ibarət ola bilər? - Bu təzyiq ondan ibarət ola bilər ki, Rusiyanın hansısa yüksək çinli məmuru deyə bilər ki, Rüstəm İbrahimbəyov Azərbaycan-Rusiya münasibətləri üçün daha münasib şəxsdir.Bundan sonra xalqı soyan bu məmur kütləsinin səksən faizi tappıltı ilə İbrahimbəyovun tərəfinə keçəcək. Bundan sonra isə seçkinin taleyi bəlli olacaq. Həmdə nəzərə alın ki, xalqın hakimiyyətdən narazılığı çox böyükdür. Çünki göz görə-görə xalqın malını yeyib dağıdırlar, oğurlayırlar. Bu isə çox pis reaksiya verir. Əlbəttə, insanlar qorxurlar və susurlar. Ancaq həmdə bu narazılıq getdikcə çoxalır. - Sizə elə gəmirmi ki, çox maraqlı situasiya yaranıb. Məsələn, qərb dəyərlərinə, türkçülüyə dəyər verən real müxalifət bu gün rusdilli və rusmeylli bir şəxsin ətrafında birləşib? - Rüstəm müəllimin ruspərəst olması haqqında deyilənlər sadəcə sözdür. İkincisi,pərəstlik nisbi bir şeydir. Vaxtı ilə bir qrup adam niyə türkpərəst idilər, Türkiyənin yanında idilər? Ona görə ki, Türkiyəni sevirdilər, əlbəttə ki, xeyr. Onların hamısı ruspərəst idilər də, amma deyə bilməzdilər ki, ruspərəstdirlər. Ona görə deyirdilər ki, biz türpərəstik. Həmdə bu yolla hakimiyyətə gəlmək daha məqbul idi. Bir sözlə, avam xalqı aldadırdılar. Cammatda elə düşünürdü ki, Türkiyəpərəstlik yaxşı bir şeydir. Yəni türkpərəst olmaq allaha yaxın olmaqdır, müdirik insandır, demokratdır və s. Belə bəsit və dayaz düşünürdülər. İndi də Amerikapərəstlər, Avropapərəstlər mövcuddur. Avropa və Amerika üçün Azərbaycan veclərinə deyil. Onlar sadəcə olaraq Azərbaycandan yararlanmaq, hansısa şeyləri əldə etmək, faydalanmaq istəyirlər. Azərbaycan xalqı haqqında da deyirlər ki, bu xalqın gözəl xalçası, muğamı, tarixi var və s. Bu əslində həqiqətdir. Amma onlar bunu bir tərəfdən bizə xoş gəlmək üçün, bir tərəfdən də nəyəsə nail olmaq üçün deyirlər. Başqa sözlə, təmənnasız Azərbaycanı sevənlər çox azdır. Ancaq daha çox Azərbaycanı təmannaya görə sevirlər. Bu isə sonda yaxşı bir şey vəd etmir. - Bu gün siz Azərbaycan hakimiyyətinə qarşı alternativ güc mərkəzi görürsünüzmü və bu Milli Şura ola bilərmi? - Əgər qeydiyyatdan keçirsələr, onda bu gözləniləndir. - Rüstə müəllimi qeydiyyata almasalar necə olacaq? - Deməli hər şey bitdi. Rüstə müəllimsiz Milli Şuranın potensialı olmayacaq. - Amma Müsavat Partiyasının başqanı İsa Qəmbər də namizəd ola bilər... - Məncə, bu proseslərə elədə təsir etməyəcək. Müsavatın namizədi boş şeydir. - Müsavatın namizədinin irəli sürülməsi və bundan imtina edilməməsi müxalifətin birliyini poza bilərmi? - Yox. Bu mümkün deyil. Müsavatın bu addımını heç kəs nəzərə almayacaq. Müsavat Partiyası şəraitə uyğunlaşaraq hər ehtimala qarşı işlərini ehtiyatla tuturlar. Əslində bu ciddi mane deyil. - Sizin özünüz seçkilərdə kimi müdafiə edəcəksiniz? - Mən seçkiyə gedəcəyəm, müşahidəçi olacağam və bunun əsasında da seçkilərin necə keçirilməsinə dair rəyimi deyəcəyəm. - Hansı namizədi dəstəkləyəcəksiniz? -Əgər Rüstəm İbrahimbəyovun namizədliyi qeydiyyata alınsa, onu dəstəkləyəcəyəm. - Bəs Rüstəm müəllim Kremlin proyekti deyilmi? - Bu boş söhbətdir. Xeyr. Rüstəm İbrahimbəyov Kremlin proyekti deyil. Kremlin proyekti Əliyevlərdir. Bu Moskvanın əsl proyektidir. Bu dəqiqdir. - İndi onlar proyektlərindən imtina edirlər? -Proyektlərini dəyişirlər. Siyasətdir də, hərə öz oyununu oynayır. - Mehriban Əliyevanın adının namizəd kimi hallandırılmasını necə qiymətləndirmək olar? -Bu da siyasi oyundur. Və ya oyunun bir hissəsidir. Bu hər ehtimala qarşı hesablanıb. Həm beləyə, həm də farsmojor situasiyaya. - Bəs seçkidə forsmojor situasiya yarana bilərmi? - Məncə yox. Əgər hakim komanda seçkilərə İlham Əliyevlə gedəcəksə, forsmojor vəziyyətin yaranmasl real görünmür. HÜSEYN ABBASOĞLU
Sorğu
Yeni dizaynımız necədir?