GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Zərdüşt Əlizadə: Xurafatdan xilasın yolu insan azadlığıdır

Zərdüşt Əlizadə: Xurafatdan xilasın yolu insan azadlığıdır

Tarix: 14-06-2019, 19:00 Bölmə :Müsahibə Baxış: 701
Zərdüşt Əlizadə: Xurafatdan xilasın yolu insan azadlığıdır


Şərqşünas alimin Amerikanın Səsinə müsahibəsi

Şərqşünas alim Zərdüşt Əlizadə Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insanların xurafata inanmasının səbəblərindən danışıb.

Amerikanın Səsi: Sosial şəbəkələrdə onlarla insanın “Qaloş Piri”ndə qaloşu öpməklə şəfa tapacağı barədə videolar yayılıb. Ölkədə insanların bu qədər xurafata yuvarlanmasının səbəbini necə izah edərdiniz?

Səhiyyəmizin bərbad vəziyyətində, insanların maliyyə durumunun ağır şəraitində, yaşamaq üçün insanlar gedib qaloşu da öpər, ayaqqıbını da öpər.
​Zərdüşt Əlizadə: Bircə əsas səbəbi var. İnsanlarda, vətəndaşlarda əvvəla savad səviyyəsi aşağıdır. Çünki, bizim təhsil sistemimiz mütəmadi olaraq tənəzzülə uğrayır. İkicisi isə bizim gerçəkliyimizdə rasional meyarlara güvənc, o qədər zəifdir ki, insanlar xurafata və mövhumata inanmağa başlayırlar. Səhiyyəmizin bərbad vəziyyətində, insanların maliyyə durumunun ağır şəraitində, yaşamaq üçün insanlar gedib qaloşu da öpər, ayaqqıbını da öpər.

Amerikanın Səsi: Prezident Adminsitrasiyasının rəhbəri Ramiz Mehdiyev əsərlərinin birində ötən əsrlərdə Azərbaycan ziyalılarının, - Abbasqulu ağa Bakıxanovun, Mirzə Kazımbəyin, Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin və digərlərinin xurafata qarşı mübarizə apardığını, insanları maarifləndirdiyini yazır. İndi, hökumətin bəyan etdiyi kimi bütün azadlıqların tam təmin edildiyi Azərbaycanda xurafata qarşı mübarizə necə təşkil edilib?


Zərdüşt Əlizadə: Ramiz müəllim, əgər, bu cür, keçən əsrin, ondan əvvəlki əsrin işıqlı insanlarının adını çəkirsə, mən bunu yalnız pripiska (saxtakarlıq-red) adlandırıram. Çünki həmin adamlar Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının azad olmalarını istəyirdilər. Ramiz Mehdiyevin bütün fəaliyyəti Azərbaycan insanını, Azərbaycan xalqını əsarətdə saxlamağa yönəlib. Tam əks, digər qütbə yönəlib. Mən düşünürəm ki, xurafatdan xilas olmaq üçün insanlar ilk növbədə azad olmalıdır, özlərinə güvənməlidir, cəmiyyətə güvənməlidir. İndiki zamanda insanlar nə özlərinə, nə də cəmiyyətə güvənə bilmir. Ona görə xurafata üz tuturlar.

Amerikanın Səsi: Ölkədə xurafatın yayılmasının qarşısının alınması üçün nə edilməlidir? Vaxtı ilə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Şeyx Nəsurrullah var idisə, qərb təfəkkürlü Kefli İsgəndər də var idi. Hazırki dövrün şeyx nəsurullahları ilə kefli isgəndərlərini necə xarakterizə edərdiniz?

Müasir Azərbaycan cəmiyyətində kefli isgəndərlər çox azdır və cəmiyyət, kütlə onları qəbul etmir. Amma şeyx nəsrullahlar at üstədirlər, çapırlar, analoqu olmayan inkişafdan danışırlar.
​Zərdüşt Əlizadə: Onu deyim ki, xurafata qarşı mübarizəni həmişə peyğmbərlər də deyib. Məhəmməd peyğəmbər xurafata qarşı kəskin olub. Quran xurafatı bir qələt kimi, yanlış bir məfhum kimi təbliğ edib. Sadəcə, xurafat cəhalətdən qidalanır. Din də həmişə insanları elmə və urfana dəvət edib. Azərbaycanda, əgər, 19-cu əsrdə, sonra 20-ci əsrdə xurafata qarşı mübarizəni işıqlı insanlar aparırdısa, əlbəttə Mirzə Cəlilin “Şeyx Nəsrullahı” parlaq misaldır. Bəli, mirzə cəlillər xurafata qarşı, o cümlədən də siyasi xurafata qarşı mübarizə aparırdılar. Amma, Kefli İsgəndər Azərbaycan cəmiyyətində həmişə azlıqda olub, həmişə kütlə tərəfindən rədd edilib, inkar edilib. Sovet dövründə də kefli isgəndərlər var idi, sovet sisteminin eybəcərliklərini xurafatla bağlayan adamlar var idi. Bunu deyirdilər və onları da Kefli İsgəndər kimi qəbul edirdilər. Sonra, müasir Azərbaycan cəmiyyətində kefli isgəndərlər çox azdır və cəmiyyət, kütlə onları qəbul etmir. Amma şeyx nəsrullahlar at üstədirlər, çapırlar, analoqu olmayan inkişafdan danışırlar.

Amerikanın Səsi: Hökumət hər il dövlət büdcəsindən dini maarifləndirmə ilə bağlı xeyli vəsait ayırır. Bu vəsaitdən düzgün istifadə edilirmi? Vəziyyətdən çıxış nədir?

Zərdüşt Əlizadə: Azərbaycanda bütün büdcə vəsaitləri mənimsənilir, oğurlanır və yazıda göstəriləndən fərqli məqsədlərə xərclənir. Görünür ki, xurafata qarşı da yönələn vəsait məqsədinə çatmır. Ona görə də xurafat güclənir.

Qeyd: Hökumət ölkədə insanların bütün fundamental azadlıqlarının tam edildiyini, vətəndaşların sosila-rifah halının sürətlə yaxşılaşdırğını bildirir. Rəsmi Bakı tənqidi fikirləri qəbul etmir və qərəzli sayır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZƏRBAYCANDA "QALOŞ PİRİ" RƏZALƏTİ - HARA GEDİRİK?

    AZƏRBAYCANDA "QALOŞ PİRİ" RƏZALƏTİ - ...

    10-06-2019, 16:21

  • 
  • Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab verdi: “Əlizadələr ailəsi və sülaləsinin...”

    Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab ...

    16-04-2019, 16:13

  • 
  • Zərdüşt Əlizadə: “Gündəm xəbər”in bayıra atılması biabırçılıqdır”

    Zərdüşt Əlizadə: “Gündəm xəbər”in bayıra atılması ...

    18-02-2018, 20:48

  • 
  • Elçin Şıxlı: Peşəkar jurnalistikanın ağzını yummuşuq

    Elçin Şıxlı: Peşəkar jurnalistikanın ağzını ...

    16-11-2017, 18:41

  • 
  • Politoloqla partiya sədri bir-birini ittiham etdi

    Politoloqla partiya sədri bir-birini ittiham etdi ...

    17-07-2014, 02:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (163)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu