Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda bu il keçiriləcəyi gözlənilən bələdiyyə seçkiləri və seçki mühitindən danışıb.
Amerikanın Səsi: Azərbaycanda bu il bələdiyyə seçkilərinin keçiriləcəyi gözlənilir. Ölkədə azad və demokratik seçki keçirilməsi üçün mühit varmı?
Bələdiyyə seçkiləri ərəfəsindəki durumu ürəkaçan hesab eləmirəm. Anar Məmmədli: Təəssüflər olsun ki, hal-hazırkı siyasi şərait ölkədə azad demokratik seçkilərin keçirilməsi üçün zəruri şərtlərlə təmin olunmayıb.Yəni 27 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkisi ərəfəsində seçki üçün vacib olan faktorların böyük əksəriyyəti təmin olunmayıb. Bura daxildir normal seçki qanunvericiliyin təmin olunması, ölkədə sərbəst toplaşmaq azadlığı ilə bağlı, ifadə azadlığı ilə bağlı şərtlər, ölkədə qanunun aliliyi ilə bağlı məsələlər, - bu istiqamətdə demək olar ki, problemlər var. Həmin problemlər təzə problemlər deyil. Bu problemlərin illərdir üstünə qoyulur.Təəssüf ki, hakimiyyət elə bir siyasi iradə sahibi deyil ki, bu mühitin dəyişilməsi ilə bağlı, ölkədə normal atmosferin yaradılması ilə bağlı addımlar atsın. Mən bələdiyyə seçkiləri ərəfəsindəki durumu ürəkaçan hesab eləmirəm.
Amerikanın Səsi: Əksər müxalifət partiyaları sanki bələdiyyə seçkilərində iştirakdan imtina edib. Aparıcı müxalifətin bələdiyyə seçkilərində iştirak etməməsinin səbəbləri nədir və bu hal hansı nəticələr doğurur?
Mənə elə gəlir ki, bütün respublika üzrə olmasa da bəzi bölgələrdə xüsusilə Bakı, Sumqayıt ,Gəncə kimi iri şəhərlərdə bələdiyyə seçkilərinə qatılmaq olar. Anar Məmmədli: Məncə bunun əsas səbəbi bələdiyyələrin statusu ilə bağlı illər boyu ortaya çıxan problemlərlə bağlıdır. Yəni, faktiki olaraq Azərbaycanın Konstitusiyasına və milli qanunvericiliyə nəzər salsaq bələdiyyələr qeyri dövlət hakimiyyəti orqanı kimi çıxış edir. Yəni yerli özünüidarə ilə bağlı bütün məsələlər bələdiyyələrin ixtiyarında deyil. İkinci bir məsələ siyasi hakimiyyət orqanı kimi də nüfuz sahibi deyillər. Yəni həm dövlət hakimiyyəti orqanı olmaması, həm siyasi hakimiyyət orqanı kimi çıxış etməməsi siyasi partiyalar arasında, xüsusilə, müxalifət arasında bələdiyyələrə münasibətdə mənfi rəyin formalaşmasına səbəb olur. İkinci bir məsələ də illər boyu seçkilərə olan mənfi münasibət, yəni, seçi prosesinin qeyri-demokratik keçirilməsi. Səsvermənin nəticələrinin saxtalaşdırılması, dəyişdirilməsi, müxalif düşərgədə siyasi partiyalar arasında bu seçkilərin zəruriliyi, bu seçkilərə qatılıb resurslar qoymaq, hansısa qələbəyə nail olmaqla bağlı onlarda bir ümüdsizlik yaradır. Bu seçkilərdən uzaq dururlar. Mənə elə gəlir ki, bütün respublika üzrə olmasa da bəzi bölgələrdə xüsusilə Bakı, Sumqayıt ,Gəncə kimi iri şəhərlərdə bələdiyyə seçkilərinə qatılmaq olar.
Amerikanın Səsi: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurasının Venesiya komissiyası Azərbaycanda seçki qanunvericiliyinin və seçki mühitinin dəyişdirilməsi ilə bağlı Azərbaycan hökumətinə tövsiyələr verib. Tövsiyələr Azərbaycan hökuməti tərəfindən nəzərə alınırmı?
Anar Məmmədli: Tövsiyələrin icra vəziyyəti ilə bağlı araşdırmalarımız
Çox etinadsız və laqeyd yanaşır. Yəni sanki Azərbaycan bu qurumların üzvü deyil, sanki Azərbaycan bu mötəbər təşkilatlarla əməkdaşlıq çərçivəsində deyil. göstərir ki, bu sahədə demək olar ki, sıfır nöqtəsində durublar. Bu proses ilk dəfə 2003-cü ildə başladı. Azərbaycan seçki məcəlləsi qəbul olunan ərəfədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə, Avropa Şurasının Venesiya komissiyasının birgə tövsiyələri açıqlandı. Ondan sonra bir neçə dəfə olub ki, tövsiyyələr açıqlanıb. Xüsusilə ATƏT-in hər seçki missiyasından sonra yekun tövsiyələr açıqlanır. Mən deyim ki, hakimiyyətdə heç bir diqqət tərpəniş, hərəkətlilik yoxdur. Artıq 16 ildir bu proses davam edir. Konkret olaraq hakimiyyətin davranışına gəldikdə, mənə elə gəlir ki, hakimiyyət bir qayda olaraq son illər bu qurumları görməzdən gəlməyə başlayıb. Çox etinadsız və laqeyd yanaşır. Yəni sanki Azərbaycan bu qurumların üzvü deyil, sanki Azərbaycan bu mötəbər təşkilatlarla əməkdaşlıq çərçivəsində deyil .Bu məsələdə mənə elə gəlir ki, bir qədər də məsuliyyət daşıyan həmin qurumların yaradılmasında iştirak edən dövlətlərdir. Böyük Britaniya, Fransa, Almaniya, ABŞ kimi ölkələr AŞPA, ATƏT kimi mötbər təşkilatların daha çalışqan olması, mötəbər qurum kimi sayılmasına nail olmalıdır. Bu ölkələr həqiqətən Azərbaycan kimi ölkələrdə daxili seçki proseduralarının təkmilləşdirilməsində, bunun beynəlxalq standartlara uyğunlaşmasında rol alması ilə bağlı təşəbbüskar olmalıdır. Siyasi təşəbbüs ortaya qoymalıdırlar.
Amerikanın Səsi: Vətəndaş cəmiyyəti institutları seçki prosesinin moniotorinqini həyata keçirməyə qadirdimi?
Hakimiyyətin ciddi şəkildə seçki müşahidəçiliyinə etinadsız, laqeyd, hətta mən deyərdim, barışmaz münasibəti var. Anar Məmmədli: Vətəndaş cəmiyyəti təşkilatlarının Azərbaycanda seçki prosesinin müşahidəsi ilə bağlı əsas çatışmamazlığı bununla bağlı mühitin olmamasıdır. Yəni hakimiyyət istər bizim təşkilatın timsalında olsun, istər sə də başqa siyasi təşkilatlar olsun, vətəndaş qrupları olsun, yaxud fərdi şəkildə seçki müşahidəçiləri ilə məşğul olan insanlar olsun, onların timsalında yerli seçki müşahidəçiliyini görməzdən gəlir. Əldə olunmuş faktları araşdırmır. Onları toplayan şəxsləri təqib edir. Məsələn, bizim təşkilata qarşı olan olay. Məhkəmə çəkişməsi, ardınca cinayət işi, sonra bizim həbslərimiz və s .Bütün bunlar yerli seçki müşahidəçiliyinə hakimiyyətin göstərdiyi münasibətin təzahürüdür. Mənə elə gəlir ki, bu məsələdə əsas görüləcək iş siyasi mühütün dəyişməsidir. İkinci bir məsələ bununla bağlı ciddi problemlərdən biri maliyyə çatışmazlığıdır. Yəni kompleks şəkildə ölkə üzrə monitorinq təşkil etmək maliyyə ilə bağlı məsələdir. Üçüncü insan resursudur ki, çoxlu sayda insanlar bu prosesə maraq göstərirlərsə bunu əldə etmək olar. Amma son illərdə bizim təşkilatımız belə bir metodologiya ortaya qoydu ki, az sayda insanla bütün ölkə boyu milli mənzərəni ortaya çıxarmaq olar.Təbii ki, əsasən seçkilərin keyfiyyət göstəricilərini xəttini tutaraq. Bu metodologiya özünü bir sıra ölkələrdə sınaqdan çıxarıb. Amma Azərbaycanda da bu metodologiyanın tətbiqi ilə bağlı biz 2008-ci ildən bəri ciddi problemlərlə üzləşirik.Yəni ölkədə elə bil təşkilat yoxdur ki, bu metodologiyanın tətbiq eləsin və ya eləyə bilsin. Çünki bu metodologiyanın tətbiq etmək üçün çoxlu sayda ekspertlərin hazırlaşması lazımdır. Bununla bağlı ciddi şəkildə təlim keçmiş təlimçilərin olması lazımdır. Nə hökumət bu məsələdə maraqlıdır, nə seçki müşahidəçiliyini bir arzu olunan, bir fəaliyyət kimi görür. Bəzi hallarda ümumiyyətlə müşahidəçiləri qeydə almır. Müəyyən prosedurlarla qarşısını alır. Məsələn, vətəndaşların bir çoxu müşahidəçi olmaq istəyirlər. Onlar mütləq Bakıya gəlməlidirlər. Burada sənədlərini, ərizələrini verməlidirlər. Halbuki bunu online həll etmək olar. Son dövrlər hər şeyi online həll edirlər. Görünür ki, hakimiyyətin ciddi şəkildə seçki müşahidəçiliyinə etinadsız, laqeyd, hətta mən deyərdim, barışmaz münasibəti var.
Amerikanın Səsi: Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün nə edilməlidir?
Anar Məmmədli: Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün birinci növbədə siyasi iradə olmalıdır. Seçki hakimiyyət orqanlarının formalaşmasında xalqın iştirakını qəbul etməlidir. İkincisi bununla bağlı addımlarkı var, seçki qanunvericiliyinin dəyişdirilməsi, seçki komissiyalarının formalaşması, seçki komissiyalarında bütün maraqlı tərəflərin iştirakı məsələsi, nəhayət seçki prosesində cəmiyyətin bütün təbəqələrinin, bütün qrupların, vətəndaş cəmiyyəti təşkilatlarının, medianın, siyasi partiyaların azad, sərbəst şəkildə iştirakı ilə bağlı addımlar atmalıdır. Bunlar olmadan ölkədə beynəlxalq standartlara uyğun seçki keçirmək mümkün olmayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?