GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Maliyyə amnistiyası ölkəyə nə vəd edir? - TƏHLİL

Maliyyə amnistiyası ölkəyə nə vəd edir? - TƏHLİL

Tarix: 6-08-2019, 14:08 Bölmə :Müsahibə Baxış: 677
Maliyyə amnistiyası ölkəyə nə vəd edir? - TƏHLİL


Uzun illərdir ölkədə maliyyə amnistiyasının verilməsi gündəmə gətirilir, Milli Məclisdə bu istiqamətdə müzakirələr gedir. Lakin hələ də məsələnin həlli ilə bağlı konkret addımlar atılmayıb. Növbəti dəfə bu mövzunu deputat Fazil Mustafa “AzPolitika.info”-ya müsahibəsində gündəmə gətirib. O bildirib ki, qanuni ya qanunsuz yolla toplanaraq xaricə aparılmış vəsaitlər üzərində amnistiyanın tətbiqi ölkənin investisiya mühitinə müsbət təsir edərdi.

Sitat: “İlk növbədə maliyyə amnistiyası vermək lazımdır. Maliyyə amnistiyasi verməyincə, hamı qorxub pulunu ortaya çıxarmayacaq. Maliyyə amnistiyası verdikdən sonra ola bilsin ki, birinin maddi vəziyyəti digərindən qat-qat üstün olacaq, amma qabiliyyət imkanları sıfırlananda daha qabiliyyətli az vəsaitlə qısa müddətdə böyük xariqələr yarada bilir. Amma rəqabətsiz mühitdə milyardlar qazanan adam rəqabət mühitində qazandığını itirmiş ola bilər. Bu, bazar iqtisadiyyatının əlifbasıdır. Biz gerçək bazar iqtisadiyyatına keçməliyik. Qanuni, qanunsuz yolla kim nə toplayıbsa, amnistiya tətbiq edirsən və deyirsən ki, pulunu xaricdən gətir, qoy öz ölkənə. Və buna görə məsuliyyət daşımırsan, məhkəmə də qarantiya verir. Beləcə, onlar pulu gətirib sərmayə kimi qoyurlar və başqa qaydalarla işləməyə başlayırlar. Yəni ancaq vergini tanıyır və vergi xaricində heç bir qurumu tanımır. Ondan sonra görün ölkə qısa müddətə neçə çiçəklənəcək. Hər halda onların 50 faizinin kapitalını gətirib qoyması kifayət edər”.

Bəs görəsən, digər iqtisadçı ekspertlər və deputatlar bu barədə nə düşünür? İndiki halda maliyyə amnistiyasının verilməsi ölkəmizə nə vəd edir?

Qeyd edək ki, deputat Vahid Əhmədov da uzun illərdir ki, maliyyə amnistiyasının verilməsinin vacibliyindən danışır. Deputat açıqlamalarında bildirir ki, vəsaitlərini xaricə çıxaran məmurların pullarının Azərbaycana gətirilməsinin vaxtı çatıb: “Həmin vəsaitlər Azərbaycanda investisiya şəklində ictimai-siyasi həyatın inkişafında istifadə olunmalıdır. Amma bunun üçün ilkin olaraq qanun layihəsi hazırlanmalıdır. Qanun elə şəkildə hazırlanmalıdır ki, maliyyə amnistiyası veriləndə həmin vəsait yalnız və yalnız Azərbaycanda iqtisadi inkişafa xidmət etsin, başqa məsələlər üçün istifadə edilməsin. Ancaq maliyyə amnistiyası veriləndə o adamdan bu vəsaiti harada, necə qazanması soruşulmur. Maliyyə amnistiyası verilən zaman həmin vəsaitin ofşor ya da qeyri-bir zonadan gətirilməsi o qədər əhəmiyyət kəsb etmir. Amnistiya verilir və həmin pullar ölkəyə gətirilir”.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, maliyyə amnistiyası iqtisadiyyata ancaq müsbət təsir edə bilər: “Mən maliyyə amnistiyası ifadəsini daha geniş mənada baş düşürəm. Ümumiyyətlə, kimin əlində mənbəyi, mənşəyi bilinməyən əmlak varsa, qanuni əsası olmayan əmlak varsa, onlar leqal elan oluna bilər. Söhbət yalnız maliyyə amnistiyasından getmir. Xeyli adam var ki, onların qanuni əsası olmayan tikililəri var. Onların hər birini dövlət tanımalıdır. Onlar hər biri gəlib əmlakının siyahısını dövlətə təqdim etməli və deməlidir ki, əlimdə bunlar var. Dövlət ilk növbədə həmin əmlakın dəyərinin məsələn, 10 faizi həcmində vergi tələb edə bilər və buradan qazana bilər. Bu rəqəm fərqli də ola bilər. Qanun da həmin şəxsə zəmanət verəcək ki, heç kəs heç zaman ondan həmin maliyyənin mənbəyini soruşa bilməz. Həmin şəxslər vəsaitlərini ölkə daxilində yerləşdirə bilərlər, ondan gəlir götürə bilərlər, övladlarına saxlaya bilərlər”.

İqtisadçı hesab edir ki, bu vəsaitdən xaricə valyuta axını olsa da, müəyyən hissəsi ölkədə qalacaq: “Əlbəttə ki, bu vəsaitin bir qismi xaricə də gedə bilər. Ancaq xaricə onsuz da gedir, qarşısını almaq mümkün deyil. Artıq bu insanların bir çox xaricə vəsait çıxararkən belə etibar etmirlər. Zamirə Hacıyeva işində biz onu da gördük ki, xaricə yerləşdirilən vəsaitlərə də təminat yoxdur. Sabah onlar da əllərindən alına bilər. O mənada həmin vətəndaşlar da istəyərlər ki, vəsaitlərinin müəyyən hissəsini ölkə içində saxlasınlar. Bu da istər-istəməz ölkəni iqtisadi inkişafa aparacaq. Vaxtilə ABŞ niyə inkişaf etdi? Çünki orada yaşayanların hamısının əmlakı tanındı. Orada kim hansı torpağı tuturdusa, istifadə edirdisə dövlət onu tanıyırdı və vətəndaş həmin torpaqdan qanuni şəkildə istifadə edirdi. Bu gün Azərbaycanda bir çox daşınmaz əmlak, otellər, hündür binalar və sairin heç yerdə qeydiyyatı yoxdur. Bununla da inkişaf mümkün deyil. Həmin əmlak üzərindən kredit götürə bilmir, girov qoya bilmir”.

Ə.Həsənovun sözlərinə görə, amnistiyadan sonrakı dövr üçün yol verilən maliyyə cinayətləri üçün cəzalar da müəyyən olunmalıdır: “İqtisadiyyat orada inkişaf edir ki, iqtisadi cəhətdən fəal olan vətəndaşlarda əmlaklarının, bizneslərinin əlindən alınmayacağı ilə bağlı əminlik hissi olsun. Maliyyə amnistiyası da ilk növbədə bunu təmin edəcək. Maliyyə amnistiyasımnın bir üstünlüyü də odur ki, həmin qanun bundan sonra edilə biləcək bütün maliyyə pozuntuları ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutacaq, kim buna yol versə cəzasını alacaq. Bu məsuliyyətin olması da gələcəkdə baş verəcək maliyyə cinayətlərinin qarşısını alacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZƏRBAYCANDA VERGİ AMNİSTİYASI ELAN OLUNUR! – Qanun layihəsi Milli Məclisdədir

    AZƏRBAYCANDA VERGİ AMNİSTİYASI ELAN OLUNUR! – ...

    20-12-2016, 20:04

  • 
  • Azərbaycanda kimlər milyarderdir?

    Azərbaycanda kimlər milyarderdir? ...

    13-11-2013, 11:30

  • 
  • “Azərbaycanda amnistiya olacaq” - Nazir

    “Azərbaycanda amnistiya olacaq” - Nazir ...

    7-02-2014, 22:56

  • 
  • Siyasi partiyalara ayrılan maliyyə yardımı 10 faiz artırıldı

    Siyasi partiyalara ayrılan maliyyə yardımı 10 ...

    22-11-2013, 12:40

  • 
  • "Milli Bankın sədrindən soruşuram..."

    "Milli Bankın sədrindən soruşuram..." ...

    13-11-2013, 15:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu