GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına keçdi

Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına keçdi

Tarix: 7-03-2021, 15:39 Bölmə :Müsahibə Baxış: 576
Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına keçdi


Sabiq deputat Gülər Əhmədova siyasi fəaliyyətində gözlənilməz seçim edib.

Gundemxeber.Az bildirir ki, Müasir Müsavat Partiyasına üzv olmuş sabiq millət vəkili Gülər Əhmədovanın Yenisabah.az-a bunun səbəblərini deyib.

– Gülər xanım, Müasir Müsavat Partiyasına üzv olmağınız yenidən siyasətə dönüş kimi qiymətləndirilə bilərmi?

– İstənilən partiyada olmaq, artıq siyasətə qayıtmaq deməkdir. Hansı partiya olmağının fərqi yoxdur. Partiyada iştirak etmək, partiyanın qarşısına qoyduğu vəzifələri həyata keçirmək şübhəsiz ki, siyasi fəaliyyətdir.

– Niyə məhz Müasir Müsavat partiyası?

– Son 8 il ərzində kifayət qədər təkliflər olub. Təkliflərin arasından Müasir Müsavatı seçməyimin əsas və ən cəlbedici səbəblərindən biri Müsavat ideyalarının olmasıdır. Çünki mən partiyanın nizamnaməsi ilə tanış oldum və Rəsulzadə ideyaları, Rəsulzadənin Azərbaycan üçün önəminin xüsusi yeri olduğunu gördüm. Müasir olsa da, keçmiş olsa da, Müsavat ideyaları hər bir azərbaycanlı üçün çox cəlbedici ideyadır. Çünki Vətənini sevən, Azərbaycanın suverenliyi, müstəqilliyi barədə düşünən hər bir azərbaycanlı şübhəsiz ki, müsavat ideyalarına çox böyük hörmətlə yanaşır.

– Hafiz Hacıyevlə sizi hansı siyasi dünyagörüş bağlayır?

– Müxtəlif Müsavat partiyaları var, amma hər biri bu ideyanın əsasındadır. Bu partiyaların liderlərinin də həmin məsələlərə müxtəlif baxışları var. Məsələn, mənim Müasir Müsavatda bəyəndiyim başqa bir məqam ondan ibarətdir ki, bu partiya Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və konkret Prezidentin şəxsi ilə bağlı hər zaman doğru, dürüst informasiyaları xalqa ötürür və cənab Prezidentin şəxsi ilə bağlı doğru siyasi qərarlar qəbul edir. Buna görə də belə qərara gəldim ki, həm Müsavat ideyaları, həm də cənab Prezidentin daxili və xarici siyasətinə dəstək olmaq məqsədilə bu partiyaya üzv olum. Cənab Prezidentin bundan sonra da görəcəyi kifayət qədər iş var. Düzdür, biz Qarabağ problemini həll etdik, hesab edirəm ki, belə bir problem mövcud deyil, amma şübhəsiz ki, problemin həllindən sonra onun səliqəyə salınması üçün işlər aparılmalıdır.

– Gülər xanım, siz hakim Yeni Azərbaycan Partiyasının tanınmış simalarından biri olmusuz, YAP-a qayıtmaq üçün cəhd etdinizmi?

– Xeyr, cəhd eləmədim, çünki YAP bu gün ideya və maraqlarından uzaqlaşıb. Mən düşünürəm ki, Cənab Prezidentin sədr olması bu partiya üçün artıq keçmiş olmalıdır, bu, keçmiş bir hadisə kimi qeyd olunmalıdır. Bunun səbəbləri var. Mən bilirəm, bu müsahibəni oxuyandan sonra patiyadan kimlərsə çalışacaq ki, cavab versin. Lakin cavab verməyə tələsməsinlər. Onlar yadlarına salsınlar ki, Azərbaycanda 44 günlük müharibə başlayana qədər kənardan ölkə Prezidentinə qarşı hücumlar vardı. Mən də daxil olmaqla, hamı gözləyirdi ki, YAP səsini çıxarsın. Bizim vaxtımızdakı YAP olsaydı, YAP-ın qadınlar təşkilatı, təşkilatın sədri, ümumiyyətlə qadın cəmiyyətləri birmənalı şəkildə bu məsələyə böyük təpki göstərərdilər. Mən bunu tam əminliklə deyirəm. Amma təəssüf ki, partiya reaksiya vermədi. Və mən o zaman başa düşdüm ki, bizim dövrümüzdə olan Yeni Azərbaycan Partiyası artıq yoxdur. Əgər bir partiya sədrinin bu qədər təzyiqlərə məruz qalmasına reaksiya vermirsə, deməli bu partiyanın adı var, özü yoxdur. Onlar yalnız öz şəxslərinə aid olan, öz maraqlarına toxunan hər hansı məsələdə çox ciddi cavab verib, hücuma keçirlər. YAP-da qadınlar təşkilatı var, sədri də Nurlana xanımdır, onlar hər hansı bəyanat verə, müəyyən dəyirmi masalar təşkil edə, Avropaya gedə bilərdilər, Avropa parlamentinin qarşısında öz etirazlarını bildirə bilərdilər. Mən gördüm ki, parlamentdə qadın millət vəkillərinin, YAP üzvlərinin səsi çıxmadı, başa düşdüm ki, artıq bu partiya bizim bildiyimiz, inandığımız həmin partiya deyil. Yəqin ki, bununla bağlı nəsə addım atılacaq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədova yeni kameraya köçürülür

    Gülər Əhmədova yeni kameraya köçürülür ...

    25-02-2013, 10:28

  • 
  • Gülər Əhmədovanın işi yekunlaşdı

    Gülər Əhmədovanın işi yekunlaşdı ...

    28-08-2013, 10:50

  • 
  • Ədliyyə Nazirliyi: “Gülər Əhmədova ilə bağlı xüsusi açıqlama veriləcək”

    Ədliyyə Nazirliyi: “Gülər Əhmədova ilə bağlı ...

    11-01-2014, 11:53

  • 
  • Müttəhim Gülər Əhmədovanın ilk fotoları

    Müttəhim Gülər Əhmədovanın ilk fotoları ...

    28-10-2013, 16:00

  • 
  • Gülər Əhmədovanın media marağı

    Gülər Əhmədovanın media marağı ...

    5-04-2013, 10:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu