GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “ELƏ ŞİRKƏT VAR Kİ, BİR İLDƏ 70 TENDERDƏ QALİB GƏLİB” – “Uğursuz İT layihələr və onlara xərclənən milyonlar…”

“ELƏ ŞİRKƏT VAR Kİ, BİR İLDƏ 70 TENDERDƏ QALİB GƏLİB” – “Uğursuz İT layihələr və onlara xərclənən milyonlar…”

Tarix: 13-08-2021, 16:00 Bölmə :Müsahibə Baxış: 2 634



“Son bir ildə dövlət sektorunda informasiya texnologiyaları (İT) layihələrinə 100 milyon manatdan çox vəsait xərclənib”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Dövlət qurumlarının son bir ildəki İT xərclərinə nəzər salan ekspert qeyd edib ki, dövlət qurumları çoxsaylı tenderlərdə İKT üçün 100 milyon manatdan çox vəsait xərcləyiblər.

“Müxtəlif proqram təminatlarının, informasiya sistemlərinin, portalların hazırlanması, İKT avadanlıqların alınması, İT infrastrukturun qurulması və dəstəklənməsi və s. istiqamətdə layihələr üstünlük təşkil edib”, – deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, bu layihələrin içərisində uğurlu və uğursuzu, ümumiyyətlə, iflasa uğrayanları var: “Sadəcə onu qeyd edə bilərəm ki, uğursuz İT layihələr əvvəllər daha çox SİNAM, ULTRA, CyberNet və s. şirkətlərlə əlaqəli olub. Uğursuz İT layihələr və onlara xərclənən milyonlarla dövlət resursları başqa bir müzakirənin mövzusudur. Maraqlıdır ki, yuxarıda qeyd olunan bu tenderlərin 90%-ni cəmi bir neçə İT şirkət qazanıb. e-Satınalmada elə İT şirkət tapmaq olar ki, son bir ildə 70 dəfə tenderdə qalib gəlib”.

O.Gündüz vurğulayıb ki, tenderlərdə böyük dövlət sifarişlərini qazanan İT şirkətlər içərisində ASAN-nın dəstəyi ilə yaradılan AZİNNEX konsorsiumuna daxil olan İT şirkətlər xüsusi yer tutur: “AZİNNEX-i ona görə xüsusi vurğulayıram ki, bu cür böyük dövriyyələri olan İT şirkətlərimiz olduğu halda ASAN startaplara dəstək üçün vəsait tapa bilmir, ekosistemə dəstək məqsədilə məcbur olub SOCAR-ı və digər qurumları sposnsor olaraq cəlb edir”.

Osman Gündüzun sözlərinə görə, hazırda İT mühitdə devalvasiyadan öncəki durum yenidən təkrarlanır. Ekspert qeyd edib ki, İT şirkətlərimiz xarici bazarlara çıxmağa, əlavə dəyər formalaşdırmağa, ekosistemə -startaplara və innovasiyalara yatırım etməyə, dayanıqlı mühit formalaşdırmağa zəif diqqət yetirirlər: “İnnovasiyaların ixracı məqsədilə formalaşan AZİNNEX-də təəssüf ki, daxili bazar uğrunda, dövlət sifarişləri uğrunda amansız mübarizədə diqqəti daha çox cəlb edir. Bu quruma daxil olan bəzi İT şirkətlər dövlət hesabına formalaşan layihələr üzrə xidmətlərin rüsumunu əsassız olaraq bir neçə dəfə qaldırıb, digər bir İT şirkət isə özünün adi bir xidməti ilə ən azı 100-dək dövlət qurumunu özündən asılı vəziyyətə salıb. Digər İT şirkətlər nə qədər dirəşsələr də, indiyədək “buzu” sındıra biməyiblər”.

Mütəxəssisin sözlərinə görə, çox az sayda İT şirkətlər var ki, (məsələn, BestComp, RİSK) son illərdə xarici bazarda da uğur qazanmağa başlayıb. Maraqlıdır ki, BestComp həm də daxildə uğurlu İT layihələri ilə tanınır. Yalnız dövlət sifarişləri üzərində “oturmağın” 5-6 il öncə İT şirkətləri və bütövlükdə sektoru necə acınacaqlı vəziyyətə saldığının şahidi olmuşuq. “O zaman İT şirkətlərin böyük əksəriyyəti böhranla üzləşərək, min bir əziyyətlə yetişdirilən İT kadrları kütləvi olaraq ixtisar etmişdilər. Hansı ki, onların da böyük əksəriyyəti iş tapmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdılar. İT kadrların böyük köçünün təsirləri indiyədək də sektorda hiss olunmaqdadır”.

Osman Gündüz düşünür ki, səlahiyyətli qurumlar və biznes sektoru, ekosistemə cavabdeh olanlar mövcud situasiyanın dəyişilməsinə, İT şirkətlərimizin xarici bazarlara çıxışına, əlavə dəyərlər formalaşdırmasına diqqət yetirməlidir. Onun sözlərinə görə, biznes mühiti inkişaf etdirilməlidir, dövlət satınalmaları təkmilləşdirilməli və şəffaflıq artırılmalıdır.

“İT şirkətlərin rəqabət qabiliyyətini yüksəltmək üçün İKT avadanlıqların gömrük rüsumlarına (ƏDV ilə birlikdə 33%-dək) yenidən baxılmalıdır. Qonşu ölkələrin bir çoxunda bu tip rüsumlar ya sıfırlanıb, yaxud da xeyli endirilib. Odur ki, oxşar İT layihələr bizdə həm baha başa gəlir, həm də bizim İT şirkətlər üçün daha əlverişsiz mühit formalaşmış olur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəqəmsal transformasiya və innovasiyalarla bağlı hazırlanmaqda olan konseptual sənədlərdə bu məqamları nəzərə almalı, ASAN-la birgə İT layihələrin ekspertizası və dəyərləndirilməsi aparılmalıdır”, – deyə ekspert vurğulayıb./“AzPolitika.info”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​“Görəsən, Ziya müəllim ibadət edəndə NİİM-i yada salırmı?”

    ​“Görəsən, Ziya müəllim ibadət edəndə NİİM-i yada ...

    11-07-2019, 16:47

  • 
  • Ekspert deputatları topa tutdu, erkən seçkidən danışdı: "Bizneslərinə daha çox zaman ayırırlar"

    Ekspert deputatları topa tutdu, erkən seçkidən ...

    4-03-2019, 16:56

  • 
  • İlham Əliyev ABŞ-a və Avropaya təşəkkür etdi

    İlham Əliyev ABŞ-a və Avropaya təşəkkür etdi ...

    29-05-2018, 12:30

  • 
  • 10 il ərzində KİV-lərə göstərilən dövlət dəstəyi niyə özünü döğrultmadı?

    10 il ərzində KİV-lərə göstərilən dövlət dəstəyi ...

    5-02-2019, 12:49

  • 
  • Osman Gündüz: Bloklanmanın xəbər saytlarına yönəldilməsi narahatlıq doğurur

    Osman Gündüz: Bloklanmanın xəbər saytlarına ...

    9-08-2018, 13:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu