GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Tağı Əhmədov faizə verdiyi 2 milyonun detallarından danışdı: "Döysəm də, düz eləmişəm"

Tağı Əhmədov faizə verdiyi 2 milyonun detallarından danışdı: "Döysəm də, düz eləmişəm"

Tarix: 7-02-2022, 17:00 Bölmə :Müsahibə Baxış: 285

"Bakı Metropoliteni"nin kemiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verməsindən danışıb.

Gundemxeber.Az bildirir ki, o, Qaynarinfo-ya özəl müsahibəsində özü haqda yayılan bu xəbərlərə münasibət bildirib.

- Tağı müəllim, hazırda məlum iş üzrə məhkəmə gedir. Saxlanılan Səadət Xəlilov iddia edir ki, siz onu YAP-ın Yasamal təşkilatının binasında döymüsüz. Belə bir hadisə baş verib? 
- Heç kəsi döyüb-eləməmişəm. Döysəm də, düz eləmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir.

- Tanımırdınızsa, bəs necə oldu ki, onlara 2 milyon pul verdiniz?
- Vaxtıyla bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər... Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər.

- Niyə vermirdilər?
- Dedilər ki, pul yoxdur. Pul gedib Qazaxıstana. Orda da batıb. Həmin o, oğ...şı Soltanla birlikdə yanıma çağırdım. Dedim nədi, nə məsələdi? Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Alınmırsa, dedim, qardaş, sən məni aldada bilməssən axı! Pulu qaytar. İndi, Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədi. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram.


- Sizin bu məsələ ilə bağlı istintaqa çağırılmanızla bağlı məlumat var. Doğrudurmu?
- İstintaqa məni nəyə çağırmalıdırlar? İstintaqa Soltan gedir. Mən niyə gedirəm ki? Dələduzluqda ittiham olunan Səadət Xəlilov özü boynuna alır ki, iki milyonu kişi bizə verib. Biz də bu pulu ona qaytarmalıyıq. Bu, ilkin istintaqda danışılıb. Hər şey aydındır. Mən heç vaxt istintaqa çağırılmamışam və heç buna ehtiyac da yoxdur. Mən pulu professor Soltan Əliyevə vermişəm. Səadət Xəlilov da pulu almasını təsdiqləyir. O da deyir ki, pulu Qulu Muxtarov və Sahil Abuşova verib. Filan qədərini Quluya, filan qədərini də Sahilə. Mən heç vaxt istintaqa getməmişəm və bundan sonra da getmək fikrim yoxdur. Mən pulumu professor Soltan Əliyevdən tələb edirəm. Onlarla nə işim var ki?

- Döyülmə hadisəsi baş veribmi?
- Mənlik burda elə bir şey yoxdur. Mən onlara deyil, Soltan Əliyevə inanıb pulu vermişəm. İndi Soltan Əliyev pulu qaytarmalıdır mənə, mən nə deyim. Başa düşürəm ki, Soltana da bunlar atıb.

- Bəs onlar bu pulu hara xərcləyib?
- Bunun qardaşı oğlu var, biznesmendi, adı Elçindir. Aparıb pulu ona veriblər. Bunun arvadı da şirkətin təsisçisi, qardaşı oğlu da işçidir. Oğlumla da bir-iki dəfə danışıblar.

- Oğlunuzla danışıqda nə deyiblər?
- Oğluma deyiblər ki, saxlanılan şəxslər bağışlansın. Mənə ola borcun müəyyən qədərini ödəsinlər. Amma oğlum deyib, belə şey ola bilməz. Bildirib ki, gətirib pulun 1 milyonunu qaytarsınlar. 1 milyonun da müəyyən vaxta qədər qaytarılması üçün sənəd imzalayaq. Belə olduğu halda oğlum onlara güzəşt olunacağını bildirib.

- Siz necə, bir böyük kimi onları bağışlamaq fikriniz varmı?
- Yox. Yarısını gətirib versinlər, yarısına da müqavilə bağlasınlar. Belə olan halda onları bağışlayaram. Amma hazırda məhkəmə 3 milyon 180 min borc kəsib.

- Məhkəməyə gedəcəksinizmi?
- Xeyr. Yox, yox. Mən ora gedə də bimərəm. Buna səhhətim də heç cür imkan vermir.

Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Mən də 3 milyonu Çovdarova halal edirəm” - Tağı Əhmədov

    “Mən də 3 milyonu Çovdarova halal edirəm” - Tağı ...

    23-04-2020, 18:08

  • 
  • Tağı Əhmədovun işləri yenə düz gətirmədi

    Tağı Əhmədovun işləri yenə düz gətirmədi ...

    30-12-2021, 16:43

  • 
  • İşdən çıxarılan Tağı Əhmədov danışdı

    İşdən çıxarılan Tağı Əhmədov danışdı ...

    27-02-2014, 16:36

  • 
  •  "Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm" - MƏHKƏMƏ

     "Onların Tağı Əhmədovdan 3 dəfə pul ...

    27-09-2021, 16:12

  • 
  • Tağı Əhmədov: “... mən sürüşürəm”

    Tağı Əhmədov: “... mən sürüşürəm” ...

    23-11-2013, 15:27


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (534)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu