GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Lalə Babayeva: Mariupolda Rusiya bombaları insanları külə döndərir

Lalə Babayeva: Mariupolda Rusiya bombaları insanları külə döndərir

Tarix: 18-04-2022, 18:54 Bölmə :Müsahibə Baxış: 502

Lalə Babayeva Ukrayna vətəndaşıdır, son 14 ildə Mariupol şəhərində yaşayıb. O, iki uşağı ilə birgə bu günlərdə Bakıya gəlib. Rusiya qoşunlarının şəhərə hücumu zamanı həftələrlə zirzəmidə keçinib. Babayeva Mariupolu tərk edərkən birinci olaraq Berdyansk şəhərinə gedib və orada bombardmana düşüb. Sonra yenidən Mariupola qayıdıb. Daha sonra uşaqları ilə birgə Odesaya gedib. “Odesa Azərbaycanlıları Birlik" Diaspor Təşkilatı ailənin Ukraynadan çıxaraq Bakıya gəlməsinə kömək edib.


Amerikanın Səsi: Siz müharibə dövründə Mariupolda yaşayıbsınız və sonra oranı tərk edibsiniz? Oradakı durumu necə xarakterizə edərdiniz?

Orada insanlar acdır, su, elektrik, qaz yoxdur.

Lalə Babayeva: Mariupolda vəziyyət həddindən artıq pisdir. Orada çox çətin anlar yaşanır. Yəni yemək yoxdur, mağazinlər bağlıdır. Orada insanlar acdır, su, elektrik, qaz yoxdur. Uşaqlarımın qulaqları bombanın səsindən kar kimi olub. Ailəm çox stressdədir. Şəhərdə çoxlu sayda ölmüş insanları gördük.

Amerikanın Səsi: Orada harada sığınırdınız? Mülki əhalinin durumu necədir?

Lalə Babayeva: Mülki əhali əsasən zirzəmilərdə, yarımzirzəmilərdə, evlərin orta hissəsində dalanlar varsa orada gizlənirlər. Ümumiyyətlə çox adamların evləri dağıdılıb. Bir çox hallarda bombalar zirzəmiləri də dağıdır. Bir anın içində, insanlar, xüsusilə uşaqlar külə dönür.

Mariupolda sığınacaq (Fotonu Lalə Babayeva təqdim edib)
Mariupolda sığınacaq (Fotonu Lalə Babayeva təqdim edib)

Amerikanın Səsi: Siz Ukrayna vətəndaşısınız?

Lalə Babayeva: Bəli Ukrayna vətəndaşıyam. 14 ildir Mariupolda yaşayıram.

Amerikanın Səsi: Şəhəri necə tərk edə bildiniz?

Suyu uşaqlara qurtum-qurtum verirdik. Heç kimin o həyatı yaşamasını istəmərəm.

Lalə Babayeva: Mənim ailəm bir ay dostumun evində qaldı. Həyat yoldaşım da Polşada idi, gələ bilmirdi. Dostumun evinin zirzəmisi var idi. Orada gizlənirdik. Uşaqlar ümumiyyətlə zirzəmidən bayıra çıxmırdı. Soyuq idi. Bomba bütün pəncərələri qırmışdı. Qorxu içərisində zirzəmidən çıxıb ocaq qalaylb uşaqlarımız üçün yemək bişirirdik. İnsanlar yemək axtarır. Heç yerdə heç nə yoxdur. Susuzluq, aclıq. Uşaqları necə başa sala bilərəsən ki, bala yemək yoxdur. Uşaqlar ac qalmasın deyə özümüz yemək yemirdik ki, onlar az da olsa qidalana bilsin. Suyu uşaqlara qurtum-qurtum verirdik. Heç kimin o həyatı yaşamasını istəmərəm. Hərə özü üçündür. Hər yerdən atəş açırdılar. Heç kimin o birisindən xəbəri olmur. Ancaq onu deyirdilər, şəhərdən çıxmayın, hər şey yaxşı olacaq. Belə sözləri çox eşidirdik. Ancaq, necə qalasan? Gözünün qabağında bomba düşür, insanın tikələrini tapmaq olmur. Mənim öz bibimin oğlu bombanın altında qaldı, tikələrini belə yığmaq mümkün olmadı.

Amerikanın Səsi: Mariupolu hansı tərəfdən tərk edə bildinzi?

Hətta bir dəfə bomba az qalmışdı bizim avtomobilə dəysin.

Lalə Babayeva: Biz altı yerə getdik. Rusiya tərəfə getdik, sonra yenidən Ukrayna tərəfə qayıtdıq.

Adları yadımda deyil. Mənim psixikam da pozulub. Hətta bir dəfə bomba az qalmışdı bizim avtomobilə dəysin. Bir dənə balaca avtomodilə 9 nəfər sığınmışdıq. 4 böyük adam, 5 nəfər uşaq idi. Heç nə götürməmişdik. Bir su və uşaqlar üçün iki tikə çörək götürmüşdük. Birinci Berdyanskyə getdik. Orada gəmini partlatdılar. Sonra Odesaya getdik. Orada Anar Natiqoğlu ("Odesa Azərbaycanlıları Birlik" Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu - red) və başqa bir azərbaycanlı bizə kömək etdi. Onların köməyi ilə Azərbaycana gəldik.

Amerikanın Səsi: Azərbaycanda sizi necə qarşıladılar? Kömək edirlərmi? Vəziyyətiniz necədir?

Əslində yardım olsa idi uşqalrım məktəbə gedərdi. Amma heç bir yardım yoxdur.

Lalə Babayeva: Bizə heç kim kömək etmir. Mənimlə birgə Bakıya gələn dostum getmişdi. Deyiblər biz yardım etmirik, bizdən heç nə gözləməyin. Yəni baxan belə yoxdur. Hava limanında bizi qarşılayan insanlar belə olmadı. Hava limanında hətta bizimlə kobud danışdılar. Koronavirus testinə görə bizimlə kobud danışdılar.

Amerikanın Səsi: İndi harada yaşayırsınız?

Lalə Babayeva: Mən Lənkəranlıyam. Lənkəranda evim yoxdur. Orada anam yaşayır. İndi Bakıda bacımgildə qalırıq. Onlar da kirayənişin yaşayır. Burada müalicə alırıq. Gələn həftə Lənkərana gedəcəm. Əslində yardım olsa idi, uşaqlarım məktəbə gedərdi. Amma heç bir yardım yoxdur.





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qalmaqal: Bakı Metropoliteninin təmsilçisi azərbaycanlıları təhqir etdi - FOTO

    Qalmaqal: Bakı Metropoliteninin təmsilçisi ...

    24-04-2018, 21:50

  • 
  • “Sevinc Babayeva ilə eşq yaşamamışam” - Səlcuq Ağlayan

    “Sevinc Babayeva ilə eşq yaşamamışam” - Səlcuq ...

    14-11-2013, 12:55

  • 
  • Sevinc Babayeva ilə bağlı şok faktlar

    Sevinc Babayeva ilə bağlı şok faktlar ...

    29-12-2012, 11:42

  • 
  • Sevinc Babayeva harada və necə saxlanılır?

    Sevinc Babayeva harada və necə saxlanılır? ...

    23-12-2012, 11:01

  • 
  • Sevinc Babayeva adi kitabxanaçı deyilmiş

    Sevinc Babayeva adi kitabxanaçı deyilmiş ...

    17-12-2012, 23:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu