GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Məmurlarla quda olmağa pis baxıram” - Əhəd Abıyev

“Məmurlarla quda olmağa pis baxıram” - Əhəd Abıyev

Tarix: 21-11-2013, 18:01 Bölmə :Müsahibə Baxış: 927
“Məmurlarla quda olmağa pis baxıram” - Əhəd Abıyev

“Hafiz Hacıyevə böyük hörmətim var”


Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyevin Publika.Az-a müsahibəsini təqdim edirik:

-Azərbaycanda prezident seçkilərindən sonrakı vəziyyəti necə qiymətləndirirsiz?

-Əvvəla, hamımız prezident İlham Əliyevin yenidən ölkə rəhbəri seçilməsinə sevinməliyik. İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət respublikamızın beynəlxalq səviyyədə tanınmasına gətirib çıxarıb. İndi Azərbaycan regionda ən sabit dövlətdir. İndi dünyada iqtisadi böhran yaşandığı bir vaxtda Azərbaycanda böyük inkişaf hökm sürür. Bütün bunlar bizi çox sevindirir. Bütün beynəlxalq təşkilatlar da Azərbaycanda olan inkişafı dərk və etiraf edirlər. Azərbaycan əhalisinin də prezidentə olan münasibəti seçkilərdə bir daha özünü göstərdi. Hətta, mən deyərdim ki, prezident İlham Əliyevə faiz dərəcəsi baxımdan ən çox səs verən rayonlardan biri də Daşkəsən rayonu oldu. Daşkəsən rayonunun böyük əksəriyyəti hörmətli prezidentimizə səs verdilər. Bütün bunlara görə də mən Daşkəsən rayonunun icra başçısı kimi çox sevinirəm. Azərbaycanda prezident seçkiləri çox yüksək səviyyədə, demokratik və şəffaf formada təşkil olunmuşdu. Bunu bütün dünya da gördü və etiraf etdi.

-Seçkilərdən sonra yeni hökumət formalaşdı. Yeni hökumətdə bir neçə yeni kadrlar da yer aldı. Bildiyim qədər, yeni hökumət üzvləri arasında sizinlə yaxın münasibətdə olan şəxslər də var....

-Prezidentimin bu islahatlarını və addımını çox yüksək qiymətləndirirəm. Mənim üçün çox sevindirici oldu ki, cənab prezident Heydər Əsədovu kənd təsərrüfatı naziri, Səlim Müslimovu əmək və əhalinin sosial müdafiəsi naziri, Zakir Həsənovu isə müdafiə naziri təyin etdi. Bu şəxslərin üçü də dövlətçiliyə sadiq olan peşəkar mütəxəssislərdir. Bu adamlar öz işlərini mükəmməl bilirlər. Eyni zamanda yerlərdə xalq tərəfindən də bu şəxslərin təyinatı yüksək qarşılanır.

-Yeni hökumətdə təmsil olunmayan nazirlər də oldu. Bunlara misal olaraq Füzuli Ələkbərov ilə Səfər Əbiyevin adlarını çəkmək olar. İndi bu şəxsləri prezidentin etimadını itirmiş şəxslər hesab edirlər. Sizin bu barədə fikirləriniz nədən ibarətdir?

-Bilirsiniz, ən başlıcası odur ki, ulu öndər Heydər Əliyevin ideyalarına və prezident İlham Əliyevin siyasətinə tam sadiq olmaq, verilən tapşırıq və tövsiyələri vaxtı-vaxtında qüsursuz yerinə yetirmək, əhaliyə yüksək səviyyədə xidmət göstərmək lazımdır. Prezidentimizin uğurlu siyasətini düzgün həyata keçirmək lazımdır. Bütün bunlara ona əsas verir ki, indi dövlətin əsas mənbəyi xalqdır, dövlətin əsas borcu öz xalqına yüksək səviyyədə xidmət göstərməkdir. Necə ki, xalqımız seçkilərdə yüksək səviyyədə iştirak edərək indiki iqtidara və prezidentə səs verdi, ona görə də biz də əlimizdən gələni edib prezidentimizin ətrafında birləşməliyik və xalqa yüksək səviyyədə xidmət göstərməliyik.

Bilirsiniz, hər bir şəxs öz gördüyü işinə görə cavabdehlik daşıyır. Hər bir vəzifə sahibi və ziyalı gördüyü işlərə məsuliyyətlə yanaşmalıdır, öz vəzifə borcunu layiqincə icra etməlidir. Yəni, bu bizim başlıca məqsədimizdir. İndi hər kəs özünə cavabdehlik daşıyır və ölkə rəhbəri də onun işini qiymətləndirir. Əgər kimin işində nöqsan varsa, cənab prezident onu cəzalandırır, kim ki, dövlətə və xalqa ləyaqətlə xidmət göstərirsə, onu da qiymətləndirir.

-Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilə sizin yaxın dostluq münasibətlərinizin olduğu deyilir. Bu doğrudanmı belədir?

-İndi Gəncə çox sürətlə inkişaf edir və bu davamlı inkişaf da Gəncədə yüksək səviyyədədir. Gəncədə yeni tikilən xatirə parkı hər bir sakin üçün qürur gətirir. Mən buna şəxsən çox sevinirəm. Biz daşkəsənlilər də Gəncədən çox nümunələr götürürük. Qarşılıqlı və dostluq əlaqələri edirik, qonşu rayon kimi Gəncədən dəstək alırıq. Biz cəbhə bölgəsində yerləşsək də, ancaq inam yerimiz Gəncədir.

Elmar Vəliyevlə münasibətlərimə gəldikdə isə, deyim ki, Elmar Vəliyevlə münasibətlərim doğma, əziz qardaş kimidir. Biz bir-birimizi görəndə əmioğlu deyirik. Qardaşı Xanlar müəllimə də böyük hörmətim var, o da öz sahəsində peşəkar prokuror kimi tanınır. Mənim Xanlar müəllimə də çox yüksək hörmətim var, özüm də xanlar müəllimlə yaxın münasibətdəyəm. Bizim dostluq əlaqələrimizin uzun tarixi var.

-İndi bir çox dövlət məmurları bir-birləri ilə qohum-quda olurlar. Bəs siz bu məsələyə necə baxırsınız? Hər hansı məmurla quda olarsınızmı?

-Hazırda mənim övladlarımın hələ yaşı azdır, biri orta məktəblidir, biri isə tələbədir. Belə bir şey qəti yoxdur. Əgər kimsə düşünürsə ki, mən hər hansı məmurla qudayam və sairə, bütün bunlar yalan söhbətlərdir. Mən heç bir məmurla qohum deyiləm.

Onu da deyim ki, indiki iqtidarda çalışan və Yeni Azərbaycan Partiyasının üzvlərinin hər biri mənim üçün doğmadır, əzizdir, qohumdur, qardaşdır. Onların hər biri ilə də dost olmaq mənim üçün xoşdur. Ancaq quda olmaq və sairə bu kimi məsələlərə mən çox pis baxıram.

-Ötən il paytaxt sakini olan Elyanora Cəbrayılova özünü dənizə atmışdı. Dənizdən sağ çıxarılmış qadın polisə ifadəsində bildirmişdi ki, keçən il böyrəyini Daşkəsən rayonunun İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşı Səməd Abıyevə satıb, lakin həmin şəxs böyrəyə görə söz verdiyi 50 min dollar pulu ona verməyib. Bu məsələnin sonu necə oldu?

-O barədə heç bir söhbət ola bilməz. Çünki o adam özü də böyrəklə bağlı təkzib verdi ki, o ifadə verən zaman öyrədilib. Bunun səbəbi də bizə məlum oldu. Həmin qadın bütün bunların hamısını öyrədib təşkil edən və qərəzçilik mövqeyindən aparan şəxsin adını 6 ay bundan öncə şəxsən mənə açıqlayıb və polisə də izahat verib. O qadın mənə dedi ki, onu şantaj aparmaq üçün öyrədiblər və sairə. Hətta, o imzaların da ona məxsus olmadığını sübut edib. O qadını öyrədən adam şərəfsiz və alçağın biridir. O, şərəfsiz ömrü boyu bu iqtidara ləkə yaxmaqla məşğul olub və bu cəmiyyət içərisində ən yarasız və üfünət verən bir adamdır. O əclafın adını çəkməsəm də deyə bilərəm ki, o ixtisasca jurnalistdir və özünü siyasətdə ana müxalifətçi sayır. Amma nə vaxt onu doğuzduracaqlar, hələ bilinmir. Özünü ana kimi göstərir, analıq iddiasındadır. O adam müxalifət liderlərindən biridir, özünü ana müxalifətçi sayır. İnanmıram ki, bundan sonra heç düzələn də deyil.

-Müxalifətdən söz düşmüş ikən, indi Milli Şurada gedən proseslərə necə baxırsınız?

-Milli Şura artıq qəbirə verilib. Milli Şuranın üçü, yeddisi və qırxı da verilib, bu yaxınlarda isə ili gözlənilir. Milli Şurada olanların da hamısı əldə qayırma müxalifətçilərdir. Onların heç biri gücü və bazası mövcud deyil. Ümumiyyətlə, indi Azərbaycanda heç bir müxalifətdən söhbət gedə bilməz. İndi demokratik ölkə vətəndaşları olan Azərbaycan xalqı yaxşı başa düşür ki, müxalifət cəfəngiyatdır.

-Müxalifət prezidentliyə sabiq namizəd olan partiya sədri Hafiz Hacıyev ilə sizin çıxışlarınızı oxşar sayırlar. Hətta, sizinlə Hafiz Hacıyevdə fərq qoymadıqlarını bəyan edirlər. Bu məsələ də münasibətiniz necə olardı?

-Xeyr, mənim çıxışlarım tamam fərqlidir. Mən siyasətdə də, parlamentdə də öz sözümü demişəm. Baxmayaraq ki, mənim ona böyük hörmətim var, ancaq mənimlə Hafiz Hacıyev arasında dağlar qədər fərq var. Bütün bunlar müxalifətin, o cümlədən Əli Kərimov kimilərin fikri ola bilər. Amma biz tamam ayrı-ayrı adamlarıq.

şərh yaz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhəd Abıyev prezidentə yalan danışmaqda ittiham olunur — Daşkəsən avtovağzalı 4 ay əvvəl açılsa da…

    Əhəd Abıyev prezidentə yalan danışmaqda ittiham ...

    6-02-2015, 23:04

  • 
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36

  • 
  • Əhəd Abıyev Almaniyada gözündən müalicə olunur?

    Əhəd Abıyev Almaniyada gözündən müalicə olunur? ...

    9-07-2013, 16:16

  • 
  • Mənsimov Lənkərana gəlir-Əhəd Abıyevin gözündən iraq

    Mənsimov Lənkərana gəlir-Əhəd Abıyevin gözündən ...

    10-07-2013, 12:47

  • 
  • Əhəd Abiyevin ailəsində faciə - oğlu 9-cu mərtəbədən yıxıldı və...

    Əhəd Abiyevin ailəsində faciə - oğlu 9-cu ...

    12-07-2014, 22:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu