GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Vahid namizədi şərait yetişdirəcək

Vahid namizədi şərait yetişdirəcək

Tarix: 22-12-2012, 13:16 Bölmə :Müsahibə Baxış: 819
Vahid namizədi şərait yetişdirəcək
Qələndər Muxtarlı: “Millətin taleyinə sahib çıxmağın məsuliyyəti İctimai Palatadadır”

gundemxeber.az “Gündəm xəbər”in suallarına Millətçi Demokrat Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlı cavab verir

- Qələndər bəy, sədri olduğunuz partiyanın vəziyyəti, təşkilatlanma sahəsində işlər, üzvlərinizin sayı ilə bağlı nə deyə bilərsiniz, real durumunuz necədir?
- Bizim partiyamız əvvəllər Milli Demokrat Partiyası adlanırdı. Hazırda biz Azərbaycanda Millətçi Demokrat Partiyasını qurmuşuq. Bu keçmiş bozqurd partiyasının strukturu əsasında formalaşan bir təşkilatdır. Dekabrın 26-da partiyamızın Ali Məclisinin sessiyası olacaq. Qeyd edim ki, həm də partiyamızın yaranış günü 26 dekabrda baş verib. Konkret ifadə etsək 1993-cü il, dekabrın 26-da İsgəndər Həmidovun liderliyi altında bu partiya təsis olunub. Həmin vaxt rəhmətlik Bəxtiyar müəllim sədr, İsgəndər Həmidov isə lider oldu. Ona qədər isə Bozqurd Cəmiyyəti fəaliyyət göstərirdi. O vaxtdan 19 il ötür. İndi dekabrın 26-da həm də yubileyimizi qeyd edəcəyik. Bu keçən dövrə qısaca nəzərə salaraq deyə bilərəm ki, partiyamız demokratiya və ədalət uğrunda kifayət qədər mübarizə aparıb, siyasi rəhbərliyi zamanında həbs edilib. Müsavat və AXCP-də də həbs edilən çoxlu sayda əqidə dostlarımız olub. Amma bizim partiyanın siyasi rəhbərliyi bütövlükdə həbs edilib, fəaliyyətinə qadağa qoyulub, “Bozqurd” adlı qəzetinin nəşrinə imkan verilməyib. Həm də, partiyamız Qarabağ savaşında iştirak edən əlil və veteranları birləşdirən bir partiyadır. Əlbəttə təşkilatlanma prosesində çətinliyimiz olsa da, respublikanın 30-dan çox rayonunda yerli şöbələrimizi qura bilmişik. Digər rayonlarda da bizim üzvlərimiz, tərəfdarlarımız və hətta şöbələrimiz var. Amma onları istədiyimiz səviyyəyə gətirə bilməmişik. Biz həm də real müxalifətin toplaşdığı İctimai Palatada təmsil olunuruq. Qeyd edim ki, İctimai Palata çərçivəsində də təşkilatlanma işi gedir. Aydındır ki, İctimai Palatanın regional şöbələri əsasən AXCP və Müsavatın bazası əsasında qurulur. Amma bizim, eləcə də KXCP-nin, VHP-nin yerli rayon şöbələri və bitərəflər də bu təşkilatlanma prosesində iştirak edir. Biz partiya olaraq bu prosesdə aktiv olmaq niyyətindəyik. Dekabrın 26-da bizim Ali Məclisin sessiyasında əksər rayon təşkilatlarımız iştirak edəcək. Əlbəttə ki, bizim qonaqlarımız da olacaq. Bir sözlə partiyamız fəaliyyətini davam etdirir.

- Siz həm də İctimai Palatada və Koordinasiya Şurasında təmsil olunursunuz. Hazırda palatada baş verən proseslər, ələlxüsus Koordinasiya Şurasında aparılan müzakirələr mətbuatda ciddi təhlil olunur. İctimai Palatada baş verənlərin mahiyyətini qəzetimizə açıqlaya bilərsinizmi?
- Əvvəla, mən öz fikirlərimi bölüşərəm. İctimai Palatanın Koordinasiya Şurasında qərara almışıq ki, müzakirə etdiyimiz məsələlər haqqında açıqlama verməyək. Müzakirələr tam başa çatdıqdan sonra bu haqda problemsiz danışa bilərik. İndilikdə isə qəbul etdiyimiz qərara hörmətlə yanaşmalıyıq. Amma yaranan vəziyyətlə bağlı məsələyə münasibət bildirməsəm də, başqa məqamlar haqqında danışmaq olar. Hesab edirəm ki, bəzi məsələləri deyə bilərəm.

- Hansı məsələləri deyə bilərsiniz?
- Əvvəla, İctimai Palatada iki mühüm məsələ var. Onun biri seçkilərdə necə iştirak etməkdir. Yəni 2013-cü il prezident seçkilərində iştirakın formatı və bu prosesə münasibətimizlə bağlıdır. Digər məsələ isə İctimai Palatanın növbəti il üçün rəhbər heyətinin hansı formatda seçilməsi ilə bağlıdır.Birinci məsələyə, konkret desək 2013-cü il prezident seçkiləri, seçkilərə İctimai Palatanın mövqeyi, bu prosesi necə görməyimizlə bağlı müəyyən fikir ayrılıqları, metodoloji baxımdan fərqlər var. Amma bu o demək deyil ki, fikir ayrılıqları İctimai Palatanın dağılması anlamına gəlir və ya İctimai Palata parçalanır. Fikir ayrılıqlarının olması bunların heç birinə dəlalət eləmir. İctimai Palatanın yaranması fəlsəfəsi bu məsələlərə köklənməyib ki, nə zamansa belə bir problem çıxa və İctimai Palata dağıla bilər. Əsla bu yoxdur. Təbii ki, müəyyən ziddiyyətli məqamlar var. Amma bir daha qeyd edirəm ki, bu məqamlar palatanı dağıdacaq səviyyədə deyil. Çünki İctimai Palata qarşısına ciddi məqsəd qoyub. Sizin özünüz də, görürsünüz ki, ölkədə hansı vəziyyət var. Bizi idarə edən siyasi rejimin daxilində hansı münasibətlər mövcuddur, ümumiyyətlə nələr baş verir, Azərbaycan xalqını idarə edənlərin mahiyyəti haqda kifayət qədər ciddi faktlar ortaya gəlir. Bu hakimiyyət indiki qədər heç vaxt ağır vəziyyətlə üzləşməyib. İstər beynəlxalq, istərsə regional, istərsə də ölkə daxilində. Odur ki, belə bir həssas məqamda İctimai Palatanın dağılması haqda fikirlər yanlış və əsassız informasiyalardır. Söhbət məsələlərə yanaşma tərzi ilə bağlıdır. Bu gün Avropa İttifaqı, eləcədə digər beynəlxalq təşkilatlar və qərb ölkələri Azərbaycan qarşısında demokratik seçki islahatı tələbini irəli sürürlər. Bu tələblər gündəmdə olduğu təqdirdə biz durub necə deyə bilərik ki, bu şərtlər altında biz seçkilərə qatılırıq? Axı hamıya gün kimi aydındır ki, bu şərtlər altında heç kəs ədalətli seçki keçirə bilməz. Odur ki, bu şərtləri qəbul edərək seçkiyə getməyin özündə bir yanlışlıqlar var. Bu gün millətin taleyinə sahib çıxmağın məsuliyyəti İctimai Palatadadır. Ona görə də, İctimai Palatada real müxalifətin əsas güc mərkəzi olaraq bu məsələlərə ciddi qiymət verməlidir. Çünki bu onun vəzifəsi və borcudur. Əgər biz bir gün içində qərar qəbul etsək bu qeyri- ciddi olardı. Dartışmalara səbəb odur ki, biz düşünülmüş, proqnozlaşdırılan, səhvsiz və millətin taleyinə sahib duracaq qərarlar qəbul edə bilək. Ona görə də, biz məsuliyyətli və taleyüklü bir məqamdayıq. Müzakirələr də, gördüyünüz kimi cəmiyyətin gözü önündə şəffaf və ciddi şəkildə araşdırılır. Mən bir məsələni də qeyd edim. Həm də məsələ ondan ibarətdir ki, vətəndaş cəmiyyətinin prosesə müdaxiləsi zamanı da, yarana bilən və ya nəzərə alınan problemlər də indidən müzakirə edilir. İctimai Palatanın strukturunun təkmilləşdirilməsi ilə bağlı məsələlərdə diqqət mərkəzindədir. Əsas odur ki, bu müzakirələrin nəticəsi olaraq biz ortaya daha ciddi bir qurum qoya bilək.

- Siz sadaladığınız həm ciddi məsələlərdir, həm də hər bir partiyanın burada öz marağı ola bilər. Bu mənada müzakirələrin gedişatı zamanı parçalanma baş verməsi nə dərəcədə realdır?
-Mən belə bir halın baş verməsinə inanmıram. Ola bilsin ki, kimsə özünü bu şərtlər altında fəaliyyətdə görməsin. Və hesab etsin ki, daha burada qala bilməz və s.Amma mən düşünmürəm ki, bu qədər gərginlik və narazılıq var. Düşünürəm ki, İctimai Palata 2013-cü ilə uğurla qədəm qoyacaq və xalqımızın gələcəyi naminə demokratiya uğrunda mübarizəyə öz tövhəsini verəcək.

- İndi vahid namizəd məsələsi də müzakirə mövzusudur. Müxalifətə qarşı həm də ona görə, tənqid var ki, bu düşərgə 1998, 2003, 2008-ci il prezident seçkilərində bir araya gəlməyiblər və ambissiyalarının əsiri olduqlarını göstəriblər. İndi cəmiyyətdə müxalifət birləşmirsə siyasi səhnəni tərk edib getməlidir kimi çağırışlar var. Bunun fərqindəsinizmi?
- Müəyyən problemli məsələlər var. Siz qeyd etdiklərinizdə mühüm məsələdir. Xalqı seçkilərdə kimin təmsil eləməsi son dərəcə ciddidir. Yəni xalqı seçkidə təmsil edən şəxs elə qabiliyyət, keyfiyyətləri özündə cəmləşdirməlidir ki, xalqın müqavimətini ortaya qoya bilsin. Xalqı təşkil edə və bu rejimdən azad edə bilsin. Təbii ki, bu məsələlər var. Bu dartışmanın özünün gündəmə gəlməsi bizim özümüzün istəyi ilə bağlı deyil. Bu cəmiyyətin sifarişidir. Cəmiyyətdən gələn sifariş odur ki, vahid namizədi cəmiyyət qəbul etməlidir və bilməlidir ki, bu namizədin adı ortaya gələndə hansı hadisələr olacaq. Yəni dəyişikliyə gediləcəkmi, yoxsa gedilməyəcək. Cəmiyyət bunları istəyir.Ona görə də, bu məsələni bizim bu gün müzakirə etməyimiz doğru deyil. İctimai Palatanın Koordinasiya Şurasının bəzi üzvlərində belə fikirlər var ki, hələ qarşıda zaman var və vahid namizədi son mərhələdə müzakirə edərik. İndi isə seçki prosesi ilə bağlı qərar və addımlarımızı müəyyənləşdirək, bəzi addımlar ataq. Amma bu addımlar ona dəlalət eləməsin ki, biz bu gün mövcud olan seçki şərtlərini qəbul edirik. Yəni bu addımlar ona köklənməsin. Və biz yaxın dövr üçün vəziyyətə baxaq, prosesləri qiymətləndirək və şəraitin özü də vahid namizəd məsələsini ortaya qoysun. Yəni belə mövqelər var. Təbii ki, bir tərəfdə düşünürük ki, bizim namizəd müəyyən olunmalı və onun ətrafında birləşib prosesi aparmalıyıq. Hər bir mövqedə haqlı tərəflər və üstünlüklər var. Digər fikir də odur ki, biz oturaq, bu məsələni qiymətləndirək, imkanlarımıza baxaq. Bəlkə elə vahid namizəd kənarda olan və hamını birləşdirib ortaq məxrəcə gətirəcək şəxs olacaq. Bu gün bu istiqamətdə dartışmalar o demək deyil ki, bunlar içərilərində namizəd seçə bilmir. Əksinə, bu ona dəlalət edir ki, seçilən şəxs doğrudan-doğruya qələbəni təmin etməlidir. Odur ki, bu müzakirələr məsuliyyətin dərəcəsi ilə müəyyən edilir. Yəni bu prosesi aparanlar xalq qarşısında məsuliyyətini dərk edirlər. Təbii ki, İctimai Palata olaraq bizim iki liderimiz var. Mən Əli Kərimlini və İsa Qəmbəri nəzərdə tuturam. Bu iki namizədin hər biri bu məsələyə kifayət qədər həssas və məsuliyyətlə yanaşır.

- 2013-cü il seçkiləri konteksində müxalifət olaraq sizin vəziyyətiniz və mövqeniz yaxşı haldadır, yoxsa hakimiyyətin?
- Bu rejim məsələsi çox təhlükəli hala gəlib. Bu gün insanları həm də düşündürən odur ki, bizi kim idarə edir. Doğurdanmı bizi idarə edənlərin bu xalqa bu və ya digər şəkildə bağlılığı olubmu? Əgər olubsa, onda bu qədər cinayətlər niyə baş verib, xalqı qorumalı olan insanlar niyə vətəndaşlara qarşı bu cinayətləri həyata keçiriblər. Ona görə də hakimiyyətin öz ömrünü uzatmaqla bağlı qəbul edəcəyi qərarların limiti yoxdur. Mən açıq deyim. Kim çıxıb deyəcək ki, bu səhvlərə niyə yol verib. Hakimiyyətin başı məsuliyyətin içərisindədir. Bu gün siyasətçiləri, sosioloqları düşündürən bir məsələ də odur ki, 8 ildən çox hakimiyyətdə qalan rejimlər eyni aqibəti yaşayır. Yəni bu insanlar bilavasitə cinayət əməllərinə yuvarlanırlar. Odur ki, xalqımız məsələnin mahiyyətinə varmalı və öz sözünü deməlidir. Bizim bir işimiz də hakimiyyətdə oturanları xilas etməkdir. Yəni onların xilas yolu bizim qəbul etdiyimiz qərarların müdrikliyindən asılıdır. Çünki ölkə uçuruma gedir. Heç kim problem haqda düşünmür, bütün diqqət xalqın talan edilməsinə yönəlib. Hakimiyyətin məramı budur. Bu gün dövlət idarəsinə vətəndaşın etdiyi müraciət cavabsız qalır. Əgər bu müraciətdə məmurun marağı olmursa deməli o yaddan çıxacaq. Bütövlükdə hakimiyyət kriminallaşaraq həm özü, həm də cəmiyyət üçün ciddi təhlükəyə çevrilib. Odur ki, cəmiyyətimiz bu rejimlə bağlı real durumu dəqiq qiymətləndirməli, siyasətçilərimiz isə məsələnin mahiyyəti üzərinə getməlidir. Heç olmasa indinin özündə hakimiyyət cəsarət tapıb xalqa doğru müəyyən addımlar atmalıdırlar.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • İctimai Palata buraxılası olmadı - Açıqlama

    İctimai Palata buraxılası olmadı - Açıqlama ...

    14-11-2013, 12:27

  • 
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • İP üzvü: “Sifarişi yerinə yetirdilər”

    İP üzvü: “Sifarişi yerinə yetirdilər” ...

    28-12-2013, 10:39

  • 
  • Müxalifətin seçki planları

    Müxalifətin seçki planları ...

    1-01-2013, 15:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu