GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Qurbanları ölümə aparan rüsum - Mühafizəyə ehtiyacı olan pulu haradan alsın?

Qurbanları ölümə aparan rüsum - Mühafizəyə ehtiyacı olan pulu haradan alsın?

Tarix: 18-12-2023, 21:36 Bölmə :Müsahibə Baxış: 577

Azərbaycanda məişət zorakılığının qarşısının alınması məqsədilə iki cür: qısamüddətli və uzunmüddətli mühafizə orderi verilir. 

Amma uzunmüddətli mühafizə orderi rüsumla verilir ki, buna da hər kəsin gücü çatmır. 

Zorakılığa məruz qalan, onu müdafiə etmək üçün vəkil belə tutmağa pulu olmayan şəxs mühafizə orderi almaq üçün vəsaiti necə tapsın?

Gundemxeber.az xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Oxu.Az-a açıqlamasında bildirib ki, məişət zorakılığının qurbanı olan şəxs mühafizə orderi almaq və ya vəkil  tutmaq üçün çalışmalıdır ki, bu da həmin vaxt üçün təhlükəlidir:

“Çünki həmin şəxs həyatını təhlükəyə atır və rüsumu düzəltməkdən ötəri işə çıxır. Bu zaman ona zorakılıq edən şəxs əməlini təkrarlaya, hətta onu öldürə bilər. Rüsumlar zorakılığa məruz qalan şəxslər üçün ölüm hökmünə bərabərdir. Həmin şəxslər bütün təhlükələrə baxmayaraq, iş axtarırlar. Nəzərə alsaq ki, əksəriyyəti ya çalışmır, ya da təhlükəsizliyi təmin olunmayan yerlərdə çalışır, nəticədə onların həyatları üçün təhlükəli vəziyyət yaranır”.

M.Zeynalova qeyd edib ki, Qeyri-Hökumət Təşkilatları tərəfindən də dəfələrlə vəkillərin pulsuz məhkəməyə çıxması barədə təkliflər səsləndirilib:

“Bu zaman gərginlik bir az azalardı. Şəxs özü də həyatının təhlükəsizliyinə görə, qaldığı yerdən çıxıb, məhkəməyə getməzdi. Bu məsələlər hər dəfə müzakirə olunur. Hələlik məsələ həllini tapmayıb və məişət zorakılığının qurbanı olanlar üçün təhlükə qalır”.

Qeyd edək ki, uzun müddəti mühafizə orderi dərhal icra edilir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Murad Mirzəzadənin sözlərinə görə, məişət zorakılığı barədə zərərçəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti, digər fiziki və ya hüquqi şəxslərin, dövlət və qeyri-dövlət təşkilatlarının müraciəti daxil olduqda araşdırma aparılır:

“Əməldə cinayət tərkibi olmadıqda, məişət zorakılığının araşdırılması yalnız zərərçəkən şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı əsasında başlanılır və davam etdirilir. Məişət zorakılığının xarakterindən, mahiyyətindən asılı olaraq, zərərçəkən qısamüddətli və uzunmüddətli mühafizə orderi verilməsi üçün müraciət edə bilər. Hər iki mühafizə orderinin spesifik cəhətləri və verilməsi üçün xüsusi prosedurları vardır.

Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti orqanı tərəfindən zorakılıq törədən şəxsə xəbərdarlıq edilməklə 30 gün müddətinədək, uzunmüddətli mühafizə orderi isə məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs ona verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə məhkəmələr tərəfindən 30 gündən 180 günədək verilir”.

Vəkil vurğulayıb ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.11-ci maddəsinə görə, uzunmüddətli mühafizə orderinin verilməsi üzrə işlərə zərərçəkmişin və ya qanunla müəyyən edilmiş digər şəxslərin ərizəsi əsasında məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır:

“Həmin məcəllənin 108.1.3-cü maddəsinə görə xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilməlidir. Qanunvericiliyin göstərişlərindən aydın olduğu kimi, uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəmələr xüsusi icraat qaydasında məhkəmə işi aparır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə görə, bu cür xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

İstinad edilən qanunvericlik normaları məhkəmə icraatı ilə bağlı olduğu üçün, rüsumun ödənilməsi tələbi də xüsusi icraat qaydasında məhkəmələr tərəfindən baxılan işlərə aiddir. Lakin qısamüddətli mühafizə orderi verilməsi məhkəmələrin deyil, yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti olduğu üçün istinad etdiyimiz maddələr və rüsum ödənilmə tələbi bu qisim orderlərə şamil edilməyib”.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məişət zorakılığına məruz qalan 79 uşaq reabilitasiya prosesinə cəlb edilib

    Məişət zorakılığına məruz qalan 79 uşaq ...

    12-09-2013, 12:30

  • 
  • Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz qalır

    Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz ...

    31-01-2017, 21:10

  • 
  • 40 uşağın məişət zorakılığına məruz qaldığı müəyyən edilib

    40 uşağın məişət zorakılığına məruz qaldığı ...

    30-07-2013, 15:46

  • 
  • Azərbaycanda arvadları tərəfindən döyülən kişilər: Onlar üçün də sığınacaq açılacaq?

    Azərbaycanda arvadları tərəfindən döyülən ...

    9-10-2017, 13:36

  • 
  • “Təmiz Dünya”nın Sumqayıtda yeni Mərkəzi fəaliyyətə başladı

    “Təmiz Dünya”nın Sumqayıtda yeni Mərkəzi ...

    18-07-2013, 15:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu